Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə29/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

______________Milli Kitabxana_____________ 

 106


şəhərində meydana gəlibmiş. Aydındır ki, şumerlərin təsəvvürünə 

görə, hakimiyyət göydən düşmüşdür, yəni allah tərəfindən bəxş 

edilibmiş. Buna uyğun olaraq şumerlər  əfsanəvi hökmdarların 

hakimiyyətini min və yüz illərlə ölçürdülər. Şumerlərin «Hökmdar 

siyahısı» erkən hakimiyyəti əfsanəvi «Ümumdünya daşqınından» 

əvvəlki dövrə  şamil edirdi. Məsələn,  Şuruppak  şəhərinin hakimi 

Ziusudra belə hökmdarlardan biri hesab edilirdi. Onun adı 

əfsanəvi «Ümumdünya daşqını» ilə  əlaqələndirilirdi. Guya o, 36 

min il hökmdarlıq etmişdi. Ziusudra əfsanəvi hökmdar idi. Onun 

surəti akkad dini əsatirlərində Utnapiştim, Tövratda Noy, 

müsəlman dinində Nuh adı altında verilmişdir. 

Şumerdə hökmdar hakimiyyətinin meydana gəlməsi e.ə. III 

minilliyin birinci yarısına təsadüf edir, halbuki şumer yazılı 

mənbələri, deyilən kimi, hökmdar hakimiyyətinin yaranmasını 

daha  əvvəlki,  əfsanəvi dövrlərə  şamil edir. Şumerdə dövlət 

hökmdar hakimiyyəti  şəklində artıq e.ə. IV minilliyin sonunda 

meydana gəlmişdi. 

Erkən sülalələr.  Şumer  şəhər-dövlətləri e.ə. III minilliyin 

birinci yarısında meydana gəlmişdilər.  Şumerdə mövcud olmuş 

dövlətlər adətən erkən sülalələr adı daşıyırdılar. Erkən sülalələr 

dövrü e.ə. XXVIII-XXIV əsrləri  əhatə edir. Birinci erkən sülalə 

dövründə (e.ə. XXVIII-XXVII əsrlər) Kiş  şəhər-dövləti siyasi 

üstünlük  əldə etmişdi. I Kiş sülaləsinin onuncu hökmdarı guya 

1560 il hakimiyyətdə olmuş  əfsanəvi Etana idi. «Hökmdar 

siyahısı» göstərir ki, Etana çoban idi. Guya o, qartal qanadı 

üstündə göyə qalxmış, hakimiyyət rəmzini gətirmiş, sonra bütün 

ölkəni birləşdirmiş  və hökmdar olmuşdur. Etana Şumer dövrü 

əfsanələrinin qəhrəmanı kimi məlumdur.  Əfsanədə onun qartal 

qanadı üstündə göyə qalxmağı  təsvir edilmişdir. Kişdən sonra 

Uruk  şəhər-dövlətinin yüksəlişi başlandı. Uruk sülaləsi Kiş 

sülaləsi ilə yanaşı mövcud olmuşdur. Birinci Uruk sülaləsinin 

görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. 

En-Merkar  şərqdə Aratta ölkəsi ilə münaqişəyə girmiş  və son 

məqamda iqtisadi əlaqə yaratmışdı. Aratta Urmiyyə gölü hövzəsi 

(Cənubi Azərbaycan)  ərazisinə verilən ad idi. Arattadan Uruka 

qızıl, gümüş, inşaat daşı, lacivərd (lazurit) və başqa qiymətli 




______________Milli Kitabxana_____________ 

 107


daşlar gətirilirdi.  

Kiş dövlətinin onuncu hökmdarı Aka ilə Uruk hökmdarı 

Gilqameş arasında hakimiyyət uğrunda  ədavət gedirdi. Bu 

mübarizə «Gilqameş  və Aka» poemasında geniş  əks olunur. O 

zaman Uruk şəhərinin ətrafına qala divarları çəkilmişdi. Məbəd və 

yaşayış evləri olan hissəni qoşa divar əhatə edirdi. 9.5 km uzanan 

divar, torpaq və bağ sahələrini də qalanın içərisinə almışdılar. 

Qalanın şimal və cənubunda 3.5 m enində darvazalar qoyulmuşdu. 

Qala divarlarının üzərində 800 yarımdairəvi müdafiə bürcü 

tikilmişdi. Qala divarının eni 5 metrə bərabər idi.  

Ur sülaləsi.  Şumerdə siyasi ağalıq (hegemonluq) uğrunda 

mübarizəyə I Ur sülaləsinin hökmdarları da qoşulmuşdular. Ur 

şəhərinin birinci hökmdarı Messanepada «Kiş şəhər-dövlətini zəbt 

edib Akanı taxtdan saldı. Bundan sonra Mesanepada «Kiş 

hökmdarı» rütbəsini qəbul etdi. Onun varisi dövründə Uruk 

hökmdarı  Şumerdə  ağalıq uğrunda mübarizəni gücləndirdi. Kiş 

yenə məğlub oldu, hegemonluq Gilqameşin əlinə keçdi. Gilqameş 

dövrünün görkəmli hökmdarlarından biri olmuşdur.  Şumerlər 

onun  şərəfinə dastan da yaratmışdılar. Bu əsər «Gilqameş 

haqqında dastan» adı ilə məlumdur. Burada Gilqameş yarı insan, 

yarı allah kimi təsvir edilmişdir. Dastanda Uruk şəhəri qala 

divarının Gilqameş tərəfindən çəkilməsi göstərilir. 

I Ur sülaləsi Şumer tarixində nisbətən uzun müddət qabaqcıl 

rol oynamışdır. E.ə. III minilliyin ortalarında Ur şəhəri zəngin 

ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Arxeoloji qazıntılar 

zamanı Urda qiymətli əşyalarla dolu «hökmdar sərdabələri» aşkar 

edilmişdir. 1800 qəbir içərisində Ur hökmdarı Meskalamduq və 

hökmdar arvadı  Şubadın (və  ya  Puabi)  sərdabələri tapılmışdı. 

«Hökmdar siyahısında» və başqa mənbələrdə bu hökmdarın adı 

çəkilmir, lakin dairəvi qızıl möhür üzərində «Meskalamduq, 

hökmdar» sözləri yazılmışdı. Sərdabə  əşyaları arasında qızıl 

dəbilqə, simli musiqi alətlərindən on birsimli arfa, lira, Şubadın 

qızıl tacşəkilli başlığı, qızıl və gümüş qədəh, kasa və başqa qablar, 

xəncər, nizə, qiymətli metal və daşlardan hazırlanmış heyvan 

fiqurları  və s. aşkar edilmişdi. Liranın yuxarı hissəsinə 

lacivərddən düzəldilmiş  qızıl öküz başı birləşdirilmişdi. Qızıl 




______________Milli Kitabxana_____________ 

 108


əşyaların hazırlanması o dövrün zərgərlərinin yüksək 

peşəkarlığına nümunədir. Qəbirlərin birində lacivərd,  əqiq və 

sədəflə  bəzədilmiş iyirmi santimetr uzunluğunda lövhə  aşkar 

edilmişdi. Lövhə üzərində iyirmi bəzəkli dördbucaq şəkli vardı. 

Dördbucaqlar üzərində yeddi növ rəsm həkk olunmuşdu. Lövhə 

ilə yanaşı dairəvi oyun daşları da tapılmışdır. Bunlar hamısı 

müasir damanın qədim nümunəsi kimi qəbul edilə bilər. 

Ur qəbiristanlığı avadanlığı  şumerlərin həyat və  məişəti ilə tanış 

olmağa imkan yaradır.  Şubadın sərdabəsində onun 25 

müşayiətçisinin cənazəsi vardı. Digər hökmdar Abarginin 

sərdabəsində 60 cənazə  aşkar edilmişdi. Bunlar qadın və 

döyüşçülərdən ibarət olmuşdur. Döyüşçülərin hər birinin əlində 

nizə, başında isə tunc dəbilqə vardı. Qadın skeletləri yanında  ən 

qiymətli bəzək  əşyaları  səpələnmişdi. I Ur sülaləsinin 

nümayəndələri müxtəlif rütbələr, o cümlədən «Kainatın 

hökmdarı» rütbəsini daşıyırdılar. 

Laqaş  şəhər-dövləti. Laqaş erkən sülalələr dövrünün son 

mərhələsində (e.ə. XXV-XXIV əsrlər) yüksəlməyə başlamışdı. 

E.ə. III minilliyin ortalarında Laqaş iqtisadi və siyasi çiçəklənmə 

dövrünə  qədəm qoymuşdu. Laqaş sülaləsinin banisi Urnanşe idi. 

O, Laqaş dövlətinin qüdrətinin  əsasını qoydu. Barelyeflərin 

(qabarıq nəqş  rəsmi) birində Urnanşenin məbəd tikintisində 

iştirakı  təsvir edilmişdir. Urnanşe öz ailəsi ilə birlikdə  təntənəli 

mərasimin ön cərgəsində gedir. Onun arxasınca oğullarına 

nisbətən daha iri təsvir edilmiş  qızı addımlayırdı. Bu, şumer 

qadınının ictimai həyatda tutduğu yüksək mövqe ilə izah oluna 

bilər. Məbəd tikintisi, kanal çəkilməsi, taxıl quyularının qazılması, 

su yollarının geniş istifadə edilməsi və s. Urnanşenin adı ilə 

bağlıdır. 

Əvvəllər məbəd təsərrüfatı  və  məbəd  əmlakı hökmdarın 

səlahiyyəti altına keçmişdi, kahinlərin məbəd təsərrüfatı  gəliri 

üzərində hüququ məhdudlaşdırılmışdı. Yeni hökmdar 

Uruinimgina məbəd torpaqlarını  və  gəlirini kahinlərin 

sərəncamına qaytardı.  Əvvəllər vergi toplayanlar özbaşınalıq 

edirdilər,  əhalidən xeyli müxtəlif vergilər toplayırdılar. Yeni 

hökmdar məbəd torpaqlarını, gəmiləri və sahilləri («limanları») 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə