Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
106
Milli  Şura  Məclisi,  Tehran  Universiteti,  Sepehsalar  Ali  mədrəsəsi,  Firdovsi Milli 
kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Hidiviyyə, Darül-Kütub, Bələdiyyə 
kitabxanalarında,  İraqda  Bağdad Universiteti Kitabxanasında,  Hindistanda  Banki-
pur Kitabxanasında, İngiltərədə Britaniya Muzeyi Kitabxanasında və Fransada Pa-
ris Milli Kitabxanalarında mühafizə olunur. 
Bәktaşilik  –  Bəktaşilik  türk  sufisi  xorasanlı  Hacı  Bəktaşi  Vəlinin  adı  ilə 
bağlıdır. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, 
Kiçik Asiyaya mühacirət edib. Hacı Bəktaşinin öz ruhani silsiləsini Əhməd Yəsə-
vidən  götürdüyü  və  onun  vasitəsilə  imam  Museyi-Kazıma  çıxdığı  deyilir.  Hacı 
Bəktaşinin  əsərləri  qalmadığından  onun  təlimi  haqda  əsaslı  fikir  yürütmək  çox 
çətindir. Mənbələrdə Hacı Bəktaşi Vəlinin ərəb dilində “Məqalət” adlı əsərin müəl-
lifi olduğu iddia edilir. Amma bu əsərin orijinalı qalmayıb. zamanlar Hacı Vəlinin 
qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar bəktaşilikdə dərin izlər 
buraxıb.  Qələndəriyyələr  hinduist  və  buddist  ənənələrindən  təsirlənən  və  adətən 
sədəqə  toplamaqla  dolanan  dərvişlər  idi.  Ən  zəruri  şəxsi  əşyalardan  savayı  heç 
əmlaka  sahib  olmazdılar.  Sərgərdan  həyat  tərzi  sürən  qələndərlər  nigahsız  yaşa-
yırdılar.  Qələndərlərin  qisminin  çox  ekzotik  görünüşü  vardı:  onlar  başlarını, 
üzlərini,  bığ,  saqqal,  hətta  qaşlarını  da  tərtəmiz  qırxır,  qısa  xirqə  geyinirdilər. 
Başlarına konusşəkilli papaq qoyur, üstlərində isə ağır dəmir bəzəklər – boyunbağı, 
üzük, bilərzik və s. gəzdirirdilər. Onların həyat tərzi çox sadə idi. Bahalı olan bütün 
şeylərə nifrət edir, həmişə gülərüzlü olur, daim səfərlərdə dolanardılar. 
Bəktaşilik  1450-ci  ildən  sonra  hürufiliyin  güclü  təsirinə  məruz  qalmağa 
başlayır. Teymurilər tərəfindən təqib olunan Fəzlullah Nəiminin edamından sonra 
hürufilərin  böyük  hissəsi  Anadoluya  keçir.  İmadəddin  Nəsimi  Anadoluda  Hacı 
Bəktaşi Vəli ilə görüşmək istəmiş, amma ikincinin ehtiyat etməsi üzündən bu görüş 
baş tutmur. Anadoluda da təqib olunan hürufilər buradakı qələndəri təkkələrinə üz 
tuturlar.  Nəticədə,  onlarla  qaynayıb-qarışdılar,  bəktaşilikdən  dəstək  aldılar,  onun 
içində  söz  sahibi  oldular  və  Fəzlullah  Nəimini  də  bəktaşiliyin  digər  övliyaları  ilə 
likdə  müqəddəsləşdirdilər.  Hürufiliyin  ardından  səfəviyyə  də  Anadolu  ərazisinə 
nüfuz etməyə başladı və buna, demək olar ki, nail oldu.  
Bəktaşilik özünə dəstəyi kənd əhli içərisində tapmışdı. O, inkişaf etdikcə çoxlu 
icma  və  məbədləri  əhatə  etməklə  ciddi  ierarxiya  qaydaları  olan  təriqətə  çevrildi. 
Özünün xüsusi mərasimləri və ayinləri, rəmzləri və paltarı olan bu təriqət sürətlə 
gücləndi. Təriqətin ən ciddi təşkilatlanma dövrü Bəlim Sultanın (1516-cı ildə ölüb) 
adı ilə başlayır. Bəlim Sultan özünü Hacı Bəktaşi Vəlinin varisi elan etmişdi. Onun 
apardığı islahatlar təriqətin nüfuzunu daha da artırdı. 
Bəktaşilikdə islamdan əvvəlki türk inanclarından olan şamanizm, buddizm və 
s. dinlərdən sıra ritual və ayinlərə aid elementlər müşahidə olunur. Qeyd edək ki, 
bəktaşilər  getdikləri  yerlərdə  yerli  əhalini  asanlıqla  islamlaşdırır,  onlara  hörmətlə 
yanaşaraq  öz  təriqətlərini  təbliğ  edirdilər.  Burada  məhərrəmlik  mərasimi  də 
özünəməxsus şəkildə qeyd olunur. Sazın müşayiəti ilə ilahilər oxunur. Onlar Həzrət 
Əlini yüksək tutur, şiə bayram və ayinlərini icra edirlər. Müsəlmanlığı qəbul edən 
xristianlar da çox vaxt bəktaşiliyə üz tuturlar. 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
107
Hacı  Bəktaşın  özü  böyük  mütəsəvvif  idi.  Başına  dördkünc  tac  qoyurdu. 
Bəktaşilikdə  bu,  təsəvvüfün  dörd  qapısı  –  şəriət,  təriqət,  mərifət  və  həqiqət  kimi 
qəbul olunmuşdu. Təriqətin maliyyə işləri vəqflər vasitəsi ilə həyata keçirilirdi.  
Əxilik  –  İslamda  sufi  təriqətlərindən  idir.  İran,  Azərbaycan,  Orta  Asiya  və 
Anadoluda  yayılan  bu  sufi  cərəyanı  İslam  ölkələrində  geniş  yayılmışdır.  Bu 
təriqətin qurucusu Əxi Əvrən adı ilə məşhur olan azərbaycanlı sufi alim Şeyx Nəs-
rəddin Mahmud əl-Xoyidir. O, getdiyi hər yerdə insanları təşkilatlandırırdı. Belə-
liklə,  Əxi  Əvrən,  Anadolu  şəhərlərini  gəzərək  Əxi  təşkilatlarını  qurmuş,  bütün 
Anadolu əxilərinin şeyxi qəbul edilmişdir. Əxi Əvrən təsəvvüf fəlsəfəsi və ədəbiy-
yatı  ilə  bağlı  sıra  əsərlərin  müəllifidir.  Bunlardan  ən  məşhuru  “Mətaliul-İman”, 
“Mənahici-seyfi”,  “Təfsiratül-Mübtedi”,  “Təzkirətül-Müntəhi”,  “Yezdani-şinahi”, 
“Müridül-Kiyafə”, “Ağaz-u əncamp”, “Medhi-fakru zəmmi-dünya”, “Risaleyi ərz”, 
“Mukatəbat beynə Sadrud-Din Konyəvi”, “Cihadnamə” əsərləridir.  
Əxilik  Azərbaycanda  XIII–XV  əsrlərdə  daha  geniş  yayılmışdır.  Burada  Əxi 
Əbülfərəc Zəncani (?–1062\1065), Sadəddin Əbülqasım Təbrizi (?–1181) və yüz-
lərlə məşhur əxi şeyxləri vardı. 
Zahidilik – Bu təriqətin banisi məşhur sufi alimi Seyid Cəmaləddin Təbrizinin 
xəlifəsi İbrahim Gilanidir. Şeyx İbrahim Zahid çox xəlifə və dərviş yetişdirmişdir. 
Onlardan ən məşhurları Şeyx Səfiəddin Ərdəbili, şirvanlı Şeyx Əxi Yusuf, gəncəli 
Şeyx  Pir  Hikmət  və  Şeyx  Əxi  Məhəmməddir.  Onun  ölüm  tarixi  ilə  bağlı 
tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. Onun xələfi və kürəkəni olan Səfiəddin 
Ərdəbili onun təriqətini qəbul etdikdən sonra o, 25 il yaşadığı haqda məlumat var. 
Səfiəddin Ərdəbilinin 1334-cü ildə vəfat etdiyini düşünsək, onda İbrahim Zahidin 
təxminən 1309-cu ildə vəfat etdiyini söyləyə bilərik. O, Azərbaycanda Lənkəranın 
Şıxakəran kəndində dəfn edilmişdir. Azərbaycan sovetlər liyinin tərkibində olduğu 
illərdə  Şeyxin  məzarı  dağıdılmışdır  (1944).  Azərbaycan  müstəqilliyini  əldə 
etdikdən sonra onun məzarı yerli əhali tərəfindən yenidən bərpa edilmişdir. 
Sәfәvilik  –  XIV  əsrdə  Güney  Azərbaycanın  Ərdəbil  şəhərində  sufi  Şeyx 
Səfiəddin tərəfindən qurulmuş islam təriqətidir. Bu təriqət zamanında Güney Azər-
baycan,  Qərbi  Anadolu  və  Cənubi  Qafqaz  bölgələrini  əhatə  etmişdir.  Ərdəbildə 
anadan olan Şeyx Səfiəddin İshaq Şiraza səfər etdikdən sonra Gilana yerləşmiş və 
burada  Şeyx  Zahid  Gilaninin  tələbəsi  olmuşdur.  Daha  sonra  Zahidin  qızı  ilə  ailə 
quran Şeyx Səfiəddin zahidilik təriqətinin baş müridi olmuş və təxminən 1309-cu 
ildə  Şeyx  Zahidin  vəfatından  sonra  təriqətin  piri  olmuşdur.  Elə  o  zamandan  eti-
barən də təriqət səfəvilik adlandırılmışdır. 
Hürufilik – XIV əsrin sonu – XV əsrin başlanğıcı Azərbaycanda, Anadoluda 
və  İranda  yayılan  sufi  təriqətlərindən  idir.  Bu  təriqətin  əsas  ideyası  iudaizmdə 
mövcud  olan  mistik  qabalistika  təlimində  olduğu  kimi  Quranın  hərf  sistemi  ilə 
açıqlanmasıdır.  Hürufilikdə  7  rəqəmi  müqəddəs  hesab  edilir.  Təriqətin  banisi 
Fəzlullah  Nəimidir  (1339/40–1401).  Fəzlullah  çox  gənc  yaşlarında  ilahiyyatla 
maraqlanmış, 18 yaşında təsəvvüfə yönəlmişdir. 1386-cı ildə öz təlimini Təbrizdə 
elan  etmiş,  daha  sonra  İsfahanda  bu  təriqəti  yaymağa  başlamışdır.  Yeni  təriqətin 
yayılması  hakim  dairələrin  narahatlığına  səbəb  olmuşdur.  Əmir  Teymurun  oğlu 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə