Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

• Bütün türkl
ərin tərcümanı 

207
 ~ 
 
• 
Yeni  üsulla  yazılan  şeirlərin  ən məqbul cəhəti  açıq  türk 
dilind
ə yazılmağındadır («Osmanlı ədəbiyyatı və məişəti»). 
• 
Lazımınca  basmaxanalar  açılıb,  qəzetlər nəşr 
olunmasından yarım əsr keçməmiş Osmanlı dövlətində mətbuat və 
n
əşriyyatın  tərəqqisi diqqətəşayan  dərəcəyə  gəlmişdir.  Hazırda 
Osmanlıda 140-a qədər müxtəlif qəzet çıxır… («Osmanlı ədəbiyyatı 
v
ə məişəti»). 
• 
Hazırda qələm çəkmədə olan Osmanlı ədiblərindən faydalı 
əsərləri ilə  yad olunacaq üç nəfər özünü göstərməkdədir: bunlar 
Şəmsəddin Sami, Kamalbəylər və  Əhməd  Midhat  Əfəndidir 
(«Osmanlı ədəbiyyatı və məişəti»). 
• Sami b
əy çox yazmır və lakin hər nə yazmışdırsa, faydalı 
v
ə məlumatlıdır: dili sadə və axıcıdır. Kamal bəy doğma şairdir, hər 
n
ə  yazmışsa,  dilbər  yazmışdır,  tayı-bərabəri yoxdur. Kamal  bəy 
osmanlıların  ən  sevgili  yazıçısıdır.  Kamal  hüsn,  dil  və  lətafətdir. 
Əhməd Midhat əfəndi başlı-ayaqlı kitabxanadır və çərkəz qeyrətinin 
simvoludur («Osmanlı ədəbiyyatı və məişəti»). 
•  Kamal b
əy… teatr risaləsimi, romanmı,  məktubmu – hər 
n
ə yazmış isə özünə və kamalına məxsus, dilbər, yaraşan və atəşli 
bir dil il
ə  yazmışdır.  Kamalın  qələmi  ən tənbəl,  ən qaba ürəyi 
oynadır,  ən  qalın  dərini  deşib  keçir,  ibarəsi  dadlı,  nazikdirsə  də, 
d
əmir toxmaq kimi təsirlidir. 
• 
Əhməd Midhat əfəndi…  osmanlıların  ən güclü 
publisistl
ərindən olub. «Tərcümanı  həqiqət» və  «Osmanlı» 
q
əzetlərinin  baş  dirəyidir. Köhnə  və  yeni  Osmanlının  Əhməd 
Midhat kimi q
ələmi, bərəkətli  ədibi  olmamışdır  («Osmanlı 
ədəbiyyatı və məişəti»). 


• Abid  Tahirli
 

208
 ~ 
 
• 
Qadınların müəllimə, qəzetçi, müəllifə kimi ortaya çıxması 
c
əmiyyətin və  millətin tərəqqisini göstərir. Bunlar isə  İstanbulda 
mövcuddur («Osmanlı ədəbiyyatı və məişəti»). 
•  …q
əzetin «filan müsyö filan əfəndi ilə  görüşdü»  – 
x
əbərindən fayda və  ibrət nədir?  Tatar  ağlım  bunu  dərk etmir. 
M
əncə, məsləhət və  iş  məlum  olmadıqdan  sonra  müsyö  və  əfəndi 
günd
ə  beş  deyil,  on  kərə  görüşsün,  faydasızdır  («Osmanlı 
ədəbiyyatı və məişəti»). 
• M
ədhiyyə yazsaydım, bilirsinizmi kimi mədh edərdim və 
bunun üçün heç bir mükafat ist
əməzdim. Anadolu türklərini mədh 
ed
ər və divan bağlardım, şair deyiləm, əlimdən gəlmir. Bu türklər ki 
var, h
ər  biri  bir  aslandır,  səbirləri zaman kimi… tükənməz, 
s
ədaqətləri günəşin  ziyası  kimi…  ləkə  götürməz,  əxlaqları  almaz 
daşı kimi… təmiz və sadədir. Bunları ildə bir dəfə mədh etməyən 
şairin  səsi səs deyil!  Yunan  qalxdı  –  gəl,  Anadolu!  Qaradağ  içəri 
girdi – aman, Anadolu! Belqrad çevrildi – 
yetiş, Anadolu! Ərəbistan 
bulandı  –  gəl  yatır,  Anadolu!  Para  lazım  –  ver, Anadolu! Rum 
elind
ə  yol çəkilir  –  kömək et, Anadolu! Gəl, baba Anadolu, gəl, 
q
əhrəman Anadolu – deyilir, lakin müqabilində şairlər ildə beş sətir 
t
əşəkkür  yazmırlar  –  ayıb  deyilmi?  …Bizə  görə  Osmanlı  dövləti 
dem
ək  –  Anadolu türkləri deməkdir. Dövlətin  əsgər qüvvəsi bu 
türkl
ərdir («Osmanlı ədəbiyyatı və məişəti»). 
•  Dünya bel
ədir: nə  tərəqqinin, nə  nöqsanın  sonu  var. 
Bugünkü t
ərəqqi ertəsi gün daha bir tərəqqi istər, durmaq yoxdur. 
Zaman h
ər gün tərəqqi istəyir («Osmanlı ədəbiyyatı və məişəti»). 
• 
Ədəbi tənqid  ədəbiyyatın  mizanıdır.  Mizansız  bazar, 
t
ənqidsiz ədəbiyyat kimidir («Osmanlı mətbuatı»).  


• Bütün türkl
ərin tərcümanı 

209
 ~ 
 
•  Parça-
bez  bazarına  arşın,  çörək  bazarına  okka  necə 
lazımdırsa,  ədəbiyyata ölçü olan tənqid, bəlkə  daha  artıq  lazımdır 
(«Osmanlı mətbuatı»). 
• 
Ədəbiyyat mənəvi  qidamızdır,  lakin  maddi  qidadan  daha 
çox mizan ist
ər. Hər nə olsa geymirik, hər nə olsa yemirik, hər nə 
olsa, oxumalımıyıq? («Osmanlı mətbuatı»). 
• T
ənqid lazımdır, lakin tənqidçi kim olacaq? Bu elə işdir ki, 
t
əndirdə  çörək  bişirməkdən, gəmi kömürçülüyündən  daha  ağırdır. 
T
əkrar edirəm, çətin və  ağır  işdir,  lakin  lazımdır.  Ədəbi  şivəni 
qabıqdan və çürükdən ayıracaq tənqiddir («Osmanlı mətbuatı»). 
• 
İzzət bəy  (bir  başqası  olsun)  coğrafiya  yazmış,  Molla 
Hüseyn elmi-
hal  yazmış,  Süleyman  əfəndi yeni üsullu əlifba 
çıxarmış, qardaşım Əli ağa milli roman yazmış, filankəs qardaşım 
komediya  uydurmuş…  Bunların  hər birinə  iki «afərin» ilə  üç 
«maşallah» deyib keçilirsə, kitab bazarında yaxın zamanlarda boyalı 
kağızdan  tərpənmək olmaz və  ədəbiyyatda tərəqqi və  məslək 
görülm
əz, boyalı kağızların içində itib batar («Osmanlı mətbuatı»). 
•  Bu gün 
ədəbi tənqid  olmadığı  üçün  kitabın  adına  görə 
alınması  düzgün  deyil,  içini  araşdırmaq  lazımdır,  çünki  adı  ilə 
mayası arasında Balkan dağları ola bilər («Osmanlı mətbuatı»). 
•  T
ənqid,  yalnız  nöqsanı  gösərməkdən ibarət deyildir. Bu 
əsərin nə  dərəcə  istifadəli  olduğunu  meydana  çıxarmaq, onu isbat 
etm
ək də tənqidə məxsusdur… («Osmanlı mətbuatı»). 
• 
Filan Jozefinanın filan Alfred ilə olan münaqişəsini, yaxud  
bizim  Fatmalardan  birinin  bizim  Süleymanların  birinə  yaşmaq 
arxasından  çəkdiyi ah və  vahları  qələmə  almaq, roman yazmaq 
deyil («T
ənqid»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə