Riyaziyyat
2009
İstiqamət: Göstəricilərin analizi, ehtimal və statistika
Riy. X.13. Verilən məsələnin həlli üçün lazımi xassə və miqdar
göstəricilərini tapır
Nəticə əldə edilmişdir, əgər şagird:
Göstəricilərin toplanılma vasitələrindən (ölçmək, müşahidə etmək, verilən respondent
•
qrupunun hazır anket vasitəsilə sorğusu) istifadə edir
statistik eksperiment aparır (eləcə də təsadüfi) və göstəriciləri toplayır
•
göstəricilərin tarixi və müasir mənbələrini araşdırır və onlardan istifadə edir (məs., məlumat
•
kitabçası, internet, kataloq və s.)
Riy. X.14. Verilən məsələni münasib forma ilə həll etmək üçün xassə və
miqdar göstəricilərini qaydaya salır və təqdim edir
Nəticə əldə edilmişdir, əgər şagird:
qruplaşdırılmış miqdar və xassə göstərcilərinin təqdim edilməsinin münasib qrafik formasını
•
seçir, seçimini əsaslandırır və cədvəl/diaqram hazırlayır
eyni xassə və miqdar göstəriciləri üçün müxtəlif diaqramlar hazırlayır və müzakirə edir ki,
•
onlardan hər biri göstəricilərin nə qədər əhəmiyyətli aspektlərini təqdim edir və hər biri
hansı üstünlüyə malikdir
Göstəriciləri qruplaşdırır/düzür, qruplaşdırma/düzülüş prinsipi barədə müzakirə edir
•
Riy. X.15. Ehtimal modelinin vasitəsilə təsadüfiliyi təsvir edir
Nəticə əldə edilmişdir, əgər şagird:
təsadüfi eksperiment hadisələrinin elementar hadisə məkanını təsvir edir, hadisələrin
•
ehtimallarını hesablamaq üçün variantların hesablama üsullarından istifadə edir (məs.,
ağacabənzər diaqram vasitəsilə)
təsadüfilik yaradan hər hansı bir qurğu ilə təsadüfi eksperimenti həyata keçirir və hadisələrin
•
ehtimalını eksperiment göstəriciləri əsasında (nisbi tezlik vasitəsilə) qiymətləndirir, nəzəri
(gözlənilən) nəticələr və empirik (eksperimental) nəticələr arasında fərqi müzakirə edir
verilən tamamlanmış ehtimal məkanı üçün təsadüfiliyə səbəb olan qurğunu yaradır, hansının
•
ehtimal modelini həmin məkan təqdim edir və həmin qurğununu dizaynını əsaslandırır
Riy. X. - 8
Riyaziyyat
2009
Riy. X.16. Gündəlik vəziyyətdə statistikadan və ehtimal anlayışlarından/
nəzərlərindən istifadə edir
Nəticə əldə edilmişdir, əgər şagird:
təcrübəsi olduğu statistik vəziyyətləri müzakirə edir (məs.,
•
əhalinin qeydiyyata alınması,
seçkilər, ictimai rəy sorğusu); dərc olunmuş faktlar/göstəricilərdən istifadə edir və verilən
problemi müzakirə edir (məs., ekoloji məsələlər haqqında)
sığortada, sosioloji sorğuda, demoqrafiyada ehtimal modelinin istifadəsini müzakirə edir
•
təbiətşünaslıq və təbabətdə (məs.,
•
fizikada, genetikada mikro və makro hissəciklər) ehtimal-
statistik modellərin istifadə misallarını gətirir, təsadüfilik mexanizminin hərəkəti vasitəsilə
hadisələri izah edir
Məzmun
Göstəricilərin mənbələri və göstəricilərin elmdə (təbiətşünaslıq, humanitar, sosial, texniki
1.
elmlər), istehsalatda, idarəçilikdə, iqtisadiyyatda, təhsildə, idmanda, tibbdə, xidmət və kənd
təsərrüfatında əldə edilmə üsulları;
müşahidə, eksperiment, hazır anketlər
Göstəricilərin təsnifatı və təşkili: xassə və miqdar göstəriciləri; göstəricilərin artma\azalma
2.
və ya leksikoqrafik metodla düzülüşü
Göstəricilər birliyinin miqdar və xassə əlamətləri: birlikdə göstəricilərin miqdarı, mövqeyi
3.
və ardıcıllığı; göstəricilərin tezliyi və nisbi tezliyi
Göstəricilərin təqdimat vasitələri xassə və miqdar göstəriciləri üçün (eləcə də qruplaşdırılmış
4.
göstəricilər üçün): siyahı, cədvəl; piktoqrama; diaqramların müxtəlif növləri (nöqtəli, damalı,
xətli, sütunlu, dairəvi)
Yekun ədədi xarakterlər xassə və qruplaşdırılmış miqdar göstəriciləri üçün: mərkəzi
5.
tendensiya ölçüləri (orta, moda, mediana); göstəricilərin dağınıqlıq ölçüləri (dağıntı
diapozonu, orta kvadrat əyrisi)
Ehtimal: təsadüfi eksperiment, elementar hadisələr məkanı (tamamlanmış məkan halında);
6.
təsadüfiliyə səbəb olan qurğular (dəmir pul, oyun zərləri, ruletka, urna); hadisənin ehtimalı,
variantların hesablama üsullarından istifadə etməklə ehtimalların hesablanması
Nisbi tezlik və ehtimallar arasında əlaqə
7.
Riy. X. - 9