Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   31   32   33   34   35   36   37   38   39

SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
Aslanov H.Q.,  Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
Həmin vaxt Şəmkir, Xanlar, Goranboy, Qax, Zaqatala rayonlarındakı tarlaları dolu
30 sm hündürlükdə buzla örtmüşdü.
Daşqınlar da 2010-cu ilin yazı respublika təbiəti üçün az təhlükə yaratmamışdır.
Kür çayında suyun həcm artımı saniyədə 700-800 m
3
-ə çatmışdır. Mingəçevir su
anbarında suyun səviyyəsi gün ərzində 4-5 sm artmış və anbara saniyədə 670 m
3
suyun daxil olmasına və 468 m
3
/san suyun çıxmasına səbəb olmuşdur. Müxtəlif illər
üzrə müşahidə olunan daşqınlar il ərzində yağıntının çox düşməsi ilə əlaqədardır.
Son illərdə ən güclü daşqın 2010-cu ildə qeyd olunmuş daşqın sayılır. 
Kür ilə Arazın birləşdiyi yerdə 500 ha sahə subasmaya məruz qalmış və Muğan,
Gəncəli,  Azadkənd,  Qaragün,  Minbaşı  yaşayış  məntəqələrinə  daha  çox  zərər
dəymişdir. Kür çayının hər iki sahili boyu yerləşən 300 ev, 17 kənd su altında qal-
maqla malyariya və digər infeksion xəstəliklərin yayılması üçün təbii zəmin yaran-
mışdır.  Lakin  lazımi  tədbirlər  görüldükdən  sonra  bu  xəstəliklərin  yayılmasının
qarşısını  almaq  mümkün  olmuşdur.  Daşqınların  nəticələrinin  vaxtında  ləğv
edilməməsi ekoloji təhlükəyə,  qəbiristanlıqları yuyan qrunt suları isə Kür çayı su-
larının çirklənməsinə, malyariya, dizenteriya xəstəliklərinin yaranmasına səbəb ola
bilər. 2003-cü ilin yazından etibarən Kür çayı boyu dambaların inşası başlanmış və
bu iş indiyə qədər davam edir. 
Iri  su  anbarlarının  yaradılması  çaylarda  axın  boyu  su  mübadiləsini  azaldır.
Nəticədə biogen elementlərin miqdarı (kalsium, azot, kalium, fosfor, maqnezium,
kükürd, xlor, natrium) və onların konsentrasiyası kəskin surətdə dəyişir. 
Azərbaycan Respublikasında  mövcud olan su anbarları kaskadının həcmi 21
km
3
-dir ki, bunun da 16 km
3
-i Mingəçevir su anbarınına payına düşür. Mingəçevir,
Şəmkir, Varvara və Yenikənd su anbarları Kür çayının axımını tam tənzim edir. 
Su anbarlarının Kür çayı axımının tənzimlənməsindəki müsbət cəhətlərinə bax-
mayaraq, onların tikilməsini bəzən iri sosial-iqtisadi səhv hesab edirlər, çünki 625
km
3
sahəyə malik olan Mingəçevir su anbarı 23 min ha tuqay meşəsini su altında
qoymuşdur.
Çirkab sularının, xüsusilə Kür çayının toksikoloji qiymətləndirilməsi və analizi
zamanı aşağıdakı hallar mühüm əhəmiyyət kəsb edir:
1. Su hövzəsinə axıdılan tullantıların növü və davamlılığı,
2. Tullantıların tərkibi və həcmi,
3. Hidrobiont və biotop orqanizmlərin bioloji vəziyyəti,
4. Çirkab axınlarının miqdarı və suyun özünü təmizləmə dərəcəsi,
5. Suyun ekoloji bərpası yolları və metodlarının hazırlanması və ekoloji cəhətdən
qiymətləndirilməsi.
Su nümunələri son doqquz ildə (1999-2008) əsas hidroloji fazaların (yaz daşqın
və yay-payız-qış azsulu dövr) müşahidə olunduğu məntəqələrdən götürülmüş və
analiz edilmişdir. Bunu Talış məntəqəsində Kür çayı suyunun keyfiyyət göstəri-
cilərinə aid cədvəldən görmək olar (cədvəl 1). 
101
3/2016_SU_PROBLEMLƏRİ:_ELM_VƏ_TEXNOLOGİYALAR__SU_PROBLEMLƏRİ:_ELM_VƏ_TEXNOLOGİYALAR'>3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Aslanov H.Q.,  Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
3/2016
102
Cədvəl 1. 
T
alış məntəqəsində Kür
 çayı suyunun keyfiyyət göstəriciləri

Nümunə
götürülən
illər
Əsas ionların   tərkibi mq/l
Quru
qalıq 
mq/l
Həll 
olunmuş
oksigen
mq/l O2
Neft
məh-
sulları
mq/l
Fenol
mq/l
Dəmir
Fe
2+
mq/l
Mis
Cu
2+
mq/l
Sink
Zn
2+
mq/l
Ca
2+
Mg
2+
Na
+
+K
+
Cl
+
SO
4
2-
HCO
3
1
1
1990 
46,0
30,0
57,0
55,0
161,4
234,1
650,0
8,4
0,06
-
0,015
0,0020
0,003
2
1997 
66,0
26,0
135,4
102,0
287,7
215,8
820,0
5,8
0,08
0,003
0.014
0,0035
0,003
3
2003 
75,3
54,2
127,3
104.0
294,3
233,4
890,0
7,9
0,08
0,006
0,015
0,0040
0,0015
4
1990 
105,0
73,0
230,0
98,0
310,0
365,3
1265,6
8,8
-
0,030
0,040
0,0080
0,010
5
1997 
115,0
81,0
235,0
120,0
332,0
270,2
1230,4
9,4
0,21
0,031
0,045
0,0085
0,015
6
2003  
122,0
83,0
250.0
135,0
420,0
286,4
1350,0
9,1
0,19
0,038
0,050
0,0095
0,016


Aslanov H.Q.,  Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
3/2016
103
Suda ağır metalların miqdarı  atom, absorbsiya, biogen elementlər  spektrometrik,
əsas ionlar isə alışqan-fotometrik metodla təyin olunmuşdur. Ağır metalların orta
aylıq qiymətləri əsasında illik orta kəmiyyətlər müəyyən olunmuşdur.
Konsentrasiya əmsalının hesablanması (konsentrasiyanın təbii fon qiymətindən
çox olması) göstərir ki, son illər suda ağır metal duzları və ionların miqdarı nisbətən
azalmışdır. Bu da onunla əsaslandırılır ki, Gürcüstan ərazisi daxilində Kürboyu olan
şəhərlərdə sənaye müəssisələri tam gücü ilə işləmir.
Bəzi elementlərin konsentrasiyasının azalmasına baxmayaraq, suyun keyfiyyət
göstəricilərini xarakterizə edən ayrı – ayrı elementlərin ümumi sanitariya norması
buraxılan həddən çoxdur və bu ilin ayrı – ayrı dövrlərinə təsadüf edir. Belə ki, 2001–
ci ildə qurğuşunun miqdarı buraxılan hədd normaslndan 4 dəfə çox olmuşdur. 
Qurğuşun yüksək toksiki xüsusiyyətlərə malik olan su orqanizmlərində toplanma
qabiliyyətinə malikdir. Qurğuşunlu birləşmələr suda həll olunmuş şəkildə və dib
çöküntülərinin tərkibində olur.
Təhlükəlilik dərəcəsinə malik elementlər içərisində sink yüksək zəhərləyicilik
qabiliyyətinə malikdir. Oktyabr – dekabr aylarında onun miqdarı suda 2,5-3 dəfədən
artıq olur. Sərbəst halda sink zəhərləyici deyildir, lakin onun çoxlu kimyəvi bir-
ləşmələri, xüsusilə sulfat və xloridli birləşmələri çox təhlükəlidir. Yüksək temperatur
şəraitində sinkin təhlükəliliyi daha da artır və bir sıra xəstəliklərin yaranmasına
səbəb olur.
Biogen elementlərin tədqiqi zamanı azot – ammoniumun yüksək konsentrasiyası
müəyyən edilmişdir və onun suda miqdarı buraxılan hədd normasından 5 dəfə çox
olmuşdur. O cümlədən, maksimal çirklənmə Kürün Azərbaycan sərhəddində qeydə
alınmışdır. Suda ammonium ionlarının miqdarının da artması ekotoksikoloji nöqteyi
– nəzərindən çox təhlükəlidir. 
Kür çayı boyunca olan şəhərlərin sənaye müəssisələri və məişət çirkab sularının
çox hissəsi təmizlənməmiş halda Kürə axıdılır. Nəticədə çayın suyu fenol, ağır metal
duzları, karbohidrogenlərlə güclü çirklənməyə məruz qalır. Çay fiziki, kimyəvi və
bioloji yollarla çirklənir. Fiziki çirklənməyə sənaye müəssisələrinin tullantı suları,
İES-nin isti suları aiddir. Fiziki çirklənmə zamanı çay suyunun təbii rejimi dəyişir,
tərkibində oksigenin miqdarı azalır, suyun “çiçəklənməsi” prosesi baş verir. Bundan
başqa radioaktiv tullantıları da fiziki çirklənməyə aid etmək olar. Kimyəvi çirklənmə
prosesi zamanı su hövzəsinə müxtəlif kimyəvi maddələr, onların zəhərli birləşmələri
çirkab sularla birlikdə daxil olur. Bu suların tərkibində olan ağır metallar içərisində
qurğuşun və civə daha təhlukəlidir. 
Nəticə
1. Keçən əsrin ortalarından başlayaraq Kür çayının Azərbaycan ərazisindəki
Mingəçevir, Varvara, Şəmkir, Yenikənd su anbralarının, Yuxarı Qarabağ, Yuxarı Şir-
van suvarma sistemlərinin yaradılması, onun ən böyük qolu olan Araz çayı üzərində


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə