Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

• Abid  Tahirli
 

248
 ~ 
 
etm
ədiyi kimi, onun millətçiliyi də  islamçılığa  müxalif  deyildi. 
Krımlı  yazırdı:  «Qaspiralı  milliyyətçi, türkçü idi.  «Dildə, fikirdə, 
işdə  birlik»  düsturu  Qaspiralının  həyatını  həsr  etdiyi  bayrağın  – 
«T
ərcüman»ın başına təsadüfən qonmamışdı». 
İstedadlı  publisist  Cəfər Seyidəhməd  Krımlı  İ.Qaspiralı 
ideya v
ə  əməllərinin mənbəyini, məramını,  gücünü  məhəbbət və 
m
əharətlə, inandırıcı,  obrazlı,  eyni  zamanda  tarixi  faktlara  istinad 
ed
ərək təsvir, təqdim edir. Müəllifin uzaqgörənliklə yazdığı fikirləri 
bu gün tarix t
əsdiq  etmişdir:  «Çar  Rusiyası  Qaspiralını  yıxa 
bilm
əmişdi,  bolşevizm  tufanı  da  onun  millətin qəlbində  buraxdığı 
böyük sevgi v
ə minnət izini silə bilməyəcəkdir. Gələcək nəsillər hər 
halda bütün türk q
əbilələrinin hür ocaqlarında müqəddəs milli yolda 
yorulmamış,  satılmamış,  dönməmiş  olan  Qaspiralıya  layiq 

əssisələr açacaq və  heykəllər  ucaldacaqlar». Əlbəttə, ötən  əsrin 
30-cu ill
ərində və onadək olan dövrdə İ.Qaspiralıya olan münasibət 
C
əfər Seyidəhməd Krımlını kədərləndirirdi: «35 il ömrünü millətinə 
h
əsr  etmiş,  islamın  və  türkün hər bir dərdinə, hər kədərinə  bağrı 
yanmış, hər probleminə can vermək eşqi ilə çırpınmış olan Qaspiralı 
üçün h
ətta 35 səhifəlik bir əsərin yazılmamış olması nə qədər acı və 
n
ə  qədər diqqətçəkici qüsurdur». Bu qənaəti ilə  yanaşı,  qeyd 
etdiyimiz  kimi,  C.S.Krımlı  İ.Qaspiralının  layiq  olduğu  mərtəbəyə 
yüks
ələcəyinə əmin idi. 
M
əqalədə  C.Krımlı  İ.Qaspiralının  irəli sürdüyü «dildə, 
fikird
ə,  əməldə  birlik»  ideyasının  həyata keçirilməsi üçün ilk 
addımın da özü tərəfindən atıldığını xüsusi vurğulayır: «Dil»dəki işi 
bütün türk dünyasında anlaşılan sadə, tərkibsiz və kifayət qədər az 
ərəb, fars kəlmələrindən istifadə  edən «Tərcümanın  dili»ni 
yaratmaq oldu. Mü
əllif İ.Qaspiralının dil haqqındakı fikirlərini daha 
aydın şəkildə oxucuya çatdırmaq üçün onun xalq şairi, qüdrətli söz 


• Bütün türkl
ərin tərcümanı 

249
 ~ 
 
ustası  Məmməd  Əmin  Yurdaqula  yazdığı  məktubu təqdim edir. 
M
əktubdan aydın görünür ki, İ.Qaspiralı Məmməd Əminin hər kəs 
t
ərəfindən  anlaşılan  dilini  məhəbbətlə  təqdir  edir:  «Doğrusu, 
mübaliğəni nə  sevər, nə  də  edərəm.  Şeirlərinizi  Ədirnə, Bursa, 
Konya,  Ərzurum  türkləri  anlayıb  ləzzətlə  oxuduqları  kimi,  Tiflis, 
T
əbriz, Şirvan, Xorasan, Türkistan, Kaşqar, Deşti-Kipçak, Serbiya, 
Kazan, Krım türkləri də oxuyacaqdır ki, bu şərəfə hətta Füzuli və 
N
əvai  nail  olmadılar.  Qırx,  əlli milyonluq və  otuz  əsrlik dünyaya 
sad
ə bir qaşıqla oğul balını yedirən siz oldunuz ki, bu, Sizə şərəfdir
biz
ə səadət!» C.S.Krımlı «ortaq dil» ilə bağlı «Tərcüman»ın da eyni 
uğuru  qazandığını  qeyd  edir  və  yazır  ki,  onun  dili  İstanbulun 
hambal v
ə  qayıqçılarına,  Çindəki türk dəvəçilərinə  və  çobanlarına 
bu q
əzeti  tanıtmışdır.  Kazanda,  Sibirdə  olduğu  kimi,  Təbriz və 
Xorasanda  da Baxçasaray dilini öyr
ənməyə  meyl  artmışdır. 
İ.Qaspiralı  hər bir sözü sadələşdirmək, dili yad kəlmələrdən xilas 
etm
ək uğrunda mücadilə aparırdı. Məsələn, fars sözü «təyyarə»nin 
əvəzinə «uçkuç» sözünün istifadəsini təmin etmək üçün hər fürsətdə 
«T
ərcüman»ın  səhifəsində  bu sözü təkrar-təkrar  işlədərdi. 
C.S.Krımlı  İ.Qaspiralını  inkar  edən  inqilabçılara,  onu  ehtiyatlı 
olmaqda  günahlandıranlara  kəskin cavab verir və  bu  ittihamları 
tutarlı  faktlarla  rədd edir. Hələ  1881-ci ildə  Ağ  məsciddə  nəşr 
olunan «Rusiya müs
əlmanları»  adlı  əsərin səhifələrindən sitatlar 
g
ətirərək çar hökumətinə,  onun  ruslaşdırma  siyasətinə  qarşı 
İ.Qaspiralının nə qədər prinsipial, sərt mövqedə olduğunu xatırladır. 
Moskva Universiteti hüquq fakült
əsinin məzunu, 
Az
ərbaycanın  görkəmli siyasi və  dövlət xadimi, Azərbaycan Xalq 
Cümhuriyy
ətinin  ədliyyə  və  daxili  işlər naziri Xəlil bəy 
Xasm
əmmədlinin (1875 –  Gəncə, 1947 –  İstanbul)  «İsmayıl  bəy 
Qaspiralıya  aid  bir  xatirə»  adlı  yazısı  da  maraq  doğurur.  Müəllif 


• Abid  Tahirli
 

250
 ~ 
 
İ.Qaspiralı  ilə  Moskva Universitetində  görüşünü,  bu  təmasdan 
aldığı unudulmaz təəssüratı, sonrakı əlaqə və əməkdaşlığı ilə bağlı 
xatir
ələrini məhəbbətlə qələmə almışdır. Bundan əvvəl isə Xəlil bəy 
sev
ə-sevə  fövqəladə  şəxsiyyət  adlandırdığı  İsmayıl  bəyi ailəsinin 
abun
ə  olduğu  «Tərcüman»dan  tanıyırdı.  Xəlil bəy  yazır  ki,  ana 
dilind
ə məktəb, qəzet olmayan mühitdə gənclik onu düşündürən bir 
çox, o cüml
ədən milli məsələlərə,  ruslaşdırma  siyasəti ilə  bağlı 
suallara  cavab  axtarırdı:  «…tapmayanda,  dərhal o zamanlarda 
Rusiya üçün yegan
ə türkcə qəzet olan «Tərcüman»a üz tuturdu və 
İsmayıl  bəyin milli türk məktəblərinin  açılması,  Rusiya  türkləri 
üçün milli v
ə müştərək bir dilin yaradılması, nəhayət, türk ittihadı 
haqqındakı  vaizlərində  təsəlli  tapa  bilirdi.  İstər-istəməz hər türk 
g
ənci bu qəzetin ruhunu və  istiqbalın  üzə  gülücü ümidini 
«T
ərcüman»da axtarırdı. Moskva Darülfünunda təhsil alarkən artıq 
özüm «T
ərcüman»a abunə  yazılmışdım.  Yeganə  milli  qidamız  o 
idi». 
X
əlil bəy Xasməmmədli xatirəsinin sonunda «bu böyük və 
əzmkar türk milli qəhrəmanının»  -  İsmayıl  Qaspiralının  fikir  və 
düşüncələrinin öz əhəmiyyətini itirmədiyi və bu günün həll edəcəyi 
m
əsələlər sırasında durduğunu vurğulayır. 
Türkologiyanın  parlaq  simalarından  biri,  professor, 
«Az
ərbaycan  yurd  bilgisi»  jurnalının  naşiri  və  redaktoru  Əhməd 
C
əfəroğlu (1899 – Gəncə, 1975 – İstanbul) «İsmayıl bəy Qaspiralı» 
adlı məqaləsini mərhumun məşhur misraları ilə başlayır: 
«M
ən doğuldum «Avcı» köydə 
Min s
əkkiz yüz əlli birdə. 
M
əkanımdır Baxçasaray, 
Q
əbrim kim bilir nərədə» - deyən İsmayıl bəy haqlı olaraq 
q
əbrinin  yerini təyin edə  bilməmişdir.  Bu  gün  cismən  ana  qucağı 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə