Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
104
bu təriqətlər çox önəmli yerə sahib olmuşlar. Məsələn, Şah İsmayıl Xətainin şiəliyi 
ön plana çəkərək dövlət səviyyəsinə qaldırması buna bariz nümunədir. 
İslamın  ilk  illərindən  sufilik  Azərbaycanda  mövcud  olmuşdur.  İstər  şifahi, 
istərsə də yazılı ədəbiyyatda təsəvvüf özünəməxsus yerlərdən ini tutur. Şifahi xalq 
ədəbiyyatının  ən  qədim  nümunəsi  olan  “Dədə  Qorqud  kitabı”nda  Burla  xatunun 
Salur Qazana söylədiyi: 
Quru-quru çaylara su saldım, 
Qara donlu dərvişlərə nəzir verdim – 
misraları ən qədim ədəbi mətnlərimizdə sufi dərvişlərdən bəhs edildiyini göstərir. 
Yaxud böyük sufi şairi və dərviş olan Şəms Təbrizi yazır: “Elm üç şeydir: zikr edən 
dil, şükr edən ürək, səbr edən bədən”. Və yaxud da Azərbaycanın hər  yerində rast 
gəlinən  minlərlə  pirlər,  ziyarətgahlar  vardır  ki,  bunlar  da  Azərbaycanda  islamın 
inkişafında sufilərin mövqeyini göstərir. Bu gün də Azərbaycanın çox bölgələrində 
pir sahibinə, seyidlərə xüsusi diqqət və hörmət göstərilir (Şəhriyar, 2007). 
 sıra  din,  dini-fəlsəfi  görüş  və  inanc  sistеmləri  ilə  təsəvvüfi  görüşlər  arasında 
ortaq nöqtələr tapmaq mümkündür. Şamanizm, zərdüştilik, buddizm, brahmanizm, 
qədim  yəhudi  mistikası  olan  qabalizm,  qədim  yunan  fəlsəfəsi  platonizm  və 
nеoplatonizm, xristianlıq və başqa dini və fəlsəfi cərəyanlar xarakter və quruluşları 
etibarı  ilə  təsəvvüflə,  təsəvvüfi  cərəyanlarla  bənzərdilər  desək,  yanılmarıq. 
Maraqlısı odur ki, bunlar arasında eyni nöqtələr tapmaq da mümkündür. Məsələn, 
şamanizmdə  ruhlarla  danışmaq,  ruhların  işıqla  yerə  enməsi  və  yеnidən  öz 
bədənlərinə  qovuşması  (Göyüşov,  2004:  49-68),  zərdüştilikdə  xeyirlə  şərin 
qarşılaşması və mübarizəsi, hind mistikasında nəfislə mücadilə və ondan qurtuluş, 
brahmanizmdə batini təmizliklə Yaradana qovuşmaq, yəhudi mistikasında Allahla 
ünsiyyət,  platonizmdə  varlığın  təkliyi,  yalnız  Allahdan  ibarət  olması  (Babayev, 
2007:  10),  xristianlıqda  zahidlik  və  s.  bu  kimi  dini-fəlsəfi  cərəyanlarda  təsəvvüfi 
görüşlər açıq şəkildə özünü göstərməktdədir. 
Qeyd  edək  ki,  Azərbaycanda  islam  dini  VIII  əsrdən  sonra,  təsəvvüf  X  əsrdə, 
təriqətlər  isə  XII  əsrdə  yaranmış  və  təşəkkül  tapmışdır.  Təsəvvüfün  yarandığı  və 
formalaşdığı  dövrdə  məşhur  azərbaycanlı  sufi  alimlər  yaşamışdır.  Onların  böyük 
əksəriyyəti  coğrafi  ərazi  olaraq  bugünkü  Güney  Azərbaycan  ərazisində  doğul-
muşlar. Onlardan Əbu Hüseyn Dündari-Şirazi, Hüseyn ibn Yezdinyar, Əbu Həsən, 
Əbu Zura, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əli ibn Məhəmməd ibn Əbdullab 
Bakuvi, Hüseyn Şirvani, Əbu Abbas Əhməd, Əxi Fərəc Zəncani, Baba Fərəc, Xacə 
Məhəmməd  Xoşnam,  Hüseyn  Mərəndi,  İbrahim  Təbrizi,  Əbülfərəc  Əbül-Vahid 
Varsani,  Səid  Bərdeyi,  Əbdülqahir  Suhrəvərdi  və  başqalarının  adlarını  çəkmək 
olar. 
Qeyd  etdiyimiz  kimi,  XII  əsr  Azərbaycanda  təsəvvüfi  təriqətlərin  başlanğıc 
dövrüdür. Bu dövrdə yaranan təriqətlər arasında azərbaycanlı sufilərin əsasını qoy-
duqları təriqətlər xüsusilə diqqəti cəlb edir. Demək olar ki, Azərbaycan bu dövrdən 
etibarən  təriqətlər  mərkəzinə  çevrilmişdir.  təsəvvüf  hərəkatı  olan  əxilik,  təriqət-
lərdən sührəverdilik, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik və xəlvətiliyin qolları 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
105
olan rövşanilik və gülşənilik təriqətləri Azərbaycanda yaranmış və buradan bütün 
İslam aləminə yayılmışdır. 
Bundan  başqa,  Azərbaycanda  başqa  təriqətlərin  də  təmsilçiləri  var  idi.  Qə-
ləndərilik, bektaşilik, mövləvilik, nemətullahilik, məlamətilik və başqaları. Övliya 
Çələbi XVI əsrdə Azərbaycan ərazisində sufi və təkkələrin olması ilə bağlı məlu-
mat  vermişdir.  Onlardan  Şeyx  İbrahim  Şirvani,  Mərəzədə  Diri  Baba,  Şeyx  Rza 
Sultan, Əfşar Baba ziyarətgahı və s. adlarını çəkmək olar. Məhəmmədəli Tərbiyyət 
də  “Danişməndani-Azərbaycan”  əsərində  təxminən  100  sufi  haqqında  məlumat 
vermişdir (Tərbiyyət, 1995).  
Xәlvәtilik  –  İslamda  ən  geniş  yayılmış  sufi  təriqətlərindən  i  xəlvətilikdir.  X 
əsrdə  yaranan  xəlvətilik  sufi  təriqətinin  təməli  İbrahim  Gilani  və  Ömər  Xəlvəti 
tərəfındən  qoyulmuşdur.  Bu  təriqətin  qurucuları  azərbaycanlı  idi.  O  dövrdə  baş 
vermiş ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq zəifləyən təriqət Seyid Yəhya Ba-
kuvi tərəfindən XV əsrdən etibarən yenidən quruldu və bu dəfə təriqət artıq ədəbi, 
fəlsəfi, sosial və siyasi gücə sahib oldu. 
Seyid Yəhya Bakuvi hər tərəfə mürşidlər göndərərək xəlvətiliyi məhəlli təriqət 
olmaqdan  çıxarıb,  demək  olar  ki,  bütün  Şərq  ölkələrinə  yaymışdır.  Xəlvətilik 
Azərbaycanın  hər  tərəfınə,  xüsusilə  Şamaxı,  Bakı  və  Təbrizə,  İrana  və  Osmanlı 
dövlətlərinə də yayılmışdır. Balkan yarımadasında, Orta Asiyada, Quzey Afrikada, 
Qafqazda və Anadoluda ən böyük təriqət olan xəlvətiliyin təxminən 20 qolu, yüz-
lərlə təkkəsi və yüz minlərlə müridi vardı. Daha sonralar qol və bölmələrinin sayı 
qırxdan çox olmuşdur. 
Sührәvәrdilik vә ya işraqilik – Bu təriqət Azərbaycan təsəvvüf məktəbinə aid 
olan və dünyada ən geniş yayılmış sufi təriqətlərindən idir. Təriqətin banisi Şeyx 
Məqtul  və  Şeyx  İşraq  ləqəbləri  ilə  tanınan  Şəhabəddin  Ömər  Sührəvərdidir.  O, 
1154-cü ildə Güney Azərbaycanın Sührəvərd kəndində anadan olmuş, 1191-ci ildə 
vəfat  etmişdir.  O,  fiqh,  fazil,  sufi,  inanc  sahibi,  zahid,  arif,  həqiqət  elmində  za-
manının ən tanınmış şeyxlərindən i idi. 
Şəhabəddin Sührəvərdi çox mürşid yetişdirmişdir. Eyni zamanda o, təsəvvüf və 
təriqətlə  bağlı  çox  əsərlərin  də  müəllifidir.  Onun  əsərləri  bu  dövrün  ilk  ədəbi  və 
təsəvvüfi  əsərləridir.  “İlamül-Xuda  və  əqidət  ərbabüt-Tüqa”,  “Nüğbətül-Bəyan  fi 
təfsirül-Quran”,  “Risalə  fi  lübsül-Hirqa”,  “İrşadül-Müridin  və  nicatüt-Talibin”, 
“Risalə  fit-Təsəvvüf  ”,  “Sünuhül-Fütuh  bi  zikrür-Ruh”,  “Qayətül-İmkan  fil-
Kəlam”,  “Nemətül-Fiqh”,  “Əs-Seyr  vət-Teyr”  adlı  əsərlər  müəllifin  ən  məşhur 
əsərlərindəndir. 
Şəhabəddin  Sührəvərdinin  onlarla  əsərinin  müxtəlif  zamanlarda  surəti  çıxa-
rılmış, təxminən 100 əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazma 
vəqflərində  mühafizə  olunur.  Onların  qismi  Azəbaycan  Milli  Elmlər  Akademi-
yasının  Əlyazmalar  İnstitutunda,  Sankt-Peterburqda  Şərqşünaslıq  İnstitutunda, 
Türkiyədə  Sultan  Fateh,  Yusif  Ağa,  Əsəd  Əfəndi,  Saray  III  Əhməd,  Raqib,  Rza 
Paşa, Aşir, Cərullah, Ayasofiya muzeyi,  İstanbul Universiteti, Laləli, Nuri-Osma-
niyə, Əmniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astanqüds Rzəvi, Səltənət, 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə