World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

4

1. Korporativ İdarəetmə

    Müşaviri Kimdir?

     Korporativ idarəetmə müşaviri şirkətin müxtəlif orqanları və rəsmiləri tərəfindən qanunlarda və şirkətin daxili 

sənədlərində nəzərdə tutulmuş prosedur tələblərinə riayət edilməsini təmin edən şirkət rəsmisidir. Bu şəxs şirkət 

daxilində və investorlarla vaxtında məlumat mübadiləsinin\axının aparılması üçün məsuliyyət daşıyır, idarəetmə 

orqanları  və  səhmdarlar  arasında  korporativ  münaqişələrin  həll  edilməsi\qarşısının  alınmasında  vasitəçi  rol-

unu  oynayır,  və  şirkətdə  korporativ  idarəetmə  təcrübələrinin  təkmilləşdirilməsi  ilə  bağlı  şirkət  rəhbərliyinə 

müntəzəm olaraq tövsiyələr verir. Beləliklə, korporativ idarəetmə müşaviri şirkətdə inzibati sahələrdən başlayaraq 

məsləhətverici və problemlərin həll edilməsinə qədər müxtəlif çeşidli vəzifələr yerinə yetirir.  

      Azərbaycanda səhmdar cəmiyyətlərinin təcrübələri göstərir ki, tam və düzgün məlumatın olmaması çox zaman 

anlaşılmazlıq və hətta korporativ münaqişələrə gətirib çıxarır. Səhmdarlar məlumat almaq üçün kimə müraciət 

etməli olduqlarını bilmir və şirkətin rəhbər işçilərinin nə vaxtı, nə də imkanı yoxdur ki, bu məlumatı düzgün və 

vaxtında hazırlasın. Buna görə də Korporativ idarəetmə müşaviri vəzifəsinin yaradılması yuxarıda qeyd edilən 

problemlərin həll edilməsi istiqamətində ciddi addım olardı. 

     Korporativ idarəetmə müşaviri səhmdarlarla ünsiyyət saxlamalı və onlar üçün maraqlı olan məsələlərə diqqət 

ayrılmasını təmin etməlidir. Korporativ idarəetmə müşaviri səhmdarların əlaqə saxladığı ilk şəxs (xüsusilə korpo-

rativ idarəetmə məsələləri ilə bağlı) olmalıdır. Müşahidə şurası və idarə heyətinə gəldikdə isə korporativ idarəetmə 

müşavirinin vəzifəsi həm də direktorların seçilməsi ilə bağlı prosedurlara riayət edilməsinə nəzarət, onların öz 

vəzifələrin  icra  etməsinə  yardım  və  onlar  üçün  təlim  və  tədris  proqramlarının  təşkil  edilməsinə  olan  ehtiyacı 

müəyyən etməkdir. 

     Bundan əlavə, korporativ idarəetmə müşaviri ümumi yığıncaqların və iclasların protokollarını hazırlayır və digər 

sənədlərin layihələrini tərtib edir. Korporativ idarəetmə müşaviri əmin olmalıdır ki, bütün direktorlara, xüsusilə 

müstəqil direktorlara, yardım edilir və onların üzərinə qoyulan vəzifələrlə bağlı vaxtında onlara məsləhətlər veri-

lir. Korporativ idarəetmə müşaviri direktorlar üçün vaxtında və dəqiq məlumatın alınması mənbəyi olmalıdır. Bu 

baxımdan, həmin şəxs şura üzvlərinin işini səmərəli və qərar qəbul edilməsi prosesinin əsaslandırılmış və qərəzsiz 

edən bütün məlumatın müşahidə şurası üzvlərinə çatdırılmasını təmin etməlidir.  Ümumilikdə, şirkət baxımından 

korporativ idarəetmə müşaviri (baş hüquqşünas ilə birgə) şirkət tərəfindən ölkədə qüvvədə olan qanunvericiliyə 

riayət edilməsi üçün məsuliyyət daşıyır. Şirkət daxilində korporativ idarəetmə müşaviri daxili siyasətlərin düzgün 

və vaxtında icra edilməsi, səhmdarların və digər maraqlı şəxslərin idarəetmə orqanlarının qərarları ilə tanış edilməsi 

üçün məsuliyyət daşıyır. Bu şəxs həm də şirkətin qabaqcıl dünya təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin 

edir və şirkətdə korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi barədə şirkətə məsləhətlər verir.

      Beləliklə,  korporativ  idarəetmə  müşaviri  yalnız  effektiv  ünsiyyətin  yaradılmasına  deyil,  həm  də  idarəetmə 

orqanlarının fəaliyyətinin keyfiyyətinin artırılmasına yardım edən şəxsdir. Buna görə də, korporativ idarəetmə 

müşaviri  ofis  işindən  başlayaraq,  hüquq-məhkəmə  proseslərinə  qədər  bir  çox  sahələrdə  peşəkar  səriştəyə  ma-

lik olmalıdır, çünki bu səriştə səviyyəsi şirkətin bütün idarəetmə komponentlərinin səmərəli işləməsini təmin 

edəcəkdir.

Korporativ İdarəetmə Müşaviri Kimdir?




5

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR



2. Qanunlarda və Qabaqcıl Təcrübələr 

    Məcəllələrində Korporativ İdarəetmə 

    Müşavirinin Funksiyası

     Beynəlxalq təcrübədə korporativ idarəetmə müşaviri daha çox korporativ katib və ya şirkətin katibi (İngiltərə) 

kimi tanınır. Amma korporativ idarəetmə təcrübəsi təkmilləşdikdə “korporativ idarəetmə müşaviri” adı daha geniş 

yayılır və tədricən “korporativ katib” adını əvəz edir. Nəticədə bu şəxsin şirkətdə olan rolu vurğulanır və bu iş daha 

rəhbər səviyyəli və cəlbedici görüntü alır. Əsasən inzibati işlərlə məşğul olan katiblərin vaxtı artıq keçmişdədir.

1

     Bu mövqeyə yanaşma müxtəlif ölkələrdə fərqlidir. Bir qayda olaraq, korporativ idarəetmə ilə bağlı məsələlərlə 



məşğul olmaq üçün şəxsin təyin edilməsi ehtimalı və ya ehtiyacı bir çox ölkələrdə qabaqcıl təcrübələrə uyğun 

məcəllələr  və  ya  korporativ  siyasətlərdən  (şirkətin  nizamnamələri,  reqlamentləri)  irəli  gəlir.  Məsələn,  Rusiya 

Federasiyasının səhmdar cəmiyyətləri haqqında qanununda belə bir vəzifənin yaradılması tələb edilmir, lakin Ko-

rporativ Davranış Məcəlləsində korporativ katibin təyin edilməsi tövsiyə edilir. Qaydaların müəllifləri hesab edir 

ki, korporativ katib elə bir xüsusi rəhbər işçidir ki, onun yeganə işi və vəzifəsi prosedur tələblərinə riayət etməsini 

təmin etməkdir, bu da şirkətin idarəetmə orqanları və rəsmiləri tərəfindən hüquqların mühafizəsini və səhmdar 

cəmiyyətin maraqlarının qorunmasını təmin edir.

     Azərbaycan qanunvericiliyində də şirkətlərdə korporativ idarəetmə müşavirinin və ya korporativ katib vəzifə- 

sinin yaradılması tələb edilmir. Lakin, Azərbaycanın Korporativ İdarəetmə Standartlarında

2

 şirkətlərə bu vəzifənin 



yaradılması tövsiyə edilir. Standartlara görə korporativ idarəetmə müşaviri müşahidə şurası tərəfindən təyin edilir 

və ona tabedir.

      Bəzi  ölkələrdə  bu  şəxsin  təyin  edilməsi  qanunvericiliklə  tənzimlənir.  Misal  üçün,  İngiltərənin  2006-cı  ildə 

qəbul edilmiş Şirkətlər haqqında qanununa əsasən bütün qeydiyyata alınmış şirkətlərdə şirkət katibinin olması 

məcburidir.  Bu  müddəaya  dəstək  olaraq,  İngiltərənin  qabaqcıl  təcrübələr  məcəlləsində  (İcmal\Birləşdirilmiş 

Məcəllə) bu şəxsin vəzifəyə təyin edilməsi və funksiyaları barədə daha ətraflı tövsiyələr əks etdirilmişdir. Şirkətin 

katibi şuranın və ümumilikdə şirkətin fəaliyyətlərinin səmərəliliyini artıran əsas şəxsdir. Belə bir tələb həm də 

Ukraynanın birgə müəssisələr haqqında qanununda əks etdirilmişdir. 

      ABŞ-da korporativ katiblərin  ümumilikdə kifayət qədər böyük  təsiri  olsa da, korporativ  idarəetmə  haqqında 

ABŞ  məcəllələrində  bu  funksiya  haqqında  çox  az  məlumat  var.  ABŞ-ın  şirkətlər  haqqında  normativ-hüquqi 

aktlarının çoxunda isə bir sıra korporativ məsuliyyətləri olan “katibin” təyin edilməsi tələb edilsə də, bu vəzifənin 

təlimatı və ya təsviri haqqında heç bir ətraflı məlumat əks etdirilmir. Onlar hər bir şirkətin özü tərəfindən müəyyən 

edilir.

       Adətən, korporativ idarəetmə müşavirlərinin (korporativ katiblərin) fəaliyyətləri ilə bağlı hər bir şirkətdə müvafiq 



reqlament və ya siyasət olur və orada katiblərin təyin edilməsi prosedurları və onların əsas vəzifələri aydın şəkildə 

müəyyən edilir. Bu sənədə Əlavə I-də korporativ idarəetmə müşavirinin işini tənzimləyən nümunəvi əsasnamə 

təqdim edilmişdir. Bir qayda olaraq, korporativ idarəetmə müşaviri müşahidə şurası tərəfindən təyin edilir və ona 

tabedir. Korporativ idarəetmə müşaviri şirkətin rəhbər işçisi hesab edilir və bu o deməkdir ki, qanunvericilikdə və 

şirkətin daxili sənədlərində direktorların vəzifə və məsuliyyətlərinə aid olan bütün müddəalar ona da şamil edilir. 

1

 Gertrud Erismann-Peyer, Ulrich Steger, Oliver Salzmann - “Korporativ İdarəetməyə daxildən baxış. Korporativ katibin rolu”, 2008.



2

 Azərbaycan Korporativ İdarəetmə Standartları İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə yaradılmış İşçi qrup tərəfindən hazırlanmışdır. IFC-nin 

Azərbaycan Korporativ İdarəetmə Layihəsi həmin İşçi qrupun fəal üzvüdür.

Qanunlarda və Qabaqcıl Təcrübələr Məcəllələrində Korporativ İdarəetmə Müşavirinin Funksiyası




Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə