Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   65   66   67   68   69   70   71   72   ...   93

• Abid  Tahirli
 

216
 ~ 
 
• 
Əgər Türkiyənin  başından  əksik olmayan bəlalar imkan 
ver
ərsə və daha açıq təbir ilə söyləsək, Türkiyə düşmənlərinin açıq, 
ya  gizli  hücumlarını  dəf etməyə  çarə  tapılarsa,  türklərin təzə  can 
tapıb  həyat və  gələcəklərini təmin edəcəkləri  boş  ümid,  ya  da 
n
əzəriyyə zənn olunmaz («Bugünkü İstanbul»). 
• 
Tiflis  islamlarını  dəvət edib cümləsi ilə  mülakat etmək 
(görüşmək, mübahisə etmək – T.A.) şərəfinə nail olmaq üçün iyulun 
30-da (1886-
cı  il  –  T.A.)  Qafqazın  Ziraət Cəmiyyəti  binasında 
«Ədəbi məclis»də toplantı keçirdik
1
 
(«Ədəbi məclis»). 
• 
Daşkənd səfərimdən  qayıdarkən  Bakıda  qalmalı  oldum. 
Nec
ə də qalmayım ki, məcbur etdilər. Hər nə qədər xəbərsiz gəlsəm 
d
ə,  bakılı  dostlarım  qaldığım  otelin  Tiflisdən teleqramla yerini 
öyr
ənmişdilər
2
… («Yolda bir görüş»). 
• 
İman içəridədir («Yolda bir görüş»). 
• 
Qafqazın  sağ  gözü  Bakı,  sol  gözü  xeyli  tərəqqi  etmiş… 
Batumdur («Zaqafqasiya boyu»). 
• Özg
ə dil bilmək ayıb deyil, vacibdir, lakin özgə dili bilib, 
öz dilini, 
ədəbiyyatını  bilməmək  ayıb,  həm də  böyük  ayıbdır 
(«Zaqafqasiya boyu»). 
• 
Əhalisinin  hamısı  çalışqan,  maarifə  həvəslidirlər… yeni 
üsulla  işləyən məktəblərini və  ticarətə  olan rəğbətlərini örnək 
göst
ərməyə  dəyər. Bərəkallah  şəkililər! Cənabi Haqq gələcəkdə 
mütl
əq  mükafatınızı  verəcəkdir. Yeni üsullu 4 məktəbdə  xeyli 
şagird var… Səbəbkarlardan Allah razı olsun (Zaqafqasiya boyu). 
                                                            
1
 
İnformasiyanın maraqlı olduğunu və bu barədə Tiflisdə nəşr olunan qəzetdə də 
geniş  xəbər  verildiyini  nəzərə  alaraq  («Kafkaz»,10  avqust  1886,  №  37)  bu 
cümləni yazmağı məqsədəuyğun hesab etdik (T.A.). 
2
 
Bu xəbəri maraqlı olduğu üçün əlavə etdik (T.A.). 


• Bütün türkl
ərin tərcümanı 

217
 ~ 
 
•  Aliml
ər və  şairlər  ocağı  Şamaxını  indi  şeytanniyyət, 
cahilan
ə  durğunluq  dumanı  bürümüşdür…  bu  şəhərin  yalnız 
m
əktəbi  deyil,  işləri ümumiyyətlə, pərişanlıq  və  təəssüf  doğurur 
(«Zaqafqasiya boyu»). 
•  Kim
ə  necə, deyə  bilmərəm, mənə  görə  dost görmək və 
xüsusil
ə ziyalı adamlar görmək ən gözəl səfaların biridir. …Elm və 
maarif sevdalısı olduğum üçün belə adamların məclislərində iştirak 
etm
ək könlümə  rahatlıq,  fikrimə  işıqlıq  və  güc gətirir 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
•  …Tiflisd
ə  bir  dost  daha  tapdım:  Qarabağlıdır  (Şuşada 
anadan  olmuş  Əhməd bəy  Ağaoğlu  nəzərdə  tutulur  –  T.A.), 
Rusiyada t
əhsil  aldıqdan  sonra  Fransaya  gedib,  Sorbon 
Universitetind
ə  oxuyub, gəncdir. Digər millətlərdə  bu cür təhsil 
alanların çox olduğundan, bu o qədər də diqqətçəkən deyil. Lakin 
bizim c
əmiyyətimizdə  aradabir belə  adamın  olması  xüsusilə 
diqq
ətəlayiqdir. Ona görə  də  biz  o  qardaşımızla  iftixar  edirik 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Mayın 17-də (1893-cü il – T.A.) Bakıya gəlib dostlarımın 
birind
ən təmizliyi və  rahatlığı  haqqında  eşitdiyim  «Avropa» 
otelind
ə  yerləşdim.  Bakıya  hansı  gün gələcəyimi  heç kimə 
bildirm
əsəm də, məni bir neçə  gənc  qarşıladı.  Belə  nəzakət və 
hörm
ətlə qarşılanacağımı heç xəyalıma gətirmədiyimdən, mütəəssir 
olduğumu  bildirdim  və  təşəkkür etdim… («Baxçasaraydan 
Daşkəndə səyahət»). 
• 
Bakı müsəlmanlarını «əcəmi», «irani», «persiyan» - deyə 
yazdıqları  görülməkdədir: bu isə  açıq  bir  xətadır,  çünki  bunlar 
ümumi dil v
ə cins, qiyafət və adət cəhətlərindən tər-təmiz türklərdir 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 


• Abid  Tahirli
 

218
 ~ 
 
• 
Bakılılar boylu, qüvvətli və işləkdirlər, …belə ki, Rusiya 
şəhər və vilayətlərində olan islam əhlinin hamısından irəlidədirlər, 
bel
ə zənn  edirəm («Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Bakı  müsəlmanlarının  Xəzər dənizində  üç-beş  ticarət 
paroxodu, beş-on gəmisi vardır. Volqada isə islam əhlinə məxsus nə 
bir paroxod, n
ə  bir  qayıq  gördüm  («Baxçasaraydan  Daşkəndə 
s
əyahət»). 
• 
Bakının  ermənisi yerli, qədim  əhalidən  olmayıb,  gəlmə 
müsafir v
ə mühacirlərdir («Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Hacı Zeynalabdin əfəndini yad etdik. Hacı dedikdə böyük 
v
ə  qalın  əmmaməli, uzun  xalatlı,  ya  cübbəli uzun və  ağ  saqqallı 
adam göz önünd
ə  canlanır,  elə  deyilmi?  Hacı  imiş,  amma  xəyal 
etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı 
bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı, 
cübb
əsi uzun yox, gözəl  əməllərdən  libaslı  gördüm 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
• Bundan s
əkkiz il əvvəl – 1885-ci ildə Bakıya birinci dəfə 
g
əlmişdim.  Səkkiz ildə  müsəlmanların  xeyli  tərəqqi etdiklərini 
görüb m
əmnun oldum. Yalnız mal və qazanc cəhətində deyil, bəklə 
daha  artıq  düşüncə  və  şüur  baxımından  irəliləmişlərdir 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
…Bakıya  birinci  səyahətimdə  hörmətli Səfərəli bəy 
V
əlibəyovla (1861-1902, Qori Müəllimlər  Seminariyasının  ilk 
m
əzunlarından  biri,  maarifçi,  O.Çernyayevski  ilə  birlikdə  «Vətən 
dili» adlı ilk əlifba dərsliyinin və digər dərslik və kitabların müəllifi 
–  T.A.) b
ərabər  idik.  Onunla  qardaşyanə  Qafqazın  xeyli  yerlərini 
g
əzdik. Məqsəd xalqın həyatı, güzəranı ilə tanışlıq və «Tərcüman» 
üçün abun
əçi  toplamaq  idi.  Bakının  bütün  bazarlarını  gəzdik, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə