Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   69   70   71   72   73   74   75   76   ...   93

• Bütün türkl
ərin tərcümanı 

235
 ~ 
 
 
ÖZÜNÜ TÜRK VƏ MÜSƏLMAN SAYAN HƏR KƏS..,  
YAXUD C.HACIBƏYLİ QASPİRALI HAQQINDA 
(İSMAYIL QASPİRALININ  VƏFATININ  
80 İLLİYİ MÜNASİBƏTİLƏ) 
 
Türk  dünyasının  mədəni, mətbu-ictimai-mənəvi tarixində 
misilsiz rol 
oynamış İsmayıl bəy Qaspiralı ideyaları taleyin hökmü 
il
ə  dünyaya səpələnmiş  böyük bir millətin illər uzunu arzu və 
ist
əklərini əks etdirməklə bərabər, tərəqqi, dirçəliş, xilas yoluna işıq 
saçmışdır.  Bu  ideya  çox  yığcam  şəkildə  belə  ifadə  olunmuşdur: 
«Dil, fikir v
ə iş birliyi». Bu ideyanın formalaşmasına, sonralar isə 
alovlu t
əbliğinə İ.Qaspiralı bütün həyatını həsr etmişdir. 
 
İ.Qaspiralı  1851-ci ildə  Krımın  Bağçasaray  şəhəri 
yaxınlığındakı Avcı kəndində dünyaya göz açmışdır. Atası Mustafa 
ağa  Qaspra    kəndindən  olduğu  üçün  İsmayıl  bəy özünə  Qaspiralı 
soyadını  götürmüşdür.  İlk  təhsilini  Ağmesciddə  alan  İsmayıl  bəy 
Moskva  şəhərində  hərbi liseydə  oxumuş,  1868-ci ildən isə 

əllimliyə başlamışdır. Moskva, sonralar Paris (1871-74-cü illərdə 
İsmayıl  bəy  Fransada  yaşamışdır)  mühiti  gələcəyin böyük 
ziyalısında bu qənaəti formalaşdırmışdır ki, xalqın cəhalətdən xilası, 
t
ərəqqisi üçün onun maariflənməsi  yeganə  yoldur.  İsmayıl  bəy bu 
yolda  yorulmadan  çalışır,  məktəblər  açır,  qəzet  buraxmağa  səy 
göst
ərir.  Araşdırmalarının,  müşahidələrinin və  səfərlərinin nəticəsi 
kimi bu ill
ər iki kitab  yazır:  «Avropa  mədəniyyətinə  bir nəzəri-
müvazin
ə»,  «Rusiya müsəlmanları».  İnadkarlığı,  gərgin zəhməti 
bahasına  İsmayıl  bəy  əvvəlcə  «Tonğuc»  (1881),  «Mirati-cədid» 


• Abid  Tahirli
 

236
 ~ 
 
(1882) q
əzetlərini, sonra isə  Rusiya müsəlmanlarının  mətbuat, 
m
ədəniyyət tarixində parlaq rol oynamış «Tərcüman»ı (1883-cü il, 
10 aprel) 
buraxmağa nail olur. 
 
Heç  şübhəsiz,  Bağçasaraydan  parlayan  –  bütün türk 
dünyasına işıq salan bir ulduz – İsmayıl bəy Qaspiralı şəxsiyyətinə 
Az
ərbaycan ziyalıları da böyük maraq göstərir, onunla əməkdaşlıq 
edirdil
ər.  Xalqımızın  Əli  bəy Hüseynzadə,  Əlimərdan  bəy 
Topçubaşov, Əhməd bəy Ağayev kimi simaları İsmayıl bəylə, onun 
q
əzeti  «Tərcüman»la müntəzəm  əlaqə  saxlamışlar.  Dövrünün  fəal, 
m
əhsuldar və  mütərəqqi  ziyalılarından  sayılan  Ceyhun  bəy 
Hacıbəyli üçün də  İsmayıl  bəy  Qaspiralı  örnək, öndər idi. Bunu 
Hacıbəylinin İsmayıl bəy Qaspiralının vəfatı  münasibətilə «Kaspi» 
q
əzetində  dərc  etdirdiyi  «İsmayıl  bəy  Qaspiralının  xatirəsinə»  adlı 
yazısında  («Kaspi»,  1914,  №  204,  Cey  Dağıstani)  aydın  görmək 
olur. Ceyhun b
əy 1914-cü ilin əvvəllərində  Petroqradda  İsmayıl 
b
əylə  görüşmüş  və  bu  görüş  C.Hacıbəylidə  böyük təəssürat 
oyatmışdır:  «Onun  işləmək  ehtirası  ilə  nəfəs  alan  simasına,  canlı, 
ağıllı  gözlərinə  baxdıqca  qocalıqdan  uzaq,  qüdrətli,  güclü səsinə 
qulaq  asdıqca,  mən öz-özümə  demişdim:  bax,  bu  insan  öz 
z
əhmətinin bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım». 
İsmayıl  bəyin xəstələnməsi xəbəri bütün müsəlman  dünyasını 
h
əyəcanlandırmışdı,  qəzetlər «nəhəng publisistin» səhhəti barədə 
x
əbərlər dərc  edir, adamlar ibadət  zamanı  «əziz xəstənin» 
sağalmasını dua edirdilər. Müsəlman mətbuatının və ictimaiyyətinin 
bu h
əyəcanı  İsmayıl  bəyə  olan məhəbbətin təzahürü  idi. «Və 
h
əqiqətən də İ.Qaspiralı kimi xadimi qiymətləndirməmək mümkün 
deyildi. Özünü müs
əlman sayan kəs bütün həyatını  xalqa  həsr 
etmiş, 35 il ərzində xalqın maddi, mənəvi keşiyində durmuş insanın 
taleyin
ə  laqeyd qala bilməzdi.  Özünü müsəlman sayan kəs bəzən 


• Bütün türkl
ərin tərcümanı 

237
 ~ 
 
h
əyata keçməyən, lakin nəcibliyini,  faydalılığını  az  da  olsa 
itirm
əyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün qəlbi ilə 
yas saxlamaya bilm
əzdi».  
Ceyhun b
əy «Tərcüman»ın  redaktorunun  xatirəsinə  həsr 
etdiyi m
əqalədə  oxucunun diqqətini  İ.Qaspiralı  kəlamının, 
nüfuzunun t
əkcə  öz  xalqı  arasında  yox,  bütün Rusiya, dünya 
müs
əlmanları,  Avropa  mətbuatı  və  şərqşünasları  arasında  hakim, 
h
əlledici  olduğuna  yönəldir:  «…Onun  sahib  olduğu  erudisiyaya 
n
əinki  bütün  dünyanın  tək-tək müsəlmanları,  hətta hər  hansı  bir 
avropalı  həsəd apara  bilərdi».  «…Şərq  dünyası  ilə  məşğul  olan 
Avropa m
ətbuatı  etiraf  etmişdir  ki,  İ.Qaspiralının hər bir sözü və 
fikri onların arasında böyük çəkiyə sahibdir». «Onun səsini demək 
olar ki, bütün dünya müs
əlmanları eşidirdi». «…Onun Hindistanda, 
Misird
ə, Türkiyədəki mühazirələrinin bəhrəsini görürük».  
C.Hacıbəylinin fikrincə, İ.Qaspiralı siyasətçi deyildi, siyasət 
m
əsələləri, beynəlxalq münasibətlər, bu və ya başqa qrupun hüquqi 
v
əziyyəti  onu  yalnız  bir  jurnalistə  lazım  olan  səviyyədə 
maraqlandırırdı. C.Hacıbəyliyə İ.Qaspiralının fikir və ideyaları çox 
yaxın,  doğma  idi.  Odur  ki,  Ceyhun  bəy  İsmayıl  bəyi  düşündürən, 
narahat ed
ən problemləri, onun məqsəd və  məramlarını  çox 
m
əharətlə açıqlayırdı: «Uşaq doğulduğu mühitdə öz mənsubiyyətini 
ən  əvvəl dili ilə  izhar  edir. Onu əhatə  edən mühiti digərlərindən 
f
ərqləndirən dini və sair münasibətlər hələlik uşağa məlum olmasa 
da, körp
ə  başqalarından  fərqini özünəməxsus vasitə  ilə  –  dillə 
bildirir». 
C.Hacıbəyliyə  görə, sadə  və  ilk  baxışdan  diqqəti cəlb 
etm
əyən bu amil –  dil  bəşəriyyət üçün böyük və  birinci dərəcəli 
əhəmiyyət kəsb  edir.  İnsanları  bir-birinə  bağlayan,  onlar  arasında 
əlaqə, ünsiyyət vasitəsi rolunu oynayan dildir. Məhz bu  amil eyni 
dild
ə  danışanların  qohumluğuna,  birliyinə  dəlalət etmirmi? 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə