Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

 
111
vətəndaşlar yetişdirmək Azərbaycan Respublikasının təhsil sistemi qarşısında başlıca 
vəzifə kimi durur. 
Həmin mənəvi keyfiyyətlər yetişməkdə olan gənc nəslə  məktəbəqədər yaş 
dövründən başlayaraq və anlaq səviyyəsinə uyğun olaraq aşılanmalı və tədricən onun 
ahəngdar inkişafı  təmin edilməlidir. Hərtərəfli təhsilin, tərbiyənin təməli kiçik yaş 
dövründən qoyulur ki, bu sahədə mühüm yeri məktəbəqədər tərbiyə müəssisələri 
tutur.  
Qeyd edilməlidir ki, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə və təhsilin 
əsas vəzifəsi ailənin və  cəmiyyətin mənafeyinə uyğun olaraq, uşaqların hərtərəfli 
inkişafına nail olmaq, fiziki və psixi sağlamlığını mühafizə etmək, fərdi 
xüsusiyyətlərini məqsədyönlü surətdə inkişaf etdirmək, xarakterlərinin başlıca 
cəhətlərini formalaşdırmaq və onların inkişafındakı çatışmazlıqları vaxtında aradan 
qaldırmaqdır.  
Uşaq fiziki və psixi cəhətdən mürəkkəb bir yol keçir. Bu məqsədlə inkişafın 
ilk günüdən başlayaraq sağlamlığın bünövrəsi qoyulur, uşaq  əqli,  əxlaqi, fiziki və 
estetik cəhətdən xeyli inkişaf edir. 
Məktəbəqədər dövr ətraf aləmi öyrənməklə  sıx bağlıdır. Uşaq ayaq tutub 
yeriyən gündən özü üçün “kəşflər” edir. Ətraf mühitdə, evdə, uşaq bağçasında, 
küçədə rastlaşdığı  əşya və hadisələrlə tanış olur. Müxtəlif  əşyalara toxunaraq 
haqqında ilkin məlumatlar qazanır, onların səsini dinləyir, əlamət və keyfiyyətlərini 
öyrəndikcə bunların əyani təsviri şüurunda formalaşır. Bu məqsədlə uşaq ətrafındakı 
cism və hadisələrlə tanış olduğu zaman emosional şərait yaratmaq lazımdır ki, onda 
rahatlıq, fərəh və sevinc hissi yaransın. 
Məktəbəqədər yaş dövründə  uşaqlarda təqlidçilik çox güclü olur. Məhz, bu 
xüsusiyyəti nəzərə alaraq, uşaqlarla ünsiyyətdə olan hər bir şəxs (tərbiyəçi, müəllim, 
valideyn və s.) yüksək nümunə göstərməlidir. Yaşlı nəslin hərəkəti, əmək fəaliyyəti, 
cism və hadisələrə, insanlara, heyvanlara, ev əşyalarına münasibəti uşaqların  əxlaq 
tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. 
Uşaqların  yaş  və  fərdi  xüsusiyyətlərini  dərindən  bilmək  tərbiyəçi  və  ya 
valideyn üçün çox vacibdir. Yalnız mükəmməl bilik sayəsində  uşaqların bir yaş 
mərhələsindən digərinə keçməsini müvəffəqiyyətlə təşkil etmək olar.  


 
112
Bilmək lazımdır ki, məktəbəqədər pedaqogika dünyanın  ən mütərəqqi elmi-
pedaqoji nəzəriyyələrinə istinad edərək müasir dövrdə uşaqların tərbiyə olunmasının 
mühüm vəzifəsini, məqsədini və  məzmununu müstəqil Azərbaycan Respublikasının 
daxili və xarici siyasətinə müvafiq müəyyən edir, bu sahədə qabaqcıl pedaqoji 
təcrübənin öyrənilib yayılmasına yüksək məsuliyyətlə yanaşır.  
Indiyə qədər məktəbəqədər təhsil və tərbiyə ilə bağlı ədəbiyyatdan məlumdur 
ki, məktəbəqədər yaş dövründə  uşaqların təlim və  tərbiyəsinin müvəffəqiyyətlə 
həyata keçirilməsində valideynin və  tərbiyəçinin  şəxsi  əməyi müstəsna  əhəmiyyətə 
malikdir. Tərbiyəçi birinci növbədə  uşaqları  dərin məhəbbətlə sevməli, onları 
pedaqoji cəhətdən düzgün tərbiyə etmək metodologiyasına hərtərəfli yiyələnməli
iradəsi möhmək, əqidəsi saf olmalıdır. Tərbiyəçi Vətənini, xalqını yüksək məhəbbətlə 
sevməli, dövlətimizin məktəbəqədər tərbiyə ocaqları qarşısında qoyduğu vəzifələri 
ləyaqətlə  və  şərəflə yerinə yetirməlidir. Unutmaq olmaz ki, məktəbəqədər 
müəssisələrdə  fəaliyyət göstərən hər bir kadr öz pedaqoji ustalığını, metodik 
hazırlığını durmadan artırmalı, elmi yeniliklərə müntəzəm yiyələnməli, müxtəlif elm 
sahələrinə  bələd olmalı, uşaqların tərbiyəsində  ətraf aləmlə tanışlıqdan bacarıqla 
istifadə etməlidir. O, uşaqların və valideynlərin yanında dərin nüfuza, sözü ilə əməli 
arasında möhkəm əlaqəyə malik olmalıdır. 
Indiyə  qədər öyrəndiyimiz pedaqogika, pedaqogika tarixi və digər qismdən 
müxtəlif aspektdə bizə  məlum olan mənbələrdən məlumatlanmışıq ki, lap uzaq 
keçmişlərdən uşaqların tərbiyəsi və  təhsili xalqımızın həmişə diqqət mərkəzində 
olmuşdur. Milli adətlərimiz,  ənənələrimiz, davranış qaydaları, böyük-kiçik 
münasibətləri uşaqlarımızın yaddaşına həkk olunaraq qorunub saxlanılmış, nəsildən-
nəsilə ötürülmüşdür. Sözsüz ki, tərbiyə  və  təhsil məsələlərində  məsuliyyət  əsasən 
anaların üzərinə düşüb. Lakin illər keçdikcə zaman dəyişib, qadınlar ictimai 
fəaliyyətə,  əməyə  cəlb olunublar və  bəzi hallarda uşaqların tərbiyəsi ilə xüsusi 
dayələr və mürəbbiyələr məşğul olub.  
Illər,  əsrlər ötdükcə bu problemin inkişafında zamanın hökmü ilə irəliyə 
doğru yüksək dəyişikliklər baş vermişdir. Bu irəliləyişlərin ən başlıcası məktəbəqədər 
müəssisələrin yaranması ilə  əlaqədar olaraq tərbiyə  və  təhsilin müəyyən bir hissəsi 
uşaq bağçalarının üzərinə düşüb.  


 
113
Məlum olduğu kimi pedaqoji elmlər sistemində  məktəbəqədər tərbiyə-təhsil 
sistemi özünəməxsus yer tutur. Eyni zamanda qeyd edilməlidir ki, məktəbəqədər 
tərbiyə sisteminin yaradılması, uşaq bağçalarının  əsasını qoymuş alman pedaqoqu 
Fridrix Frebelə (1782-1852) məxsusdur. Frebel birinci dəfə olaraq ictimaiyyətin 
diqqətini yeddi yaşa qədər olan uşaqlarla pedaqoji işin aparılması zəruriyyətinə cəlb 
etmişdir. Bütün dünyada qəbul edilmiş  “Uşaq bağçası” termini ona məxsusdur. Həm 
müəssisənin adının “bağça”, həm də  tərbiyəçilərin “bağban” adlandırılmasında 
uşaqlara xüsusi qayğı, onların təbiətini dəyişmədən “güllər”ə qulluq etmək kimi zərif 
və qayğıkeş münasibət özünü göstərirdi. Frebel sistemi məktəbəqədər pedaqogikanın 
inkişafına mühüm təsir göstərmiş və qısa bir müddətdə bütün Avropanı əhatə etmişdi. 
Frebelin uşaq dünyasında, onların tərbiyəsi və  təhsili ilə bağlı problemin 
həllinə dair bu yeniliyi nəinki Avropanı, hətta demək olar ki, dünyanın çox yerində, o 
cümlədən Rusiyada da əks-səda vermişdi. Belə ki, Rusiyada birinci uşaq bağçası XIX 
əsrin ikinci yarısında meydana gəlmişdir. 1871-ci ildə Sankt-Peterqburqda 
mədəniyyət xadimlərini, pedaqoqları cəlb edən Frebel cəmiyyəti təşkil olunmuşdu. 
Nəhayət, bu ənənənin Azərbaycana da gəlib çatması yetişməkdə olan nəslin 
tərbiyə-təhsilinin inkişafına güclü təkan verdi və bu sahədə pedaqoji elmin 
yeniliklərlə zənginləşməsinə stimul yaratdı. Belə ki, Azərbaycanda ilk məktəbəqədər 
təhsil müəssisəsi 1907-ci ildə Bakıda “Dəcəllər məktəbi” adı ilə açılmış  və elə 
bundan sonra da öz inkişafına qədəm qoymuşdur. Vətənimizin bütün sahələrdə 
güclənməsinə  təsir göstərə bilən qadınların oxuması, ölkə  təsərrüfatının, elmin və 
incəsənətin müxtəlif sahələrində çalışması üçün məktəbəqədər təhsil müəssisələri 
geniş imkanlar açmışdır.  
4. Vətənimizin sosial-iqtisadi inkişafının dinamik sürəti bu gün məktəbəqədər 
təhsil müəssisələrinin qarşısında uşaqları altı yaşına kimi tərbiyə etmək, müstəqil 
Azərbaycan Respublikası üçün layiqli vətəndaş yetişdirmək kimi məsuliyyətli 
vəzifələr durur. 
Nəzərə almaq lazımdır ki, həm bu dövrdə, həm də hazırki zamanda – 
ümumiyyətlə tarixi inkişafın bu və ya digər mərhələsində  cəmiyyət hər hansı bir 
məsələni həll edərkən həmişə ilk növbədə insan amilini ön plana çəkmişdir. 
Iqtisadiyyatımızın, mədəniyyətimizin, sosial və  mənəvi həyatımızın inkişafı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə