Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə70/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   66   67   68   69   70   71   72   73   ...   93

• Bütün türkl
ərin tərcümanı 

219
 ~ 
 
haradasa s
əbrlə  200-ə  yaxın  qəzet  payladıq,  lakin  bir  abunəçi-
müştəri  tapmadıq.  Tacirlər  boş  işlə  məşğul  olmamağı  tövsiyə 
etdil
ər, alimlər qəzetin  adından  qorxdular  («Baxçasaraydan 
Daşkəndə səyahət»). 
•  …S
əfərəli bəy…bir tacirin mağazasında  bir  neçə  adama 
bir-iki nüsx
ə  «Tərcüman» təqdim edib qəzetdən, maarif və 
ədəbiyyatdan  danışmaq  istəyirdi ki, onlardan biri «gərək deyil» - 
deyib buna imkan verm
ədi. Onun bu hərəkətə haqqı da vardı: axı, 
veril
ən yazılı kağızlar kağız pul qədər mötəbər, kişmiş kimi ləziz bir 
şey deyildi! («Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Bakıda Hacıya (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur 
– 
T.A.) yoldaş və həmfikir xeyli adam var. Məsələn, Musa əfəndi 
Nağıyev,  Şəmsi  Əsədullayev və  sairlər. Belə  ki, maarif, təhsil və 
islahat yolunda b
əhsə  girənlər, qeyrət sərf edənlər görülməkdədir. 
Xudaya şükür! («Baxçasaraydan Daşkəndə səyahət»). 
•  Rus v
ə  türk  şagirdləri  üçün  Bakıda  ilk  məktəb  açmış 
Mahmud 
əfəndi Qənizadədir. Türk təhsilinə  dair kitab və  lüğət 
müh
ərriridir ki, fədakarlığını  təbrik edirik («Baxçasaraydan 
Daşkəndə səyahət»). 
• 
İslam tərbiyəsi tərk olunmadığı halda, elm və mərifətdən 
yalnız fayda gələr («Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
İslam  tərbiyəsi ilə  dövrün mərifət və  elmini  uzlaşdıran 
müslim
ələr, ümid edirəm  ki,  dünyanın  ən  yaxşı  anaları  olacaqdır 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Bütün  savadlı,  məlumatlı  müsəlmanlara, onlardan 
tör
əyənlərə  xitab edirəm: millət və  camaatın  başında,  içərisində 
olaq, mill
ətdən uzaq olmayaq ki, bizi görsün, ibrət  alsın, 
faydalansın («Baxçasaraydan Daşkəndə səyahət»). 


• Abid  Tahirli
 

220
 ~ 
 
• Mill
əti çox avam və cahil zənn etməyək: millət yaxşı sözü, 
yaxşı işi fəhm edəndir («Baxçasaraydan Daşkəndə səyahət»). 
• 
Ziyalı insan ali, uca düşüncə və ideallarsız yaşaya bilməz 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
•  Ç
ərxi fələk məni  Qafqazdan,  Osmanlı  imperiyasından, 
Afrikadan,  Hindistandan,  Kaşqardan  dolaşdırıb  Türkistana  gətirib 
çıxarmışdır. Əgər gördüklərimi bir risalə kimi yazsam, çox gözəl bir 
iş  olacaqdır.  Yazılmazsa,  yazıq!  («Baxçasaraydan  Daşkəndə 
s
əyahət»). 
• 
…bakılı  dostlarımdan  müəllim Sultan Məcid  əfəndi 
Q
ənizadənin səyahətimizə qoşulmaq və mənə yoldaşlıq etmək üçün 
Buxaraya g
əldiyini  eşidib  həddən ziyadə  məmnun oldum
1
 
(«Baxçasaraydan Daşkəndə səyahət»). 
•  Bu d
əfə…Bakıda  bir  gün  belə  qalmadım.  Çünki fəhlələr 
arasında  iğtişaşlar  üçün  təbliğat  aparmağın  zamanı  olmadığını 
anlayan  bütün  ziyalılar  Qarabağa  və  Gəncə  şəhərinə  dağılmış  və 
m
əktəb təsis etməklə  məşğul  olmağa  başlamışlar  («Buxarada  nə 
gördüm»). 
• 
Əgər  Buxarada  bir  baqqal  dükanı,  ya  bir  çayxana və  ya 
r
əqsxana açmağa girişsəydim, çoxdan müvəffəq olmuşdum. Məktəb 
t
əsisi isə  belə  asan  iş  deyildir.  Bunun  üçün  mənəvi güc, dil və 
q
ələmin kafi olmadığı meydandadır («Buxarada nə gördüm»). 
• «B
əlkə qısa müddət ərzində oxumaq, yazmaq, heca etmək, 
d
əftər  tutmağı  təhsil etdirən məktəbə  hacət yoxdur?» -  sualına 
Buxara  bazarlarının  halı  canlı  cavabdır:  bu  bazarlarda  500  tacir 
varsa, 25-i q
ələm-dəftər tanımır («Buxarada nə gördüm»). 
                                                            
1
 
Maraqlı olduğu üçün diqqətə çatdırdıq (T.A.). 


• Bütün türkl
ərin tərcümanı 

221
 ~ 
 
• Qeyr
ət, hünər və sənaye meydanı olan bu sərgidə (1896-cı 
ilin avqustun 13-d
ən 20-dək Nijni-Novqorodda keçirilən sərgi 
n
əzərdə  tutulur  –  T.A.) müsəlmanlar nə  gördülər, nə  kimi ibrət 
aldılar,  bizə  məlum deyil, fəqət sənayedə  çox geridə  qaldığımızı, 
al
ət və dəzgahlarımızın köhnə və yararsız olduğunu dərk etmişlərsə 
d
ə, Cənabi-Haqqa təşəkkürlər edəcəyiz, çünki qüsuru anlamaq onun 
çar
əsini də  araşdırmaya  məcbur edər, xəstə  olduğumuza  inanılsa, 
d
əva-dərman axtarılar («Sərgidə mən nə gördüm»). 
•  Niyy
ətim (Hindistana 1912-ci il səyahətinin məqsədi 
n
əzərdə  tutulur  –  T.A.) xeyli sadə  idi: Hind islam məktəblərini 
görm
ək: öyrənilməli  bir  şey  varsa,  öyrənmək, öyrədiləsi  bir  şey 
varsa, öyr
ətmək («Hindistan səyahəti»). 
  Hind 
ən qədim dinlərin anasıdır. 
    Hind 
ən qədim mədəniyyətin beşiyidir. 
    Hind 
ən qədim ədəbiyyatın ədibidir. 
    Hind 
ən mütərəqqi millətlərin qədim vətənidir. 
    
Hind dünyanın ən zəngin ölkəsidir. 
    
Hind İngiltərənin tükənməz-bitməz xəzinəsidir. 
    
Hind İngiltərənin böyüklüyünün göstəricisidir. 
    Hind böyük dövl
ətlərin gözündə bir nazənindir. 
Bu gücü, bu s
ərvəti, bu dilbəri əldən verməmək, hər kəsdən 
saxlamaq üçün ingilisl
ər kim bilir nə kimi şiddətli tədbirlər görmüş, 
polis, jandarma, x
əfiyyə,  uniformalı  məmurlar,  əsgərlər, süngülər, 
toplar il
ə  əhalinin qəlbini  ürkütmüş,  gözlərini  söndürmüş,  fikrini 
durdurmuşdur… mənə belə gəlir («Hindistan səyahəti»). 
• Müs
əlmanları nəzəri fikirlərlə yox, praktik işlə inandırmaq 
lazımdır («Maarif yolunda»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə