Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

 
123
Məktəbə daxil olan uşaq böyük, mütəşəkkil şagird kollektivinin üzvü olur. Bu 
zaman  şagirdlə yaşıdları arasında qarşılıqlı münasibətlərin yeni tipi yaranır. Uşağın 
davranışına və  təlimdə müvəffəqiyyətinə müəllimin veridiyi qiymət, onun yaşıdları 
arasında mövqeyini müəyyən edən başlıca meyar olur. Bu mövqe ilə bağlı  uşağın 
öhdəsinə bir çox vəzifələr düşür, onunla məktəbdə  və  məktəbdənkənar davranışı 
müəyyən edilir. 
Məktəbdə təlimin ilk mərhələlərindən uşaqlara məcburi yada salma, öyrənmə, 
mənimsəmə kimi yeni tələblər verilir. Yeni tələblər uşağın psixikasında yeni 
keyfiyyətlər formalaşdırır. Məktəbdə  təlim prosesinin inkişafı  uşaqlardan  əqli 
fəaliyyətin müəyyən sürətini tələb edir.  
Məktəbli təlimə  məsuliyyətlə yanaşmalı, onun mahiyyətini dərk etməli, 
məktəb həyatının tələb və qaydalarına tabe olmalıdır. Müvəffəqiyyətli təlim üçün o 
inkişaf etmiş idrak marağına kifayət qədər geniş əqli dünyagörüşə malik olmalıdır.  
Bu dövrdə  uşaqların müəllimlə qarşılıqlı münasibətləri yenidən qurulur. Bu 
münasibətlər uşaq bağçasında tərbiyəçi ilə münasibətlərə nisbətən daha işgüzar və 
təmkinli xarakter alır. I sinif şagirdi üçün ona dərs deyən qeyri-adi adamdır – ilk 
müəllimdir. Uşağın həyatında çox şey ondan asılıdır.  
Ona görə  də sinif müəllimi özünə  tələbkarlıqla yanaşmalı, uşaqların mənəvi 
aləmi, qayğı və həyəcanları ilə maraqlanmalı, onlara vaxtında kömək göstərməlidir. 
O, uşaqların potensial imkanlarını üzə  çıxarmağa çalışmalı, onların malik olduqları 
bilik və bacarıqlara  əsaslanaraq yeni biliklərə yiyələnmələrinə nail olmalı, uşaq 
bağçası ilə  məktəbin işi arasında  əlaqə  və ardıcıllığın həyata keçirilməsində  fəal 
iştirak etməlidir. 
Təəssüf ki, istər sinif müəllimlərinin, istərsə  də  tərbiyəçilərin bəziləri, 
nədənsə, uşaq bağçası ilə  məktəbin işində  əlaqə  və ardıcıllığa laqeyd yanaşır, onu 
ikinci dərəcəli məsələ hesab edirlər. Bir çox tərbiyəçilərin I sinfin proqramından, sinif 
müəllimlərinin isə  uşaq bağçasının təlim-tərbiyə proqramından xəbəri olmur. Uşaq 
bağçasında məktəbə hazırlıqla əlaqədar az-çox iş gedirsə də, tərbiyəçilərin əksəriyyəti 
öz məzunlarının məktəbdəki aqibəti ilə maraqlanmırlar. Sinif müəllimlərinin bəziləri 
isə uşaq bağçasında uşaqların hansı inkişaf səviyyəsinə çatdığını öyrənmirlər. 
Fikrimizcə,   problemin   həllinə   kömək   etmək   məqsədilə  aşağıdakı  işlər 


 
124
görülməlidir: 
1.
 
Uşaq bağçasının məktəbəhazırlıq qrupunda uşaqların məktəbə 
ekskursiyaları təşkil olunmalıdır. Ekskursiyadan sonra tərbiyəçi şərait yaratmalıdır: 
a)
 
uşaqların məktəb haqqında hekayə tərtib etmələrinə; 
b)
 
uşaq bağçasındakı rejimlə  məktəbin rejimi arasındakı oxşar və  fərqli 
cəhətlərin müəyyənləşdirilməsinə dair didaktik oyunun keçirilməsinə; 
c)
 
uşaqların yaradıcı təxəyyüllərinə əsasən məktəbə dair müstəqil oyunların 
təşkilinə və s.  
2.
 
Məktəbə hazırlıq qrup uşaqları ilə I sinif şagirdlərinin birgə tədbirlərdə 
(səhərciklər, bayramlar, rəsm sərgiləri, məşğələlər və s.) iştirakı təmin olunmalıdır. 
3.
 
Ibtidai sinif müəllimləri uşaq bağçasında tərbiyə alan uşaqlar, tərbiyəçilər 
isə  məzunlar-məktəblilər üzərində müşahidələr aparmalı, bir-biri ilə  təcrübə 
mübadiləsi etməli, məsləhətləşməlidirlər. 
4.
 
Rayon,  şəhər, respublika miqyasına problemlə  əlaqədar konfranslar 
keçirilməli, habelə orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin müəllimləri
tələbələri bura dəvət olunmalı, xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsi ilə tanış 
olan görkəmli alimlərin məruzələri dinlənilməlidir.  
5.
 
Uşaqların məktəbə hazırlanmalarına xidmət edən çap əsaslı stolüstü 
oyunlar sistemi nəşr edilib, tərbiyəçi və sinif müəllimlərinə çatdırılmalıdır. 
6.
 
“İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsində problemin həllinə 
kömək edən yazılar dərc olunmalıdır. 
7.
 
Problemlə əlaqədar televiziya verilişləri hazırlanmalıdır. 
8.
 
Tərbiyəçi və sinif müəllimləri özlərinin elmi-pedaqoji hazırlıqları üzərində 
müntəzəm işləməli,  əlaqə  və ardıcıllığın yeni forma və metodlarını axtarmağa səy 
göstərməlidirlər. 
Qeyd edildiyi kimi məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. O, 
uşaqların tərbiyəsində  hərtərəfli inkişafın özülünü qoyur və  uşaqları  məktəbə 
hazırlayır.  
Tərbiyəçilər məktəbdə I sinif şagirdlərinə verilən pedaqoji tələbləri yaxşı 
bilməli və buna müvafiq olaraq uşaqları məktəbdə təlim prosesinə hazırlamalıdırlar. 
Uşaq  bağçası ilə  məktəbin  arasındakı əlaqə və ardıcıllıq tərbiyə prosesində varislik 


 
125
prinsipinə əsaslanır.  
Təhsil sistemində ardıcıllıq anlayışı  tərbiyə  və  təlim prosesinin 
müvəffəqiyyətlə  həyata keçirilməsi üçün qarşılıqlı  əlaqənin  ən səmərəli yoludur. 
Uşaq bağçasının və məktəbin işindəki ardıcıllığın həyata keçirilməsi bir tərəfdən uşaq 
bağçasında uşaqların məktəb təliminə hazırlanması, digər tərəfdən məktəbin öz 
vəzifələrini həll etməsi üçün uşaq bağçası  məzunlarının nailiyyətlərindən, onların 
bilik və bacarığından optimal istifadə edilməsi deməkdir.  
Uşaq bağçası ilə  məktəb arasında varislik təlim metodlarının seçilməsində 
özünü göstərir.  
Məktəbdə  dərs və  uşaq bağçasında məşğələ bir sıra özünəməxsus 
xüsusiyyətlərə malik olsa da, onların bəzi ümumi cəhətləri də var. Başlıcası budur ki, 
onların hər ikisi təlim mahiyyəti daşıyır. Belə ümumi cəhət dərs və  məşğələlərdə, 
proqramın məzmunuda, vaxt bölgüsündə, müəllim və  tərbiyəçinin rəhbər rol 
oynamasında, müxtəlif metodlardan istifadə olunmasında özünü göstərir. Sübut 
olunur ki, məşğələ  və  dərs ardıcıl bir prosesdir. Uşaq bağçasında məşğələ  təlim 
prosesinin elementləri üzərində qurulur və əqli fəaliyyətin inkişafı üçün şərait yaradır. 
Uşaqların məktəbə hazırlığında fiziki tərbiyənin müstəsna  əhəmiyyəti var. 
Məktəb uşağın həyat tərzində yeni mərhələdir. Rejimin dəyişməsi, ciddi tədris əməyi, 
dərs vaxtının artması, ev tapşırıqlarının yerinə yetirilməsi uşaqlardan xeyli fiziki 
gərginlik, ilk növbədə  əsəb gərginliyi tələb edir, ona görə  də fiziki hazırlıq uşağın 
məktəbə daxil olması  ərəfəsində mühüm şərtlərdən biridir. Fiziki hazırlıq səhhətin 
yaxşı vəziyyətdə olması, görmə, eşitmə, əzələ-toxuma orqanlarının normal fəaliyyəti, 
dərs müddətinə dözümlülük və iradi keyfiyyətlərin inkişafı deməkdir. 
Uşaqların məktəbə hazırlığı bağçanın kiçik qrupundan başlayaraq, ardıcıl 
həyata keçirilən tərbiyə  və  təlim işinin məqsədyönlü nəticəsidir. Uşaq bağçasının 
böyük qrupuna məktəbə hazırlığın  əsas pilləsi kimi baxılır, çünki məktəb bu yaşlı 
uşaqlar üçün ən yaxın gələcəkdir. 
Ona görə  də  məktəbin tərbiyə, təlim işinə hazırlıq məqsədyönlü xarakter 
daşıyır. Tərbiyəçi aydən bilməlidir ki, uşaq ayağını  məktəbə qoyan gündən onun 
həyatı ciddi vaxt çərçivəsində keçir. Bu rejim çərçivəsində  uşaq lazımi səviyyədə 
fəaliyyət göstərməyə hazır olmalıdır. Belə  vərdişlərin formalaşdırılması,  əsasən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə