Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

• Bütün türkl
ərin tərcümanı 

261
 ~ 
 
ibar
ələrin «türkcəsini çox gözəl  bilir,  bildiyi  halda  yazması»nı  da 
t
ələb edir. 
«F
əcr»  adlı  tənqid («Tərcüman»,  18  avqust,  №  32,  1896) 
İstanbul  şairlərindən Abbas Xavərinin  eyni  adlı  kitabına  həsr 
olunmuşdur. Həcmcə kiçik olan məqalədə müəllif əsərlə bağlı çox 
əhatəli məlumatlar verməyə,  kitabdakı  şeir  və  hekayələri təhlil 
etm
əyə, dəyərləndirməyə  müvəffəq  olmuşdur.  Kitabın  həcmi (30 
s
əh.), içindəkilər (beş-on parça şeir, bir-iki nəsir), tərtibatı (gözəl və 
sevimli), dili (sad
ə  türkcə, gözəl  yazılmış,  rahat  oxunan)  barədə 
qısa,  lakin  kifayət qədər  dolğun  informasiyalar  əsər barədə  xeyli 
t
əəssürat  yaradır.  İ.Qaspiralı  kitabdan  sitatlar  gətirərək  şeir  və 
hekay
ələrin məzmununun  qısa  xülasəsini verir, əsərin  ideyası, 
yazıçının  məramını  təhlil edir,  yazıların  tərbiyəvi  əhəmiyyətini 
m
əmnunluqla  vurğulayır.  Bəzən tənqidin dilini quru, rəsmi dilə 
b
ənzədirlər.  İ.Qaspiralı  tənqidi ilə  bağlı  bunları  söyləmək olmur. 
Onun t
ənqidinin dili canlı, obrazlı, bədii dilə yaxındır. Elə haqqında 
b
əhs etdiyimiz məqalədəki bir cümləyə  diqqət yetirək:  «Haqqında 
b
əhs etdiyimiz əsər «Fəcr»  olduğundan  (dan  yeri  söküləndə 
üfüqd
əki  qızartı  –  T.A.) irəlidə  daha  parlaq  sabahın  və  gündüzün 
görülm
əsini  arzu  edirik».  İ.Qaspiralının  tənqidçi «mən»i həmişə 
h
əm  yazıçının,  həm də  oxucunun  yanındadır.  O,  təhlil, tənqid, 
yaxud t
əqdir etməklə, dəyərləndirməklə kifayətlənmir. Tövsiyələrini 
d
ə  əsirgəmir: «…daim sadə  yazmağa  himmət edin. Bunu 
bacarırsınız. İstedadınızı Şirazivari gül, bülbül və qədəhə xidmətçi 
etm
əyin, bunlardan bezdik. Qəhrəmanları  xatırlayın,  cəhalət və 
nadanlığa  qarşı  mübarizə  aparan  böyük  simaları  təsvir edin. Belə 
əsər dildən-dilə  dağları  aşar,  şüuru  oyandırar,  iş  görər. «Fəcri» 
Kaşqara  da  göndərin, çünki sadə  dili sayəsində  orada da onu 
anlayacaqlar».  İ.Qaspiralı  tənqiddə  prinsipial, qətiyyətli  olduğu 


• Abid  Tahirli
 

262
 ~ 
 
q
ədər səmimidir, arqumentləri  inandırıcıdır.  Ümumiyyətlə, 
t
ənqidçinin  inandırmaq  məharəti həmişə  gündəlikdə  olmuşdur,  bu 
gün d
ə  aktuallığını  itirməmişdir.  Görkəmli alim prof. Nizaməddin 
Şəmsizadə «Tənqidin ədəbi prosesdə rolu» monoqrafiyasında yazır 
ki, h
ər cür mühakimə  kimi, tənqidi mühakimənin də  birinci 
m
əziyyəti  inandırmadır.  O,  həm  yazıçını,  həm də  oxucunu eyni 
s
əviyyədə  inandırmalıdır.  İnandırmaq  üçün,  tənqidi mühakiməni 
ir
əli sürən subyektin ehtimal və  fərziyyələri  haqqında  fikir 
söyl
ənilən bədii obyektin tarixi vəziyyəti  baxımından  məntiqli, 
mülahiz
ələri isə  arqumentli  olmalıdır  (Nizaməddin  Şəmsizadə. 
Seçilmiş  əsərləri. Üç cilddə.  Üçüncü  cild.  Bakı,  «Elm»,  2011, 
s
əh.27). Xələfin mühakimə və müddəaları sələf üçün hələ 100-150 
il bundan 
əvvəl kredo olmuşdur – desək, yəqin yanılmarıq. 
İ.Qaspiralı yaradıcılığını  Osmanlı  həyatından,  ədəbi, mətbu 
mühitind
ən kənar təsəvvür etmək qeyri-mümkündür. Onun ədəbi-
t
ənqidi  görüşlərinin  formalaşmasında,  inkişafında,  zənginləşmə-
sind
ə bu faktorların yeri, rolu danılmazdır «Osmanlıların ən sevimli 
yazıçısı, İstanbulda ən mötəbər dil, səadətli Namiq Kamal, «sadədən 
sad
ə,  açıqdan  açıq  ibarələri ilə  məqbul»  Sami  Şəmsəddin, «Os-
manlıların  ən güclü publisistlərindən Midhət  Əhməd»,  «Osmanlı 
müh
ərrirləri və  naşirləri  arasında  şöhrətli  Tofiq  Əbüzziya»,  digər 
Osmanlı  yazıçı,  şairlərinin  yaradıcılığı,  İstanbulda  nəşr  olunan 
m
ətbu orqanların materialları ilə bağlı İ.Qaspiralının tənqidi bu gün 
d
ə böyük maraq doğurur, aktualdır. 
Eyni sözl
əri Azərbaycan  ədiblərinin  yaradıcılığına  həsr 
etdiyi  yazılara  da  şamil  etmək olar. M.F.Axundzadə, Həsən bəy 
Z
ərdabi,  Əlimərdan bəy  Topçubaşov,  Əhməd bəy  Ağaoğlu,  Mə-
h
əmmədağa  Şahtaxtlı,  Nəriman Nərimanov və  s. kimi xadimlərin 
ədəbi-mədəni fəaliyyəti ilə  bağlı  çoxsaylı  qeydləri,  Seyid  Əzim 


• Bütün türkl
ərin tərcümanı 

263
 ~ 
 
Şirvaninin şeirləri («Tərcüman», 1 oktyabr 1895), Əbdürrəhim bəy 
Haqverdiyevin «Dağılan tifaq» komediyası haqqında («Tərcüman», 
18 oktyabr, 1899) r
əy və resenziyaları, eləcə də «Əkinçi», «Ziyayi-
Qafqaziyy
ə», «Kəşkül»,  «Şərqi-Rus»,  «Həyat»,  «İrşad»,  «İqbal», 
«S
əda», «Həqiqət», «Molla Nəsrəddin», «Məktəb» kimi 
Az
ərbaycan mətbuat nümunələri, xüsusi ilə onların dil sahəsindəki 
f
əaliyyətləri ilə  əlaqədar  İ.Qaspiralının  çoxsaylı  mülahizə  və 
mühakim
ələri onun ədəbi-tənqidi  görüşlərini dəyərləndirmək 
baxımından xüsusi əhəmiyyət kəsb edir. 
XIX 
əsrin  II  yarısı  Rusiya  müsəlmanları  üçün  tərcümə 
ədəbiyyatı  necə  olmalıdır?  Kimlər,  hansı  əsərlər tərcümə 
edilm
əlidir? Tərcümə  ədəbiyyatı  Rusiya  müsəlmanları  arasında 
hansı  missiyanı  daşımalıdır?  Bu  suallara Rusiya müsəlmanlarının 
t
ərcümanı  İ.Qaspiralı  «Tərcüman» qəzetinin bir neçə  nömrəsində 
(20  noyabr,  №  41,  12  dekabr,  №  44,  1884;  17  yanvar,  №  2,  15 
fevral, № 6, 8 mart, № 9, 15 mart, № 10, 1885; 17 sentyabr, № 35, 
1895) d
ərc  etdirdiyi  «Osmanlının  məişət və  ədəbiyyatı»  adlı 
irih
əcmli  yazısında  özünəməxsus tərzdə  –  ciddi arqumentlərə, 
konkret faktlara istinad ed
ərək,  ədəbi  materialları  dəyərləndirərək 
cavab verir. M
əqalədə  Osmanlıda  Qərb  ədəbiyyatından  edilən 
t
ərcümələr timsalında İ.Qaspiralı fikir və mülahizələrini irəli sürür, 
t
ərcümə ədəbiyyatı ilə bağlı baxışlarını bölüşür. 

əllif əvvəlcədən bəyan edir ki, məqsədi mədhiyyə etmək 
yox, t
əhlil və tənqid etməkdir. Onu da bildirir ki, Osmanlıda belə bir 
ənənə  yoxdur,  odur  ki,  yazılanlarda  nöqsan  görüldükdə  həmən 
bird
ən-birə  ayıb  dəftərinə  yazılmasın».  Tənqidçi son 10-15 ildə 
Osmanlıda  kitab,  qəzet nəşrinin  xeyli  irəlilədiyini  vurğulasa  da, 
onların  sırasında  Qərb  ədəbiyyatının  qorxulu  melodramlarının, 
m
əişət  romanlarının  üstünlük  təşkil  etdiyini  təəssüflə  bildirir: 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə