World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə12/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

23 
 
proqnozunun  əsasında  duran  metodologiya  iki  səbəbə  görə  kifayət  qədər  əsaslı  sayılır.  Ġlk 
növbədə,  o,  neft  gəlirlərinin  qısa  müddətdə  dəyiĢmələrinə  davamlıdır:  neft  qiymətlərinin  qısa 
müddət perspektivində proqnozlaĢdırılması çox çətindir və bununla xüsusilə növbəti iki il üçün 
illik  xərcləmə  planlarının  (prosiklik  və  ya  anti-siklik  olduğundan  asılı  olmayaraq)  neft 
qiymətlərinin  illik proqnozu ilə  uyğunlaĢdırılması  da çətin olur.  Ən  yaxĢı  siyasət  uzunmüddətli 
siyasətdir ki, bu qısamüddətli qiymət dəyiĢkənliyini rəvanlaĢdırır. Ġkincisi, bu yanaĢma qiymət və 
təklifin  uzun  müddət  baxımından  dəyiĢkənliyini  rəvanlaĢdırır:  istənilən  ildə  hasilatda  və  yaxud 
neft  qiymətlərində  bir  dəyiĢiklik  baĢ  verərsə,  bu,  bugünkü  tövsiyə  olunan  xərclər  səviyyəsinin 
əhəmiyyətli dərəcədə artırılması ilə nəticələnməyəcək. Azərbaycanın daimi gəlir yanaĢması üçün 
keçirilmiĢ  simulyasiya  göstərir  ki,  neft  qiymətləri  və  ya  hasilatda  baĢ  verən  Ģoka  cavab  olaraq, 
fiskal  dayanıqlığın  təmin  olunması  üçün  zəruri  olan  dövlət  xərclərinin  100  faizlik  korreksiya 
olunması (azaldılması) tələb olunmur. Lakin, Ģokdan sonra bu kimi hallar müəyyən dövr ərzində 
müntəzəm  olaraq  təkrar  olarsa,  Hökumət  xərclərin  kiçik  bir  korreksiyası  ilə  cavab  verə  bilər.  
Bununla,  daimi  gəlir  yanaĢması  böhran  davam  etdikdə  xərclərin  sabitliyini  təmin  edir.  Orta 
müddətli  xərclər  planı  uzun  intervallarla  yenidən  dəqiqləĢdirilsə  də  (üç  il  ərzində),  bu  hesabat 
təklif  edir  ki,  daimi  gəlir  ekvivalenti  Hökumət  tərəfindən  daimi  olaraq  hesablansın 
(dəqiqləĢdirilsin).   
13.
 
Azərbaycanın  dövlət  xərclərinin  sabitliyinin  və  dayanıqlığının  təmin  edilməsi 
məqsədilə,  onların  tədricən  azaldılması  üçün  Neft  Qaz  Gəlirlərinin  Ġdarəolunması  Üzrə 
Uzunmüddətli  Strategiya  (NQGĠUMS)  əsas  təĢkil  edə  bilər.  Uzun müddətdə  dövlət  xərcləri 
ölkənin gələcəkdə daha çox qeyri-neft vergi bazasından formalaĢacaq uzun müddətli gəlirlərinə 
uyğun olmalıdır. Azərbaycanın qeyri-neft vergi bazasının ÜDM-in təxminən 32%-i səviyyəsində 
qalması ehtimal olunduğu halda, neft gəlirlərindən ildə 5.9 (2007-ci ilin ABġ dolları ilə) milyard 
ABġ  dollarının  xərclənməsinin  vacibliyi  tədricən  azalacaq  ki,  bu  da  vaxt  ötdükcə  qeyri-neft 
ÜDM-in artması ilə bağlıdır (diaqram 1).  Hazırkı ssenari  əsasən 2017-ci ilə qədər xərclərin real 
dondurulması,  və  ondan  sonra  real  xərclərin  orta  templə  artmasına  uyğundur.
6
   Nəticə  olaraq, 
2024-cü  il  üçün  dövlət  xərclərinin  qeyri-neft  ÜDM-in  təxminən  37%-nə  qədər  tədricən 
azaldılması gözlənilir. Ölkə, diaqram 1-də göstərilən səviyyədən əhəmiyyətli dərəcədə çox vəsait 
xərcləməyə cəhd etsə (yəni, dövlət xərclərinin artımını nominal qeyri-neft ÜDM-in səviyyəsinə 
uyğun saxlasa), hesabatda proqnozlaĢdırılır ki, hökumət Neft Fondunun aktivlərini növbəti 15 il 
ərzində xərcləyəcək və gələcək nəsillər üçün istədiyi vəsaiti toplamayacaqdır.
7
    
14.
 
Dövlət  xərclərinin  sabit  trayektoriyası  hökumətin  bir  neçə  məqsədlərinə  cavab 
verəcək.  Ġlk  növbədə,  NQGĠUMS-də  nəzərdə  tutulduğu  kimi,  gələcək  nəsillər  üçün  cari  və 
gələcək  neft  gəlirləri  qənaət  olunacaq.  Ġkincisi,  özəl  iqtisadi  fəaliyyət  üçün  məkan  açılacaq 
(iqtisadiyyatın absorbsiya potensialına təzyiqin azaldılması vasitəsilə). Üçüncüsü, de-facto təsbit 
olunmuĢ  məzənnə  siyasətinin  mövcudluğunu  nəzərə  alaraq  (hökumət  çox  güman  ki,  bu  kimi 
siyasətə  üstünlük  verir)  inflyasiya  təzyiqləri  azalacaqdır.  Dördüncüsü,  bu,  dövlət  xərclərinin 
səviyyəsini  proqnozlaĢdırılan  etməklə  gələcək  xərclərin  artırılması  barədə  gözləntiləri 
məhdudlaĢdıracaq və bununla büdcə təĢkilatlarını xərclərin səmərəliliyini təmin etməyə məcbur 
edəcək.     
15.
 
NQGĠUMS  qeyri-neft  sektorunun  vergi  yükünün  tədricən  azaldılmasına  imkan 
verir.  Hesabata görə ildə 5.9 milyard ABġ dolları (2007-ci ilin qiymətləri ilə) həcmində daimi 
                                                 
6
 Göstərilən  ssenari  2017-ci  ilə  qədər  cari  xərclərin  dondurulması  və  kapital  xərclərinin  bir  qədər  azalması  ilə 
bağlıdır (real baxımdan). 
7
 Hal-hazırda  hökumət  büdcənin  dayanıqlığının  gücləndirilməsi  məqsədilə  qeyri-neft  gəlirlərin  artırılması 
istiqamətində səylər göstərir. Bu hesabata görə korreksiya xərclərin azaldılması hesabına baĢ verməlidir. 


24 
 
gəlir  ekvivalentinin  tətbiq  olunması,  dövlət  xərclərinin  2024-cü  ilə  qədər  təxminən  37% 
səviyyəsinə  qədər  tədricən  azaldılmasına  Ģərait  yaradır  və  eyni  zamanda  qeyri-neft  vergi 
bazasının  4%  azaldılmasına  imkan  verir.  Bununla  da,  Azərbaycanın  qeyri-neft  iqtisadiyyatında 
vergi  dərəcələrinin  azaldılması  üçün  gözəl  fürsət  var.  Bu  cür  azaldılma  özəl  sahibkarlara  daha 
rəsmi  fəaliyyət  göstərmək  üçün  stimulların  yaradılmasına  və  bununla  qeyri-formal  sektorun 
rolunun  və  iqtisadiyyatda  korrupsiyanın  azaldılmasına  təsir  göstərə  bilərdi  (daha  sonra  III-cü 
bölmədə müzakirə olunur ki, həmin fürsətdən tam Ģəkildə istifadə olunmalıdır).     
16.
 
NQGĠUMS  daha  sabit  makroiqtisadi  siyasət  üçün  əsas  yaradır  və  valyuta 
məzənnəsinin  bahalaĢması  təzyiqini  və  bununla  da  iqtisadiyyatın  diversifikasiyasına  əsas 
əngəllərdən birini azaldır. Məzənnə real olaraq 2004-cü ildən baĢlayaraq əhəmiyyətli dərəcədə 
bahalaĢıb  (2008-ci  ilə  qədər  42%),  və  bu,  məcmu  tələbin  daxili  təklifə  göstərdiyi  çox  böyük 
təzyiqdən  və  hökumətin  manatın  dollara  qarĢı  məzənnəsinin  təsbit  olunması  siyasətinin 
tətbiqindən  irəli  gəlmiĢdir.  NQGĠUMS  tələbat  təzyiqini  azaltmalı  və  valyuta  məzənnəsinin 
sabitləĢdirilməsi əsasında qurulan monetar siyasətdən inflyasiyaya və nəzarətə əsaslanan siyasətə 
keçidi dəstəkləməlidir.  Əlavə olaraq, valyuta məzənnəsinə təzyiqin azaldılması, xarici ölkələrlə 
rəqabət  aparmaq  imkanlarını  əhəmiyyətli  dərəcədə  artırır  və  iqtisadiyyatın  diversifikasiyasını 
asanlaĢdırır.  
17.
 
Dövlət  xərcləri  bütün  neft  gəlirlərini  əhatə  edən  və  bütün  fiskal  riskləri 
qiymətləndirən  ətraflı  Orta  Müddətli  Xərclər  Çərçivəsinə  (OMXÇ)  daxil  edilməlidir. 
Xərclərə  dair  daimi  gəlir  yanaĢması  yalnız  o  zaman  əhəmiyyət  kəsb  edir  ki,  neftlə  bağlı  bütün 
gəlirlər  xalis  cari  dəyərin  (XCD)  hesablanmasında  nəzərə  alınsın  və  bütün  mümkün  xərclər 
xərclər  zərfinə  daxil  edilsin.  Misal  üçün,  gəlirlərə  gəldikdə,  Neft  Fondunun  gəlirləri,  ABƏġ  və 
ARDNġ-in  gəlirləri  XCD-in  hesablamalarında  nəzərə  alınmalıdır,  çünki  həmin  gəlirlər  neft 
bumundan  (hasilat  və  qiymətlər)  asılıdır  və  onların  təsirləri  rəvanlaĢdırılmalıdır.  OxĢar  olaraq, 
xərclər  tərəfində:  əgər  pensiya  öhdəlikləri  və  yaxud  dövlət  müəssisələrinin  maliyyə  öhdəlikləri 
xərclər  proqnozuna  daxil  edilmirsə,  daimi  gəlir  yanaĢmasının  tətbiqi  az  məna  kəsb  edir.    
Hökumət  qlobal  böhranın  Azərbaycana  təsirinə  cavabı  düĢünəndə  daimi  gəlirin  hesablanması 
zamanı  Neft  Fondunun  aktivlərinin  birbaĢa  və  ya  dolayı  öhdəliklərini  nəzərə  almalıdır  (bu 
məbləğ XCD-in hesablanmasından çıxılmalıdır).   
18.
 
Yuxarıdakıları nəzərə alaraq, hesabatda tövsiyə olunur
Tövsiyə 1: NQGİUMS-in “dəyişməz real xərclər” prinsipinin həyata keçirilməsi 
barədə  göstəriş  verən  fərmana  çevrilməsi  və  ondan  sonra    reallaşdırılması. 
Büdcənin  Milli  Məclisə  təqdim  olunmasının  bir  hissəsi  olaraq  “daimi  real 
xərclərin” səviyyəsi barədə qiymətləndirmənin təqdim olunması və təklif olunan 
büdcədə  neft  gəlirlərinin  bu  məbləğə  uyğun  olduğunun  və  yaxud 
kənarlaşdığının müzakirə olunması.      
19.
 
Yuxarıda  qeyd  olunan  prinsipin  həyata  keçirilməsinin  gücləndirilməsi  üçün 
Prezident  yanında  Ġqtisadi  ġuranın  yaradılması  siyasi  kurs  və  strategiyaların  yüksək 
səviyyədə koordinasiyası üzrə cari prosesləri rəsmiləĢdirərdi. Hökumət Nazirlər Kabinetinin 
mövcud  iqtisadi  komandasının  üzvlərindən,  o  cümlədən  BaĢ  Nazir,  Maliyyə  Naziri,  Ġqtisadi 
ĠnkiĢaf  Naziri,  Mərkəzi  Bankın  Sədri,  Neft  Fondunun  Ġcraçı  Direktoru,  Dövlət  Sosial  Müdafiə 
Fondunun Sədri, həmçinin Prezidentin Ġqtisadi məsələlər üzrə MüĢavirindən faydalanaraq təmin 
edə  bilər  ki,  ġura  həm  Prezident,  həm  də  Nazirlər  Kabineti  səviyyəsində  fəaliyyət  göstərsin.  
ġura Prezidentə strateji, büdcə və icra məsələləri, o cümlədən NQGĠUMS-in həyata keçirilməsi 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə