Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
93
внутренние проблемы, и повседневные проблемы общественного ашугскому 
поэзии  были  сформированы  к  поэзии.  Но,  несмотря  на  все  это,  сущность 
творчества  ашугского  конечно,  это  лирика.  Ашугские  стихи  лирической 
поэмы  был  основой  для  этого  периода.  Человек  и  природная  красота, 
внутренний  мир  человека,  цена  нравственных  ценностей,  религиозных  и 
дидактические  темы  часто  были  среди  тем,  затрагиваемых.  В  Ашуг  Али, 
Ашуг  Шeнлик,  Ашуг  Мустафа,  Ашуг  Дильгам,  Ашуг  Алескер  и  в  стихах 
другогих ашугов были очень сильные религиозно - мистические мотивы. 
В  этой  статье,  мы  будем  взглянуть  на  творчество  ашугов  XIX  века  и 
религиозно-мистических стихотворений будут проанализированы. 
Ключевые слова: XIX век, ашуг, суфизм, религия, поэзия 
 
 
Türkün  tarixi  qədər  qədim  olan  ozanlıq  sənəti  uzun  təkamül  yolu  keçərək 
bugünkü  vəziyyətinə  gəlib  çatmışdır.  XVI  əsrdən  sonrakı  tarixi  inkişaf  yolunu 
izləyərək  bu  ənənənin  necə  bir  yol  keçdiyini  müşahidə  edə  bilərik.  Artıq  bu 
dövrdən sonra Aşıq söz və musiqi sənətini sintezləşdirərək onu tamaşaçıya təqdim 
edən,  eyni  zamanda  məqamına  görə  improvizə  edən  və  bədahətən  söz  söyləyən 
xalq  sənətkarıdır.  Böyük  auditoriyalara  xitab  edən,  hər  yaşdan  və  cinsdən 
tamaşacısı olan Aşıq, həm də, bəzən günlərlə davam edən dastan gecələrini, bəzən 
toy  və  mərasim  şənliklərini  idarə  edən  bir  rejissordur.  Lakin  aşığın  vəzifəsi 
bunlarla bitmir, bu xalq sənətkarı özündən əvvəlki ustadların sözlərini və dastanları 
hafizəsində saxlaya biləcək qədər iti yaddaşlı, bilikli olmalı idi. Çevik, hazırcavab, 
yumor  hissinə  malik  olması  isə  onun  zaman-zaman  yaranan  qəfil  vəziyyətlərdə 
köməyinə gəlirdi.  
XIX  əsr  artıq  aşıq  sənəti  və  ənənəsinin  tamamilə  formalaşdığı,  məhsuldar 
olduğu zamandır. Bu dövrdə aşıq şeirinin və musiqisinin çoxcəhətli xüsusiyyətləri 
sabitləşir, dastançılıq və məclis sənətkarlığı intibah dövrünü yaşayırdı. XIX əsrdə 
Təbriz,  Zəncan,  Xorasan,  Ağbaba-Çıldır,  Qarabağ,  Şirvan,  Borçalı,  Gəncəbasar, 
Göyçə  aşıq  mühitlərində  onlarla  aşıq  çalıb  çağırmışdır.  Bu  əsrdə  aşıq  şeir-saz 
ədəbiyyatı  inkişaf  edir,  daha  geniş  coğrafiyaya  yayılır  və  zəngin  bir  poetik  irsə 
çevrilirdi.  Heç  təsadüfi  deyildir  ki,  XIX  əsr  Aşıq  Alı  (1801-1911),  Aşıq  Əhməd 
(XIX əsr), Aşıq Hüseyn Şəmkirli (1811-1891), Aşıq Musa (1830-1912), Aşıq Pəri 
(1811-1847),  Aşıq  Qasım  (XIX  əsr),  Aşıq  Qurban  Ağdabanlı  (1859-1925),  Aşıq 
Şenlik  (1852-1913),  Dollu  Mustafa  (XIX  əsr),  Molla  Cümə  (1854-1920),  Padarlı 
Abdulla (XIX əsr), Yəhya bəy Dilqəm (1830-1865), Aşıq Ələsgər (1821-1925) və 
s. kimi böyük sənətkarlar yetişdirmişdir. 
Məlumdur  ki,  qədim  türklərin  ozan  sənəti  öz  başlanğıcını  şamanizmdən 
götürür.  Şaman  mərasim  zamanı  qopuz  çalaraq  rəqs  edir,  bu  zaman  vəch 
vəziyyətinə düşür və gələcəkdən xəbər verirdi. Şamanizm milli türk sufizmi olaraq 
islamdan sonrakı aşıq sənətinə də nüfuz etmiş və təsəvvüf elementləri ilə bərabər 
aşığın irfan dünyasını zənginləşdirmişdir.  


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
94
Folklorşünas  alim  H.İsmayılov  XIX  əsr  aşıq  şeirində  təsəvvüfi  motivlərə 
toxunaraq bu barədə yazır: “Poeziyasından göründüyü kimi, Ələsgər haqq aşığıdır, 
sufi  mürşiddir,  övliyadır,  dədədir...  Ələsgər  şeirində  biz  üç  dini-ruhani  qaynağın 
vədhətini müşahidə edirik: 
1.  Türk  xalq  sufizmi.  Kökləri  ilə  türk  tanrıçılığına  bağlanır  və  ondan 
qaynaqlanır.  Bu  qaynağın  reallaşdığı  poetik  düşüncə  qatı  Ələsgər  şeirində  sufi 
dünyagörüşün əsasını, arxetipini təşkil edir. 
2. Türk sufizmi. Ələvilik, əhli-həqq təriqəti. Ələvi və bəktaşi şeiri. 
3. İslam və onun müqəddəs kitabı Qurani-Kərim.  
Türk  tanrıçılığının  dini-ruhani  başçısı  Ata  və  əski  türk  ibadət  yeri  ocaq  bir 
qədər  fərqli  şəkildə  təkkələrdə  bərpa  olunur.  IX-XI  əsrlərdə  mühitdən  aldığı 
zərbələrlə  ciddi  deformasiyaya  uğrayan  əski  türk  inamı  XII-XIX  əsrlər  arasında 
“muxtar hüquqlarını” qorumaqla mövcudluğunu saxlaya bilmişdir” (8, 32).  
XIII  əsrdə  Anadoluda  başlayan  dini-təsəvvüfi  cərəyanın  banisi  olan  Yunus 
Əmrə  öz  şeirləri  ilə  eldən-elə  dolaşmış,  ad-san  qazanmışdır.  O,  təsəvvüf 
ədəbiyyatının  təməl  fəlsəfəsini  yaratmışdır.  Bu  fəlsəfənin  bünövrəsini  “sevək, 
sevilək”  çağırışı,  kamilləşmiş  insanın  Tanrıyla  qovuşması,  Yaradan  ilə  yarananın 
birləşməsi ideyaları təşkil edirdi. Haqqa varmaq, bir canda bir ruh olmaq, “vəhdəti-
vücud  olmaq”  üçün  dörd mərhələdən  söz açan  Yunus  Əmrə  yalnız  bundan sonra 
məqsədə, yəni kamillik mərhələsinə çatacağını deyir: 
Məni sorma mənə, məndə deyiləm, 
Surətim boş gəzər dondan içəri. 
...Şəriət, təriqət yoldur varana, 
Həqiqət, mərifət ondan içəri (11, 201-202). 
Allahı  tanımaq  və  ona  qovuşmaq  üçün  irfanın  yolu  dörd  mərhələdən  keçir: 
şəriət,  təriqət,  mərifət,  həqiqət.  Bu  ideologiyanın  tərəfdarları  təkkə-təriqət 
ocaqlarında birləşir, ilahi eşq, təriqət və sufiliklə bağlı mahnılar, ilahilər oxuyur, bu 
sözləri  sazla  müşayət  edirdilər.  Zamanla  bu  təkkələrdən  dərviş-aşıqlar  yetişir  və 
onların  sələfləri  xalq  içinə  qarışaraq  “haqq  aşiqi”  olaraq  öz  ideyalarını  yaymağa 
başlayırdılar.  Orta  əsrlərin  aşığı  (aşiq)  təkkələrdə  irfani  bilik  əldə  edərək 
sənətkarlığa  yüksəlirdilər. Bir  neçə əsr  sonra isə  bu proses  zəifləməyə  başladı və 
artıq  aşıq  XVI  əsrdən  başlayaraq,  XVIII-XIX  əsrlərdə  musiqiçi-çalğıçı  və  şair 
olaraq qarşımıza çıxmağa başladı. Lakin unutmaq olmaz ki, son dövrlərdə Aşıq hər 
nə  qədər,  dövrünün  ideologiyasına  tabe  olub  bu  haqda  yazsa  da,  özüldəki  irfani-
təsəvvüfü  havaya hər  zaman sadiq  qaldı  və  zaman-zaman  bunu  sazında,  sözündə 
dilə gətirdi.  
İslam dininin qəbulundan sonra türk şamanizmi ilə çuğlaşmış təsəvvüf çalarları 
XVI  əsrdən  sonra  müasir  aşıq  ənənəsində  daha  fərqli  şəkildə  özünü  büruzə 
verməyə başladı. Zaman öz tələbini diktə edərək aşığı yeni arayışlara sövq edirdi. 
Zamanla yeni bir təkamül hadisəsi yaşayan bu ənənədə vergili aşıqlar-haqq aşıqları 
titulu  yaranmağa  başladı.  Yaradanla  ilahi  bağının  mövcud  olduğuna  inanılan,  bu 
sənəti, söz söyləyib, saz çalmağı ilahinin vergisi kimi alan aşıqlar “haqq aşıqları” 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə