Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 
59
 
əsərlər kimi tanınmış tarixçi ailmlərdən S.Əliyarovun, 
C.Həsənovun, M.Əliyevin, B.Nəcəfovun,N.Nəsibza-
dənin, A.Balayevin, N.Yaqublunun, V.Çıraqzadənin, 
N.Cəfərovun, H.Hacıyevin, T.Nəsirovun, V.Sultano-
vun monoqrafik təqdiqatlarının və  məqalələrinin adı 
çəkilir və onların hər biri ayrılıqda yaxşı və pis cəhət-
ləri göstərilməklə təhlil edilir. 
Bundan başqa milli hərəkat tariximizin öyrənil-
məsində Azərbaycan mühacidlərindən M.Ə.Rəsulzadə-
nin, M.B.Məmmədzadənin,  Ə.Cəfəroğlunun,  Ş.Rüs-
təmbəylinin, H.Baykaranın, M.Mehdiyevin və başqala-
rının əsərlərinin də əhəmiyyəti qeyd olunur. 
Azərbaycanın milli hərəkatının tədqiqi baxım-
ından həmin dövrün qaranlıq məqamlarının daha ət-
raflı  işıqlandırılmasında müəllif Avropa, Amerika və 
türk alimlərinin də bu sahədəki elmi-nəzəri fəaliyyət-
lərini uğurla təhlil edir.  
Azərbaycanda milli hərəkatın 50 ilə yaxın bir 
dövrünü özündə əks etdirən bu əsərin Azərbaycan ta-
rixşünaslığında özünə  məxsus yeri olmaqla ilk dəfə 
bu  əsərdə  məhz X.Məmmədov çox çətin, mürəkkəb 
və  gərgin inkişaf yolu keçmiş milli hərəkatın inkişaf 
dövrünü 3 mərhələyə ayırmışdır: Birinci mərhələ: 
1875-1905-ci illər.-Milli hərəkatın oyanış dövrü, ikin-
ci mərhələ: 1905-1914-cü illər.- Milli hərəkatın yük 


 
60
səliş dövrü, üçüncü mərhələ: 1914-1918-ci illər.- Mil-
li hərəkatın təkamül dövrü. 
Müəllifin özünün qeyd etdiyi kimi əslində bu 
bölgü  şərti səciyyə daşıyır. O, bundan əvvəl yazdığı 
əsərlərdə  də  dəfələrlə göstərmişdir ki, «Azərbaycan 
milli hərəkatı XIX yüzilliyin son rübündən başlayaraq 
davam edir və dönməz sistemli tarixi bir prosesdir». 
Əslində bu dövrü (1975-1918-ci illər) əvvəlki və son-
rakı tarixi proseslərdən təcrid etmək, müstəqil zaman 
kəsiyində  dəyərləndirmək mümkün deyil. Ona görə 
də müəllifin fikrincə tədqiqat işində Azərbaycan
 milli 
hərəkatı ümümi Azərbaycan tarixinin inkişaf 
kontekstində qiymətləndirilməlidir.     
Milli hərəkatın 3-cü mərhələsinin inkişafı 
müəllif tərəfindən belə yekunlaşdırılır: «Maarif-
çilik,-sosial-demokratçılıq-islamçılıq-türkçülük-
istiqlalçılıq». Məhz bu təkamülün nəticəsi olaraq 
1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq 
Cümhuriyyəti elan edildi ki, bu da Azərbaycan 
xalqının uzunmüddətli istiqlal mübarizəsinin 
məntiqi nəticəsi və müstəqillik ideyalarının həqi-
qətə çevrilməsi idi. 
Tarixi gerçəkliyi dərin, mükəmməl və mü-
vafiq müqayisəli təhlil və paralellərlə izah edən 
müəllif  əsərin sonunda 9 bənddən ibarət nəticə 
verir və bu nəticələr əsasında öz fikirlərini ümu-
miləşdirərək bildirir ki, Azərbaycan milli 
hərəkatı 


 
61
davamlı, ardıcıl səciyyə daşımış, bu prosesdə  ləngi-
mələr olsa da, dinamika davam etmiş  və  nəticədə 
Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə yaranmış 
tarixi şəraitdən istifadə edərək öz müstəqilliyini ikinci 
dəfə elan etmişdir.  
Indiki müstəqil Azərbaycan Respublikasının 
beşiyi başında duran milli istiqlal hərəkatı olsa da, la-
kin XX yüzilliyin sonlarında bu dövlətin memarı  və 
yaradıcısı, ümummilli liderimiz Heydər  Əliyev ol-
muşdur. Onun tarixin sınağından çıxmış uzunömürlü 
siyasətinin nəticəsində Azərbaycan Respublikası son 
illərdəki inkişafında, çox qısa bir zaman ərzində əsrlə-
ri qabaqlamış və Cənubi Qafqazın lider dövlətinə çev-
rilmişdir. 
Başqa əsərlərində olduğu kimi, müəllif bu əsər-
də  də çoxsaylı arxiv sənədlərindən, tarixi fakt və 
müxtəlif dillərdə olan mənbələrdən geniş və ətraflı is-
tifadə etmişdir. 
 Professor X.Məmmədov 1999-cu ildə iki kitab 
nəşr etdirmişdir. Həmin kitablardan biri «Aydınları-
mızın istiqlal mücadiləsi» adlanır. Azərbaycanın gör-
kəmli tarixçi alimlərinin müsbət rəyləri və redaktorlu-
ğu ilə nəşr olunmuş bu kitabda müəllif əsasən tarixi-
mizin aşağıdakı məsələlərinə aydınlıq gətirmişdir: 
-Təhkimçilik hüququnun süqutu və onun nəti-
cələri, islamçılıq və türkçülük cərəyanlarının aydınla-
rımıza təsiri, türkçülük, islamçılıq, avropalaşmaq,  


 
62
«Bu qafa ancaq türkdə ola bilər» (M.K.Atatürk), «Bir 
kərə yüksələn bayraq bir daha enməz (M.Ə.Rəsulza-
də), böyük bəstəkar, görkəmli ictimai siyasi xadim 
Ü.Hacıbəylinin bu istiqаmətdəki ictimai-siyasi fəa-
lilyyətlərindən bəhs olunur. 
Müəllif  əsərə «ön» və «son» sözlər yazmış, 
həmçinin 200-ə yaxın elmi ədəbiyyatdan və çoxsaylı 
arxiv materiallarından ilk dəfə olaraq milli tarixşünaslı-
ğımızda geniş istifadə etmişdir. Kitaba yazılmış anno-
tasiyada müəllif tərəfindən qarşıya qoyulmuş  məqsəd 
belə səciyyələndirilmişdir: 
«Oxuculara təqdim olunan bu əsərdə Azərbay-
can xalqının milli azadlıq mübarizəsində görkəmli rol 
oynayan, maarifçilik hərakatında, milli demokratik 
fikrin formalaşmasında, istiqlal mücadiləsinin ümumi 
məcraya yönəldilməsində  və gerçəkliyə çevrilməsin-
də, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasın-
da əvəzsiz tarixi xidmətləri olan aydınlarımızın həyat 
və fəaliyyəti tədqiq edilmişdir.» 
Həqiqətən də əsərin ayrı-ayrı fəsillərində bu in-
sanlar haqda daha ətraflı məlumatlarla oxucular tanış 
edilir. Bunlardan müəllifin milli istiqlal hərakatında 
birinci nəsil adlandırdığı XIX yüzilliyin 40-cı illərin-
də geniş şöhrət tapmış, milli ziyalılardan A.A.Bakıxa-
nov, M.Ş.Vazeh, I.B.Qutqaşınlı, Q.B.Zakir, onlardan 
sonra yetişmiş  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə