Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
98
Bizdən salam olsun arif olana, 
Haqq nə gündə xəlq elədi dünyanı, 
Yer ilə göy nə sahatda bəhs etdi, 
Yer nə üstə bəndə saldı asmanı? 
 
Asman nə istədi barı xudadan, 
Xuda nə əmr etdi ərşi əladan, 
Kimdi gəldi, kim apardı, haradan? 
Nə surətdə gördü Məscid-Əqsanı? (3,164-165) 
Aşıq  Ələsgər  də  klassik  aşıq  poeziyasının  ənənəsinə  sadiq  qalaraq  özünün 
gördüyü şəkildə Qurani-Kərim əlifbasını məth eyləmişdir:  
İbtidada “əlif” – Allah,  
“Bе” – birliyə dəlalətdi.  
“Tе” – təkdi vahidi-yеkta,  
Arif bu еlmə bələddi. 
 
... “Lam-əlif”lə – birdi Allah,  
“Yе” – yеkdi adil padişah.  
Ələsgər, tutduğun günah,  
Bağışlansa, çox hörmətdi (3, 23-24). 
Bundan başqa onun peyğəmbərə, on iki imama  mədhiyyələri də çox məhşur-
dur.  “Həqiqətdən  iki  gözəl  sеvmişəm,  birisi  Məhəmməd,  birisi  Əli”  deyən  aşığın 
Əhli  beyt  eşqi,  İmam  Əli  eşqi  onun  həyat  fəlsəfəsindən  gəlirdi  və  onun  təsəvvüf 
elminin  əsası  idi.  Bu  şeirlər  bu  gün  də  dillərdə  əzbərdir  və  dini  mərasimlərdə 
həmişə ağızlarda dolaşır: 
“Bismillahir-rəhmanir-rəhim!” – dеyib,  
Sidq ilə çağırram Şahi-Hеydəri.  
Xişmə gəlib, bir əlində götürdü,  
Səksən min batmanlıq dəri-Xеybəri. 
 
… Mеhdinin şəninə gəlibdi ayat, 
İsminə möminlər vеrir salavat.  
Yovmi-ərəsətdə еtmə xəcalət,  
Yandırma odlara qul Ələsgəri! (3, 26) 
“Peyğəmbərin  meracı”  şeirində  Aşıq  Ələsgər  çox  elmi  dəqiqliklə  tarixi 
hadisələri və faktları qələmə alır. Burada onun dərin dini biliyinə heyran olmamaq 
mümkün deyil: 
Aşıqlar qövlilə, arifü aqil,  
Dörd dəfə pеyğəmbər mеraca gеtdi.  
Otuz altıyla cəm olubdu on yеddi,  
Xəstə dilim bu yollara bələddi. 
 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
99
…Yazıq Ələsgərəm, azdı kamalım,  
Vacibdi ki, bir ustaddan dərs alım, 
 Dərs aldım, öyrəndim, oldu öz malım,  
Bizdən də ustada nəfi-rəhmətdi (3, 24). 
Aşıq  Ələsgərin  bütün  şeirləri  zəngin  xalq  təcrübəsinə  əsaslanan  ibrətamiz 
nəsihətlərdir,  sınaqlardan  çıxmış  həyat  fəlsəfəsidir.  Onun  təsəvvüfi  fikir  dünyası, 
dini  baxışları,  həyatın,  insanın  yaranması,  təşəkkül  etməsi  haqqında  olan  şeirləri 
aşığın sufi dünyagörüşünün nə qədər kamil olduğunu bir daha gözlər önünə sərir. 
Haqq  aşığının  qarşısındakı  tələbləri,  Allah  və  cəmiyyət  qarşısında  məsuliyyətləri 
haqqında Dədə Ələsgər demişdir: 
Aşıq olub, diyar-diyar gəzənin, 
Əvvəl, başda pür kamalı gərəkdi. 
Oturub-durmaqla ədəbin bilə, 
Mərifət еlmində dolu gərəkdi. 
 
…Ələsgər xümsünən zəkatın verə, 
Əməlin mələklər yaza dəftərə, 
Hər yanı istəsə, baxanda görə, 
Təriqətlə bu sevdalı gərəkdi (3,50). 
Tamamilə  sufi  motivləri  üzərində  qurulan  və  açmasının  Qurani-Kərim 
ayələrində gizli olduğu bir qıfılbənddə Aşıq Ələsgər çox böyük ustalıqla təsəvvüf 
fəlsəfəninin mahiyyətini gizlətmişdir: 
Yerin, göyün, ərşin, kürsün, insanın,  
Künhü, bünövrəsi ay nədən oldu?  
Yeri göydən, göyü yerdən kim seçdi?  
Hikmətin dəryası ay nədən oldu? 
 
…Yazıq Ələsgərəm, intizarım var,  
Alimsənsə, məni eylə xəbərdar:  
Elmi hardan tapdı cümlə aşıqlar?  
Şeiri-müəmması ay nədən oldu? (3,163) 
Bu nümunələrdən də göründüyü kimi Aşıq Ələsgər dövrünün və mühitinin ən 
böyük mütəfəkkiri, irfani aləmin böyük sufi aşığı idi. Onun yaradıcılığı bu qədim 
sənətin  dərin  qatlarından,  mistik  yaradılışından  bəhrələnməsini  və  bunu  şərq 
ədəbiyyatına  olan  məhəbbəti  ilə  zənginləşdirərək  daha  da  kamilləşdirdiyini 
görürük.  Təsəvvüfi  cərəyanlarla  təkkə  ədəbiyyatına,  təriqət  sufiliyinə  baş  vurmuş 
aşıq oradan nəsiblənmiş və xalqın mayasından gələn mərdlik, dürüstlük, mərhəmət 
hisslərinin təsiri ilə də böyük bir zirvəni fəth etmişdir. 
XIX əsr aşıq yaradıcılığında novatorluq və klassik aşıq ənənələri paralel inkişaf 
edirdi.  Hər  şeydən  əvvəl,  onların  toxunduqları  mövzular  artıq  öz  sələflərindən 
kifayət qədər fərqlənirdi. XIX əsr aşıqlarının işlədiyi mövzular əlvan və rəngarəng 
idi.  Real  həyat  həqiqətləri,  məişət  məsələləri,  gündəlik  qayğılar  və  s.  kimi 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
100
mövzular şeirə gətirilərək ictimai aşıq şeiri formalaşdırılırdı. Lakin bütün bunlara 
baxmayaraq,  aşıq  yaradıcılığının  əsas  məğzi,  sözsüz  ki,  lirikadır.  Lirik  şeirlər, 
gözəlləmələr  bu  dövr  aşıq  şeirinin  əsas  mayasını  təşkil  edirdi.  İnsan  və  təbiət 
gözəllikləri, insanın daxili aləmi, dünyaya, əxlaqi dəyərlərə verilən qiymət, dini və 
didaktik mövzular tez-tez müraciət olunan aşıq şeirləri arasında idi. 
Biz  bu  yazıda  XIX  əsr  aşıq  şeirinin  təsəvvüfi  tərəflərinə toxunmağa  çalışdıq. 
Bu dövrün təsəvvüfi mahiyyətini açaraq, XIX əsr aşıq təsəvvüf şeirlərinə nümunə 
olaraq sadəcə iki aşığın şeirlərindən bəhs etdik. Güman edirik ki, bu nümunələr bu 
əsrin  sufi  şeirini  təmsil  edərək  dövr  və  təsəvvüf  motivli  aşıq  şeiri  haqqında 
məlumat verdi.  
 
ƏDƏBİYYAT 
1.   Aslan  E.  Çıldırlı  Aşık  Şenlik.  Hayatı,  Şiirleri  ve  Hikayeleri  (Metin-
İnceleme-Sözlük). Erzurum: 1973, 455 s.  
2.   Aşıq Alı. Əsərləri. Bakı: Avrasya press, 2006, 192 s. 
3.   Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 s. 
4.   Azərbaycan aşıq şeirindən seçmələr. Bakı: Şərq-Qərb, I cild, 2005, 375 s.  
5.   Azərbaycan aşıq şeirindən seçmələr. Bakı: Şərq-Qərb, II cild, 2005, 421 s. 
6.   Hacıyeva M. Türk aşıqları, Bakı: Elm, 2004. 207 s. 
7.   Həkimov M. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004, 606 s. 
8.   İsmayılov  H.  Dədə  Ələsgər  poeziyasının  sufi  mahiyyətinə  dair  // 
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XI kitab. Bakı: 2002, s. 24-49. 
9.  Paşayev S. XIX əsr aşıq yaradıcılığı. Bakı: 1990, Azərnəşr, 131 s. 
10. Vəkilov Q. XIX əsr aşıq lirikası. Bakı: Maarif, 1993, 144 s. 
11. Yunus Emre Divanı. Ankara: Akçağ yayınları, 1991, 273 s. 
12. Азербайджанская  ашугская  поэзия.  Алескер.  Баку:  Язычы,  1984,  137 
с. 
 
 
 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə