Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

 
126
məktəbin üzərinə düşsə  də,  əslində onun təməli uşaq bağçasında qoyulur. Uşaq 
bağçasının məktəbəhazırlıq qrupunda uşaqlar tapşırığı dinləmək, başa düşmək, 
müəyyən vaxt çərçivəsində icra etmək anlayışları ilə yaxından tanış olur və rejim 
əsasında müəyyənləşdirilmiş vaxt çərçivəsində  fəaliyyət göstərməyə alışırlar.  Əks 
təqdirdə, məktəbin birinci sinfində  uşaqların adaptasiya mərhələsi çox çətin keçə 
bilər.  
Uşağın gələcək inkişafı  məktəbdə müəllimdən, xüsusilə  uşaqların bağçada 
qazandıqları keyfiyyətlərin necə inkişaf etdirilməsindən çox asılıdır. Varisliyin həyata 
keçirilməsi I sinif müəllimlərindən altıyaşlı  uşaqların yaş  və psixoloji 
xüsusiyyətlərini, habelə  uşaqların bağça illərində  əldə etdikləri bacarıqların 
səviyyəsini hərtərəfli öyrənməyi tələb edir. Bu məqsədlə I sinif müəllimləri uşaq 
bağçasının məktəbəhazırlıq qrupunun uşaqları ilə müntəzəm əlaqə saxlamalıdırlar. 
Nəsimi rayonu 95№-li körpələr evi-uşaq bağçası 54№-li məktəblə  əlaqəli iş 
aparır. Hər il bağçadan həmin məktəbə 25-30 uşaq yola salınır. Sentyabr ayının 
əvvəlində  məktəblə  uşaq bağçası arasında iş planı hazırlanır. Qrup tərbiyəçiləri 
uşaqları il ərzində bir neçə dəfə məktəbə aparır, onları məktəblə tanış edir. Uşaqlara 
məktəb haqqında məlumat verir, sentyabrın 15-də məktəbə gedəcəklərini başa salır. 
Onlara bildirirlər ki, məktəbdə oxumağı, yazmağı öyrənəcəklər. Bu məqsədlə 
tərbiyəçi uşaqlara deyir: “Fikirləşin ki, siz kitabı özünüz sərbəst oxuyursunuz. 
Bilirsinizmi kitablarda nə  qədər maraqlı  və elmi fikirlər var? Onları oxuduqca, 
öyrəndikcə sizin biliyiniz artacaq və  ağıllı  uşaqlar olacaqsınız. Hamı sizi çox 
istəyəcək. Ona görə də məktəbdə gərək yaxşı oxumağa çalışasınız. Burada çətin heç 
bir  şey yoxdur. Yalnız yaxşı çalışmaq və intizamlı olmaq lazımdır.  Əgər siz yaxşı 
oxusanız buna atanız da çox sevinər. Indi deyin görüm kimin məktəbə gedən bacısı, 
qardaşı var? Uşaqlar bir-bir cavab verirlər. Siz onlara baxın, öyrənin və soruşun, 
onlar necə oxuyurlar?- deyə qrup tərbiyəçisi sözünü davam edir. Sabah başçaya 
gələndə bu barədə danışarsınız. Növbəti məşğələdə  tərbiyəçi uşaqların məktəb 
haqqında təsəvvürlərini öyrənəndən sonra onlara bildirir ki, iki gündən sonra mən sizi 
məktəbə apararam. Siz özünüz məktəbi görəcəksiniz. Bu çox maraqlı olar”. 
Bundan sonra uşaqlarda məktəbə maraq daha da artır. Onlar məktəbə getməyi 
səbirsizliklə gözləyir. 


 
127
Əlbəttə, tərbiyəçi bu müddət  ərzində  məktəblə  əlaqə saxlayır. Məktəb 
müəllimləri uşaqları qarşılamağa hazır olurlar. Onlar uşaqların hazırladıqları şerləri, 
mahnıları dinləyir, təbiət guşəsi, əl işləri ilə tanış olurlar. Uşaqlar müəllimlərlə, sinif 
otaqları, kitabxana, idman zalı, yeməkxana, məktəbin foyesi və  həyəti ilə tanış 
olurlar. Məktəbin həyətində oaln “20 yanvar şəhidləri”nə  həsr olunmuş memorialın 
qarşısına gül-çiçək dəstələri də qoyurlar, eyni zamanda onlara həsr olunmuş  şerlər 
oxuyurlar. 
Ekskursiyadan sonra tərbiyəçi bağçada məktəblə tanışlıq işini müzakirə edir. 
eyni zamanda tərbiyəçi məktəb müəllimini bağçaya dəvət edir. Uşaqlar müəllimlə 
daha yaxından tanış olurlar. Uşaqların məktəbə hazırlıq işinin bu qayda ilə təşkili çox 
faydalıdır. Sentyabrın 15-də altıyaşlılar şən əhval-ruhiyyə ilə məktəbə gedirlər.  
Məktəb təliminin ilk gündən  şən ovqatla başlanması altıyaşlıların həyatında 
həlledici  əhəmiyyət kəsb edir, çünki altıyaşlıların doğma münasibətə çox böyük 
ehtiyacları var. Təcrübə göstərir ki, yalnız doğma, qayğıkeş münasibət olan şəraitdə 
tərbiyə və təlimin inkişafetdirici imkanı həmişə yüksək olur. 
Hər il iyun ayının 1-də adı çəkilən bağçada “Əlvida bağça” bayramı keçirilir. 
Bu məqsədlə  uşaqların məktəbə getmələri ilə  əlaqədar maraqlı  tədbirlər hazırlanır. 
Tərbiyəçilər uşaqları  çıxışa hazırlayır, valideynlər uşaqlara çanta, dəftər, qələm və 
digər dərs ləvazimatları  hədiyyə verirlər. Bütün bunlar uşaqları psixoloji cəhətdən 
məktəbə hazırlayır. Bayramsayağı  bəzədilmiş  məktəb azyaşlı  uşaqlara çox maraqlı 
təsir bağışlayır. Ilk dərs günündə ilk zəngi vuran da bu uşaqlar olur. XI sinif 
şagirdləri dərs ilinin başlanması ilə  əlaqədar təşkil olunmuş  təntənəli tədbirlərdə 
məktəbə yenicə gəlmiş uşaqları təbrik edir, onların əlindən tutub öz siniflərinə aparır. 
Öz partalarında oturdur, sonra birincilər üçün nəzərdə tutulmuş otağa gətirirlər. 
Onbirincilər altıyaşlıları bir daha öz siniflərində təbrik edirlər. Ilk dərs günündə təşkil 
olunmuş belə tədbir altıyaşlıların həyatında unudulmaz izlər buraxır.  
Uşaq bağçası ilə  məktəbin işində ardıcıllığın mühüm cəhətlərindən biri də 
tərbiyəçinin I sinifdəki, müəllimin isə  uşaq bağçasındakı  işin məzmunu, formaları, 
rejimlə tanışlığıdır. Tərbiyəçilər və müəllimlər rəngarəng əlaqə formalarından istifadə 
edirlər: dərslərdə  və  uşaq bağçasında məşğələlərdə qarşılıqlı  iştirak etmək, 
bayramlarda və səhərciklərdə olmaq və sonradan onları müzakirə etmək, uşaq bağçası 


 
128
tərbiyəçilərinin öz yetişdirmələrini məktəbdə müşahidə etməsi, uşaq yaradıcılığı 
işlərindən ibarət sərgilərdə olmaq və s. 
Məktəblə bağça arasındakı əlaqələrin mahiyyəti odur ki, onlardan biri digərini 
tamamlayır. Məktəbəqədər tərbiyə müəssisələrində  uşaqların  əqli inkişafına,  əxlaqi 
cəhətdən formalaşmasına, fiziki cəhətdən sağlam və gümrah böyüməsinə  nə  qədər 
çox diqqət verilərsə, bu ümumtəhsil məktəblərinin işini bir o qədər asanlaşdırmış 
olar.  
Müəllimlik işinin özünəməxsus xüsusiyyətləri vardır. Məktəbdə müəllim, 
uşaq bağçasında tərbiyəçi işləmək olduqca şərəfli və nəcib fəaliyyət sahəsidir. Onlar 
öz gərgin və qiymətli əməyi ilə cəmiyyət üçün yeni vətəndaşlar hazırlayır. Müəllim-
tərbiyəçi məhdud görüş dairəsinə malik uşaqların gözünü dünyaya açır, onlara bilik, 
bacarıq və faydalı  vərdişlər aşılayır. Vətənin sabahı üçün ləyaqətli vətəndaş 
formalaşdırırlar.  
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, tədqiqatçılardan prof.A.Həsənov, 
M.Şirzadova, G.Qədimbəyova,  Ə.Qədimbəyova,  Ş.Səfərova və başqalarının 
tədqiqatlarına, problemlə bağlı elmi yazılarına  əsasən deyək ki, 1930-cu illərdə 
pedaqoji elmlərə  və maarifə ehtiyac artdığı üçün 1931-ci ildə yaranmış Elmi-
Tədqiqat Pedaqoji Elmlər  İnstitutu (indiki Təhsil Problemləri  İnstitutu) nəzdində 
məktəbəqədər qrup fəaliyyətə başladı. Dövrün tələblərindən asılı olaraq bu qrupun 
vəzifəsi elmi-tədqiqat işindən daha çox bir sıra təşkilati tədbirlərin düzgün həyata 
keçirilməsini istiqamətləndirməkdən, təlimati xarakterli materiallar hazırlamaqdan, 
tərbiyəçilərə praktik kömək göstərməkdən ibarət olmuşdu. 
1936-cı ildə  təşkil olunmuş Bakı  Məktəbəqədər Pedaqoji Məktəbi Sovet 
dönəmində və müstəqillik dövründə məktəbəqədər yaşlı uşaqların təlimi, tərbiyəsinin 
inkişafına fədakarlıqla xidmət etmiş  və etməkdə olan yüksək ixtisaslı kadrlar 
hazırlamışdır. Bakı 
Məktəbəqədər Pedaqoji Məktəbin müəllimlərindən 
G.Qədimbəyova,  Ə.Qədimbəyova,  Ş.Cəfərova, F.Allahverdiyeva və b. bu sahədə 
xidmətləri xüsusi qeyd edilməlidir.  
Sovet  İttifaqının tərkibində olduğu illərdə respublikamızın iqtisadi, ictimai, 
siyasi,  elmi  və  pedaqoji   həyatının   inkişafı   ilə   əlaqədar   olaraq   Azərbaycanda 
məktəbəqədər tərbiyə müəssisələri də daim inkişaf etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə