Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə30/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

______________Milli Kitabxana_____________ 

 109


vergi toplayanlardan təmizlədi.  Əvvəllər kahinlər dini 

mərasimlərin həyata keçirilməsi üçün əhalidən cürbəcür vergi 

toplayırdılar: mərhumu dəfn etmək üçün onun ailəsindən 7 bardaq 

pivə, 420 kökə, bir paltar, bir çəpiş  və s. vergi alırdılar. 

Uruinimgina dini mərasim vergisini qaydaya saldı  və verginin 

miqdarını xeyli azaltdı. O, məmurların, kahinlərin, varlıların 

əhaliyə və yoxsullara qarşı özbaşına hərəkətlərini məhdudlaşdırdı. 

Hökmdar «yoxsul ananın» bağına girib məhsulu vergi əvəzinə 

özbaşına götürməyi qadağan etdi. İslahatda yoxsul və kimsəsizləri 

müdafiə edən ifadə  işlədilmişdi: «Güclü, qul və yetimləri qoy 

incitməsin». Bu ifadə sonrakı qanun külliyyatlarında da təkrar 

olunurdu.  

Umma  şəhər-dövlətinin yüksəlişi. Tədricən Umma şəhər-

dövləti güclənirdi. Umma sərhəd torpaqları üstündə Laqaş ilə 

uzun müddət ədavət aparmışdı. Umma hökmdarı Luqalzaqqesinin 

hakimiyyəti illərində (25 il hakimiyyətdə olmuşdur) Şumeri siyasi 

cəhətdən birləşdirmək cəhdi göstərildi. Luqalzaqqesi ilk növbədə 

Uruk  şəhərini özünə tabe etdi. Bundan sonra o, Laqaşı tutdu və 

Uruinimginanı hakimiyyətdən saldı, məbədləri qarət etdi. 

Mənbələr məlumat verirlər ki, Laqaşın süqut etməsində 

«Hökmdar Uruinimginanın heç bir təqsiri yoxdur». Sənədi tərtib 

edən  şəxs bununla Uruinimginanın islahatlarına bəraət 

qazandırırdı. Laqaş dövlətinin məhv olması Luqaizaqqesinin 

günahı kimi qələmə verilirdi. Mənbə qeyd edirdi ki, ölkənin məhv 

olmasında «Luqalzaqqesi, Umma hökmdarı  təqsirkardır. Qoy 

onun himayədarı ilahə Nidaba onu öz günahını daşımağa düçar 

etsin». 

Luqalzaqqesi Uruk şəhərini paytaxta çevirdi. O öz 

hakimiyyətini digər  Şumer  şəhərlərinə yaydı. Ur, Larsa, Nippur, 

Kiş tutuldu. Artıq bütün Şumer Luqalzaqqesinin hakimiyyəti 

altına keçdi. Cənubda o, «Aşağı dənizə» (Fars körfəzi) kimi gəlib 

çatdı.  Şimalda «Gün çıxandan gün batana» qədər olan ərazini 

(yəqin ki, şimalda Zaqroş dağları zonasından Aralıq dənizinə kimi 

uzanan ərazi nəzərdə tutulur) zəbt etdi. Bununla da Dəclə və Fərat 

çayları vasitəsilə «Yuxarı dənizə» yol açıldı. 

Akkad dövləti 




______________Milli Kitabxana_____________ 

 110


Akkad dövlətinin banisi Sarqon (e.ə. 2316-2261-ci illər) 

dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi olmuşdur. Sarqon 

(akkadca  Şarrumken) tərcümədə «həqiqi, qanuni hökmdar» 

deməkdir. Ehtimal edirlər ki, o, hakimiyyəti zorla ələ keçirmişdi. 

Sarqon mənşəyi etibarilə  aşağı sosial təbəqələrə  mənsub 

olmuşdur. Hələ qədimdə onun adı ilə bağlı əfsanələr yaranmışdı. 

Əfsanəyə görə o, Kiş hökmdarının sarayında nökər kimi 

işləmişdir. Nisbətən dəqiq məlumat Sarqonun öz yazısında  əks 

olunmuşdur: həmin mənbə qeyd edir ki, Sarqonun anası  rəiyyət 

təbəqəsindən idi. Sarqon atasını görməmiş,  əmisi isə dağ sakini 

olmuşdur. Anası onu gizli doğmuş, qamışdan hörülmüş  səbətə 

qoyub çaya atmışdır. Səbət suçu Akkinin bağına axmış, o, uşağı 

götürüb öz övladı kimi saxlamış  və ona bağban peşəsini 

öyrətmişdi.  İlahə  İştar nəvaziş göstərərək hakimiyyəti ona 

tapşırmışdı. Öz mənşəyi və hakimiyyətə  gəlməsi barədə Sarqon 

belə məlumat vermişdir. 

Akkadlı Sarqonun fəaliyyəti. Hakimiyyətə gəldikdən sonra Sarqon 

Akkad  şəhərini (Dəclə  və  Fərat çayları arasında) saldırdı  və onu 

paytaxt etdi. Akkad dövlətinin adı bu şəhərin adından 

götürülmüşdür. Sarqon dövləti möhkəmləndirmək üçün bir sıra 

tədbirlər həyata keçirmişdi. Mərkəzləşmiş vahid Şumer və Akkad 

dövləti bərqərar olduqdan sonra o, yeni kanallar çəkdirdi, 

Şumerdə ümumi suvarma sistemi yaratdı. Bütün dövlət üçün 

vahid ölçü və çəki sistemi müəyyənləşdirdi. Bunun nəticəsində su 

və quru ticarəti genişləndi, ölkədə əmtəə-pul münasibətləri inkişaf 

etdi. Ölkənin hərbi qüdrətini qaldırmaq üçün o, daimi ordu 

yaratdı. Ordunun yenidən təşkili bir sıra uğurlu müharibələrin 

aparılmasına imkan verdi. 

Akkadlı Sarqon nəinki bütün İkiçayarasını vahid dövlət 

şəklində birləşdirdi, eyni zamanda Ön Asiyanın yeganə 

hegemonuna çevrildi. 

Sarqonun nəvəsi Naram-Suenin (e.ə. 2236-2200-cü illər) 

hakimiyyəti illərində Akkad dövləti yenidən əvvəlki qüdrətə sahib 

oldu. Naram-Suen özünü «Akkadın allahı» adlandıran ilk 

hökmdar idi. O, işğalçılıq siyasətini davam etdirməyə başladı. 

Naram-Suen Akkad siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri 




______________Milli Kitabxana_____________ 

 111


özünə tabe etdi... O, Subartunu və qərbdə «Sidr meşələrinə» qədər 

ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-Suen Dəclə 

çayının  şərqində yerləşən Arman vilayətini, Fərat çayının 

qərbindəki Ebla və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi 

təsir dairəsinə saldı. «Yuxarı  dənizə» (Urmiyyə gölü) kimi ərazi 

tutuldu. 

Qudeanın (e.ə. 2133-2117) canişinliyi dövründə Laqaş daha 

da inkişaf tapır və bütün Şumeri idarə edirdi. Qudea Ur-Babanın 

yeznəsi kimi hakimiyyətə sahib olmuşdu.  Şumer canişinləri Ur 

şəhərindən tutmuş Nippura qədər onun hakimiyyətinə tabe idi. 

Qudea öz növbəsində kutilərin canişini hesab edilirdi. Kutilərin 

canişini olmasına baxmayaraq Qudea müstəqil siyasət yürütmək 

səlahiyyətinə malik idi. Mənbələr Qudeanı «xeyirxah və  ədalətli 

çoban», yaxud ensi adlandırırdı. O, luqal rütbəsini işlətmirdi. 

Qudea işğalçılıq müharibələri aparmırdı, ölkənin daxilində əmin-

amanlığı  və dini həyatı  təmin etməyə çalışırdı. Mənbələrin 

məlumatına görə, Qudeanın sayəsində «həlləm-qəlləm danışan 

təhlükəli qadın cadugərləri  şəhərdən çıxarıldı, heç kəs qayışla 

döyülmürdü, heç kəsi qamçılamırdılar, ana öz oğlunu döymürdü... 

Laqaş daxilində mülki iddiası olan adam heç kəsi and içməyə 

gətirmirdi, sələmçi azad adamın evinə girmirdi... Yeddi gün 

(məbədin açılmasına həsr edilmiş günlər) arpa üyüdülmədi, kəniz 

xanımla bərabərləşirdi, qul ağası ilə yanaşı addımladı... O, 

məbəddən rəqabəti uzaqlaşdırdı... varlı yetimi incitmədi, güclü dul 

qadını incitmədi...», «ağa döyüləsi qulun başına qapaz vurmadı, 

xanım günah işlətmiş  kənizə sillə vurmadı...» Bu mətndə 

Qudeanın siyasi tədbirləri əks olunmamışdır. Belə mətnlər təbliğat 

naminə tərtib olunurdu. Ola bilsin ki, məbəd açılışı zamanı yeddi 

gün  ərzində müvafiq ayinə uyğun olaraq qul və  ağalar məbəddə 

sosial baxımdan «bərabərləşirdilər». Qədim sənədlər göstərir ki, 

qullar istismar olunurdular, ağaları ilə eyni hüquqa malik 

deyildilər. Digər tərəfdən, Qudeanın canişinliyi dövründə Laqaşda 

və ümumiyyətlə,  Şumerdə müəyyən  əmin-amanlıq yaradılmışdı. 

Bunu təkcə Qudeanın adı ilə bağlamaq düzgün deyildir. Yəqin ki, 

məhz kutilərin hakimiyyəti  Şumerdə  əmin-amanlıq və dinc 

yaşayış şəraitini təmin etmişdi. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə