Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
45 
məsələdə hər kəsə özünün layiq olduğu qiyməti vermək 
lazımdır. Daha sonra Sarı Aşığın bayatıları təhlil olunur. 
Onun  bayatılarının  mövzu  istiqamətləri,  həyatının, 
dövrünün  hadisələrini,  ictimai  vəziyyəti  əks  etdirə 
bilmək  xüsusiyyəti  şərh  olunur.  Bütün  bunlar  H. 
Araslının faktlara bələdliyini və elmi-mədəni sferada baş 
verənlərə,  prosesə  fəal  münasibətdə  olduğunu 
aydınlaşdırır. 
Xalq  mahnı  və  nəğmələrinin  şifahi  xalq 
ədəbiyyatının  ən  qədim  nümunələrindən  olduğunu, 
onların  el  xanəndələrinin,  ozan  və  aşıqların  sayəsində 
dövrümü
zədək  gəlib  çatdığını  dönə-dönə  vurğulayan 
Həmid  Araslı  milli  dastanlarımıza, xalqımızın  çoxəsrlik 
aşıq yaradıcılığına xüsusi yer ayıraraq 1960-cı ildə “Aşıq 
yara
dıcılığı”  adlı  kitab  çap  etdirmişdir.  Azərbaycan 
aşıqlarının  III  qurultayı  günlərində  tamamlanmış  “Aşıq 
yaradıcılığı”nda  tədqiqatçı  Dədə  Qorqud  boylarından 
Sovet  aşıqlarının  müasir  əsərlərinə  qədər  bütün  dastan 
quruculuğunu  tarixi  planda  izləmiş,  bir  yaradıcılıq 
prosesi kimi gözdən keçirmiş, hər bir dastanın yarandığı 
əsri  müəyyənləşdirməyə  çalışaraq  klassik  dastanların 
uzun  əsrlər  boyu  yaşamalarının  sirlərini  izah  etmişdir. 
Dastanlarımızın  istər  nəşri,  istərsə  də  tədqiqi  sahəsində 
çox iş görmüş H.Araslının bəzi mübahisəli hökmləri də 
vardır ki, təkrara  yol verməmək üçün bunların hər biri 
haqqında yeri gəldikcə danışmağı məqsədə daha müvafiq 
hesab edirik (8, 17-18). 
Alim  bu  tədqiqat  əsərinin  girişində  Azərbaycan 
aşıq 
yaradıcılığının 
etnik 
dünyagörüşümüzün 
formalaşmasında  zəruri  əhəmiyyətini  vurğulamış,  aşıq 
şeirinin növləri, aşıq sözünün mənşəyi araşdırılmış, ayrı-
ayrı  bölümlərdə  klassik  aşıq  şeirinin  qədim  dövrdən 
başlayaraq  orta  əsrlər  –  XVI  əsrədək,  həmçinin  XVII 
əsrə qədər keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, yeni 


 
46 
dastanlar  haqqında  geniş  məlumat  vermiş,  XVIII-XIX 
əsrlərdə  aşıq  ədəbiyyatı,  sovet  dövründə  aşıqlarımızın 
keçdiyi  yaradıcılıq  yolu,  Böyük  Vətən  müharibəsi 
illərində  aşıq  yaradıcılığı  və  sonrakı  illərdə  bu  zəngin 
ədəbi xəzinədən bəhrələnən bir çox aşıqlar barədə dolğun 
informasiyalar  vermişdir.  Kitabda biblioqrafiya da yer 
almışdır. Həmid Araslı qeyd edir ki, əsər üçüncü aşıqlar 
qurultayı münasibətilə çap edilmişdir.  
Alim 
aşıqlığın 
mənəvi 
keyfiyyətlərini 
aydınlaşdırmağa  çalışmış,  “Qurbani”,  “Abbas  və 
Gülgəz”,  “Aşıq  Qərib”,  “Əmrah”,  “Xurşid”,  “Zabit”, 
“Şəhriyar”, Aşıq Hüseyn Bozalqanlının yaratdığı “Qaçaq 
Tanrıverdi”,  Aşıq  Xızırın  “Leyli  və  Məcnun”u,  Aşıq 
Hüseynin “Vaqif”i, yeni bir aşığın “Valeh” dastanı, Aşıq 
Mirzənin  “Kamal  Qasım”    dastanı  kimi  dastanlarının 
adını çəkmişdir. 
 
H.Araslı xalqımızın aşıq sənəti kimi zəngin milli-
mənəvi irsinə çox həssas yanaşmış, bu dəyərli xəzinənin 
qorunub saxlanması, gələcək nəsillərə dolğun, hərtərəfli 
şəkildə  çatdırılması  üçün  böyük  səylər  göstərmişdir. 
Alim  bu  kitabında  bir  folklor  tədqiqatçısı  kimi  də 
diqqətimizi  cəlb  edir.  “Onun  Qurbani,  Sarı  Aşıq, 
Tufarqanlı  Abbas  və  başqa  klassik  aşıqlar,  “Əsli  və 
Kərəm”,  “Aşıq  Qərib”,  “Şah  İsmayıl”  və  xüsusilə 
“Koroğlu”  dastanı  barədə  fikir  və  mülahizələri  öz 
təravəti və elmiliyi ilə seçilir” (69).  
Həmid Araslı bu tədqiqat əsərində Azərbaycan aşıq 
sənətini  yaşadan  və  inkişaf  etdirən  sənətkar  aşıqların 
yaradıcılığına  toxunmuş,  ayrı-ayrı  aşıqların  əsərlərində 
xüsusi yer al
mış  mövzular,  aşıq  şeiri  janrları  ilə  bağlı 
qiymətli  fikirlər  söyləmişdir.  Alim folklorumuzun 
ayrılmaz  hissəsi  olan  aşıq  yaradıcılığının  araşdırılması 
sa
həsində  zəngin  elmi  irs  qoymuşdur.  Onun  istər  aşıq 
yaradıcılığının mənşəyi, istərsə də poetikası və ayrı-ayrı 


 
47 

mayəndələri  haqqındakı  elmi  fikir  və  mülahizələri 
əgər  belə  demək  olarsa,  Azərbaycan  aşıqşünaslığında 
hələ də aktualdır.  
Həmid  Araslı  bu  tədqiqatında  aşıq  qoşmaları 
tərzində  yazan,  yazdığı  şeirləri  sazda  çaldığı  havalarla 
oxuyan  aşıq-şairlərdən  Tikmədaşlı  Xəstə  Qasımın 
yaradıcılığına  işıq  tutmuş,  öz  tədqiqatlarında  onun 
yaradıcılığını  yüksək  qiymətləndirmişdir.  Alim  qeyd 
etmişdir  ki,  bu  istedadlı  şairin  həyatından  çox  az  şey 
məlumdur.  Onun  qoşmaları  ilə  əlaqədar  bir  sıra 
rəvayətlər,  dastan  epizodları  yaranmışdır  ki,  bunların 
şairin  həyatı  ilə  əlaqəsi  çox  azdır.  Ayrı-ayrı  qoşmalar 
X
əstə  Qasımın  olsa  da,  hadisələri  sonrakı  aşıqlar 
yaratmışlar.  
“Xəstə  Qasım  aşıq  şeiri  tərzində  daha  gözəl 
qoşmalar yaratdığından onun əsərləri dildən-dilə düşərək 
hafizələrdə  yaşamış,  xalq  aşıqları  bu  istedadlı  sənətkarı 
us
tad aşıq – dədə aşıq adlandıraraq əsərlərini məclislərdə 
ifa  etmişlər.  Şairin  XVIII-XIX  əsrlərdə  yazılmış 
əlyazmalarında saxlanılan şeirləri əsasında onun Cənubi 
Azərbaycanın Tikmədaş qəryəsində doğulub mükəmməl 
mədrəsə  təhsili  aldığını,  gözəl  saz  çaldığını,  aşıqlarla 
deyişdiyini müəyyənləşdirmək olur” (8, 72). 
Tədqiqatçı yazır ki, Xəstə Qasımın yaradıcılığında 
əxlaqi-tərbiyəvi  fikirlər,  nəsihətçilik  mühüm  yer  tutur. 
Məhz  buna  görə  də  onun  əsərləri  daha  geniş  yayılmış, 
orta  əsr  görüşlərini  ifadə  edən  bu  əsərlərdə  mərdlik, 
mala, pul
a  güvənməmək  və  s.  bu  kimi  nəsihətlər  çox 
olduğundan  uzun  müddət  xalq  aşıqlarının  dilindən  düş-
məmişdir (8, 72).  
H.Araslı  göstərir  ki,  aşıq-şairin  “Yaxşıdır”  rədifli 
qoşmasında  müəyyən  bir  əxlaqi  fikir,  nəsihət  nəzər-
diqqəti cəlb edir. Əsərin girişi dini  mahiyyətdə olsa da, 
qalan bəndlər dünyəvi xarakter daşıyır: 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə