Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə28/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

______________Milli Kitabxana_____________ 

 103


Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr

müdriklik və elm hamisi idi. Mardukun mirzəsi olan Nabi atası 

üçün tale cədvəlləri hazırlayırdı. Nabunun simvolu yazı üçün 

qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula - müalicə 

ilahəsi idi. 

İkiçayarası  ərazisində yaşayan xalqlar elmlərin  əsasının 

yaranmasında mühüm rol oynamışlar. E.ə. II minillikdən 

başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər  əldə 

etmişdir. Bəzi tədqiqatçılar bunu təbabət deyil, magiya ilə 

əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri 

hesab olunmalıdır. Həmin dövrlərdən bizə gəlib çatan sənədlər bir 

ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin fəaliyyətindən 

söhbət açır. Hammurapinin qanunlar toplusunda elə maddələr 

vardır ki, onlar cərrahlığa həsr olunmuşdur. Orada hər əməliyyat 

üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu 

zərər üçün cərimə  və  cəza da nəzərdə tutulurdu. Müəllimlər 

haqqında da maraqlı fikirlər vardır. Riyaziyyat və digər elm 

sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə 

qədər gəlib çatmışdır. 

Babilistanlılar astronomiya və astrologiyanı yüksək 

qiymətləndirir, onların allahları isə  səma cisimlərini təcəssüm 

etdirirdilər. Məsələn, Sin və  Şamaşa Ay və Günəş, Marduka - 

Yupiter, Nerqala - Mars, İştara - Venera, Nabuya - Merkuri 

müvafiq gəlirdi. Çox vaxt astral simvollar, allahların simvolları 

allahların özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri 

sirli elmlərlə  məşğul olurdular. Buraya sayların manipulyasiyası 

da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda 

ifadə olunan allah Anu idi. Onun müqəddəs sayı (rəqəmi) 60 idi. 

Eni-50, Eya-40, Sin-30, sonralar baş allahlar sırasına daxil olmuş 

Mardukun rəqəmi ən aşağı - 10 idi. Adad özü 10 rəqəmi ilə ifadə 

olunurdu. 

Şumerlər, sonralar isə Babillər allahları insan surəti təsəvvür 

edirdilər. Onlara qeyri-adi ölçüdə, fövqəladə malik, hər nəfəs 

alanda ağızdan od püskürən qabiliyyəti cəhətlər aid edilirdi. 

Allahlar fövqəladə güc və qabiliyyətə malik olduqlarından onlara 

qarşı heç kim çıxa bilməzdi.  Şəkil də  və heykəllərdə allahlar 




______________Milli Kitabxana_____________ 

 104


başlarında tac, qiymətli paltarlarda ilahilik əlaməti olaraq baş 

geyimlərində iki, yaxud üç öküz buynuzu sancılmış halda təsvir 

olunurdular. Allahlar əllərində öz hakimiyyətinin simvolunu 

tuturdular. Marduk - üzük əsa, Eya - su allahı kimi su doldurulmuş 

qab tuturdu. Quldarlıq cəmiyyətinin ideologiyasında qədim 

xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər 

böyük rol oynamışdır. Din həmin dünyanın ümumi nəzəriyyəsi, 

məntiqi olmuşdur. Qədim Mesopotamiya dininin əsasında ilkin 

əkinçilik icmalarının qədim ilahəsinin kultları dururdu. Həmin 

dövr üçün totemizm, təbiətin yaradıcı qüvvələrinin 

ilahiləşdirilməsi səciyyəvi olmuşdur. 

Qədim Şərq və ayrıca götürülmüş Mesopotamiya dini üçün 

səciyyəvi olan cəhət politeizm - çoxallahlılıq olmuşdur.  Şumer 

dinində bu özünü daha aydın  şəkildə göstərir.  Şumer miflərinə 

görə, bütün allahlar ilkin okean ilahəsi Namuddan yaranmışdır. 

Bütün yerdə qalan allahlar Anu və Kinin nikahından meydana 

gəlmişdir. Sonrakı Semit dilli xalqlar - Akkadlar, Amoreylər, 

Xaldeylər və başqaları  Şumer dinlərindən çox şey götürmüşlər. 

Mesopotamiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət 

həyatı, axirət dünyası, ölüm və dirilmə haqqında olan miflər kiçik 

Asiya xalqlarının dini görüşlərinə  və Bibliya mifoloji 

ədəbiyyatının formalaşmasına  əhəmiyyətli dərəcədə  təsir 

göstərmişdir. 

Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar 

hökm sürürdü. Bəzi hökmdarlar qələbə çaldıqları ölkələrin 

allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri 

himayə etsinlər. Bəzən qalib xalq məğlub xalqın heykəl və 

bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən 

allah heykəllərini kömək üçün digər ölkələrə  də göndərirdilər. 

Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə  xəstələnmiş 

firona  İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. 

Allahları insan simasında təsəvvürünə  gətirən qədim insanlar 

onlara insani keyfiyyətləri də aid edirdilər. Allahlar ölməz olsalar 

da, hər halda onlar ölürdülər və onları  həyat suyu vasitəsilə 

diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da yeməyə, 

paltara ehtiyacı olduğunu göstərirdilər. Utnapişti və onun 




______________Milli Kitabxana_____________ 

 105


arvadından başqa bütün insanları  məhv edən dünya daşqınından 

sonra, birinci nəzir gətirilən kimi allahlar «milçək kimi 

acgözlüklə» yeməyə atılmışlar.  İnsanlar kimi onlar da dadlı 

yeməklər yemək, sərxoş olana qədər  şərab içmək xoşlayırdılar. 

Rahat stul və çarpayılardan istifadə edirdilər. Gecələr qulluqçular 

allahların heykəllərini soyundurub təmiz çarpayılara uzadıb 

gündüzlər isə yuyundurur, darayırdılar. Allahlar arasında 

dalaşmalar da olurdu ki, bunu da ali allah yoluna qoymalı idi. 

Paxıllıq, özündən müştəbehlik və s. kimi insan xasiyyətlərinə 

onlarda da təsadüf edilirdi. Onlar daima bir-birini aldatmağa, 

kələk gəlməyə çalışırdılar. Onlar heç də insan qüsurlarından azad 

deyildilər. 

Allahlar haqqında miflərin yaranması və geniş yayılmasında 

əsas rolu kahinlər oynamışdır. Keçmiş allahların adının, 

funksiyasının dəyişdirilməsində də onlar həlledici rol oynayırdılar. 

Xalq arasında qəhrəmanlar, yarımallahlar, iblislər dünyasına inam 

olduqca güclü idi. Qoca Babil torpağı öz qoynunda hələ çox sirləri 

gizlətmişdir.  Şumer mədəniyyətindən bizə  gəlib çatan kiçik 

nəğmə, ağı, dua və s. şeir parçaları  həcmcə az olduqlarına görə 

daha yaxşı mühafizə oluna bilmişdir.  

İkiçayarasının cənub hissəsi  Şumer, yaxud Şumer ölkəsi 

adlanırdı. Burada siyasi və iqtisadi cəhətdən mühüm mövqeyə 

malik olan şəhərlər meydana gəlmişdi. Cənubi  İkiçayarasında 

urbanizasiya prosesi erkən dövrdə baş vermişdi. Şəhərlər hökmdar 

iqamətgahlarının, ticarət məntəqələrinin və su mənbələrinin 

ətrafında meydana gəlirdi. Müdafiə  məqsədilə onların  ətrafına 

sədlər çəkilirdi.  İlk  əvvəl bunlar şəhər tipli yaşayış  məntəqələri 

idi. İqtisadiyyatın, ticarətin inkişafı şəhərlərin yaranmasına gətirib 

çıxarmışdı.  Şəhər mühüm ictimai təşkilata çevrilmişdi. Belə 

şəhərlərin cərgəsinə Uruk, Kiş, Eredu, Larsa, Ur, Laqaş, Umma, 

İsin, Sippar, Şuruppak, Nippur və başqaları daxil idi. Hər bir şəhər 

müstəqil dövlət idi. Şumerdə ilk dövlətlər  şəhər-dövləti kimi 

meydana gəlmişdi. Şumer əsatirlərinə görə, dövlət hakimiyyəti ilk 

dəfə Eredu şəhərində yaradılmışdı. Yazılı mənbə bunu belə ifadə 

edir: "Hökmdar hakimiyyəti göydən düşən zaman, Ereduda 

hakimiyyət vardı". Qaynaq bildirmək istəyir ki, ilk dövlət Eredu 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə