World Bank Document


Korporativ Katiblərin Peşəkar



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

6

3. Korporativ Katiblərin Peşəkar 

    Assosiasiyaları\Cəmiyyətləri

     Bir çox ölkədə korporativ katiblər üçün xüsusi təşkilatlar – peşəkar cəmiyyətlər yaradılmışdır: Britaniya Korpo-

rativ Katiblər və İnzibatçılar İnstitutu (ICSA), Amerika Korporativ Katiblər Cəmiyəti (ASCS), Kanada Korpo-

rativ Katiblər Cəmiyyəti (CSCS). Yuxarıda qeyd edilən təşkilatlar peşəkar və səriştəli mütəxəssisləri – korporativ 

idarəetmə mütəxəssislərini (katibləri) yetişdirir və bazarda fəal rol oynayır. Bundan əlavə, onlar qüvvədə olan 

və hazırlanmaqda olan normativ sənədlər barədə dövlət orqanları və onların təşkilatlarına şərhlər verir, xüsusi 

komitələr  vasitəsilə  öz  üzvləri  və  onların  mənsub  olduğu  şirkətlər  arasında  məlumat  və  təcrübə  mübadiləsini 

dəstəkləyir, müxtəlif nəşrlər hazırlayır, seminar və konfranslar keçirir, korporativ katib olan və ya olmaq istəyən 

şəxslərə məlumatlar verir və onları peşəkar cəhətdən dəstəkləyir. 

    Peşəkar təşkilatların anlayışına görə korporativ idarəetmə müşaviri idarə heyəti və müşahidə şurasına yardım 

edən, onların öz vəzifələrini düzgün yerinə yetirmələrini dəstəkləyən şəxsdir. Bəzi təşkilatların özünün davranış 

qaydaları  vardır  və  təşkilatın  bütün  işçiləri  ona  riayət  etməlidir.  Beləliklə,  təşkilatda  iştirak  özü  də  korporativ 

katiblərin işinin keyfiyyətini və onların məsuliyyət səviyyəsini artırır. Bu səbəbdən, bu şəxslərin funksiyaları və 

rolu  işə  götürən  şirkətə  və  həmçinin  katiblərin  özünə  aydın  izah  edilməlidir.  Hər  il  korporativ  katibləri  üçün 

peşəkar təlimlər keçirilməsinə dair standartlar təkmilləşdirilir. 

      Adətən korporativ katiblərin peşəkar təlim proqramı bir və ya iki illik proqramdır və yuxarıda qeyd edildiyi kimi 

bir sıra bilik və bacarıq sahələrini əhatə edir. Ümumilikdə, təcrübədə bütün bu məsələlər korporativ idarəetmə 

müşavirinin işləməli olduğu sahələr üç əsas istiqamətə bölünür: səhmdarlarla münasibətlər, müşahidə şurası və 

idarə heyəti ilə münasibətlər, və bütün şirkətin işi ilə bağlı məsələlər. Korporativ idarəetmə müşavirinin rolu və 

vəzifələri qeyd edilən hər bir kateqoriya üçün fərqlidir. 

     Bəzi ölkələrdə korporativ idarəetmə müşavirləri (katibləri) peşəkar korporativ idarəetmə ilə bağlı təşkilatların 

nəzdində “birləşir”. Ukraynada onlara Peşəkar Korporativ İdarəetmə Assosiasiyası təlimlər keçirit və korpora-

tiv katibləri qeydiyyata alaraq onlara sertifikat verir. Qazaxıstanda Müstəqil Direktorlar Assosiasiyası nəzdində 

korporativ  katiblər klubu yaradılıb. Rusiyada oxşar məqsədlər üçün Korporativ Katiblərin Milli Assosiasiyası 

yaradılıb. 

 

Korporativ Katiblərin Peşəkar Assosiasiyaları\Cəmiyyətləri




7

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR



4. Korporativ İdarəetmə Müşavirinin 

    Funksiyaları və Vəzifələri

     Korporativ idarəetmə müşavirinin (şirkət katibinin) qanunla təsdiq edilmiş rolu ilk dəfə 1948-ci ildə Birləşmiş 

Krallıqda,  sonrakı  dövrlərdə  isə  ABŞ  və  Anqlo-Sakson  hüquq  sistemlərinə  malik  digər  ölkələrdə  fəaliyyətə 

başlamışdır. İlkin dövrlərdə şirkət katibinin funksiyaları və vəzifələri çox fərqlənirdi. Lakin, bir çox ölkələrdə kor-

porativ katib artıq şirkətin gündəlik idarəetməsində əvəzedilməz rol tutaraq, müşahidə şurası sədrinin yardımçısı 

kimi fəaliyyət göstərirdi. Əsasən Anqlo-Sakson sisteminə malik bir neçə ölkədə şirkət katiblərinin fəaliyyəti ilə 

bağlı  xüsusi  qanunvericilik  korporativ  katibin  vəzifə  və  məsuliyyətlərinin  minimal  həcmini  müəyyən  edərək 

onların üzərinə müəyyən məsuliyyətlər qoymuşdu. Şirkətin ölçüsü və təbiətindən asılı olaraq, bir çox şirkətlərdə 

şirkət katibinin məsuliyyətlərinə adətən müşahidə şurası toplantılarının gündəliyinin hazırlanması (təşkili deyil), 

onların müvafiq tərəflərə göndərilməsi, toplantı protokollarının hazırlanması və şirkətin nizamnamə sənədlərinin 

saxlanması olmuşdur. Bundan əlavə, həmin katib şirkətin əsasnaməsində və ya onun əmək müqaviləsində əks 

etdirilən bir sıra digər funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşıya bilər.

3

 

   Beləliklə, korporativ idarəetmə müşavirinin funksiyaları fəaliyyət sahələrinə bölünə bilər. Ümumilikdə kor-



porativ idarəetmə müşavirinin rolundan və cari iş həcmindən asılı olaraq, hər şirkət bu fəaliyyət sahələrini özü 

müəyyən edə bilər. Aşağıda göstərilən bölgü bu vəzifə üçün təklif etdiyimiz minimal kateqoriyalardır. 

Korporativ idarəetmə müşavirinin əsas fəaliyyət sahələri aşağıdakılardır: 

•  Şirkətdə icraçı funksiyaları;

 Səhmdarlarla münasibətlər;

•  Səhmdarların ümumi yığıncaqlarının təşkil edilməsi;

•  Müşahidə Şurası və İdarə Heyətinin fəaliyyətlərinə dəstək göstərilməsi.

     Yuxarıda qeyd edilən sahələrin hər birinə daha ətraflı nəzər salaq. 



4.1.  Şirkətdə icraçı funksiyaları 

    Korporativ  idarəetmə  müşaviri  şirkətin  Azərbaycanda  qüvvədə  olan  qanunvericiliyə  riayət  etməsi  üçün 

məsuliyyət daşıyır. Bu sahədə “kənar” və “daxili” vəzifələri müəyyən etmək olar. “Kənar” vəzifələrdə, misal üçün 

şirkətin fəaliyyətlərinin qanuna uyğunluğuna – dövlət qeydiyyat şəhadətnaməsinin olmasına, lisenziyaların və 

digər sənədlərin alınmasına, o cümlədən hesabatların vaxtında hazırlanıb göndərilməsinə xüsusi nəzarət etmək 

tələb olunur. 

     Əsas “kənar” vəzifələr arasında aşağıdakıları göstərmək olar: 

• İllik hesabatların hazırlanmasını və onların vaxtında tənzimləyici orqanlara təqdim edilməsini təmin etmək.

    Korporativ idarəetmə müşaviri illik hesabatları şəxsən özü hazırlamır, lakin onun vəzifəsi bu işi görməli olan 

müvafiq orqanın və ya şəxsin bu sənədləri hazırlamasını və onların tənzimləyici orqanlara, məsələn Azərbaycan 

Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə vaxtında çatdırılmasını təmin etməkdir. Bu məqsədlə, 

şirkət tərəfiindən verilməli olan hesabatların vahid təqvimini birgə hazırlamaq və orada hansısa konkret hesabatı 

3

 Gertrud Erismann-Peyer, Ulrich Steger, Oliver Salzmann - “Korporativ İdarəetməyə daxildən baxış. Korporativ katibin rolu”, 2008.



Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri


Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə