“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
65
mövcud deyil. Tənzimləyicinin əsas diqqəti iş yerində yaranmış 85 dB(A) desibel səs səviyyəsinə uyğun
gələn səs-küyə yönəldilir. Səs səviyyəsi həmin göstəricidən çox olduğu təqdirdə, təsirin azaldılması
istiqamətində tədbirlərin görülməsi nəzərə alınmalıdır.
İstehsal müəssisələrində səs-küyün ətraf mühitə təsiri Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ƏMTQ
üzrə ümumi təlimatlarında dərc olunan ətraf mühitə səs-küyün təsirinə dair standartlara istinad şəklində
istifadə edilir. Həmin standartlar yaşayış ərazisi və sənaye sahəsi kimi iki əsas ərazi üzrə istifadə olunan
kateqoriyalar üzrə fərqləndirilir. BMK standartları Cədvəl 5.16-da öz əksini tapır.
5.10.
Sosial-iqtisadi vəziyyət
Bu bölmədə layihə sahəsinin demoqrafik, sosial və iqtisadi xüsusiyyətlərinə dair milli konteksdə məlumatlar
verilir. İlkin vəziyyətə dair məlumat layihənin sosial-iqtisadi təsirin qiymətləndirilməsi və gələcəkdə
yumşaldıcı tədbirlərin effektivliyini müəyyən etmək üçün müqayisədə istifadə olunacaqdır. Bölmədə NEZ
yerləşən rayonun əsas sosial-iqtisadi göstəricilərinin xülasəsi, yaşayış məntəqələrində sosial-iqtisadi
vəziyyət, burada məskunlaşan əhali ilə aparılan məsləhətləşmələr, yerli icra və bələdiyyə orqanları ilə
aparılan görüşlərin nəticələri və təhlil edilmiş statistik məlumatlar əsasındakı qiymətləndirmələr verilmişdir.
Zavodunun Xəzər dənizi regionunda ən böyük zavodlardan biri olmasını və onun həm regionda, həm də
milli çərçivədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq ölkə daxili və regional qiymətləndirmələrin də
nəticələri bu bölmədə təhlil edilmişdir.
5.11.
Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren
hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca
istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid
və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar.
Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq
davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq,
ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük
nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan
müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı
ilə yeni bir modeli -
Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə
birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi,
həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda
beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək
qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi
siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu,
iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması
istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları
cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin
səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha
da artmışdır.
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
66
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı
iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun
ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm
istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr
ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq
qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma
və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni
çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və
özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın
formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış
uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının
səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ
xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial
rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün
dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər
üçün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir
sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.
Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə
artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri
6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi
isə 5,2 faizə qədər azalmışdır.
Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi
6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83,
məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində
güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-
2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə,
dövlət büdcəsinin xərcləri
13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi
üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan
dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan öz
müsbət mövqeyini qoruyub saxlamışdır. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi
tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.
Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir.
2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1
milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 4696.3 manat (5887.9 ABŞ dolları) təşkil
etmişdir.
5.12.
Nizami rayonunun sosial-iqtisadi vəziyyəti
“H.Əliyev adına NEZ” Bakı ş. Nizami rayonunda yerləşir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını
daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir.