World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

10

      Hazırda,  nümunə  sənədlər  formasını  -    normativləri,  əsasnamələri,  müqavilələri  və  s.  əks  etdirən  bir  sıra 

nəşriyyatlar vardır. Bu nəşriyyatlarla işləyən zaman nəzərdə saxlamaq lazımdır ki, onlar yalnız nümunə xarakteri 

daşıyır və hər konkret hala uyğunlaşdırılmalıdır. 



•  Qanunvericiliyin tələblərinin pozulması hallarını qeyd etmək və onlar barədə şirkətin müvafiq idarəetmə orqanları və 

rəhbərlərinə məlumat vermək. 

    Bu müddəada əsas prinsip ondan ibarətdir ki, korporativ idarəetmə müşaviri şirkət rəhbərləri tərəfindən yol 

verilən bütün qanunvericilik pozuntuları (məsələn, nəzarət orqanları tərəfindən qoyulan bütün cərimələr barədə 

bilməlidir) barədə vaxtında xəbər tutmalıdır. Pozuntu hallarını təhlil edən zaman korporativ idarəetmə müşaviri 

rəhbərlər üçün əlavə təlimlərin təşkil edilməsini (əgər bu pozuntu səriştəsizlik nəticəsində baş vermişdirsə), yaxud 

səlahiyyətlərin yenidən bölgüsünü (pozuntunun səbəbi, məsələn məsul şəxsin iş yükünün həddən artıq olması 

nəticəsində son icra tarixlərinin pozulmasıdırsa), yaxud gələcəkdə pozuntuların qarşısını alacaq digər tədbirləri 

(əlavə sənədlərin – təlimatların hazırlanması, bilərəkdən pozuntuya yol verildiyi halda araşdırmaların aparılması 

və s.) təklif etməlidir. 

     İlk növbədə korporativ idarəetmə müşaviri pozuntuya yol verən şəxsi və onun üzv olduğu idarəetmə orqanını 

xəbərdar etməlidir. Bu, adətən konkret şəxsin cəzalandırılması üçün deyil, daha çox bu növ pozuntulara gələcəkdə 

yol verilməməsi üçün edilir.  

Bu sahədə işin uğurlu yerinə yetirilməsi üçün müvafiq idarəetmə orqanları və şirkətin rəhbərlərinin fəaliyyətlərini 

tənzimləyən sənədlərdə onların korporativ idarəetmə müşavirinin tələbi ilə lazım olan məlumatı verməli olduqları 

barədə məsuliyyəti əks etdirmək məqsədəuyğundur. 

4.2.  Səhmdarlarla münasibətlər 

      Səhmdarlarla\potensial investorlarla münasibətlərin özülü ilk növbədə onlarla ünsiyyətdir. Korporativ idarə- 

etmə müşaviri onların bütün suallarına, şərhlərinə və şikayətlərinə vaxtında baxılması və lazımi təhlil edilməsini 

təmin etməlidir. Heç bir səhmdarın şirkətlə kontaktı diqqətdən kənarda qalmamalıdır. Səhmdardan və ya poten-

sial investordan hər hansı bir sorğu gəldikdə, korporativ idarəetmə müşaviri bunu müvafiq orqana\şəxsə ötürməli, 

habelə sorğunun lazımi şəkildə cavablandırılmasını və müvafiq ünvana vaxtında göndərilməsini təmin etməlidir. 

Aşağıda göstərilənlər bu sahəyə aid ən əsas vəzifə və məsuliyyətlərdir: 

•  İdarəetmə orqanları və rəhbərlər tərəfindən səhmdarların hüquqlarının pozulması hallarını qeydiyyata almaq və 

şirkətin müşahidə şurası və\və ya səhmdarların ümumi yığıncağına bu barədə məlumat vermək. 

    Müşahidə şurası və səhmdarlar şirkətin rəsmiləri və idarəetmə orqanları tərəfindən yol verilən pozuntular barədə 

xəbərdar  olmalıdır.  Korporativ  idarəetmə  müşaviri  toplanan  məlumatı  sistemləşdirir  və  pozuntuların  icmal 

hesabatını hazırlayır. Bu səhmdarların və rəhbər işçilərin pozuntuların səbəbini araşdırmasına və onların qarşısını 

almaq üçün yolları müəyyən etməsinə yardım edir. 

•    Səhmdarların  müraciətləri  və  şikayətlərini  qeydiyyata  almaq,  onları  baxılmaq  üçün  müvafiq  orqanlar  və  şirkət 

rəhbərlərinə vermək və onların lazımi şəkildə təhlili və vaxtında cavablandırılmasına nəzarət etmək. 

     Korporativ idarəetmə  müşaviri səhmdarlardan məlumatı  aldığı üçün həmin şəxs onun vaxtı-vaxtında qeydiy-

yatını  aparır,  konkret  şikayətin  hansı  məsul  şəxsə  yönləndirilməsini  təhlil  edir  və  səhmdarlara  vaxtında  cavab 

verilməsini təmin edir. Hətta, əgər konkret rəhbər işçinin adı şikayətdə göstərilmiş olsa belə, korporativ idarəetmə 

müşavirinin təmin etməlidir ki, həmin şikayətin mövzusu ilə bağlı tam və dolğun cavab verə biləcək şəxs həmin 

şikayətə  baxsın. 

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri



11

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR



•  Səhmdarlar və digər maraqlı tərəflərə tam, dolğun və düzgün məlumatın verilməsini təmin etmək. 

      Yuxarıda  qeyd  edildiyi  kimi,  düzgün  məlumat  almaq  səhmdarların  ən  mühüm  hüquqlarından  biridir.  Kor-

porativ  idarəetmə  müşaviri  bu  hüququn  yerinə  yetirilməsini  təmin  etməlidir.  Çevik  şəkildə  etibarlı,  vaxtlı  və 

dolğun məlumatın bütün maraqlı tərəflərə çatdırılması şirkətin müsbət nüfuzunun yaranmasına və münaqişələrin 

qarşısının alınmasına şərait yaradır.

     Səhmdarlara məlumat verilərkən aşağıdakıları nəzərdə saxlamaq lazımdır: 

Səhmdarın müraciəti əsasında ona məlumat hər hansı maneə, gecikmə olmadan, vaxtında və düzgün 

çatdırılmalıdır;



Səhmdarlara məlumat pulsuz və onlar üçün lazımsız çətinlik yaratmayacaq şəkildə verilməlidir.

5



     Səhmdarlara təqdim edilən məlumatlara daxildir: 

- Illik hesabatlar və maliyyə hesabatları;

- Səhmdarların ümumi yığıncaqlarının protokolları;

- Səhmdarların reyestri;

- Şirkətin nizamnaməsində nəzərdə tutulan digər məlumatlar. 

•  Səhmdarların hüquqlarının pozulması ilə əlaqədar yaranan pozuntuların qarşısını almaq və münaqişələri həll etmək 

üçün bütün mümkün tədbirləri görmək. 

      Korporativ  idarəetmə  müşavirinin  vəzifəsi  rəhbərlər  və  idarəetmə  orqanları  tərəfindən  müəyyən  edilmiş 

tədbirləri həyata keçirmək və bu tədbirlərin əhəmiyyətini digər şəxslərə izah etməkdir. Bundan əlavə, korporativ 

idarəetmə müşaviri münaqişənin başlaması barədə məlumat əldə edərsə, o bu vəziyyətə müdaxilə etməli və\və ya 

onun dərinləşməsinə mane olmalıdır. Öz funksiyasını effektiv şəkildə icra edə bilmək üçün korporativ idarəetmə 

müşaviri xüsusi vasitəçilik təlimlərində iştirak etməlidir. 



•  Idarəetmə orqanları tərəfindən qəbul edilən qərarlar barədə səhmdarlara vaxtında və dolğun məlumatın verilməsini 

təmin etmək və tələb olunduqda idarəetmə orqanları tərəfindən qəbul edilmiş qərarları izah etmək və korporativ idarəetmə 

barədə məsləhətlər vermək. 

    Əgər ümumi yığıncaq zamanı müşahidə şurası və ya idarə heyəti müəyyən vacib bir qərar qəbul edibsə, korpo-

rativ idarəetmə müşaviri bütün səhmdarlara və ya işçilərə bu barədə məlumat verməlidir (qərarın və ya sənədin 

kimə aidiyyəti olmasından asılı olaraq), tələb olunduqda konsultasiyalar və izahatlar verməlidir, və qəbul edilmiş 

qərarların icrasına yardım edə biləcək müvafiq təlimat vərəqələri və ya digər sənədləri hazırlamalıdır. 

     Bundan əlavə, korporativ idarəetmə müşaviri həm də şirkətin öz təşəbbüsü ilə səhmdarları ilə ünsiyyətdə olma- 

sını təmin etməlidir, məsələn, şirkət və onun nailiyyətləri barədə məlumat, yaxud səhmdarların şirkət və onun 

rəhbər orqanlarının fəaliyyəti barədə daha ətraflı təsəvvür əldə edəcəyi digər məlumatlar.



•  Şirkətin internet səhifəsində korporativ idarəetmə ilə bağlı məlumatın əks etdirilməsini təmin etmək. 

    Ümumilikdə internet səhifələrində yalnız bizneslə bağlı məlumat olur və bu heç də hər zaman səhmdarların və 

ya potensial investorların şirkətin strukturu barədə məlumat əldə etməsinə imkan vermir. İnternet səhifəsində 

ən azı aşağıdakılar olmalıdır: şirkətin təşkilati strukturu, o cümlədən idarəetmə orqanlarının strukturu və tərkibi, 

şirkətin missiyası və biznes strategiyası, illik hesabatlar və audit edilmiş maliyyə hesabatları.

5

 İƏİT Korporativ İdarəetmə Prinsipləri. İƏİT, 2004.



Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri


Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə