Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

duyğular dalınca qaçmaq qeyri-adi bir həyatdır; onun ağlına tez-tez təbiətinə 
tamam yad olan ideyalar gəlirdi və o, bu ideyaların məkrli əsiri olurdu; lakin o, bu 
ideyaların əsas mahiyyətini dərk edib maraqlarını doyuzdurandan  sonra onlardan 
elə bir soyuqqanlılıqla əl çəkirdi ki, bu, nəinki qızğın ehtirasla bir araya sığmır, 
hətta bəzi müasir psixoloqların təbirincə desək, çox vaxt ehtiraslar üçün zəruri 
şərait yaradırdı.  
Bir ara şəhərdə danışırdılar ki, o, Roma katolik kilsəsinə üzv olmaq istəyir; 
əlbəttə, Roma katolik kilsəsinin mərasimləri Dorianın həmişə xoşuna gəlirdi. 
İbadətə aid olan gündəlik qurban qədim dünyanın qurbanlarına baxanda daha real 
görünürdü; bunlar onu həyəcana gətirirdi, hisslərə nifrət hissi aşılayan dualar 
onun içini tərpədirdi; bu qurbanlar ibtidai insan təbiətinin elementlərini, qədim 
insan faciəsini pafosla göstərməklə onu dəhşətli dərəcədə narahat edirdi.   
Dorian kilsənin soyuq mərmər döşəməsi üstündə diz çökməyi sevirdi; o, atlaz 
bürüncəkli kilsə keşişinin ağ əlləri ilə yavaş-yavaş ianə qutusunun üstündəki 
örtüyü götürməsi səhnəsinə maraqla baxırdı; ya da görürdü ki, keşiş içi ağarmış 
şüşə fənərə bənzəyən ianə qutusunu (onun içində parıldayan daş-qaşlar olurdu) 
gətirdi; və bu zaman Dorian inanmaq istəyirdi ki, həqiqətən, bunlar mələklərin 
çörəyidir; ya da bəzən elə anlar olurdu ki, keşiş hövsələdən çıxıb coşur, sinəsinə 
döyür və öz günahlarına lənətlər yağdırırdı. Onu valeh edən buxurdandan qalxan 
tüstü olurdu; onlar iri, qızılı güllərə bənzəyirdi; buxurdanlar krujevalı və tünd-
qırmızı paltarlı, ciddi və təntənəli görkəmdə duran oğlan uşaqlarının əllərində 
yellənirdi. Kilsədən çıxarkən Dorian qara tövbə hücrəsinə də maraqla baxardı, 
bəzən isə onun tutqun kölgəsində oturub adamların köhnə taxta barmaqlıqlar 
arasından öz həyat həqiqətlərini necə pıçıltı ilə söyləmələrinə xeyli qulaq asardı.  
Lakin Dorian heç vaxt bu və ya digər ehkamların təsirinə uymurdu; başa düşürdü 
ki, əgər o, rəsmi surətdə bu və ya digər dini ehkam və məzhəbləri qəbul etsə, əqli 
inkişafına zərbə vurmuş olar; o, heç vaxt belə səhvlər etməzdi. O, daimi yaşadığı 
evini heç vaxt, sadəcə, mehmanxanaya yararlı olan və ay kiçiləndə, ulduzlar 
sönən vaxtı bir neçə gecəni və ya gecə saatını mehmanxanada keçirmək üçün 
yararlı olan bir ev kimi görmək istəmirdi. Bir vaxtlar o, mistika ilə maraqlanırdı; 
mistikanın sadə bir şeyi sirli və qeyri-adi vergi kimi göstərmək vəzifəsi ilə məşğul 
oldu; və həmişə də mistikanın paradokslarla müşayiət olunduğunu gördü.  Başqa 
bir vaxt o, alman darvinizminin materialist baxışlarına meyil göstərdi; və o, böyük 
həvəslə insanın fikir və ehtiraslarını yığıb beyinin boz maddəsinin hansısa 
qəfəsinə, yaxud  bədəndəki hansısa ağ sinir lifinə topladı və məmnuniyyətlə 
aşkarladı ki, insanın ruhi vəziyyəti tamamilə fiziki vəziyyətindən asılıdır; bu fiziki 
vəziyyət patoloji xəstə və ya sağlam, normal və ya qeyri-normal ola bilər. Lakin 
Dorian üçün həyat haqqında bütün nəzəriyyələr, elmi baxışlar həyatın özü ilə 
müqayisədə ona cılız və mənasız göründü; o, apaydın dərk etdi ki, təcrübə və 
reallıqla bağlı olmayan hər bir abstrakt nəticə faydasız və səmərəsizdir. O bilirdi 


ki, insanın hissi həyatı eynilə onun ruhi həyatı kimidir, açılmasını gözləyən 
müqəddəs sirləri var. 
O, müxtəlif qoxuları və qoxulu maddələrin hazırlanması sirlərini öyrənməyə 
başladı; ətirli yağları süzdü, Şərqdən gətirilmiş iyli qatranları yandırdı. Belə bir 
qənaətə gəldi ki, insanın hər hansı bir iç əhvali-ruhiyyəsi hansısa hissi 
qavrayışlarla bağlıdır və Dorian onlar arasındakı əsl əlaqələri özü üçün aşkar etdi; 
məsələn, nə üçün dini ayinlər zamanı yandırılan qatranın ətri insanları mistik 
əhvali-ruhiyyəyə kökləyir, boz ənbər isə onlarda ehtirası alovlandırır? Nə üçün 
bənövşənin ətri ölən sevgi barədə xatirələri oyadır? Nə üçün müşk beyini 
dumanlandırır, aloe isə, deyilənə görə, ruh düşkünlüyünü aparır? 
Dorianın həyatında elə dövr də oldu ki, o, özünü tamamilə musiqiyə həsr etdi; 
belə vaxtlarda evində, məhəccərli pəncərələri,  qızılı və al-qırmızı rənglərlə 
boyanmış tavanı, zeytun rəngli divarları olan uzun zalında qeyri-adi konsertlər 
təşkil edilirdi; zirək qaraçılar kiçik sitra1 ilə şən, ruhu oxşayan ara mahnıları çalır, 
başlarına şal bağlamış əzəmətli tunislilər isə simləri möhkəm tarım çəkilmiş iri 
musiqi aləti olan udu bir-bir götürüb ifa edir, zəncilər dişlərini qıcırdada-qıcırdada 
mis barabanlara monoton zərbələr endirir, əyinlərində sarıq və çalma olan arıq, 
nərmənazik hindular isə ayaqlarını qatlayıb qırmızı həsirlərin üstündə oturar, 
qəmiş və ya misdən düzəldilmiş uzun tütəklərini çalar, qabaqlarındakı zəhərli 
kobraları və buynuzlu eybəcər ilanları ovsunlayırdılar (bəlkə də, özlərini elə 
göstərirdilər ki, ilanları ovsunlaya bilirlər!). Bu barbar musiqi növlərinin kəskin 
keçidləri və tükürpədici qarışıq səsləri Dorianı həyəcana gətirirdi; belə anlarda 
ona nə Şubertin gözəl musiqisi, nə Şopenin klassik elegiyaları, nə də Bethovenin 
nəhəng simfoniyaları təsir edərdi. O, dünyanın bütün ölkələrinin musiqi alətlərini 
yığırdı, hətta ən qədim və nadir musiqi alətlərini də toplayırdı; hətta bunlardan 
bəzilərini qədim ölü xalqların qəbirlərindən, yaxud dünyada hələ də mövcud olan, 
Qərb sivilizasiyası ilə toqquşmalardan salamat çıxmış vəhşi qəbilə və tayfaların 
yaşadığı yerlərdən tapmaq olardı. Dorian bu alətlərin hər birinə toxunmağı, 
hərdənbir onları dınqıldatmağı xoşlayırdı. Onun çoxsaylı kolleksiyası arasında 
Rio Neqro hindularının çaldığı “Juruparis” adlanan alət vardı; bu alətə baxmağı 
qadınlara qadağan etmişdilər, hətta gənclərə də bu alətə baxmağı güclü olana və 
şallaq alana kimi icazə vermirdilər. Kolleksiyalar arasında Perunun gil səhəngləri, 
bardaqları da vardı; onlar cingiltili quş səsləri çıxarırdılar; burada nə vaxtsa Çilidə 
Alfonso de Ovallenin eşitdiyi insan sümüklərindən düzəldilmiş fleyta, Kusko 
yaxınlığında tapılmış oxuyan və adamın əsəblərini heyrətamiz dərəcədə 
sakitləşdirən yəşəm daşı da vardı. Dorianın kolleksiyaları arasında içinə xırda 
çınqıllar doldurulmuş əlvan balqabaqlar da görmək olardı; onları tərpədəndə 
gurultu qopurdu; uzun Meksika klarneti də vardı – musiqiçi onu üfürmürdü, ifa 
zamanı klarnetin özündən hava çəkirdi; Amazon tayfalarının işlətdiyi, hündür 
ağacların kəlləsində oturub gözətçilik edən növbətçi üçün saat siqnalı kimi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə