• Bütün türkl
ərin tərcümanı
~
251
~
Krımda istirahət edən bu əsl türk övladı mənəvi məzarını, ruhunu
otuz beş ildən çox cani-dillə çalışdığı türk ellərinin, uluslarının
q
əlbində tapmışdır. O, böyük dühası, enerjisi, qayəsi ilə kiçik Krıma
sığmamış, gündən-günə Krımlılıqdan çıxaraq türk ellərinin mənəvi
h
əyatına əl uzatmış, Krımı Azərbaycandan, Türkistanı İdil-Uraldan,
Çin türkünü İstanbul türkündən ayırmamış, birisini o birindən üstün
tutmamış, ulu baba kimi hamısına babalıq etmişdir». Əhməd
C
əfəroğlu «İsmayıl bəyi Azərbaycana çox yaxın bir sima»
adlandırmış, Zərdabi ilə sıx ülfəti onun Azərbaycana daha isti
tell
ərlə bağlandığını qeyd etmişdir.
Dünya şöhrətli türkoloq Ə.Cəfəroğlu İ.Qaspiralı əzəmətinin
ortaya atdığı ideyalarla, meydana qoyduğu əsərlərlə ölçüyəgəlməz
olduğunu vurğulayaraq yazır ki, bu gün «Tərcüman»ın intişarının
50 illiyi münasib
əti ilə maddi məzarı əcnəbi istilası altında matəmə
büründüyünd
ən, qəlbimizdə yerləşən mənəvi məzarı önündə diz
çökür v
ə o böyük türkün ruhunu hörmətlə salamlayırıq.
Əhməd Cəfəroğlu məqaləsində İ.Qaspiralının tərcümeyi-
halına, keçdiyi yola nəzər salır, fəaliyyəti haqda geniş bəhs edir,
«T
ərcüman»ın nəşrindən söz açır, «ortaq dil» uğrunda
mücadil
əsindən yazır və bu qənaətə gəlir: «İsmayıl bəyin
«T
ərcüman»ı qədər heç bir təşəbbüs türklər arasında türk dili islahı
ehtiyacını doğurmamışdır». Rus missionerləri İsmayıl bəyi özlərinin
ən böyük və ən qəddar düşməni elan etmələrinin tək səbəbi onun
m
əktəblərdə məcburən heç olmazsa, ibtidai bir şəkildə olsa belə,
türk dilind
ə yazıb oxumaq təklifi və bu istiqamətdə fədakar
f
əaliyyəti olmuşdur. Bu, çar hökumətinin ruslaşdırma siyasətinə
sarsıdıcı zərbə idi. Professor Əhməd Cəfəroğlu məqaləsini bu
sözl
ərlə bitirir: «İsmayıl bəy… son nəfəsinə qədər əkdiyi çiçəkləri
b
əslədi. Fəqət nə rus missionerləri, nə də türk-rus bolşevikləri onu
• Abid Tahirli
~
252
~
«türk dili birliyi» ideyasına görə əfv etmədilər, onun irsini türk
ell
ərindən uzaqlaşdırmağa çalışdılar. İsmayıl bəyin böyük rus
ittihadına qarşı qoyduğu böyük türk birliyi, onlara görə nə qədər
müzür (ziyanlı – T.A.) isə, bizcə, o qədər əziz və o qədər
hörm
ətlidir. Mərhum İsmayıl bəyin ruhunu bu müqəddəs fikrinə
gör
ə bir daha təqdis etmək (əziz tutmaq – T.A.) bir vəzifəmizdir».
«Az
ərbaycan yurd bilgisi» jurnalında İsmayıl bəy Qaspiralı
ha
qqında materiallar sırasında Həsən Abdullaoğlu Krımlının
m
əqaləsi, həm həcminin böyüklüyü, həm məzmunu, həm də İsmayıl
Qaspiralı – Azərbaycan əlaqəsinə geniş yer verməsi ilə diqqəti
ç
əkir. «Ümumtürklərin böyük bir ustadı, qiymətli müəllimi», «çox
mümtaz v
ə ali bir mövqeyə sahib», «dahi» kimi kəlmələrlə İsmayıl
Qaspiralını tərif edən H.A.Krımlı yazır ki, o bir tərəfdən qəzeti ilə
Rusiya istilasına məhkum türklərin siyasi, iqtisadi, ictimai
d
ərdlərinə dərman axtarır, digər tərəfdənsə, türk və islam dünyasını
dolaşaraq hər yerdə məktəb açır, elm və ürfan yaymaqla məşğul
olurdu. Mü
əllif İsmayıl bəyin ucsuz-bucaqsız türk ellərində, hətta
Hindistanda da yeni üsullu m
əktəblər açması, «Tərcüman» qəzeti,
dig
ər nəşri fəaliyyəti barədə geniş bəhs edir və göstərir ki, o,
bitm
əz-tükənməz bir varlıq idi və bu varlıq qaynayaraq, fışqıraraq
dünyanın hər tərəfinə, hər türk və islam ölkəsinə yayılırdı. Həsən
Abdullaoğlu Krımlı İ.Qaspiralının Qafqaz türkləri ilə sıx əlaqədə
olduğunu, o dövrün türk ədəbiyyatı arasında Azərbaycan türklərinin
ədəbiyyatını digərlərindən üstün tutduğunu, bununla bağlı
«T
ərcüman»da məqalələr yazdığını vurğulayır, məqaləsini belə
qurtarır: «Böyük ustadın həyatı və gördüyü işlər dərya kimidir. Bir
q
əzet səhifəsində yazılacaq məqalə ilə əhatə etmək göydən dəryaya
bir damla yağmur düşməsi qəbilindən isə də, bununla məqaləmizə
n
əhayət vermək məcburiyyətindəyik».
• Bütün türkl
ərin tərcümanı
~
253
~
«Az
ərbaycan yurd bilgisi» məcmuəsinin 1934-cü il avqustun
18-d
ə keçirilən İkinci Türk dili qurultayına həsr olunmuş 1934-cü il
iyul-avqust tarixli 31-32-ci nömr
əsində də çox sayda maraqlı
s
əyahət oçerkinin, «Baxçasaray məktubları»,
«Rusiya
müs
əlmanları», «Rus-Şərq anlaşması», «Avropa mədəniyyətinə bir
n
əzər», «Rusiyada mətbuat və islam nəşrləri», «Rusiyanın islam
siyas
əti», «Zülm haradan gəlir», «Qadınlar» və s. kimi böyük
ictimai-siyasi, tarixi-m
ədəni əhəmiyyət kəsb edən klassik
publisistika nümun
ələrinin, «Firəngistan məktubları», «Darrürrahat
müs
əlmanları», «İvan və Süleyman», «Aslan qız» kimi bədii
əsərlərin, «Qədim türk dili», «Türk dilinin şivələri», «İstanbul
q
əzetləri», «Dil sadəliyi», «Osmanlıca və sadə türkcə», «Dil
m
əsələsi», «İmla bəhsi», «Kitab və kitabçılıq», «Dil, dil, dil»,
«Bizim m
ətbuat», «Can alıb can verəcək məsələ», «Dil və
m
əsuliyyət», «Bakı qəzetləri» kimi ortaq dil, ümumiyyətlə, dil
probleml
ərinə dair onlarca analitik və bu gün də aktual məqalənin
mü
əllifi İsmayıl Qaspiralı, onun ideya və əməlləri sevgi ilə
xatırlanır.
Dr. Akdes Nimet «Bundan 25 il
əvvəl Kazan türklərində
«Dil yarışı» adlı məqaləsində yazır ki, XIX əsrin sonlarından
etibar
ən böyük türkçü Qaspiralı İsmayıl və Kazan türklərinin ən
mümtaz simalarından alim və ədib müfti Rizaəddin Fəxrəddin
b
əylərin təsiri ilə türk ədəbi dili inkişaf etmiş, xeyli təmizlənmiş,
işlək bir hala gətirilmişdir. Müəllif bu sahədəki uğurlarda 1909-cu
ild
ə türkcəni işlək və təmiz bir hala gətirmək məqsədi ilə «Şura»
m
əcmuəsində (Kazan) «Dil yarışı» müsabiqəsinin rolunu xüsusi ilə
vurğulayır. Qalib olmaq üçün məqalənin ədəbi və öz türkcə olması
əsas şərtdir. Yarışda 66 qələm sahibi iştirak etmiş və «Kazan
türkl
ərinin ən təmiz, dəyərli, xarakter sahiblərindən biri olaraq
Dostları ilə paylaş: |