• Abid Tahirli
~
254
~
tanınan «Kazan xanlığı tarixi», «Sibir tarixi» və «Süyüm Bikə»nin
mü
əllifi, qiymətli alim» hazırda sovetlərin Arxangelskə sürgün
etdiyi Hadi Atlasi b
əy yarışın qalibi olmuşdur.
Ju
rnalın həmin nömrəsində və digər yazılarda da ortaq dil və
ümumiyy
ətlə, dilin sadələşdirilməsi, zənginləşdirilməsi ilə bağlı
İ.Qaspiralı ideyası və əməlləri, onun ardıcıllarının bu istiqamətdə
h
əyata keçirdiyi tədbirlər qeyd olunur. 1917-ci il Rus inqilabından
sonra Daşkəndə bütün türk dünyası üçün «bir dil» hazırlamaq,
1926-
cı ildə Bakıda keçirilən «Türk dili konfransı»nda latın
əlifbasını qəbul etmək layihəsi ortaya atılmışdı. Yer üzündə yaşayan
türkl
ər üçün bir dil, bir imla və bir yazı qəbul etmək, heç olmazsa,
«dild
ə birliyi» təmin etmək istəyindən bəhs olunmuşdu (Dr.
A.N.Hakimbay. «Türkistanın Buxara ölkəsində dil məsələsi»
m
əqaləsi).
Biz yuxarıda Krımlı Həsən Abdullaoğlunun İ.Qaspiralı ilə
bağlı məqaləsindən bəhs edərkən göstərmişdik ki, o, İ.Qaspiralının
gördüyü işləri haqlı olaraq bitməz-tükənməz bir dəryaya bənzədir.
Fikrimizc
ə, bu tükənməz dəryanın milyonlarla damcısının bütün
türk dünyası üzərinə və bütün türklərin beyninə, qəlbinə səpilməsi,
siray
ət, nüfuz etməsi İsmayıl Qaspiralının «dildə, fikirdə, işdə
birlik» ideyasının gerçəkləşməsinə təkan olardı.
“
Ədəbiyyat qəzeti”
8 mart 2012-ci il
• Bütün türkl
ərin tərcümanı
~
255
~
İSMAYIL QASPİRALININ
ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ
Osmanlı, rus, Qərb, Şərq, xüsusən də Azərbaycan ədəbiy-
yatını dərindən bilən, ədəbi prosesi diqqətlə izləyən, bunlarla da
kifay
ətlənməyən dahi İsmayıl Qaspiralı sənət, sənətkarlıq
m
əsələlərinə, yazıçı məfkurəsi və missiyasına, əsərlərin mövzusu,
ideya-istiqam
əti, dil, üslub problemlərinə, eləcə də milli ədəbiyyatın
inkişafına, tənqidçinin vəzifəsi və tənqidin ədəbi sözə təsirinə dair
bu gün d
ə aktuallığını və əhəmiyyətini zərrəcə itirməyən çox sayda
m
əqalələr qələmə almışdır. İstedadlı yazıçı-publisist, naşir, redaktor
v
ə yeni üsullu məktəb yaradıcısı İ.Qaspiralının çoxşaxəli inadkar,
f
ədakar, məhsuldar fəaliyyətinin bəzi sahələri ilə bağlı araşdırmalar
epizodik v
ə səthi olsa da, aparılmışdır. Lakin onun zəngin ədəbi-
t
ənqidi görüşləri, milli ədəbiyyatın, ədəbi dilin inkişafına həsr
olunmuş irsi ürək ağrısı və acı təəssüf doğursa da, qeyd olunmalıdır
ki, h
ələ də ədəbiyyatşünaslığımızın diqqətindən kənardadır.
Vaxtı ilə – İ.Qaspiralı sağ ikən, vəfat edəndən sonra da çar
v
ə sovet dövründə onun ideyaları «pantürkist», «panislamist»
damğaları ilə gözdən salınmış, qatı rus millətçilərinin, şovinistlərin,
türk düşmənlərinin, missionerlərin, xəfiyyə, senzor və məmurların,
el
əcə də milli satqınların təqibinə, təzyiqinə, aramsız, amansız
hücumuna m
əruz qalmışdır. İş o həddə çatmışdır ki, İ.Qaspiralı
r
əsmən düşmən elan edilmiş, məzarı dağıdılmışdır. Qəhrəman və
sarsılmaz Krım tatarlarının ana Vətəndən sürgün edilməsinə
• Abid Tahirli
~
256
~
baxmayaraq, İ.Qaspiralının irsi, ideyaları doğma Baxçasarayda,
Türkiy
ədə və Azərbaycan mühacirlərinin nəşri fəaliyyətində
unudulmamış, diqqətdə saxlanılmışdır. Qardaş Türkiyədə qaspiralı-
şünasla bağlı xeyli sayda dəyərli tədqiqatlar nəşr olunmuşdur.
T
əqdirəlayiqdir ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin də
böyük dostu prof.dr. Əli Yavuz Akpinar XIX əsrin sonu XX əsrin
əvvəlləri Rusiya müsəlmanlarının lideri İsmayıl Qaspiralının 3
cildlik seçilmiş əsərlərini hazırlayıb (I cildi Bayram Orak və Nazim
Muradovla birlikd
ə) nəşr etdirmişdir (İstanbul, «Ötüken» nəşriyyatı.
I cild, 2003-cü il, 476 s
əh., II cild 2004-cü il, 422 səh., III cild,
2008-ci il, 512 s
əh.). Xüsusi vurğulamağa ehtiyac vardır ki,
Y.Akpinar h
ər üç cildə «Ön söz», II cildə irihəcmli «Giriş»
yazmışdır.
Türk-islam tarixinin mümtaz z
əka sahiblərindən olan İ.Qas-
piralının ədəbi baxışlarını, tənqid yaradıcılığını, tənqid konsep-
siyasının mahiyyətini, məğzini aydın dərk etmək, düzgün dəyərlən-
dirm
ək üçün müəllifin bu qəbildən olan yazılarının məzmununa
gör
ə aşağıdakı şəkildə təsnifatını aparmaq vacibdir:
- t
ənqid, onun elmi-nəzəri əsasları və vəzifələri;
-
Osmanlı yazıçıları və ədəbi nümunələri;
-Q
ərb, rus yazıçıları və ədəbi nümunələri;
- Rusiya imperiy
asında yaşayan türk xalqları yazıçıları və
ədəbiyyatı;
- Az
ərbaycan yazıçıları və ədəbi əsərləri;
-milli
ədəbiyyat və tərcümə prolemləri;
- ortaq
ədəbi dil, üslub, sənətkarlıq məsələləri.
İ.Qaspiralı özünün tənqidlə, onun elmi-nəzəri əsasları ilə,
Q
ərbdə, Rusiyada və Osmanlıda tənqid tarixi və tənqidə
münasib
ətlə bağlı fikirlərini, mülahizə və mühakimələrini
• Bütün türkl
ərin tərcümanı
~
257
~
«T
ərcüman» qəzetində dərc etdirdiyi çoxsaylı yazılarında
(«Osmanlı mətbuatı», «Tənqid», «Tənqid, yəni ölçü», «Muaheze»,
«F
əcr», «Məcburi deyil, lazımi cavab», «Nə səbəbdən geri qaldıq»
v
ə s.) geniş işıqlandırmışdır.
İ.Qaspiralı müasirlərinin, eləcə də klassik filosof və
t
ənqidçilərin sahə ilə bağlı fikirləri, mühakimələri ilə yaxından
maraqlanırdı. Aristotelin – Ərəstunun, Platonun – Əflatunun
əsərlərində poeziya, dram və digər sənət sahələrinin tənqidinə ayrıca
f
əsil həsr olunduğunu, bu işin bir elm sahəsinə çevrildiyini qeyd
ed
ən müəllif tənqidin qədim Yunan və Romalılardan Avropaya
keçdiyini, daha sonralar rus t
ənqidinin yarandığını göstərirdi.
Mü
əllifin fikrincə, Rusiyada tənqid daha çox yayılmış və gözəl
m
əsləyə çevrilmişdir, hətta burada «insanın fikrindən, qələmindən
v
ə əlindən zühur edən bütün əsərlərin ətraflı tənqidə çəkilməsi, hər
əsərin gözəlliyinin və faydasının ölçülməsi bir qayda hökmünə
gir
mişdir» (Tənqid. «Tərcüman», № 1, 7 yanvar 1896). Adını
ç
əkdiyimiz yazıda İ.Qaspiralı bununla, belə müsəlman
ədəbiyyatında tənqidin olmadığını təəssüflə bildirir. Bəziləri barədə
h
əcv, yaxud mədhiyyələr yazılsa da, bunlar təhlildən sayılmaz. O
yazır: «Halbuki, tənqid ədəbiyyatın tərəzisidir, tərəzisiz bazar,
t
ənqidsiz ədəbiyyat lazımınca parlaq ola bilməz. Bez bazarına arşın,
çör
ək bazarına okka necə lazımdırsa, ədəbiyyata ölçü olan tənqid,
b
əlkə daha artıq lazımdır. Ədəbiyyat maddidən daha vacib olan
m
ənəvi qidamızdır ki, mizan istər. Hər nə olsa geymirik, hər nə olsa
yemirik, el
ə isə hər nə olur-olsun oxunarmı?» Bədii nümunələri
m
əfkurə məsələsi prizmasından dəyərləndirən İ.Qaspiralı tənqidin
qarşısında konkret vəzifələr qoyur: tənqid bitərəf, obyektiv
olm
alıdır, yalnız nöqsanları göstərməklə kifayətlənməməlidir, əsərin
n
ə dərəcədə yararlı olduğunu meydana çıxarmalı, isbat etməlidir;
Dostları ilə paylaş: |