Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

• Abid  Tahirli
 

238
 ~ 
 
C.Hacıbəyli  göstərir  ki,  İ.Qaspiralı  bu fikri rəhbər tutaraq, Rusiya 
türkl
ərinin dilində «Tərcüman» qəzetinin nəşrinə başlamışdır. Qəzet 
bütün türkl
ərin dilinin cilalanmasına, ortaq varianta gətirilməsinə və 
birl
əşməsinə xidmət etməli idi. Ceyhun bəy yazırdı: «O, (İ.Qaspiralı 
n
əzərdə  tutulur  –  T.A.) deyirdi: «Rusiya  tatarları  adlandırılanlar 
hamısı bir ailədəndir: uyğur türk ailəsindən. Onların bir ümumi dili 
var  – 
türk dili. Ayrı-ayrı ailələrdə bu dildə baş verən dəyişikliklər
türk  dilinin dialektl
ərə  bölünməsi tarixi-siyasi hadisələrin 
n
əticəsində  baş  vermişdir».  İ.Qaspiralının fikrincə, bütün türklər 
onlar üçün n
ə  vaxtsa, ümumi və  doğma  dil  olmuş  türkcədə 
birl
əşməyə  çalışmalıdırlar.  Böyük  idealistin  bu  mütərəqqi, bəşəri 
ideyasının  həm müsəlmanlar, həm də  rus  şərqşünasları  arasında 
əleyhdarları  vardı.  Lakin  İsmayıl  bəy öz fikrindən dönmür və  bu 
yolda f
ədakarlıqla  çalışırdı.  C.Hacıbəyliyə  görə  İ.Qaspiralı  bu 
sah
ədə  çox  şeyə  nail  olmuşdu:  «Onun  «Tərcüman»ını  –  Rusiya 
müs
əlmanlarını dillə birləşdirən orqanını Volqaboyunda və Sibirdə, 
Türkm
ənistanda və  Krımda,  bizim  Qafqazda  oxuyurlar.  Və  başa 
düşürlər. Mərhum idealist də  bunu  arzulayırdı».  C.Hacıbəyli 
m
əqaləsinin sonunda göstərir ki, 32 il ərzində  Rusiyanın  türk 
müs
əlmanlarını  birliyə  çağıran  İ.Qaspiralı  ölümü ilə  də  onları 
birl
əşdirdi. İsmayıl bəyin vəfatı onların ümumi kədərinə çevrildi. 
İllər uzunu Sovet təbliğat maşını ilə «panislamist», «pantür-
kist», «mill
ətçi» kimi ibarələrlə  gözdən  salınan,  ideya  və  istəkləri 
xalqdan gizl
ədilən  İ.Qaspiralı  haqqında  C.Hacıbəylinin  yazdıqları 
iki c
əhətdən qiymətlidir. Bu məqalə bir tərəfdən İ.Qaspiralının türk 
dünyasındakı  yeri,  xidməti və  nüfuzu  haqqında  məlumatları 
z
ənginləşdirirsə, digər tərəfdən  C.Hacıbəylinin özünün mövqeyi, 
idealları,  məram və  istəkləri barədə  təsəvvürü  genişləndirir. 
Əlimərdan bəy  Topçubaşov  İ.Qaspiralının ölümü münasibətilə 


• Bütün türkl
ərin tərcümanı 

239
 ~ 
 
yazırdı: «İnsan kimi doğuldun, insan kimi yaşadın, insan kimi vəfat 
etdin». («Kaspi», 1914, 
№  204).  Ə.Topçubaşovun  bu  sözlərini 
t
ərəddüdsüz  olaraq  türk  dünyasının  hər iki  böyük  oğluna  şamil 
etm
ək olar. 
“Az
ərbaycan” qəzeti, 
18 yanvar 1995 
 


• Abid  Tahirli
 

240
 ~ 
 
 
«AZƏRBAYCAN YURD BİLGİSİ» JURNALI 
İSMAYIL QASPİRALI HAQQINDA 
(8 mart – 
İsmayıl Qaspiralının ad günü münasibəti ilə) 
 
Türk-
islam dünyasının mədəniyyət, məktəb, maarif, mətbuat 
tarixinin  mümtaz  simalarından  İsmayıl  Qaspiralının  (1861-1914) 
ölçüy
əgəlməz xidmətlərini  sağlığında  və  vəfatından  sonra  da 
mill
ətin öndə  gedən  ziyalıları,  qədirbilən xadimləri  şükranlıqla 
d
əyərləndirmişlər. Eyni zamanda, böyük təhsil  islahatçısının, 
müqt
ədir mətbuat  xadiminin,  istedadlı  yazıçı-publisistin ideya və 
əməlləri müxtəlif dövrlərdə  ayrı-ayrı  şovinistlərin, dövlət 
m
əmurlarının,  eləcə  də  xalqın  öz  içərisindən  çıxan  bir  qisim 
dardüşüncə  sahiblərinin kəskin müqavimətinə,  etirazına  tuş 
g
əlmişdir. İ.Qaspiralı dühasının gücü onda idi ki, o tutduğu yolun 
doğruluğuna,  əməllərinin parlaq gələcəyinə,  ideyalarının 
əbədiyaşarlılığına  inanır, mübarizə  meydanından  geri  çəkilmirdi. 
Dövrün g
ərdişi,  təbədüllatları  və  təlatümləri böyük xalq xadimini 
çox  sınaqlara  çəkmiş,  təzyiq, təqiblərə  məruz  qoymuşdu. 
Ölümünd
ən sonra da onun nəşindən  əl çəkməyən qara qüvvələr 
tapılmış, hətta məzarını viran qoymuşdular. Lakin tarix İ.Qaspiralını 
yaşatdı,  təsdiq  etdi,  adını  bəşərin silinməz xadimləri cərgəsinə 
yazdı. Türk milləti durduqca, onun həyat və düşüncə tərzinin, arzu 
v
ə  amalının  ayrılmaz  hissəsinə  çevrilmiş  İ.Qaspiralı  məsləyi də 
yaşayacaqdır: dildə, fikirdə, əməldə birlik. 


• Bütün türkl
ərin tərcümanı 

241
 ~ 
 
Firudin b
əy Köçərli, Nəriman Nərimanov,  Əlimərdan bəy 
Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Haşım 
b
əy Vəzirov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əliabbas 
Müznib, M
əhəmməd Hadi, Soltan Məcid Qənizadə, Əhməd Cavad, 
M
əhəmməd  Tağı  Sidqi  kimi  görkəmli xadimlər  –  xalqımızın 
q
ədirbilən, tərəqqipərvər övladları, uzaqgörən ziyalıları şəxsi həyatı, 
yaradıcılığı ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan İ.Qaspiralı 
şəxsiyyətinə  həmişə  böyük  ehtiramla  yanaşmış,  onun  ünvanına  ən 
ülvi, 
ən  şanlı,  ən dəyərli sözlərlə  xitab  etmişlər. Bu sətirlərin 

əllifinin İ.Qaspiralıya həsr olunmuş «Bütün türklərin tərcümanı» 
kitabında (Bakı, «Ozan» nəşriyyatı, 2011-ci il, 240 səh.) bu və digər 
m
əsələlərdən, o cümlədən  İsmayıl  Qaspiralı  –  Azərbaycan 
mövzusundan  geniş  bəhs edildiyi üçün mətləbə  –  mühacirət 
m
ətbuatında İ.Qaspiralıya aid yazılara nəzər salaq. 
1883-cü ild
ən nəşrə  başlayan  «Tərcüman» qəzetinin, o 
vaxtad
ək isə  «Tonguç»,  «Şəfəq», «Kəmər», «Ay», «Ulduz», 
«Gün
əş»,  «Həqiqət», «Tərəqqi» kimi 10-a  yaxın  broşüranın 
redaktoru v
ə  naşiri  İ.Qaspiralının  ideyaları  çar,  sovet  qanun-
qaydalarının,  sözü  «zərrəbinlə  eşələyən»  senzorların,  poqonlu 
m
əmurların,  çinovniklərin fövqündə  durduğu  kimi,  sərhəd də 
tanımır.  Təsadüfi  deyil  ki,  İsmayıl  Qaspiralı  irsi sovet dönəmində 
«pantürkist», «panislamist» damğaları ilə inkar, rədd ediləndə, sovet 
rejim v
ə  ideologiyasının  düşməni elan olunanda Azərbaycanın 
istiqlalı  uğrunda  xarici  ölkələrdə  ideoloji mücadilə  aparan 
mühacirl
ər İ.Qaspiralını təqdiq, təqdir və təbliğ edir, eyni zamanda 
«qırmızı  güllələrdən»,  bolşeviklərin qərəzli fikirlərindən,  amansız 
hücum, böhtan v
ə  iftiralarından  qoruyurdular.  Azərbaycan 
mühacir
ət mətbuatı nümunələri fikirlərimizə ciddi əsasdır. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə