19
irəliləyiĢ etmiĢ (orta MDB ölkələrindən daha çox, Qazaxıstanla eyni səviyyədə,
Rusiyadan isə bir qədər çox), ikinci nəsil islahatların həyata keçirilməsində isə orta MDB
göstəricisindən daha çox, lakin AB namizəd, Qazaxıstan və qonĢu Qafqaz ölkələri ilə
müqayisədə daha az inkiĢaf nümayiĢ etdirmiĢdir. Bununla yanaĢı, Azərbaycan irimiqyaslı
neft gəlirlərinin idarə olunması məqsədi ilə müvafiq institutların yaradılması üçün çoxlu
səylər göstərib (orta MDB ölkələrindən dəfələrlə çox). Bu sahədə əsas təĢəbbüslərdən biri
beynəlxalq diqqəti cəlb edən və gələcək neft gəlirlərinə hazırlıq kimi Neft Fondunun
yaradılması olmuĢdur (Neft Fondunun aktivləri 2008-ci ilin sonunda 11.2 mlrd.$ təĢkil
etmiĢdir). Neft Fondu Hasilat Sənayesində ġəffaflıq TəĢəbbüsündə Azərbaycanı təmsil
edir və bu təĢəbbüsdə ölkə lider oyunçulardan biridir. Bu yaxınlarda Azərbaycan
sahibkarlığın idarə olunmasını təkmilləĢdirmiĢdir. Lakin, onun bəhrəsini görmək üçün bir
qədər vaxt lazımdır.
6.
Hökumətin baxıĢlarının həyata keçirilməsi əsasən plana uyğun olmuĢdur. Lakin, bir
sıra vacib iqtisadi siqnallar və Ģəraitin dəyiĢməsi diversifikasiya və dayanıqlıq
məqsədlərinə çatmaq üçün planlara düzəliĢ etməyi tələb edəcək. Hökumət, yuxarıda qeyd
olunan nailiyyətləri irimiqyaslı neft gəlirləri hesabına həyata keçirmiĢdir ki, bu da 2003-2006-cı
illərdən baĢlayan neft qiymətlərinin artması və sonrakı illərdə neft hasilatının (və təbii ki neft
qiymətlərinin) geniĢlənməsi nəticəsində mümkün olmuĢdur. 2004-2008-ci illər ərzində dövlət
xərcləri qeyri-neft ÜDM-in 37 faizindən 2008-ci ildə gözlənilən 83.8 faizə qədər artmıĢdır
(2008-ci ilin büdcəsinə əlavələr nəzərə alınmaqla).
4
Azərbaycanın qeyri-neft büdcə kəsirinin
2008-ci ildə qeyri-neft ÜDM-in 58 faizinə çatması gözlənilir. Əvvəllər həyata keçirilən
siyasətlərin və qeyri-müəyyən ümumi vəziyyətin nəticəsi olaraq aĢağıdakı problemlər yaranıb.
Makroiqtisadi idarəçilik bir qədər çətinləĢib. 2004-2008-ci illər ərzində Azərbaycanın
qeyri-neft ÜDM-ı əsasən fiskal stimul hesabına orta illik hesabla 12.6 faiz artım nümayiĢ
etdirirdi. Azərbaycanın sənaye, tikinti və xidmət sektorlarında ikirəqəmli artım tempi
qeydə alınmıĢdır. Həmin dövr ərzində maaĢlar üç dəfə, məhsuldarlıq isə aĢağı bazadan
olsa da iki dəfə artmıĢdır. Absorbsiyanın (istehlak və investisiya) sürətli artımı 2004-
2008-ci illər ərzində qeyri-ticari (burada geniĢ mənada xidmətlər kimi müəyyən olunmuĢ)
sektorların orta hesabla 12.6 faiz, ticari (burada daha çox geniĢ mənada kənd təsərrüfatı
və sənaye, daha az isə tikinti və mədən sənayesi kimi müəyyən olunmuĢ) sektorların isə
5.9 faiz artmasına töhfə vermiĢdir. Eyni zamanda iqtisadiyyat ifrat dərəcədə qızmağa
baĢladı. 2007-ci ilin sonunda inflyasiya 19.7 faizə çatmıĢ və 2008-ci ilin sonunda isə
onun səviyyəsi 15.8 faizə çatdı(əsasən büdcənin dəstəklənməsi üçün irimiqyaslı dollar
axınları və dollara nisbətən idarə olunan məzənnə rejiminin həyata keçirilməsi hesabına).
Qlobal böhran gücləndikcə 2008-ci ilin sonunda inflyasiya səviyyəsi azalmağa baĢladı.
Diversifikasiya durğunluqdadır. Azərbaycanın qeyri-neft ixracının qeyri-neft ÜDM-də
cəkisi 2001-ci ildən 5 faiz artaraq 2005-ci ildə 10 faizə çatmıĢdır. Lakin, 2008-ci ildə bu
göstərici 8 faizə qədər azalmıĢdır. Artım əsasən kənd təsərrüfatı və qida məhsullarının
ixracı hesabına baĢ vermiĢdir (Rusiya və Türkiyə istiqamətində). 2006-2007-ci illər
ərzində Azərbaycanın qeyri-neft ixracı əsasında hesablanmıĢ Real Effektiv Məzənnə
(REM) 5 faiz artmıĢdırsa, həmin dövr ərzində ticarət dövriyyəsi əsasında hesablanmıĢ
4
Azərbaycanın neft gəlirləri məhdud olduğu üçün (təxminən 20 illik) təhlil qeyri-neft ÜDM əsasında aparılıb. Bu
ssenari ilə dövlət xərclərinin və digər müvafiq göstəricilərin qiymətləndirilməsi neft bumunun əvvəlində xüsusilə
yaxĢı görünür, lakin neft bumunun sonunda göstəricilər kəskin pisləĢir. Həmin təhlil ÜDM-ə nisbətən aparıldığı
halda, dövlət xərclərinin həcmi 2008-ci ildə 31 faiz, qeyri-neft büdcə kəsiri isə 20 faiz səviyyəsində gözlənilir. 2008-
ci ildə Azərbaycanın icmal balansının ÜDM-in 24 faizinə, cari hesab balansının isə 36 faizə çatması gözlənilir.
20
REM 11 faiz artmıĢdır. 2006-2008-ci illər ərzində ümumi ticarət əsasında hesablanmıĢ
REM 41 faiz bahalĢmıĢdır ki, bu da qismən Azərbaycanın ticarət tərəfdaĢlarının böhran
dövründə apardığı devalvasiya siyasətilə bağlıdır. Bununla yanaĢı ölkənin qeyri-neft özəl
investisiyaları və BXĠ-ləri 2005-ci ildə pika çataraq 2008-ci ildə 2005-ci ilin yarısı
səviyyəsində olmuĢlar (qeyri-neft ÜDM-ə nisbətdə). Bu kimi vacib göstəricilərin
davranıĢında mənfi meyllər və qeyri-ticari sektorların qeyri-neft ÜDM-də xüsusi
çəkisinin artması onu deməyə əsas verir ki, Azərbaycanın diversifikasiya sahəsində
göstərdiyi səylər kifayət deyil .
Fiskal dayanıqlıq təhlükə altındadır. Azərbaycanda geniĢ iqtisadçılar auditoriyası
(QHT, hökumətdə fəaliyyət göstərən mütəxəssislər, Bretton-Wood institutları və digər
donorlar) hesab edir ki, dövlət xərclərinin irimiqyaslı artımının davam etdirilməsi (2006-
2008-ci illərdə orta illik hesabla təxminən 64.6 faiz) nə dayanıqlıdır, nə də ki,
məqsədəuyğundur. Ehtiyatlılıq nöqteyi-nəzərindən xərclər azaldılmalıdır. Bir tərəfdən
Azərbaycanın neft gəlirlərinin məhdud olduğu, digər tərəfdən isə ĠƏĠT ölkələrinin
təcrübəsi onu deməyə əsas verir ki, uzun müddət baxımından dövlət xərcləri ÜDM-in 40
faizinə qədər olmalıdır (Azərbaycanda neft bumundan öncə olduğu kimi).
Ġqtisadi artımla bağlı risklər artmaqdadır - xüsusilə qlobal böhranı nəzərə alaraq.
2010-cu il üçün neft hasilatının pik səviyyəsinə (450 milyon barel) çatmasını nəzərə
alaraq orta müddət baxımından ÜDM-in artım tempinin 2011-ci ildən sonra zəifləməsi
gözlənilir. 2020-ci ilə qədər neft gəlirlərinin kifayət qədər böyük olacağına və bu
gəlirlərin xərclənməsinin iqtisadiyyat (xüsusilə tikinti və xidmətlər sektorları) üçün
stimul kimi qalacağına baxmayaraq, Azərbaycanın gələcək inkiĢafı qeyri-neft istehsalı və
ixracla bağlıdır. Əgər həyata keçirilən siyasətlərdə və institutlarda müvafiq dəyiĢikliklər
olunsa, bu kimi artımın potensialı kifayət qədər böyükdür. Lakin, Azərbaycan qlobal
böhranın mümkün uzanmasına (―V‖ Ģəkillinin yerinə ―U‖ Ģəkilli), 2009-2010-cu illər
ərzində neft qiymətlərinin aĢağı yaxud xüsusilə qeyri-sabit, Azərbaycanın qeyri-neft ixrac
bazarlarının isə zəif olmasına hazır olmalıdır.
7.
Əgər Hökumət tez bir zamanda infrastrukturun qurulması üçün qısa müddət
baxımından inflyasiyanın mövcudluğu və rəqabət qabiliyyətinin zəifləməsinə dözməyə razı
idisə, cari vəziyyət göstərir ki, diversifikasiyanın həyata keçirilməsində gecikmələr təkcə
vaxtla bağlı deyil. Diversifikasiyanı həyata keçirmək üçün bir sıra spesifik islahatların
sürətləndirilməsinə ehtiyac var. Azərbaycan hökuməti neft qiymətlərinin yüksək olmasından
istifadə edərək, ambisioz proqramı həyata keçirməyə baĢladı. Gözlənilirdi ki, dövlət
investisiyalarından qaynaqlanan orta müddət baxımından məhsuldarlığın artımı iqtisadiyyatın
qısa müddət baxımından çəkdiyi xərcləri və məzənnənin real bahalaĢmasının təsirini
kompensasiya edəcək. Uzun müddət baxımından isə Hökumət güman edirdi ki, yeni nisbi
qiymətlər, yeniləĢdirilmiĢ infrastruktur və struktur islahatlar ticari və qeyri-ticari sektorlar üçün
yeni fəaliyyət imkanları açacaq, iqtisadiyyatın diversifikasiyasına və onun dayanıqlığının təmin
olunmasına xidmət edəcək. Son iki ilin təcrübəsi göstərir ki, əksinə olaraq, həyata keçirilən
dövlət xərclərinin və gözləntilərin modeli ola bilər ki, dayanıqlı olmasın və institusional
islahatların artım tempi və fokusu (xüsusilə diversifikasiya üçün baza yaradan) qeyri
müəyyəndir. Hal-hazırda, Hökumətin tənzimləyici islahatlar üzrə səyləri təmərküzləĢməyib və
natamamdır ki, bu da onların effektivliyini azaldır. Diversifikasiyaya yönəldilmiĢ tənzimləyici
islahatların gücləndirilməsi hal-hazırda böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |