Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

• Abid  Tahirli
 

204
 ~ 
 
•  Müxt
əlif  adları  olan,  müxtəlif məkanlarda məskunlaşan 
türk  tayfalarının  «lüğətlərini» yan-yana  qoyub  baxdıqca  sözlərin 
yüzd
ə 90-nın müştərək olduğu üzə çıxar («Dil ətrafında»). 
• 1875-ci ild
ə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi 
t
əşəbbüsü ilə Bakıda «Əkinçi», bir az sonra general Staroselskinin 
maddi köm
əyi ilə  Tiflisdə  mərhum Səid  Əfəndi Ünsizadənin 
«Ziyayi Qafqasiy
ə» qəzeti  çıxarılmışdı.  Həm  bunları,  həm də 
İstanbulun «Təqvim-i vəkəyi» və «Bəsirət»ni gözə aldırıb biz də bu 
«T
ərcüman»ın  vücuda  gətirilməsinə  və  davam etdirilməsinə 
çalışdıq. Ədəbiyyat tarixi bizə rəhbərlik edirdi («Dil ətrafında»). 
• 
Başqa millətlərin daha ertə dırmanıb qalxdığı yüksək dağa 
türkl
ər  indi  qalxırlar  və  əminik ki, qalxacaqlar. Bunu görən tək 
«T
ərcüman» deyildir: həyat, fərasət və milli vicdandır, «Tərcüman» 
böyük c
ərəyana qoşulmuş bir zərrədir («Dil ətrafında»). 
• 
«Əkinçi» və «Ziyayi Qafqasiyə»nin dilinə baxın, bugünkü 
(1913)  «İqbal»ın  dilinə  də  baxın:  millətin qəzeti Azəri  şivəsi ilə 
yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. «Tərcüman» 
da el
ədir, biz də «İqbal»ın dilindən istifadə edirik («Dil ətrafında»). 
•  Xuda s
əlamətlik  versin!  Yazınız,  oxuyunuz.  Azəricə, 
tataric
ə,  kaşqaricə… biz buna müxalif deyilik, lakin türk milləti 
türkl
əşmək, türkcə söyləyib yazışmaq istəyir. Bu zamanın tələbinin 
inkar  etmir,  alqışlayırıq,  çünki  təbii və  uluğ  bir  cərəyandır  («Dil 
ətrafında»). 
• 30 ild
ən bəri (1883-cü ildən nəzərdə tutulur – T.A.) xəyal 
arxasınca qaçmırıq, cilalanmaqda olan türk dilinə inam və iman ilə 
acizan
ə xidmət göstəririk (Yenə dil ətrafında). 
• 
Buxaradakı  «Turan»ı  oxuyanlar,  Baxçasaray  «Tərcü-
man»ını,  Orenburq  «Şura»sını  oxuyanlar  İstanbulun  «Türk 


• Bütün türkl
ərin tərcümanı 

205
 ~ 
 
yurdu»nu göz
əl anlayırlar. Bunu işləyən türk ruhu ilə türk həyatıdır. 
Zaman bu h
əqiqəti hər kəsə  təsdiq etdirəcəkdir («Məsələlər  – 
q
əzetlər»). 
• 
Ərəb xətti sair əlifbalara nisbətən  ağırdır,  bu  cəhət inkar 
edilm
əzdir. Lakin, islahı, yəni yüngülləşdirilməsi mümkündür, həm 
d
ə lazımdır («İmla fonetikası»). 
•  Dil v
ə  ədəbiyyatımızın  tərəqqisi və  intişarı  yazımızın 
sad
əliyinə, rahatlığına və tamamlığına bağlıdır. Əgər belədirsə, bu 
yolda çalışılmalıdır («İmla fonetikası»). 
• H
ər yeni başlanan işlərdə köhnə adətlərin təsirindən insan 
nöqsanlara yol ver
ə bilər… («İmla fonetikası»). 
•  Bitm
əz, tükənməz  müşavirələrlə,  «olarmı,  olmazmı»larla 
iş  olmaz.  İşə  başlamalı,  tədriclə  olsun, lakin əməli  olsun  («İmla 
fonetikası»). 
•  «T
ərcüman»ın  mühafizəkar olmamaqla bərabər, su 
görm
ədən pabuç çıxarmaq adəti də yoxdur. Fəqət su, yəni ehtiyac 
hiss  etdimi,  yalnız  pabuçunu  deyil,  köynəyini belə  çıxarıb  dərhal 
suya  atırlar.  «Tərcüman» bu suya («ortaq dil yaratmaq» problemi 
n
əzərdə tutulur – T.A.) atılmışdır, hər kəsin fikri, qələmi ilə duasını 
t
əmənnə edir («Bir iş daha»). 
•  Bizd
ə  «ixtiyarlar,  qocalar  keçmişləri ilə  əylənər və 
yaşarlar»  -  kimi  bir  söz  vardır  və  həm də,  doğru  sözdür.  Lakin 
«T
ərcüman» gələcəklə də ovunan, təsəlli tapan bir ixtiyardır («Türk 
yurdu»na). 
• B
əlkə mənə səbirsizlik güc gəlir. Xeyir! Səbirsizlik məndə 
deyil, milli yazı, milli maarif, milli istiqlal tələsir («Türk yurdu»na). 
• 
Əli bəylərlə Vəli bəylər arasında davam edən münaqişələrə 
(dil, 
əlifba ilə bağlı qəzetlərdə gedən mübahisələr nəzərdə tutulur – 


• Abid  Tahirli
 

206
 ~ 
 
T.A.)  vallahi  artıq  bezdik,  usandıq.  Söz,  saz  gözəldir: amma əsl 
lazım olan «nəhayət» və «nəticə»dir… Zaman su kimi axır. Dil və 
imla mübahis
ələrini artıq bir kağıza, yerə bağlamaq lazımdır («Türk 
yurdu»na). 
• 
Bu  aralıq  Bakıda  «Bəsirət»,  Daşkənddə  «Sədayi-
Türkistan» v
ə  Hokantda «Sədayi-Fərqanə» qəzetlərinin zühuru 
q
əzetimizdə  xəbər  verilmişdi.  Mətbuat,  düşüncə  mübadiləsi 
meydanına  birdən üç dostun təşrifləri  xoşbəxtlikdir. Yeni zühur 
etmiş  həmkarlarımızın  zaman  və  tələbata  uyğun  qələm 
işlədəcəklərinə  ümid  edirik.  Şübhə  etmirik ki, onlar ilk növbədə 
gözl
ərimizi açmaq –  bizi gələcəyə  hazırlanmaq  lazım  olduğunu 
bilirl
ər. «Bəsirət» mühərrirləri  arasında  çox  çalışqan,  qeyrətli 
M
əhəmməd  Əmin  bəy Rəsulzadənin  olması  bu  qəzetin ruhlu 
olacağına zəmanət verir. Özlərini dəfələrlə təbrik, işlərinin davamını 
ciddi şəkildə təmənnə edirik («Xoşbəxt əkizlər»).  
•  Avropa 
ədəbiyyatının  qədrini bilmədiyimizi,  ona  qarşı 
olduğumuzu zənn etməyin. Xeyr! Söyləyəcəyimiz ancaq budur ki
iki  fransız  romanından  bir  milli  hekayə  mənfəətlidir  («Osmanlı 
ədəbiyyatı və məişəti»). 
•  Teatr v
ə  roman  əleyhdarı  deyilik,  lakin  Şekspir,  Höte, 
Şatobrian, Volter, Skott, Şpilhagen, Molyer və bunlara bənzər kimi 
m
əşhur  yazıçıları  bir  tərəfə  qoyub… bir məhəlləyə  və  bir  əsrə 
m
əxsus ikinci, bəlkə də üçüncü dərəcə ədiblərlə gün keçirməyi caiz 
görmürük («Osmanlı ədəbiyyatı və məişəti»). 
•  Z
ənn edirəm ki, vaxt gələcək  İstanbul  qəzetləri də  beş 
s
ətirlik  əsərə  on sətir məhdiyə  yazmağı  tərgidəcək və  layiqli bir 
şəkildə  «bu  əsər  yaxşıdır,  bu  əsər isə  şor  və  laxdır»  -  deməyə 
özünd
ə cəsarət tapacaqdır («Osmanlı ədəbiyyatı və məişəti»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə