Wiley finance



Yüklə 3,34 Mb.
səhifə19/32
tarix14.09.2018
ölçüsü3,34 Mb.
#68457
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

5.3.2 Sekyuritizasiya
Kredit zərərlərinin təsirinin azaldılması məqsədilə banklar tərəfindən istifadə olunan metodlardan biri aktivlərin (xüsusilə aşağı keyfiyyətli olanların) toplanması və qruplaşdırılmasıdır. Bu aktivlərin sekyuritizasiyası olaraq tanınır. Aktivləri və onların nağd pul axınları bir araya toplamaqla, daha sonra isə daha diversifikasiyalı aktivlərin bir araya toplanmasını təklif etməklə bank fərdi qaydada təklif edilməsi ilə müqayisədə investorlar üçün daha çox arzuolunan paketə malikdir. Aktivlərin bu növləri aktivlə təmin olunan qiymətli kağızlar olaraq tanınır. Aktivlərin bir çox növü nağd pul axını ilə bağlı olduğundan (kredit karltları və lizinqlər kimi) sekyuritizasiya oluna bilər.

İnvestorlar portfelin diversifikasiyasına nail olmaq üçün sekyuritizasiyalı aktivləri alırlar. Sekyuritizasiyalı aktivlər adətən ödənişlərin ədalətli şəkildə proqnozlaşdırılan qrafiki ilə təmin edir və müəyyən gəlirlilik təklif edir. Aktivləri sekyuritizasiyalaşdıraraq üçüncü tərəfə satılması onu bankın mühasibatlıq kitabından çıxardığından və kapital tələblərini azaltdığından konsentrasiya riskləri daxil olmaqla, yüksək səviyyəli risklərə məruz qalma potensialını azaltmaq üçün bank öz aktivlərini sekyuritizasiyalaşdıracaq. Qiymətli kağızlar satıldığından bank onların satışından gəlir əldə edəcək və həmin vəsaitlə yeni kreditlər formalaşdıra və ya digər bizneslərə başlaya bilər. Ümumiyyətlə bank sekyuritizasiyalı aktivlərini öz törəməsi ola biləcək emitentə ötürəcək və ya satacaq. Emitent isə aktivləri qruplaşdırır (ipotekalar, kredit kart törəmələri və s.) və onlarla təmin olunan qiymətli kağızları satır. Kredit fondları üzrə gözlənilən ödənişlər qiymətli kağızların dəyərinin ödənilməsi məqsədilə istifadə olunur. Qiymətli kağızların ötürülməsi və ya satışının dövriyyəsiz baş verməsi halında (kredit defoltu halında satan bank alan tərəfə kompensasiya ödəmək məcburiyyətində qalmır), bu proses sonradan bankın defolt riskini azaltmış olacaqdır.


Aşağıda göstərilən Şəkil 5.10 sekyuritizasiya prosesini təsvir edir:


Şəkil 5.10 Sekyuritizasiya prosesi

1. Bank borcalana kredit, borcalan isə banka ödəniş verir.



2. Bank kreditləri emitentə satır və nağd formada gəlir əldə edir. Bu gəlir bankın zəmanətindəki kreditləri maliyyələşdirir.

3. Emitentlər istiqrazları investorlara satır və nağd formada gəlir əldə edirlər. Bu gəlir emitentin bankdan aldığı kreditləri maliyyələşdirir.

4. Bank borcalanlardan ödəniş qəbul etdikdə, ödənişlər – xidmət haqqı istisna olmaqla – emitentə ötürülür.

5. Kreditlərin sekyuritizasiyalı kreditlərin emitentinə satılması nəticəsində əldə olunan nağd puldan bankın verdiyi yeni kreditlər üçün istifadə oluna bilər.

6. Emitent bankdan ödəniş aldıqda, ödənişlər investora ötürülür.

Borcalan

Borcalan

Borcalan

Borcalan

Borcalan



    1. KREDİT RİSKİ VƏ BAZEL II SAZİŞLƏRİ

Bazel I Sazişinin əsas məqsədi sadə reytinqi yanaşmasından istifadə etməklə kredit riski üçün məcmu kapitalın müəyyənləşdirilməsidir (Fəsil 1-ə bax). Bazel II Bazel I-in üzərində genişlənmişdir və 1-ci Prinsip üzrə banklardan bazar və əməliyyat riski, eləcə də kredit riski üçün bank məcmu kapital tələblərini hesablamalarını tələb edir.

Kredit riski üçün məcmu kapitalın hesablanması üçün Bazel II banklara kredit riski üzrə kapital tələblərini və ya kredit riskinə qarşı məcmu kapitalını müəyyən edən üç yanaşmadan birini seçməyi tövsiyə edir. Bu üç yanaşma yalnız metodologiyaları baxımından deyil, həmçinin hesablamaları dəstəkləməklə bankın kredit riski prosesləri üzrə tələb olunan məharətlilik səviyyəsi baxımından da fərqlənir.

Kredit riski kapitalının hesablanması məqsədilə Bazel II aşağıdakı yanaşmaları izah edir:



  • Standart Yanaşma – xarici reytinqlərə əsaslanan yanaşmanı özündə cəmləyir.

  • Təməl Daxili Reytinqlərə Əsaslanan Yanaşma

  • Üstün Daxili Reytinqlərə Əsaslanan Yanaşma


5.4.1 Standart Yanaşma
Standart Yanaşma Bazel I-in kredit riski təlimatlarından götürülmüşdür. Bazel I tərəfindən aktiv növlərinə təyin olunan sadə, sabit risk çəkilərinin (müəyyən aktiv üzrə riski göstərən faiz) əksinə olaraq, Bazel II suveren ölkələr, korporasiyalar və banklara ayrılan kreditlər kimi müəyyən aktiv növləri üzrə risk ölçülərinin daha çevik olmasının vacibliyini qəbul edir və kredit reytinqlərinin borcalana təyin olunan xarici kredit reytinqləri tərəfindən müəyyən olunmasını tövsiyə edir.

Bazel II kredit reytinqi təşkilatlarının ictimaiyyətə təqdim etdiyi kredit reytinqlərinin Standart Yanaşmaya uyğun olmasına imkan yaradır. Bazel II risk çəkilərinin müəyyən standartlara cavab verən reytinq agentlikləri tərəfindən verilən ictimai reytinq reytinqlərini əks etdirməsinə imkan verir. Bir çox ölkələr az sayda ictimai kredit reytinqi agentliyinə malik olduğundan, həmin ölkələrdə ictimai kredit reytinqlərinin faydalılığı məhduddur. Bu isə ictimai kredit reytinqlərindən istifadənin dövlət zəmanətli və korporativ kreditlərə (əsasən istiqrazlar və digər ictimai alqı-satqısı keçirilən borclar), iri borcalanlar olan bəzi banklara və müəyyən dövlət təşkilatına tətbiqini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Kredit reytinqi agentlikləri kredit reytinqlərini təqdim edirlər (Bölmə 4.2.2-yə baxın). Üç ən məşhur reytinq təşkilatı Standart & Poors, Moody’s Investors Service və Fitch-dir. Şəkil 5.11 Moody’s, Fitch və Standart & Poors tərəfindən fərqli ballardan (reytinqlərdən) istifadə olunduğunu göstərir. Hər bir balın yanında qeyd olun müsbət və mənfi işarələri eyni reytinq kateqoriyası daxilindəki müxtəlif reytinqlər arasında müsbət müvafiq fərqlilikləri göstərən modifikatorlardır. Müsbət və ya üstəgəl işarəsinin olması reytinqin reytinq kateqoriyasındakı ortalama reytinqdən daha yaxşı olduğunu göstərir. Mənfi və ya çıx işarəsinin olması reytinqin reytinq kateqoriyasındakı ortalama reytinqdən daha pis olduğunu göstərir. Reytinqin verildiyi şirkətin kredit keyfiyyətinin dəyişməsi halında bu reytinqlərin dəyişməsi mümkündür. Həmçinin reytinqlər kredit təlimatçılarını gələcək təlimatlarla təmin edəcək reytinq “müşahidələri” və “perspektivləri” tərəfindən müəyyənləşdirilə bilər.

5.4.2 Daxili Reytinqlərə Əsaslanan Yanaşma
Bazel II Sazişinin minimal kredit kapitalını hesablayan digər iki yanaşması reytinqlərin möhkəm maliyyə məntiqliyi əsasında hazırlanmasını və münasib formada təyin olunmasını təmin etməklə bankların daxili qaydada yaradılan kredit reytinqlərindən istifadə etməsinə icazə verir. Daxili Reytinqlərə Əsaslanan yanaşmalar müxtəlif əlamətləri bölüşdürsə də, fərqli formada icra olunur. Bu yanaşmalar aşağıdakılardır:


  • Təməl Daxili Reytinqə Əsaslanan Yanaşma

  • Üstün Daxili Reytinqə Əsaslanan Yanaşma


5.4.3 Daxili Reytinqlərə Əsaslanan Yanaşmaların Ümumi Xüsusiyyətləri
Daxili Reytinqə Əsaslanan yanaşmaların hər ikisi tənzimləyici minimal kapital tələbinin müəyyən edilməsi məqsədilə bankın məlumatlarına əsaslanmaqla Standart Yanaşmadan fərqlənir. Bankın borcalanların kredit qabiliyyətliliyinin qiymətləndirilməsi üzrə daxili prosesləri kredit modellərinin yaradılması ilə bağlı məlumatları hazırlayır. Kredit modelləri Defolt ehtimalı, Zərər verən defolt, Defolt vəziyyətində riskə məruz qalma kimi ümumi risk amillərinin (yuxarıdakı Bölmə 5.3-dəki tam izahlara baxın), eləcə də qüvvədə olan ödəniş müddətinin üzərində qurulur.

Təməl və Üstün Daxili Reytinqə Əsaslanan Yanaşmalar arasındakı fərq bankın daxili modellərinin fərqli risk amillərini necə proqnozlaşdırması ilə əlaqədardır:



  • Təməl Daxili Reytinqə Əsaslanan Yanaşma üzrə bankdan yalnız borcalanın defolt ehtimalını qiymətləndirməsi tələb olunur. Defolt ehtimalını təsdiqləyə bilməsi üçün bank ən azı beş il müddətində müxtəlif borcalanlardan aldığı müxtəlif kredit icraları ilə əlaqədar məlumatlara sahib olmalıdır. Kredit modelinin (yuxarıda qeyd olunan) digər risk amili bankın nəzarətçisi tərəfindən təmin edilir və müəyyən olunur.

  • Üstün Daxili Reytinqə Əsaslanan Yanaşma üzrə bank modelin bütün komponentlərini qiymətləndirir. Təsdiqlənmə məqsədilə ən azı yeddi illik tarixi məlumatlardan istifadə olunmalıdır. Bütün iri korporativ məruz qalmalar halında, nəzarət razılaşmasına uyğun olaraq ödəniş müddəti olaraq 2 il yarım nəzərdə tutula bilər.

Üstün Daxili Reytinqə Əsaslanan Yanaşma ilə əlaqədar olaraq bank məlumatların toplanması, məlumatların idarə edilməsi və modelləşdirmə metodları daxil olmaqla, bütün kredit riski modeli komponentlərini qiymətləndirməlidir. Proses bankın daha məharətli və dəyərli iştirakını tələb edir.


5.4.4 Daxili Reytinqlərə Əsaslanan Yanaşmaların üçün Minimal Tələblər
Əsas tələb bankın kompleks kredit riskinin ölçülməsi, idarə edilməsi və monitorinqi sisteminin reytinqlərə əsaslanan sistem olmasıdır. Reytinqlərə əsaslanan sistem bankın kredit portfelindəki hər bir kreditin xüsusi riskliliyini dəqiqliklə əhatə etməli və hər bir kreditin digər kreditlərlə əlaqəli xüsusi riskliliyini düzgün qiymətləndirməklə fərdi kredit risklərinə məruz qalma arasındakı fərqi müəyyənləşdirməlidir.

Bütün reytinq sistemləri Defolt ehtimalı, Zərər verən defolt və Defolt vəziyyətində riskə məruz qalma kimi kompleks riyazi və statistik tədbirlərin üzərində qurulur. Bu modellərin, yüksək məharətlə hazırlanmış metodların və təfsilatlı töhfə və proseslərin mürəkkəbliyi səbəbindən, model tənzimləyicilərin modelin nəticələrini köçürməklə asanlıqla qüvvəyə minəcəkləri şəkildə asanlıqla sənədləşə bilən formada olmalıdır.

Riskin məntiqi fərqləndirilməsi, riskin dəqiq və uyğun qiymətinin təmin olunması və borcvermə tələblərinin dəstəklənməsi məqsədilə reytinqlərə əsaslanan sistemlər üçün Bazel Razılaşması banklardan ən azı səkkiz “defolt ehtimalı” reytinq balına malik reytinqlər sistemini hazırlamasını tələb edir. Bu ən aşağı defolt ehtimalından (AAA və ya Aaa reytinqləri, yaxud reytinq agentlikləri tərəfindən verilən bənzər reytinqlər kimi) ən yüksək defolt ehtimalına (C reytinqləri və ya reytinq agentlikləri tərəfindən verilən bənzər reytinqlər kimi) qədər uzanmalıdır. Reytinqlərin izahı ilə bağlı olan meyarlar inandırıcı və intuisiyaya əsaslanmalı və risklərin işçilərə, auditorlara, tənzimləyicilərə və nəzarətçilərə aydın olacağı şəkildə əsaslı fərqləndirilməsi ilə nəticələnir. Balların minimal sayı 8-dir. Sistem bu səkkiz bal çərçivəsində fərqlənə bilmə və kredit risk ilə bağlı fərqli məsələləri əhatə edəcək səviyyədə təfsilatlı olmalıdır.

Bazel Sazişi həmçinin reytinqlərə əsaslanan sistemin dinamik olmasını tələb edir. Dinamik reytinq müasir və müvafiq alıcı ilə bağlı informasiya üzrə tələblərə cavab verməli və yeni məlumatlara əsaslanan kredit üzrə kredit reytinqini təkrar qiymətləndirməlidir. Reytinq sistemi davamlı təkrar qiymətləndirməyə və fəaliyyətin qiymətləndirilməsinə imkan yaradan məlumatlarla təmin etməlidir. Bank və nəzarətçilərin hər ikisi model tərəfindən proqnozlaşdırılanlara qarşı reallaşdırılan Defolt ehtimalları, Zərər verən defoltlar və Defolt zamanı riskə məruz qalmaları və kredit reytinqlərinin defoltları və kredit miqrasiyaları kimi potensial dəyişikliklərin (məsələn, yüksək reytinqli kreditin zəifləməsi və kreditin AAA reytinqindən A reytinqinə düşməsi və ya zəif kreditin güclənərək reytinqinin BBB-dən A-ya qalxması) proqnozlaşdırılmasını müqayisə edərək sistemin necə fəaliyyət göstərməsini qiymətləndirmə iqtidarında olmalıdır. Sistemin fəaliyyətinin qiymətləndirilməsi bankların riskə nəzarət bölməsinin sisteminin davamlılığına düzəliş etməsi və təkmilləşdirməsi ilə nəticələnməlidir. Rəhbərlik və daxili auditorlar tərəfindən davamlı monitorinqin keçirilməsi tələbi mövcuddur.

Son nəticədə reytinqlər bankın hər bir kredit riskini qiymətləndirməsinə, münasib reytinqlərin hər birini təyin etməsinə və bankın zəmanət vermiş və ya verməkdə olduğu digər əlaqədar kredit risklərinə məruz qalmanın qiymətləndirilməsinə yardım etməlidir. Onlar həmçinin mühasibat kitabının kredit riskinin daha asan idarə olunmasına, kredit riskinə məruz qalmanın dəyərinin müəyyən olunması yolu ilə təmin olunmasına və bankın kredit riski üzrə tənzimləyici minimal kapitalının düzgün qiymətləndirilməsinə yardım edir. Bundan əlavə bankın kredit riskinə qarşı saxlamalı olduğu məcmu kapitalın müəyyənləşdirilməsi məqsədilə bankın daxili qaydada hazırlanmış reytinqlərə əsaslanan sistemi stress sınağı üçün də istifadə olunmalıdır. Sistem yalnız müəyyən bir borcalan və ya oxşar borcalanlar qrupunun kredit keyfiyyətinin pisləşməsini deyil, həmçinin iqtisadi və sektor azalmaları, bazar riski halları və zəif likvidlik şəraitinin təsirlərini əhatə etməlidir.

Bankın daxili reytinq əsaslı yanaşmalardan birini qəbul etməsi üçün ilk növbədə onun bank üzrə nəzarətçi nümayəndələrinə son üç il ərzində Daxili Reytinq Əsaslılığına uyğun geniş sistemdən istifadə etdiyini nümayiş etdirməsinə ehtiyac var. Təməl Daxili Reytinqə Əsaslanan Yanaşmaya uyğun bank ən azı üç il ərzində defolt ehtimalını qiymətləndirməlidir. Üstün Daxili Reytinqə Əsaslanan Yanaşmadan istifadə edən banklar da özlərinin zərər verən defoltunu və defolt vəziyyətində riskə məruz qalma hallarını qiymətləndirməlidirlər.



Şəkil 5.11 Kredit reytinqləri və onların şərhi





Təsviri

Fitch və S&P




Moody’s




İzahı

İnvestisiya dərəcəsi

Ən yüksək kredit keyfiyyəti

- ən aşağı risk



AAA




Aaa




Maliyyə öhdəliklərinin vaxtında ödənişi üzrə müstəsna güclü potensial, hansının ki, əvvəlcədən gözlənilən hadisələrdən mənfi təsirlənmə ehtimalı həddindən çox azdır.




Çox yüksək kredit keyfiyyəti – aşağı risk

AA

AA+

AA

AA-



Aa

Aa 1

Aa 2


Aa 3

Maliyyə öhdəliklərinin vaxtında ödənişi üzrə çox güclü potensial, hansı ki, əvvəlcədən gözlənilən hadisələrə qarşı əhəmiyyətli dərəcədə həssas deyil.




Yüksək kredit keyfiyyəti

– aşağı risk



A

A+

A

A-



A

A 1

A 2


A 3

Maliyyə öhdəliklərinin vaxtında ödənişi üzrə mühitdən/iqtisadi şəraitdən asılı olaraq baş verən dəyişikliklərə qarşı daha çox həssas olan güclü potensial.




Yaxşı kredit keyfiyyəti – orta risk

BBB

BBB+

BBB


BBB-

Baa

Baa 1

Baa 2


Baa 3

Maliyyə öhdəliklərinin vaxtında ödənişi üzrə adekvat potensial, lakin, mühitdə/iqtisadi şəraitdə baş verən dəyişikliklərin bu potensialı azaltma ehtimalı çoxdur.

Spekyulativ dərəcə

Spekyulativ

– yüksək risk



BB

BB+

BB

BB-



Ba

Ba 1

Ba 2


Ba 3

Xüsusilə tədricən baş verən mənfi yönümlü iqtisadi dəyişikliklər səbəbindən kredit riski ehtimalı artmaqdadır. Maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün biznes/maliyyə alternativlərinin əldə olunması mümkün ola bilər.




Yüksək spekyulativ

– yüksək risk



B

B+

B

B-



B

B 1

B 2


B 3

Məhdud təhlükəsizlik marjası ilə əhəmiyyətli kredit riski. Hazırda maliyyə öhdəlikləri yerinə yetirilsə də, davamlı ödəniş dayanıqlı, müsbət biznes və iqtisadi mühitdən asılıdır.




Yüksək defoltlu risk

– daha yüksək risk



CCC



Caa



Defolt real ehtimaldır. Maliyyə öhdəliklərinin yerinə yetirilmə potensialı yalnız davamlı ödəniş dayanıqlı, müsbət biznes və iqtisadi mühitdən asılıdır.




Ehtimal olunan defolt

– çox yüksək risk



CC



Ca



Bəzi növ defoltların yaranma ehtimalı var və emitentin vəziyyətindən asılı olaraq buraxılış pisləşməyə qarşı həssasdır.

Defolt

Gözlənilən defolt

– ən yüksək risk



C



C



Defolt qaçılmazdır və emitentin vəziyyətindəki pisləşməyə qarşı yüksək dərəcədə həssasdır.




Defolt vəziyyətindədir

D







Defolt vəziyyətli buraxılışdır. Kreditin əsas məbləği və faizi vaxtında ödənilməyib və ya ödənişin həyata keçiriləcəyi çox şübhəlidir, yaxud emitent müflislik, yenidənqurulma və oxşar prosedurlarla üzləşir.

B
FƏSİL 6
azar Riski

Bu fəsil bazar riski, yəni bazar qiymətlərindəki əlverişsiz hərəkətlərə görə maliyyə vəsaitləri və ya alətlərində bankın tutduğu mövqelər üzrə zərər riskini təqdim edir. Banklar bazar riski ilə qarşılaşırlar, çünki onlar öz kapitallarını risklərə məruz qoyaraq, öz hesablarına ticarət edirlər və maliyyə alətlərində mövqe tuturlar. Bazar riskini idarə edə bilməmə bankın mənfəətliliyinə və reputasiyasına əhəmiyyətli dərəcədə birbaşa təsir edə bilir. Bazar riski mənbələrini və bankların öz ticarət əməliyyatlarından istifadə etdikləri ticarət alətlərini araşdırdıqdan sonra, bu fəsil Bazel I Sazişi və Bazel II Sazişinə Bazar Riski Düzəlişində göstərilmiş yanaşmalar daxil olmaqla, bazar riski ölçmə və idarə etmə üzrə müxtəlif fikirləri əhatə edir.


Fəslin İcmalı


  • 6.1 Bazar Riskinə Giriş

  • 6.2 Maliyyə Alətlərinin Əsasları

  • 6.3 Birja Ticarəti

  • 6.4 Bazar Riskinin Ölçülməsi və İdarə Olunması

  • 6.5 Bazar Riskinin Tənzimlənməsi – 1996-c; il tarixli Bazar Riski Düzəlişi


Əsas Məqamlar

  • Bazar riski bankların ticarət fəaliyyətindən irəli gəlir və bazar qiymətlərindəki hərəkətlərin nəticəsidir.

  • Bazar riski bütün maliyyə alətlərinə təsir edir və bütün müqayisə oluna bilən maliyyə alətlərinin bazar hərəkətlərini əks etdirən bazar riski və ya hər bir maliyyə alətinin gündəlik ticarətdə hərəkətlərində qarşılaşdıqları riski əks etdirən xüsusi bir riskdir.

  • Əsas maliyyə alətləri valyutalar, səhmlər, istiqrazlar, kreditlər, əmtəələr və törəmə alətlərdir. Banklar maliyyə alətlərində uzun və ya qısa müddətli mövqe tuta bilər.

  • Bazar riskinin dörd müxtəlif növü kapital riski (kapital), faiz dərəcəsi riski (istiqrazlar və kreditlər), əmtəə riski (əmtəələr) və mübadilə kursu riskidir (valyutalar). Bazar riskini və bazar riskinin təsirini azaltmaq üçün banklar öz risklərini hecinq edə bilərlər.

  • Riskli məbləğ müəyyən etibar intervalı ilə müəyyən zaman müddətində potensial zərərlərin qiymətini verən bir metodologiyadır. Bu prosesin yaratdığı qiymət bankın üzərinə götürdüyü risklərin bəzilərini hesablayır.

  • Bazel II Sazişi bazar riskinin ölçülməsi üçün iki alternativ prosesi təqdim edir: Standart Yanaşma və Daxili Modellər Yanaşması.




Əsas Terminlər

  • Satıcı-alıcı qiymətləri fərqi

  • İstiqraz

  • Hesablaşmalar palatası

  • Əmtəə və Əmtəə Riski

  • Törəmə alətlər

  • Kapital (pay və ya səhm) və Kapital Riski

  • Birja

  • Valyuta məzənnəsi və Xarici valyuta riski

  • Forvard

  • Fyuçers

  • Hecinq

  • Faiz dərəcəsi riski

  • Daxili Modellər Yanaşması

  • LIBOR

  • Uzun mövqe




  • Marja

  • Marja tələbi

  • Bazar və ya ticarətin likvidliyi

  • Bazar riski

  • Opsionlar

  • Qiymətli kağızların birjadan kənar bazarı

  • Satıcı opsionu

  • Qısa mövqe

  • Spekulyasiya

  • Standart Yanaşma

  • Svop

  • Sistematik və spesifik risk

  • Birja ticarəti

  • Riskli məbləğ, VAR

  • Mənfəət əyrisi


Bazar Riski



    1. BAZAR RİSKİNƏ GİRİŞ

Bazar riskinin iki komponenti var: bənzər maliyyə aktivləri və ya maliyyə bazarlarına təsir edən ümumi bazar riski və yalnız fərdi maliyyə aktivlərinə təsir edən spesifik risk. Ümumi bazar riski və ya sistematik risk müxtəlif aktivlərə tətbiq olunan bazar qiymətlərindəki əlverişsiz hərəkətin riskidir.13 Spesifik risk müəyyən bir aktivin qiymətində əlverişsiz hərəkət riskidir və yalnız həmin qiymətli kağız və ya onu buraxana aid olan və bazarların ümumi hərəkəti ilə əlaqəli olmayan amillərə görə baş verir. Bu əlaqə aşağıda Şəkil 6.1-də göstərilir.


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə