Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

 
129
Keçən əsrin 20-ci illərindən başlayaraq inkişaf yoluna düşmüş məktəbəqədər 
uşaq müəssisələrinin şəbəkəsi keçən əsrin sonlarında misli görünməmiş bir tərəqqiyə 
çatmışdı.  
Ölkənin siyasi quruluşundan, hakim Kommunist Partiyasının 
ideologiyasından, o dövrün ab-havasından asılı olmayaraq Azərbaycanda 
məktəbəqədər təhsil müəssisələrinin böyük və möhkəm təməli olan bir sistemi 
yaranmışdı. Bu sistem ildən-ilə, hər beşillik, hər onilliklər  ərzində  həm kəmiyyət, 
həm də keyfiyyətcə inkişaf edərək, yeni məzmun kəsb etmişdi. Yerli hakimiyyət 
orqanları da bu məsələni daim diqqət mərkəzində saxlamışlar. Bu mənada sovetlər 
hakimiyyətinin sonuncu onilliyi dövründə, yəni müstəqillik dövrü ərəfəsində əhalinin 
tələb və ehtiyacını nəzərə alaraq məktəbəqədər müəssisələrin respublikanın ayrı-ayrı 
şəhərlərində, rayon və kəndlərində inkişaf dinamikasını özündə əks etdirən sənədlərə 
diqqət yetirmək çox əhəmiyyətlidir.  
Hakim ideologiyanın tələblərində özünü göstərən bəzi neqativ hallara 
baxmayaraq keçən  əsrin sonlarında  əhalinin bütün təbəqələrinin məktəbəqədər 
müəssisələrə ehtiyacının tamamilə ödənilməsi qarşıya bir vəzifə olaraq qoyulmuşdu. 
Keçən  əsrin sonlarında, yəni SSRİ-nin dağılmağa doğru getdiyi vaxtlar belə 
məktəbəqədər tərbiyə müəssisələrini harada daha çox açmaq, başqa sözlə desək 
məktəbəqədər yaşlı  uşaqları  tərbiyə müəssisələrinə daha çox harada, hansı 
regionlarda cəlb etmək problemi Ümumittifaq elmi-praktik konfranslarında, digər 
müvafiq məclislərdə xüsusi müzakirə obyekti olurdu. Bu müzakirələrdə göstərilən 
problemə münasibətdə ikili standart hökm sürürdü. Mütəxəssislərin bir qrupu 
məktəbəqədər təhsil müəssisələrini daha çox, əsasən o regionlarda açmağa üstünlük 
verirdilər ki, o yerlərdə analar bilavasitə istehsalatda çalışır. Bu fikrin tərəfdarları 
istehsalatda, məhsuldar əməkdə və ya ictimai-faydalı əmək sahəsində çalışan anaların 
uşaqlarına üstünlük verirdilər və mövqelərini bununla əsaslandırırdılar ki, bu qadın-
analar bilavasitə  əmək cəbhəsində  fəaliyyət göstərdiklərinə görə, onların uşaqları 
üçün əlverişli şərait yaradılmalıdır.  
Bu   fikir   tərəfdarlarının   əksinə   olaraq   digər   mövqedə   duranlar   isə, 
məktəbəqədər təhsil müəssisələrinin yaradılmasında çoxuşaqlı regionlara üstünlük 
verirdilər.  Onların  fikrincə,  əgər  bu  gün  ana  ictimai  istehsalatda bilavasitə iştirak 


 
130
etmirsə, lakin onun ailəsi çoxuşaqlıdırsa (5-10 nəfər və ya daha çox), ilk növbədə 
həmin müəssisələri bu regionlarda açmaq daha məqsədyönlüdür. Belə ki, əgər birinci 
mövqenin tərəfdarlarının müdafiə etdikləri ailədə bu gün bir nəfərin – ananın 
istehsalatda işləməsi əsas götürülürdüsə, belə ailələrin bir çoxunda əsasən bir və ya 
iki uşaq böyüyürdü.  
Ikinci mövqedə duranlar isə haqlı olaraq göstərirdilər ki, əgər çoxuşaqlı ailədə 
ana bu gün istehsalatda işləmirsə, yaxın gələcəkdə bu ailədə böyüyən 5-10 uşaq həm 
əmək cəbhəsində çalışacaq, həm də ölkənin müdafiəsində iştirak edəcək. 
Onu da qeyd edək ki, diskusiyalarda iştirak edənlər arasında birinci fikrin 
tərəfdarları əsasən Pribaltika respublikalarını, Rusiyanın mərkəzi regionlarını nəzərdə 
tutur və  məktəbəqədər təhsil müəssisələrinin perspektiv inkişafını da yuxarıda 
dediklərimizlə əsaslandırmağa çalışırdılar. 
Ikinci fikrin tərəfdarları isə,  əsasən Orta Asiya və  Cənubi Qafqaz 
respublikalarının nümayəndələri idilər.  
Bütün bunlar onunla nəticələndi ki, keçən  əsrin sonlarına doğru respublika 
hökuməti, ayrı-ayrı  əlaqədar nazirliklər, komitələr və elmi-tədqiqat idarələri, 
təşkilatlar respublikada mövcud vəziyyəti və perspektivdə  əhalinin uşaq tərbiyə 
müəssisələrinə olan ehtiyacını, məktəbəqədər tərbiyə müəssisələri  şəbəkəsinin 
normativə uyğun inkişafını müəyyən etmişdilər. Bu perspektiv planda əhalinin 
məktəbəqədər təhsil müəssisələrinə olan ehtiyacının tamamilə ödənilməsi nəzərdə 
tutulurdu. Göstərilən perspektiv planın hazırlanmasında Respublika Təhsil 
Nazirliyinin məktəbəqədər müəssisələr idarəsinin kollektivi, mütəxəssislər və alimlər 
yaxından iştirak etmişdir. 
5. Müstəqillik illərində qüvvədə olan normativ sənədlərin öyrənilməsi göstərir 
ki, məktəbəqədər sahənin yenidən qurulması üçün bir sıra istiqamətlər 
müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 
17 yanvar tarixli 12 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası 
məktəbəqədər tərbiyə müəssisələri haqqında  Əsasnamə”də  aşağıdakı ümumi 
müddəalar qeyd edilmişdir.  
1. Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz milli 
təhsilin   həyata   keçirilməsində   ilkin  pillə  olmaqla milliyətindən,  cinsindən,  dini 


 
131
mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün 
məktəbəqədər yaşlı  uşaqların (valideynlərin arzusuna uyğun olaraq) tərbiyəsi və 
təhsilə hazırlanması ilə məşğul olur. 
2.
 
Məktəbəqədər tərbiyə müəssisələrini dövlət orqanları, müəssisə, idarə  və 
təşkilatlar, bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, hüquqi 
şəxslər, ictimai birlik və təşkilatlar, ayrı-ayrı vətəndaşlar təşkil edə bilərlər.  
3.
 
Məktəbəqədər tərbiyə müəssisələri tabeliyindən asılı olmayaraq uşaqların 
ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin tələbatını ödəyir, milli və ərazi 
xüsusiyyətlərinə uyğun olaraq məktəbəqədər yaşlı  uşaqların harmonik inkişafını  və 
tərbiyəsini təmin edir. 
4.
 
Məktəbəqədər tərbiyə müəssisələri öz fəaliyyətində “Azərbaycan 
Respublikasının Təhsil haqqında Qanunu”, qanunvericilik və digər normativ aktlar, 
habelə bu əsasnaməni və öz Nizamnaməsini rəhbər tutur. 
5.
 
Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş  və psixoloji 
xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesinin təşkili, onların sağlamlığının 
mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət 
qarşısında məsuliyyət daşıyır. 
6.
 
Dövlət məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı üçün təminat verir, 
tərbiyə  və  təlimin məzmununu müəyyənləşdirir, onların zəruri maddi-texniki 
ehtiyaclarını ödəyir, kadrlarla, proqramlarla, tədris-metodik  ədəbiyyatla, oyun 
avadanlıqları ilə təmin edir. 
7.
 
Məktəbəqədər müəssisələrində  təlim dövlət dilində aparılır. Tərbiyə  və 
təlim prosesinin başqa dildə aparılması valideynlərin (onları  əvəz edən  şəxslərin) 
arzuları, yerli imkanlar, pedaqoji kadr və  tədris təlimatı  nəzərə alınmaqla, 
məktəbəqədər tərbiyə müəssisəsi tərəfindən həll edilir. 
8.
 
Tərbiyə alan uşaqların maraq, qabiliyyət və istedadların inkişaf etdirilməsi 
üçün lazımi şərait və imkan yaratmaq məqsədi ilə müxtəlif növ məktəbəqədər tərbiyə 
müəssisələri yaradıla bilər. Belə müəssisələr təsisçinin təsdiq etdiyi və Azərbaycan 
Respublikası Təhsil Nazirliyi tərəfindən qeydə alınmış nizamnamə əsasında fəaliyyət 
göstərir.  
Əsasnamənin II bölməsində məktəbəqədər tərbiyə müəssisələrinin strukturu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə