A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə37/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
h
ər bir tərəfin öz hüdudlarını  qorumaqla dərinə  inkişaf  etməyə  –  təbiəti 
öyr
ənməyə üstünlük verildi. Onu da xüsusilə vurğulamaq lazımdır ki, məhz 
kitablara  –  m
ənbələrə  münasibət Yeni Dövrdə  fəlsəfi  düşüncənin  inkişaf 
istiqam
ətini təyin etmişdir. 
Yeni Dövrd
ən başlayaraq bu günə kimi Qərb əsas diqqət və enerjisini 
t
əbiət kitabının öyrənilməsinə verdi və elm, texnologiya dindən ayrı, müstə-
qil şəkildə inkişaf etməyə başladı və öz yolunda bir-birinin ardınca yeni bi-
likl
ər əldə etməyə başladı.  
İslam Şərqində isə üstünlük əsasən müqəddəs vəhyə verildi. Müqayisə 
aparsaq, bel
ə  məlum olur ki, hər iki tərəfin  –  Şərq və  Qərbin  –  öz  baş 
vurduqları  mənbələrdə  təqribən eyni ifratlara, sadəcə  fərqli istiqamətlərdə
var
dıqları qənaətinə gəlmək mümkündür.  
 
Müasir dövr 
Müasir dövrd
ə  ilk  baxışda  nəzərə  çarpan Yeni Dövrün ənənələrinin 
daha da d
ərinləşməsidir: Qərb təbiət, İslam Şərqi isə ilahi vəhy üzrə ixtisas-
laşmaqdadırlar. Burada diqqət cəlb edən məsələyə birtərəfli və naqis müna-
sib
ətlə  yanaşı,  həm də  insan faktorunun özünə  də  bu qütblərdən dəyər 
verilm
əsidir.  
İdeya vahiddir və onun birtərəfli öyrənilməsi son nəticənin naqis qal-
ma
sına səbəb olur. Təsadüfi deyil ki, elmin, texnologiyanın ən son nailiyyət-
l
ərini əldə edən Qərb bu gün daha çox düşüncə və mənəviyyat böhranı yaşa-
yır. Görkəmli fikir sahiblərinin “Avropanın süqutu”, “Qərbin ölümü”, “Bə-
şəriyyətin qürubu” və s. oxşar mövzuda və ideyada yazdıqları məhz Qərbin 
içind
ə  olduğu  naməlum  qaranlığın  təzahürüdür.  Yaxud  İslam  Şərqi hər nə 
q
ədər öz mənəvi zənginliyi, yüksək estetik sənət inciləri ilə dünyanı heyran 
ets
ə də, iqtisadi və siyasi baxımdan dərin tənəzzül yaşamaqdadır. Təsadüfi 
deyil ki, Qurani K
ərimə istinad edən Taha Cabir Əlvani yazır ki, «İki kitab 
(s
əmavi kitab və  təbiət  –  K.B.) hökmən  uzlaşdırılmalıdır,  zira onlar bir-
birini tamamlama
dıqda gerçəkliyin həqiqi dərki itirilmiş olur» (1, 32-33).  
T
əbii ki, hər iki tərəf müəyyən baxımdan öz problemlərinin mahiyyə-
tind
ən xəbərdardırlar və həllinə çalışırlar. Bu istiqamətdə dialoqlar aparılır, 
əsərlər  yazılır,  konfranslar  keçirilir.  Nəticədə  maddi  baxımdan  daha  zəif 
olan  Şərq daha güclü və  stabil formaya malik Qərbin içində  əriməkdədir. 
Əslində bu, sadəcə bir qütbün digərini yox etməsi və ideyaların mənimsə-
nilm
ədən “yamaq edilməsidir”. Deməli, yenə  də  ideya  naqis  şəkildə  dərk 
 
- 84 - 


F
əlsəfə tarixi 
 
edi
lir.  İdeyanın  kəsilməzliyi prinsipindən  çıxış  edərək bildirmək olar ki, 
h
əm Şərqin, həm də Qərbin öz spesifikliklərini qoruyub saxlamaqla yanaşı, 
düşdükləri böhran halından qurtulmağın həlli yolu məhz İdeyanın, Həqiqə-
tin, 
varoluşun  mahiyyətinin mənbələrinə  düzgün münasibətin  formalaşma-
sındadır.      
M
əsələyə bu prizmadan qiymət verən mütəfəkkirlərdən biri Məhəm-
m
əd İqbaldır. O, əsas diqqəti təsəvvüf fəlsəfəsinə yönəldərək insanın mənə-
vi al
əminin oxunmasını çox vacib hesab edir və digər ikisi mənbəni – tarix 
v
ə təbiəti onun «əlavə vəsaiti» hesab edir: «Qurani-Kərimin üç idrak (bilik) 
mənbəyindən biri kimi bəyan etdiyi (41:53; 51:20-21) daxili təcrübənin vəh-
dətinin mənasını başa düşməyə çalışan ancaq sufizm olmuşdur. Digər iki bi-
lik mənbəyi isə Tarix və Təbiətdir» (6, 193) və «Məhz bu iki bilik mənbəyi 
tədqiq edilərsə, İslamın ruhu və canlılığı meydana çıxar» (7, 176). Belə mə-
lum olur ki, insan ruhu, batini təcrübə deyəndə, filosof burada həm də ilahi 
vəhyi nəzərdə tutur və ya daha doğrusu, təsəvvüf fəlsəfəsinə istinadən bildi-
rək ki, insanın özünü ilahi mənbə kontekstində götürür.  
Ondan sonra bu məsələyə nisbətən oxşar mövqedən yanaşan digər fi-
losof da S
əlahəddin Xəlilovdur: “Üçüncü kitabın oxunması, yəni insanın ruh 
dün
yasının, kosmik zəkadan istifadə imkanlarının öyrənilməsi və reallaşdı-
rılması prosesi yenə də islami dünyagörüşün çərçivəsində məqbul olsa da, 
ona ziddiyy
ətli münasibət bəslənmişdir. Əsasən təsəvvüf adı altında inkişaf 
etdiril
ən bu xətt bəzən İslama yad bir dəyər kimi qiymətləndirilmişdir. La-
kin İslamın başqa dinlərə nisbətən əsas üstünlüyü, bizcə, məhz bu istiqamət-
l
ərdə ortaya çıxır” (9, 24-25).
 
Göründüyü kimi, S.Xəlilov məsələyə daha ge-
niş rakursdan yanaşır və ilk dəfə “Üç kitab” ideyasını irəli sürür: smavi ki-
tab, təbiət kitabı və universal əql.
1
 
Yəni o, insanın özünü – maddi və ilahi 
t
ərəfləri ilə deyil, həm də ideya dünyasını nəzərə alır. Xatırladaq ki, Plato-
nun fikrin
ə görə də, “Zəka öz fərziyyələrini əzəli bir şey kimi qələmə ver-
mir. Əksinə, onlar zəka üçün elə yalnız fərziyyələrdir, yəni daha artıq ehti-
mal (f
ərz) olunmayan hər bir şeyin başlanğıcına hansısa bir yaxınlaşma və 
ya c
əhdlərdir. Ona nail olub onunla bağlı olan bütün şeyləri rəhbər tutmaqla 
(ya
pışaraq) o nəticəni  hissi olan heç bir şeydən istifadə etmədən, yalnız qar-
şılıqlı  münasibətlərdə  olan  ideyaların  özündən faydalanmaqla  əldə  edir və 
1
 
Geniş bax:  “Əbu Turxanın  “Üç kitab” və  “İki işıq” təlimi // Fəlsəfə və sosial-siyasi 
elml
ər. № 3-4, 2006, s.121. 
 
- 85 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə