Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
95
titulunun  sahibi  olurdular.  Maraqlı  bir  məqam  ondan  ibarətdir  ki,  heç  də  bütün 
oxuyan,  çalan  aşıqlar  haqq  aşığı  mərtəbəsinə  yüksəlmir,  doğrudan  da  bu  sənəti 
mükəmməl bilən, bədahətən söz söyləmək, başına gələcək hadisələrdən hali olmaq, 
qüdrəti  ilə  ola  biləcək  mənfi  hadisələri  dəf  etmək  və  s.  kəramətləri  ilə  seçilən 
aşıqlar haqq aşığı adlanırdı. Bu aşıqlar sağlığında böyük nüfuz sahibi, el ağsaqqalı 
olur, öldüktən sonra qəbri ziyarətgaha çevrilirdi.  
Məsələn, Ağbaba-Çıldır aşıq mühitinin ustadı, piri sayılan Xəstə Hasanın qəbri 
ziyarət  edilir,  yağış  yağmayanda  qəbrin  üstündə  xüsusi  ayinlər  icra  olunur  və  ən 
qəribəsi budur ki, bu ayinlərdən sonra mütləq yağış yağırdı. Yenə bu aşıq mühitinin 
zirvəsi  sayılan  Aşıq  Şenliyin  qəbri  ziyarətgah  kimi  yad  edilir  və  evlərdə  uğur 
gətirəcəyinə,  qəza-bəlanı  sovacağına  inanıldığı  üçün  qəbrdən  torpaq  götürülürdü. 
Çıldırın  Suxara  kəndində  Aşıq  Şenliyin  qəbrini  ziyarət  edərkən  bu  məlumatları 
nəvəsi Aşıq Yılmaz Aşıq Şenlik oğlundan eşitmişdim. Bunun qarşısını almaq üçün 
bələdiyyə qəbrin üzərini xüsusi örtük ilə bağlamaq məcburiyyətində qalmışdı. 
Haqq aşığı mərtəbəsinə yüksəlmək üçün röya motivi də vacib şərtlərdən biridir. 
Gənc  aşıq  və  ya  aşıqlığa  namizəd  olan  gənc  bir  çeşmə  başında,  bir  ağac  altında, 
kimsəsiz bir ərazidə yuxuya gedir, röyasında bir dərviş və ya pir əlindən buta alır. 
Bu  buta  bəzən  bir  badə,  bəzən  isə  bir  alma  və  s.  meyvələr  olurdu.  Dərviş  suyu 
içməyi və ya meyvəni yeməyi istəyirdi. Bu röyadan çox çətinliklə, bəzən bir, bəzən 
üç gündən sonra ayılan aşıq bədahətən şeir deyib, saz çalırdı.  
XIX əsrin ən böyük aşıq mühitlərindən biri də Çıldır-Ağbaba aşıq mühiti hesab 
olunurdu. Çıldır aşıq mühitinin ustad sənətkarı Xəstə Hasandır. XIX əsrdə aşıq-saz 
sənətinin  qol-qanad  açdığı  Çıldırda  Aşıq  Nuru,  Aşıq  Şenlik,  Aşıq  Nəsib,  Aşıq 
İskəndər,  Aşıq  Süleyman,  Çorru  Məhəmməd,  Aşıq  Məhməd,  Aşıq  Balakişi  və 
onlarla  digər  şair-aşıqlar  xalq  arasında  hörmət  və  nüfuz  qazanmış,  aşıq 
poeziyasının  inkişafına  misilsiz  xidmət  göstərmişlər.  Onların  arasından  Xəstə 
Hasan ocağının yetirməsi Aşıq Şenliyin adını xüsusilə qeyd etmək lazımdır. XIX 
əsr Çıldır-Ağbaba aşıq mühitinin zirvəsi olan Aşıq Şenlik dövrünün böyük aşıqlar 
yetişdirən məktəbinin layiqli ustadıdır.  
O  dövrdə  Ağbaba-Çıldr  aşıq  mühitində  yaşayıb-yaradan  aşıqlar  arasında  dini 
inanc və fəlsəfə geniş yayılmışdı. Daha əvvəllər klassik ədəbiyyatda görünən Allah 
sevgisi və eşqi onların yaradıcılığında sanki yenidən təzahür etmişdir. Aşıq Şenlik 
Füzuli kimi ona iztirab verən bu eşqdən məmnundur və ondan ayrılmaq istəmir: 
Mədət Allah, gönül quşu qəfəsdə, 
Cihan şirin, candan ayırma məni. 
Pərvanəyəm, eşq oduna yanaram, 
Bu aşqı-suzandan ayırma məni. 
 
...Şenliyəm, dər ərşə çıxdı amanım, 
Daha səndən özgə yoxdu gümanım. 
Sana sığınıram, qəni sübhanım, 
Zərrəcə inamdan ayırma məni (1,181). 
 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
96
Yaxud: 
Rəhim qıl, əfəndim, eylə mərhəmət, 
Mağrifət yazana bağışla məni. 
Sərvəti ənbiya, fəxri kainat, 
Sahibil ihsana bağışla məni. 
 
...Şenlik, yadına sal həzrət Abbası, 
İmam Hüseynin matəmi, yası, 
İmam Mirzə Qızıl Kümbəz ağası, 
Xaki Xorasana bağışla məni (1, 215-216). 
Klassik  aşıq  poeziyasının  ən  gözəl  nümunələrini  yaradan  Aşıq  Şenlik  bizə 
nəsihət,  dini  didaktik  mövzuda  da  bir-birindən  dəyərli  şeirlər  miras  qoymuşdur. 
Vücudnamə,  ustadnamə,  qıfılbəndlərində  onun  təsəvvüf  əhli  olduğu  görünür.  Bu 
mövzuda  dərin  biliyi  və  hazırlığı  olduğu  şeirlərindən  məlum  olur.  Aşıq  Şenliyin 
qıfılbənddə dini mövzuda verdiyi suala bir nümunə gətirək: 
Adəmdən əvvala fani dünyada, 
Şəriət babında nazir kimiydi? 
Müşgüldə qulunun dadına yetən, 
Ol vadə Həzrəti Xızır kimiydi? 
 
...Şenlik der, ol vədə yoxuydu ayət, 
Nə zikirnən edərdilər ibadət? 
Nə səbəbdən Haqqa yetdi şikayət, 
Tərtibi biz üçün hazır kimiydi? (1, 183). 
Yaşadığı coğrafiyanin qanlı-qadalı günlərini görmüş, rus işğalını yaşamış aşıq 
bu  bölgəyə  sonralar  gələn  xristianlarla  da  mülayim  əlaqələr  içində  olmağın 
tərəfdarı olmuşdur. Bütün səmavi dinlərin bir olduğunu, Allahın tək olduğunu, dini 
ayrı seçkiliyin insanlara arasında nifaq salmağa xidmət etmədiyini, əksinə bu dini 
rəngarəngliyin Allahın sevgisinin, mərhəmətinin nişanəsi olduğunu bir şeirində dilə 
gətiririr: 
Cümləmizin nəsli birdi, 
Həzrəti Adəm evladı. 
Yetmiş iki yol göstərdi, 
Göndərdi Zəbur, Tevratı. 
 
...Şenlik der, alsalar xəbər, 
Hər kəs öz dinini sevər. 
Cümləmiz gündə min səfər, 
Haqdan istəriz cənnəti (1, 173-175). 
Bundan başqa klassik aşıq şeirində ənənəvi hal almış Qurani-Kərim əlifbasının 
bütün hərflərinə tək-tək misralar halında tərif deyilməsi iə yaradılan əlifnamələr də 
çox mükəmməl şəkildə Aşıq Şenlik yaradıcılığında əks olunmuşdur: 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
97
“Əlif” – öz ismiydi, “be” – befadarın, 
“Te”-yi tək bir hərfdə gördüm, İrəbbim. 
“Se” – sahibim sənsən, yoxdur heş kimsəm, 
“Cim”-dən bu cavabı sordum, İrəbbim. 
 
... “Vav” – var mağfirətim affeylə bizi, 
“He” – Haqqa Şenliyin budur niyazı, 
“Lam əlif”lə “ya”-dır ən axır sözü, 
Hıfzi imtahana girdim, İrəbbim. (1, 219). 
Mədəniyyətlərin,  dinlərin  və  təriqətlərin  birləşdiyi  Qafqazın  qapısı  adlanan 
Qarsda dini bayramların, xüsusi günlərin böyük təmtəraqla qeyd edilməsi, bölgədə 
bu dini adətlərə çox önəm verilməsi də bu şeirdən anlaşılır: 
Bu günə deyərlər Qurban bayramı, 
Hacılar murada yetdiyi gündü. 
Səksən min ehtacı, doxsan min hacı. 
Alıf Arafata getdiyi gündü. 
 
...Şenlik der, peyğəmbər getdi Meraca, 
Dürdən libas geyib yetişdi taca, 
Qənimət gətirdi yerdə möhtaca, 
Əli də Kahkahı tutduğu gündü (1, 227). 
Bu nümunələrin sayını istənilən qədər uzatmaq mümkündür, çünki Aşıq Şenlik 
yaradıcılığı başdan-başa nəsihət və təsəvvüfi biliklər üzərində qurulmuşdur. Yazı-
pozu savadının olmadığı  təxmin edilən, bununla belə bu qədər səlis dini bilgilərə 
sahib  olan  Aşıq  Şenlik  xalqın  içindən  çıxmış,  dərviş  əlindən  badə  içmiş  haqq 
aşığıdır. O, xalq hikmət və ənənəsinə söykənən çox böyük mütəfəkkir alim insan 
və vergili şair olmuşdur. Yaradıcılığının çox hissəsinin itib-batdığı aşıq şeirlərinin 
hamısını  bədahətən  söyləmişdir.  Aşıq  Şenlik  haqqında  bölgə  insanının  dilində 
yaşayan, bu  gün hələ də bir çoxu yazıya alınmamış  onlarca rəvayət aşığa verilən 
dəyər və sayqıdan xəbər verir. 
XIX  əsr  aşıqları  arasında  Göyçə  aşıq  mühitinin  fəaliyyəti  xüsusilə 
diqqətəlayiqdir. Ağ Aşıq, Aşıq Alı yetirmələri Aşıq Məhərrəm, Aşıq Musa, Mirzə 
Bəylər,  Aşıq  Əziz  və  onlarla  sənətkarlar  yetişdirən  Göyçə  aşıq  məktəbi  Aşıq 
Ələsgər poeziyası ilə ən yüksək zirvəyə yüksəlmişdir.  
 Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilirdi. Təkkə 
və  təriqət  aşığı  kimi  “dədə”  titulunu  almış  aşıq  haqq  aşığı  kimi  şöhrətli  bir  ad 
qoymuşdur.  Şeirlərində  təsəvvüfi  motivlərdən  gen-bol  istifadə  edən  aşıq  öz 
yaradıcılığında  sufi  ədəbiyyatın  ən  gözəl  nümunələrini  yaratmış,  bu  mövzuya 
şeirlərində  geniş  yer  vermişdir.  Aşıq  Ələsgər  ustadnamələri  didaktik  mahiyyət 
daşıyır, insanlara sayqı və sevgi çərçivəsində öyüd-nəsihət verir: 
 
 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə