Azərbaycan


 SƏHĠYYƏ VƏ YOXSULLUĞUN ƏLAQƏSĠ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

89 
 
6. SƏHĠYYƏ VƏ YOXSULLUĞUN ƏLAQƏSĠ
 
 
 
Bu fəsildə Azərbaycanın səhiyyə sektoru ilə bağlı yoxsulluq və bərabərsizlik məsələlərinə baxılır. 
Səhiyyə  Azərbaycanda  yoxsulların  həyatında  ən  mühüm  narahatlıq  doğuran  sahədir  və  dövlət 
investisiyalarının  ən  yüksək  prioritetlərindən  biridir. Əsas nəticələr varlı və yoxsullar arasında 
sağlamlıq vəziyyəti və səhiyyə xidmətlərindən istifadə baxımından nəzərəçarpacaq bərabərsizliyin 
olduğunu və yüksək nağd ödənişlərdən maliyyə müdafiəsinin olmadığını  əks etdirir. Yoxsulluğa 
düçar  olma  və  faciəvi  səhiyyə  ödənişləri  dünyada  ən  yüksək  olanlar  sırasındadır.  Bu  nəticələr 
vacib siyasi çərçivənin olmasını təklif edir. Digər məsələlər arasında əsas müavinətlər paketinin 
hazırlanması,  səhiyyə  müəssisələrinə  investisiyalar  və  dövlət  səhiyyə  xərclərinin  ünvanlanması 
səviyyəsinin müəyyən edilməsi çətinlikləri də müzakirə edilir. 
 
GiriĢ 
 
6.1
 
Səhiyyə məsələləri Azərbaycanda yoxsulların həyatına böyük təsir göstərir. Yoxsulların 
təqribən  dörddə  üçü  (və  bütün  ev  təsərrüfatlarının  70  faizi)  səhiyyə  xərclərinin  ödənilməsində 
çətinliklərlə qarĢılaĢdığını bildirmiĢdir. Yoxsulların dörddə biri iqtisadi çətinliklərini qismən ailə 
üzvlərindən birinin xəstəliyi ilə əlaqələndirmiĢdir (Diaqram 6-1). 
Keçid dövründə həyat səviyyəsi 
sorğusu  (KdHSS)  zamanı  Azərbaycanda  ev  təsərrüfatlarından  dövlət  investisiyalarının  iki  yüksək 
prioritetini  göstərmələri  xahiĢ  edildikdə  səhiyyə  sektoru  xüsusilə  yoxsullar  arasında  ən  ümumi 
cavabdan uzaq olmuĢdur (Diaqram 6-2). Buna görə də Azərbaycanda yoxsulların həyat səviyyəsinin 
yaxĢılaĢdırılması sahəsində dövlət siyasətinin miqyası haqqında müzakirələrdə səhiyyə ön planda və 
diqqət mərkəzində olmalıdır. 
 
 
6.2
 
Səhiyyə  və  yoxsulluq  arasında  əlaqə  müxtəlif  və  mürəkkəbdir.  Yoxsulluq  insanları 
xəstəliklərə qarĢı daha həssas edir və onların xəstələnən zaman mübarizə aparmaq və yaxĢılaĢmaq 
imkanlarını  azaldır.  Səbəb  əlaqəsi  də  əks  istiqamətə  hərəkət  edir,  çünki  sağlamlığın  yaxĢı 
olmaması gəlirin itirilməsi və ya yüksək tibbi ödəniĢlərə səbəb olursa, bu, yoxsullaĢmaya gətirib 
çıxara bilər. Bu fəsil iki məqsədlə bağlı məsələlərə diqqət yetirəcəkdir: (a) əhali, xüsusilə həssas 
əhali  arasında  səhiyyə  xidmətlərinin  səviyyəsinin  və  bölgüsünün  yaxĢılaĢdırılması;  (b)  maliyyə 
müdafiəsinin  yaxĢılaĢdırılması  (xəstəlik  səbəbindən  yaranan  yoxsulluğun  qarĢısının  alınması).
24
 
Bunların hər ikisi ilə bağlı olan siyasət məsələləri də qarĢıdan gələn səhiyyə islahatlarına diqqət 
yetirməklə müzakirə ediləcəkdir.  
 
6.3
 
Ümumiyyətlə, bu fəsil Azərbaycanda 2008-ci ildə səhiyyə və yoxsulluğun ―baza şəklini‖ 
təklif  edir.  Bu,  ona  görə  ―Ģəkil‖  adlandırılır  ki,  o,  geniĢ  formada  2008-ci  ilin  yanvar-aprel 
aylarında  keçirilmiĢ  YaĢayıĢ  səviyyəsinin  qiymətləndirilməsi  sorğusuna  (YSQS)  istinad  edir. 
Uzunmüddətli  məlumatlar  mövcud  olmadığından  son  illərdə  ölkə  üzrə  sosial-iqtisadi  vəsiyyətin 
meyllərinin  dezaqreqasiya  edilməsi  mümkün  deyildir.  Bu,  ona  görə  ―baza‖  adlandırılır  ki, 
sorğunun həyata keçirilməsi vaxtı, növbəti fəsildə daha geniĢ izah edildiyi kimi, onun səhiyyənin 
maliyyələĢməsi  və  təmin  edilməsi  sahəsində  nəzərəçarpacaq  iqtisadi  islahatların  aparılmasından 
əvvələ  təsadüf  etdiyini  nəzərdə  tutur.  Yeni  tədbirlər  nəticə  verdikcə,  islahatların  Azərbaycanda 
səhiyyə  və  yoxsulluqla  bağlı  əsas  göstəricilərə  təsirini  qiymətləndirmək  üçün  yenilənən 
məlumatlar hazırkı baza ilə müqayisə edilə bilər. 
                                                 
24
  Bunlar  Dünya  Bankının  bu  yaxınlarda  yenilənmiĢ  Səhiyyə,  qidalanma  və  əhali  Strategiyasında 
müəyyənləĢdirilmiĢ ilk iki strateji məqsədi ilə uyğundur (Dünya Bankı, 2007-ci il).  


90 
 
 
Diaqram 6-3 Səhiyyənin ev təsərrüfatlarının rifahına təsiri 
 
 
Diaqram 6-4 Azərbaycanda ev təsərrüfatları tərəfindən müəyyən edilmiĢ dövlət 
investisiyalarının yüksək prioritetləri 
 
 
6.4
 
Bu  fəsil  aĢağıdakı  struktura  malikdir.  Bölmə  B  beynəlxalq  kontekstdə  Azərbaycanın 
səhiyyə  sahəsində  son  meyllərin  qısa  xülasəsini  və  hazırda  ölkədə  baĢlanmaqda  olan  səhiyyə 


91 
 
sektoru islahatlarının xülasəsini əks etdirir. Bölmə C səhiyyə tədbirlərinin nəticələrinin və onların 
determinantlarının  yoxsullar  və  qeyri-yoxsullar  arasında  bölgüsünə,  o  cümlədən  sağlamlıq 
vəziyyətinin,  səhiyyə  xidmətlərinə  çıxıĢ,  onlardan  istifadə  imkanlarının  və  məmnunluğun  
subyektiv qiymətləndirilməsi ilə bağlı göstəricilərə diqqət yetirir. Bölmə D maliyyə müdafiəsinə, 
xüsusilə  də  nağd  ödəniĢlərlə  yoxsulluq  arasında  əlaqəyə  yaxından  nəzər  salır.  Bölmə  E-də  fəsil 
ümumiləĢdirilir və siyasət məsələləri müzakirə edilir. 
 
Cari təmayüllər və islahat təĢəbbüsləri 
 
6.5
 
Azərbaycanın  səhiyyə  göstəricilərindəki  son  meyllər  tədrici  inkişafa  və  əhəmiyyətli 
təkmilləşmə  səviyyəsinə  dəlalət  edir.  Gözlənilən  ömür  uzunluğu  yuxarıya  doğru  irəlilədiyi 
halda, körpə və ana ölümü səviyyələri aĢağı düĢmüĢdür, lakin bu səviyyələr xeyli yüksək olaraq 
qalır (göstərilmiĢ səviyyələr beynəlxalq anlayıĢlara əsaslanır). 
 
Cədvəl 6-1 Azərbaycan: səhiyyə göstəricilərində son meyllər, 2000-05-ci illər 
 
Göstərici 
2000 
2001 
2002 
2003 
2004 
2005 
Gözlənilən ömür 
uzunluğu 
62.3 
63.6 
65.8 
65.0 
65.5 
 
Körpə ölümü səviyyəsi 
(hər 1000 diri 
doğulana)* 
55 
 
 
 
43 
 
Ana ölümü 
(hər 100000 diri 
doğulana) 
94 
 
 
 
 
82 
Mənbə: ÜST/Avropa Səhiyyə hamı üçün məlumat bazası, * = DSS, 2006 
 
6.6
 
Beynəlxalq  səviyyədə  ana  və  uşaq  sağlamlığı,  eləcə  də  Minilliyin  İnkişaf  Məqsədləri 
(MİM)  diqqət  mərkəzində  olsa  da  Azərbaycanda  ölüm  hallarının  83  faizi  qeyri-yoluxucu 
xəstəliklər  və  zədələr  səbəbindən  baş  verir.  Ürək-damar  xəstəlikləri  ölümün  ən  əsas 
səbəblərindəndir.  Yüksək  qan  təzyiqi,  siqaretdən  istifadə  və  yüksək  bədən-çəki  əmsalı  mühüm 
təhlükə  faktorlarına  aiddir.  Ürək-damar  xəstəlikləri  də  ―həddən  artıq  ölüm‖  hallarının,  yəni 
Azərbaycanın  dünyanın  ən  inkiĢaf  etmiĢ  ölkələrində  hazırda  üstünlük  təĢkil  edən  eyni  ölüm 
səviyyələrinə  çatacağı  təqdirdə  qarĢısı  alına  biləcək  ölümlərin  baĢlıca  səbəblərindəndir.  Bu, 
Azərbaycanda  əhalinin  sağlamlıq  vəziyyətində  mühüm  irəliləyiĢlərin  harada  axtarılmalı 
olduğunun güclü göstəricisini təmin edir. 
 
6.7
 
Azərbaycanda  səhiyyənin  nəticə  göstəriciləri  Müstəqil  Dövlətlər  Birliyi  dövlətlərinin 
(MDB) və Avropa Birliyinin (AB) yeni üzv-dövlətlərinin hər hansı birində üstünlük təşkil edən 
göstəricilərlə müqayisədə qarışıq dinamika nəzərdə tutur. Cədvəl 6-1-də Azərbaycanda və digər 
Avropa  ölkələrində  səhiyyənin  nəticə  göstəriciləri  və  səhiyyə  sisteminin  icra  göstəriciləri 
beynəlxalq  müəyyənləĢdirmələr  əsasında  müqayisə  edilir.  Körpə  və  ana  ölümü  MDB  və  baĢqa 
regionlarla  müqayisədə  nəzərəçarpacaq  dərəcədə  yüksəkdir,  lakin  ürək-damar  xəstəliklərindən 
ölüm  MDB  ilə  AB-12  arasındadır.  Səhiyyə  sistemi  göstəriciləri  bütün  regionlardan  xeyli  geri 
qalır.  HaĢiyə  6.1-də  Azərbaycanla  region  arasında  səhiyyənin  xüsusiyyətləri  və  sağlamlıqdan 
məmnunluq müqayisə edilir. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə