World Bank Document


 Səhmdarların ümumi yığıncaqlarının təşkil edilməsi



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

12

4.3.  Səhmdarların ümumi yığıncaqlarının təşkil edilməsi 

     Səhmdarların Ümumi Yığıncaqlarının (SÜY) təşkil edilməsi korporativ idarəetmə müşavirinin ən əhəmiyyətli 

vəzifələrindən biridir. Bu funksiyanın mahiyyəti yalnız yığıncaqlara hazırlıq işlərini görmək deyil, həm də şirkətdəki 

bütün idarəetmə və digər orqanların, məsələn hesablama komissiyasının işlərini koordinasiya etməkdən ibarətdir. 

Korporativ idarəetmə müşaviri SÜY keçirilməsinin hər bir mərhələsində yardım göstərir – Azərbaycan Korporativ 

İdarəetmə Standartlarında bu şəxsin funksiyalarına həm də ümumi yığıncağın katibi vəzifələrinin daxil edilməsi 

təklif edilir. Bu sahə ilə bağlı korporativ idarəetmə müşavirinin aşağıdakı əsas vəzifələri vardır.  

•  Yığıncağın gündəliyinin layihəsini hazırlamaq, onu təsdiq edilmək üçün müşahidə şurası və idarə heyətinə təqdim 

etmək və son versiyanın kütləvi informasiya vasitələrində dərc edilməsini təmin etmək, həmçinin qüvvədə olan qanunveri-

cilik və əsasnaməyə uyğun olaraq baş verən dəyişikliklər barədə səhmdarları məlumatlandırmaq. 

    Korporativ  idarəetmə müşaviri gündəliyin layihəsini təkbaşına özü hazırlamır. Onun işi yalnız idarə heyəti 

və müşahidə şurası ilə müzakirə nəticəsində layihəni hazırlamaqdır. Korporativ idarəetmə müşaviri dərc edilən 

versiyanın müşahidə şurası ilə razılaşdırılmasını və orada heç bir anlaşılmazlıq olmadığını təmin etməlidir. 

    Gündəliyi  hazırlayan  zaman  korporativ  idarəetmə  müşaviri  özünün  digər  vəzifə  məsuliyyətləri  barədə 

unutmamalıdır  –  məsələn,  əgər  qanunvericilikdə  baş  vermiş  dəyişikliklər  nəticəsində  şirkətin  əsasnaməsinə 

dəyişiklik etmək tələb olunursa, həmin şəxs müvafiq məsələnin gündəliyə daxil edilməsini təmin etməlidir, çün-

ki müşahidə şurası və idarə heyəti belə bir dəyişikliyin tələb edildiyini bilməyə bilər və bu məsələyə yığıncaqda 

baxılmasını planlaşdırmaya bilər. 

      Azərbaycan  qanunvericiliyinə  əsasən  gözlənilən  yığıncaq  haqqında  elan  kütləvi  informasiya  vasitələrində 

dərc edilməli və açıq səhmdar cəmiyyətinin hər bir səhmdarına yığıncağın keçirilməsi tarixindən ən azı 45 gün 

əvvəlcədən  bildiriş  göndərilməlidir.

6

  Korporativ  idarəetmə  müşaviri  elanın  vaxtında  dərc  edilməsi  və  qanuna 



müvafiq olaraq səhmdarların xəbərdar edilməsi üçün lazım tədbirləri görməlidir.

•  Şəxsən xəbərdar edilməli olan səhmdarların siyahısını vaxtında hazırlamaq və onların zamanında xəbərdar edilməsini 

təmin etmək. 

     Bu mərhələdə, korporativ idarəetmə müşaviri şirkətin səhmdarlarının reyestrinə müraciət etməli və səhmdarların 

müvafiq  siyahısının  hazırlanmasını  təmin  etməlidir.  Bundan  əlavə,  korporativ  idarəetmə  müşaviri  siyahıda 

olan  bütün  səhmdarlara  vaxtında  xəbərdarlıq  edilməsini  təmin  etməlidir.  Bu  tələbin  səmərəli  şəkildə  həyata 

keçirilməsini təmin etmək üçün korporativ idarəetmə müşaviri yalnız cari qanunvericilik deyil, həm də şirkətdə 

hazırda qüvvədə olan nizamnamə və əsasnamələr ilə nəzərdə tutulmuş qaydaları bilməlidir. 



•  Nümunəvi səsvermə bülletenlərini (kartlarını) hazırlamaq və təsdiq edilmək üçün təqdim etmək, onların çap edilməsi 

və ümumi yığıncağa qədər saxlanmasını təmin etmək. 

    Korporativ idarəetmə müşaviri icra prosesinə nəzarət edir. Bu baxmayaraq, şirkətdə yığıncaqdan əvvəl hesab-

lama komissiyası yaradılmadığı halda, yuxarıda qeyd edilən vəzifə korporativ idarəetmə müşavirinin öhdəsinə 

düşür. 


•  Ümumi yığıncaqda iştirakı tələb olunan şəxsləri yığıncağın keçirilməsi barədə xəbərdar etmək.

Şirkətin səhmdarı və ya idarəetmə orqanlarının üzvü olmayan şəxslərin səhmdarların ümumi yığıncağı barədə 

məlumat almaq imkanı adətən çox məhdud olur. Beləliklə, əgər belə bir şəxsin yığıncaqda iştirak etməsi tələb 

olunursa (məsələn, illik hesabatlar barədə ekspert rəyinin və ya şərhlərin verilməsi üçün), korporativ idarəetmə 

6

 AR Mülki Məcəlləsi, Mad.107-1.4.



Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri


13

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR

müşaviri həmin şəxslərə qabaqcadan məlumat verilməsini təmin edir. Beləliklə, ümumi yığıncaq açılan zaman 

korporativ idarəetmə müşaviri və ya yığıncağın sədri səhmdar olmayan şəxsin iştirak etməsi və onun iştirakının 

məqsədi\səbəbi barədə səhmdarlara məlumat verir. 

•  Gündəliklə bağlı materiallara səhmdarların və rəhbərlərin çıxışı olmasını təmin etmək, müvafiq sənədlərin nüsxələrini 

səhmdarların tələbi əsasında onlara təqdim etmək. 

     İdeal halda, bütün səmdarlar və rəhbər şəxslər gündəlikdə olan məsələlərlə bağlı əsas sənədlərin və materialların 

nüsxələrini  almalıdır.  Lakin,  bəzi  şirkətlərin  üzləşdiyi  maliyyə  çətinliklərini  nəzərə  alaraq,  çıxış  yolu  kimi 

səhmdarların bu məlumatları haradan əldə edə bilmələrini nəzərdə tutmaq olar. Bu halda korporativ idarəetmə 

müşavirinin ofisinin həmin məqsəd üçün təyin edilməsi məqsədəuyğundur. Ofisin ünvanı və açılma saatları ümu-

mi yığıncağın çağırılmasına dair bildirişdə əks etdirilə bilər. Gündəliklə bağlı sənədləri təqdim etmək şirkətin 

məsuliyyətidir,  buna  görə  də  korporativ  idarəetmə  müşaviri  heç  bir  müraciətin  cavabsız  qalmamasını  təmin 

etməlidir.



•  Gündəliklə bağlı materialların layihələrini hazırlamaq və onların şirkətin müvafiq orqanları və rəhbərləri tərəfindən 

vaxtında tərtib edilməsini təmin etmək. 

     Azərbaycanda şirkətlərin təcrübəsi göstərir ki, ümumi yığıncaq üçün materialların hazırlanması kifayət qədər 

problematik  məsələdir.  Bir  qayda  olaraq,  bu  növ  sənədlər  son  anda  hazırlanır  və  yığıncağa  hazırlıq  görülən 

müddətdə səhmdarlara hər zaman çatdırıla bilmir. Belə bir vəziyyət səhmdarların məlumat almaq hüququnun 

pozulması  kimi  dəyərləndirilə  bilər.  Buna  yol  verməmək  üçün  korporativ  idarəetmə  müşaviri  hazırlanacaq 

materialların  siyahısını  tərtib  etməli,  məsul  şəxsləri  müəyyən  etməli  və  materialların  vaxtında  hazırlanmasına 

nəzarət  etməlidir.  Bundan  əlavə,  hazırlıq  mərhələsində  korporativ  idarəetmə  müşaviri  idarəetmə  orqanlarının 

üzvlərinə və rəhbər şəxslərə kənar yardımın lazım olub-olmadığını müəyyən etməli və tələb olunduqda, ekspert 

tərəfindən dəstək göstərilməsini təmin etməlidir. 

•  Yığıncağın sədri və hesablama komissiyası üçün təlim ehtiyaclarını müəyyən etmək və təlimləri təşkil etmək, həmçinin 

onların səmərəli və əlaqəli işini təmin etmək. 

     SÜY-ə hazırlıq mərhələsində hesablama komissiyasının yaradılması və yığıncağın sədrinin seçilməsi korporativ 

idarəetmə ilə bağlı ən qabaqcıl təcrübələrə uyğundur. Bunun məqsədi şəxslərin lazımi şəkildə hazırlanması, onlara 

məsləhətlər və təlimlər verilməsidir. Bu səbəbdən, korporativ idarəetmə müşavirinin vəzifəsi seçilən\təyin edilən 

şəxslərin peşəkarlıq səviyyəsini və səriştəsini müəyyən etmək, onların səriştəsinin artırılmasını təmin etmək və 

onların fəaliyyətlərini koordinasiya etməklə bütün orqanların və şəxslərin yığıncağa lazımi şəkildə hazırlanmasını 

və yığıncağın səmərəli keçməsini təmin etməkdir. Işin düzgün koordinasiya edilməsi üçün ümumi yığıncağın 

çağrılması üçün tədbirlər cədvəli və bu işlə bağlı digər sənədlər korporativ idarəetmə müşavirinə yardım edəcək. 



•  Ümumi yığıncağa texniki dəstəyi təşkil etmək: video- və audio- yazı, lazımi avadanlığın və texniki vasitələrin təmin 

edilməsi. 

    Korporativ idarəetmə müşaviri yığıncağın keçirilməsi üçün tələb olunan lazımi vasitələrin və avadanlığın olma- 

sını təmin etməlidir. 

• Ümumi yığıncağın katibi funksiyalarını icra etmək.

      Bu  müddəa  Azərbaycan  Korporativ  İdarəetmə  Standartlarında  tövsiyə  edilir.  Ümumi  yığıncağın  katibi 

funksiyasını icra etmək, bir tərəfdən yığıncağın işinin səmərəliliyini artıracaq, digər tərəfdən isə səhmdarların 

yığıncağın protokollarının hazırlanmasına olan inamını gücləndirəcəkdir. Işin həcmindən asılı olaraq şirkət katib-

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri



Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə