Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə34/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   31   32   33   34   35   36   37   38   39

Abdullayev Ş.N., Qasımov Z.Z., Əliyeva X.Ə., 
Nəsirov E.H. Qudyalçayın suyunun FL-2949 və...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
İÇMƏLİ SU EMALI VƏ TULLANTI SULARIN 
TƏMİZLƏNMƏSİNDƏ İNNOVATİV TEXNOLOGIYALAR
3/2016
95
Qudyalçayın 
bulanıqlığı
Optik
sıxlıq,
D
mq/l
NTU
17,69
30
0,038
35,38
50
0,08
59,97
80
0,125
88,45
131
0,18
176,9
262
0,315
252,7
368
0,417
353,8
520
0,568
589,6
855
0,995
Şəkil 2.  Qudyalçay suyunun optiki sıxlığının (D) bulanıqlıq (mq/l)
qiymətindən asılılıq qrafiki
Şəkil 3. FL-2949 PWC reagentinin dozasının bulanıqlıqdan asılılığı, mq/l
Şəkil 4. LT–31 reagentinin dozasının bulanıqlıqdan asılılığı, mq/l


Quba rayonu sutəmizləyici qurğularında suyun təmizlənməsi və duruldulması
üçün istifadə edilən FL-2949 PWC və LT-31 reagentlərinin laborator sınaqlarının
optimal dozaları aşağıdakı qrafiklərdə təsvir edilmişdir (şəkil 3,4):
Nəticə
1. Aparılan  tədqiqatların  nəticələrinə  əsaslanaraq  ГОСТ  2761-84  «Источники
централизованного хозяйственно-питьевого водоснабжения» görə Qudyal -
çayın suyunu III sinif mənbə sularına aid etmək olar.
2. FL-2949 PWC və LT-31 reagentləri yüksək bulanıqlı təbii suların təmizlənməsi
və  duruldulması  proseslərində  analoji  təsirə  malikdirlər  və  onlardan  birini
texnoloji reqlamentdə istifadə etmək olar. 
Ədəbiyyat siyahısı:
1. ГОСТ 2874-82 «Питьевая вода»
2. ГОСТ 2761-84 «Источники централизованного хозяйственно-питьевого во-
доснабжения»
3. Клячко.В.А., Апельцин.И.Э. Очистка природных вод. Москва, 1971, с.579.
4. Mark J. Hammer. Water and Waste-Water Technology. JOHN WILEY & SONS,
INC., 1979, p.400.
5. “СНиП 2.04.02-84. СП 31.13330.2012 “Водоснабжение. Наружные сети и
сооружения.”
6. Овчаренко С.В., Головко А.В. Флокулянты и качество питьевой воды. Харь-
ков, 2001, с.136.
7. Рафф.П.А., Селюков.А.В., Байкова.И. С., 2011. Водоснабжение и санитарная
техника, N 6, с. 25-34. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abdullayev Ş.N., Qasımov Z.Z., Əliyeva X.Ə., 
Nəsirov E.H. Qudyalçayın suyunun FL-2949 və...
İÇMƏLİ SU EMALI VƏ TULLANTI SULARIN 
TƏMİZLƏNMƏSİNDƏ İNNOVATİV TEXNOLOGIYALAR
3/2016
96


SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
UOT 556.531;556.551
97
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
(Səh. 97-104)
AZƏRBAYCAN ƏRAZİSİNDƏ KÜR ÇAYININ
ANTROPOGEN ÇİRKLƏNMƏSİNƏ DAİR
Aslanov H.Q.
1
,  Məmmədova E.H.
2
, Səlimova V.H.
3
1
,
3
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı şəhəri
2
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu,
Bakı şəhəri, elvira.memmedova86@gmail.com
Abstract. Right now, the improvment of different fields in our country increases
the actuality issue of re-learning and evaluation of natural resources, especially water
reserves on scientific basis. The raised issues in the state programme “About the so-
cial-economic development of regions” adopted on February, 2004, from “Acceler-
ating social-economic development” decree by the President of the Republic of
Azerbaijan, November 23, 2003, require using natural resources, as well as, water
reserves and using water reserves effectivly for health protection of people.
From this point, protecting water resources, as well as Kura river with its great
role in agriculture and social life, and solving its eco-geographical problems increase
the actually of the issue. 
Açar  sözlər: biotop  orqanizmlər,  absorbsiya,  konsentrasiya,  vegetasiya,  ir-
riqasiya, antropogen təsir, kollektor-drenaj, inqrediyent.
Giriş
Kür  respublika  əhalisinin  60-70%-i  üçün  içməli  su  mənbəyidir.  O  respub-
likamızın əhalisi, kənd təsərrüfatı və sənayesi üçün vacib həyat amilidir. Bu baxım-
dan Azərbaycan ərazisində Kür çayının çirklənməsinin təhlili böyük əhəmiyyət kəsb
edir.
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Tədqiqat materiallarının əsasını 1950-2008-ci illər ərzində aparılmış stasionar
müşahidə  məlumatlarının  təhlili,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının
Coğrafiya İnstitunun, Su Problemləri İnstitunun fond, xəritə və ədəbiyyat məlumat-
ları təşkil edir. Toplanılmış məlumatların təhlili və qiymətləndirilməsində fiziki-
coğrafi, hidroloji, müqayisəli stasionar üsullarından istifadə edilmişdir.
Tədqiqatların şərhi
Mingəçevir respublikamızın inkişaf etmiş sənaye mərkəzlərindən biridir. Şəhərin
yaxınlığında Kür çayı suyunun tərkibi natrium qruplu hidrokarbonatlı sinfə aid edilir.
Müəssisələrdən çoxlu miqdarda çirkab axınlarının qarışması nəticəsində suyun tər -


SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
Aslanov H.Q.,  Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
kibi  dəyişmişdir  və  nəticədə  xloridli  birləşmələr  çoxalmışdır.  Suyun  analizi
nəticəsində onun kükürd iyli, rənginin bozumtul, səthində yağlı təbəqənin əmələ
gəldiyi müşahidə edilir. Suda minerallaşma dərəcəsi 0,33-0,50 q/l zəif reaksiyası
yaradır, codluluq 2,3-4,5 mq ekv/l-dir, tərkibində çoxlu miqdarda zəhərləyici xü-
susiyyətlərə malik olan maddələr vardır ki, bunlar da yol verilə bilən sanitar nor-
masını bir neçə dəfə aşıb keçir. Ammonim ionları 5 dəfə, nitratlar 10 dəfə, ümumi
minerllaşma isə 1,5 dəfə çox buraxılan hədd normasından çoxdur. Mingəçevir şəhəri
yaxınlığında çay daim, yüksək dərəcədə müxtəlif antropogen təsirlərə məruz qalır.
Ona görə də ayrı-ayrı hissələrdə suyun ekoloji vəziyyəti eyni deyildir.  Şəhərin sə-
naye-məişət mənşəli çirkabları il ərzində 53 mln.m
3
təşkil edir. Son illər bu tullan-
tıların  miqdarı  əvvəlki  illərə  nisbətən  sənaye  müəssisələrinin  tam  gücu  ilə
işləməməsi nəticəsində azalmışdır. 
Əsas çirkləndirici inqrediyentlərə azot, fosfor, dəmirli birləşmələr, ağır metallar,
aliminium, nitrat, nitrit, xlorid, sulfatlı birləşmələr daxildir. Mingəçevir şəhərində
əsas çirkləndirici müəssisələrə - “Azərelektroizolyasiya”, “Texniki rezin zavodu”,
“Toxuculuq kombinati”, “Şüşə-mahlıc”, “Azərbaycan DRES”, “Azərenerji” İB, “Ət
kombinatı”, “Azyolmaş” İB, “Ağac emalı zavodu”, “Dəmir beton məmulatları za-
vodu”, müxtəlif tikinti trestləri, 7 saylı çörək zavodu və s. aid edilir. Şəhərdə olan
29 sənaye müəssisəsindən 10 iri müəssisənin tullantı suları Kür çayına tökülür. 
Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına əsasən, Kür çayının Poylu stansiyasında neft məh-
sulları konsentrasiyasının orta miqdarı 0,09 mq/l, maksimal qiyməti isə 0,03 mq/l
təşkil edir ki, bu da buraxıla bilən hədd normasından 7 dəfə çoxdur. Şəmkir və
Mingəçevir su anbarları arasında yerləşən sahədə (Yenikənd k.) neft məhsullarının
orta qiyməti 0,04 mq/l maksimal konseptrasiyası isə 0,14 mq/l təşkil etmişdir. Poylu
stansiyasında maksimal qiymət buraxıla bilən həddin 24 mislinə çatmışdır. Mingəçe-
vir və Şəmkir su anbarlarının sahillərində müşahidələr nəticəsində çoxlu miqdarda
məişət tullantı zolağı müəyyən edilmişdir. Bu tullantılar güclü tufan, dalğıc suları
və külək axınları vasitəsilə sahillərə gətirilir. Bunun nəticəsində Mingəçevir su an-
barının sahillərində Gürcüstandan gətirilmiş məişət və digər tullantılar indiyə kimi
qalmaqdadır. 1982-ci ildə Şəmkir su anbarı tikildikdən sonra həmin çirkablar burada
toplanır. 
Mingəçevir su anbarında yay aylarında suyun səthini örtən mavi-yaşıl rəngli
örtük Kür çayında ekoloji şəraitin pozulmasını sübut edir, bu hal Şəmkir su anbarı
istifadəyə verildikdən sonra daha da güclənmişdir. 
Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz çayları
və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir.
Son 50 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallaşma dərəcəsi 3
dəfədən çox artaraq 1020 mq\l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı mən-
təqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. 
98
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə