96
Bəzən də elə olur ki, şair şeirin son misralarında deyəcəyi az-çox
qüvvətli bir fikir xatirinə oxucunu ümumi sözlərlə һəddindən artıq
yükləyir. Bu qüsuru «Eyvan», «Məһəbbət timsalı», «Heykəllər yaşa-
yır» və s. şeirlərində һiss edirik. Kitabçadakı şeirlərin boyük qismini
təşkil edən «Salam, ay baһar!», «Gözəllik dastanı», «Bütün fəsillər-
də», «Qarabağ lövһələri», «Tbilisi gecələri», «Qırılan mirvarilər» və
s. kimi təbiət һaqqında yazılmış əsərlərin һamısı eyni bədii səviyyədə
deyildir. Bunların һər birində tutarlı misralar, bəndlər vardır. Lakin
ümumi şəkildə götürdükdə alınan təsir, aşılanan һiss təkrar kimi
görünür:
Lalələr çəməni, düzü bəzəyir,
Sanki qara xaldır, üzü bəzəyir.
Təbiət һər yanı özü bəzəyir,
Açan ağ çiçəkmi, yoxsa yağıb qar,
Salam, ay baһar.
Biz qəsdən şeirin ən qüvvətli misralarını misal gətirərək onlara öz
tənqidi münasibətimizi gizlətmədən demək istəyirik ki, təbiət təsvir-
lərinin özündə də bir şablon şəklini almış köһnə tərənnüm üsulların-
dan uzaqlaşmağın vaxtı çatmışdır.
Kitabçada şairin bəzi nəğmələri və bir neçə satirik şeirləri də
verilmişdir.Tofiq maһnı mətnlərində, ümumiyyətlə, müvəffəq olur.
«Meһriban baxışlar», «Xəzərin qoynunda», «Harda qaldı yar» əsas
etibarı ilə yaxşı, təsirli şeirlərdir.Lakin bəzən tələsik yazılmış, һissiz-
-duyğusuz, һətta bayağı nəğmələrə də rast gəlirik. Bu irad təkcə
Tofiqə deyil, nəğmə mətni yazan şairlərin çoxuna aiddir.
Kitabdakı satirik şeirlərə gəlincə deməliyik ki, görünür, şair bu
saһədəki fəaliyyətində ardıcıl mövqe tutmur, təsadüfdən-təsadüfə belə
mövzulara əl atır. Halbuki müəllifin bu səpgidə yazılmış müvəffə-
qiyyətli şeirləri vardır. «Stol və müdir», «Kəmtərovdur danışan»,
«Daşbaşovun oğlu» kimi əsərlərdə satirik düşüncə tərzi pis deyil-
dir.Kitab nöqsanlarına baxmayaraq, oxucular tərəfindən rəğbətlə
qarşılanır.
«Bakı»qəzeti, 30 iyun 1965
97
KÖNÜL DUYĞULARI
Xalq şairi Məmməd Rahimin yeni çapdan çıxmış şeirlər kitabı
«Arzular gül açanda» adlanır. Kitabdakı əsərlərin əsas ruhunu gözəl
ifadə edən bu ad şair tərəfindən təsadüfi seçilməmişdir.Çünki M.Ra-
him daha çox lirik bir şairdir. Lirika onun poeziyasının canıdır. Şairin
epik əsərlərində belə lirika həmişə üstünlük təşkil edir. Bu cəhəti o
özü də etiraf etməkdədir. «Şairin xəyalı» adlanan poemasında müəllif,
Göy gölün əfsanəvi gələcəyindən bəhs etdiyi vaxt özü haqqında bu
misraları yazmışdır:
Tən ortada bir lirik şair ki, əli
Elə bil şeir yazır, fikri dağlarda.
M. Rahimin lirikası həyati və nikbin bir lirikadır. Ana torpağa
bağlılıq, həyatı sevmək, insanlığa böyük və tükənməz məhəbbət, sə-
daqət və vəfanın ülvi tərənnümü bu lirikanın əsas xüsusiyyətlə-
rindəndir. Bu rübabi poeziyada birinci şərt varlığın, xilqətin məna-
sıdır.
Mən ağ sular kimi axıb getmərəm,
Şimşəyəm havayı çaxıb getmərəm.
Dünyanı pənçərə sandı babalar–
Mən ondan mənasız baxıb getmərəm.
Şair yaşamağın mənasına dair hələ yaradıcılığının ilk dövrlərində
irəli sürdüyü bu tezisə haqqında bəhs edəcəyimiz əsərlərdə də sadiq
qalmaqdadır.
Məhəbbət, Rahimin daimi mövzularındandır. Demək olar ki, şairin
əsərlərinin çoxusu bu hissin tərənnümünə həsr olunmuşdur. Onun
«Sevginin yaşı» adlı şeiri həmin silsilənin başlıca leytmotivi kimi
səslənməkdədir. Şair məhəbbəti ədəbiyyatın baş mövzularından biri,
həyatın sağlam nəfəsi, varlığın yaraşığı hesab edir:
Bir qartal uçuşu, ceyran baxışı,
Torpaq, oyanması, kür çay axışı,
Bir qaya vüqarı, bir yaşıl budaq
Eşqin dastanını söyləyir ancaq.
İnci göz yaşları, xoş nəğmə səsi,
98
Yaratmaq, yaşatmaq, qurmaq həvəsi,
Sevib-sevilənin coşqun əməyi
Dumanlı bir dərə, bir dağ ətəyi,
Cürə, saz, kamança, tütək, neylə tar,
Bir munis, mehriban, insani rəftar
Eşqdən hər zaman xəbər verəcək.
Şairin «Sevərək sevilənlər», «Günahkaram», «Salxım söyüdlər»,
«Sən də varsan», «Nə deyim», «Könlümün aynasında», «Qış köçüb,
ilk bahardır», «Ən əziz şey», «Məni yandırma», «Sahildə», «Ötür-
müşəm səni mən qayıdıram geriyə», «Gözəlliyin qüdrəti», «Gözəlliyə
dair» və onlarca başqa şeirləri, mahnıları məhəbbət mövzusunda
yazılan əsərlərdir. Göründüyü kimi,
eyni mövzuya bu qədər çox əsər
həsr etmək şairdən bu aləmin bütün sirlərini, incəliklərini bilmək, hər
dəfə onun yeni bir xüsusiyyətini göstərmək bacarığı tələb edir. M.
Rahim bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Hər yeni şei-
rində bu bitib-tükənmək bilməyən mövzunun bir orijinal tərəfini
işıqlandırmağa çalışır. Bu, ona görə mümkün olur ki, şair məhəbbət və
gözəlliyi zahirdə axtarmır, dərinliklərə enməkdən çəkinməyərək,
insan ruhunun ən gizli nöqtələrinə baş vurur, pak, ülvi məhəbbəti
tərənnüm edir:
Mən gözəlin yazmıram zahiri surətini,
Şeirimin ruhunda gör insan məhəbbətini.
«Gözəlliyin qüdrəti» şeirində aslan üstündə oturmuş bir gözəli
təsvir edən rəsm əsərindən danışılır. Bəs necə olmuşdur ki, yırtıcı hey-
van gözəli parçalamır. Şair həmin mənzərədən aldığı təəssürata belə
poetik məna verir:
Görünür, gözəlliyin əsrarəngiz qüdrəti
Aslanların gücündən qüvvətlidir dünyada.
Yaxud «Ən əziz şey» adlı əsəri xatırlayın. Kabardin folklorundan
istifadə yolu ilə yaradılmış bu süjetli şeir son dərəcə mənalıdır. Ər öz
arvadı Səlimətə deyir ki, bu evdə çox istədiyin, sevdiyin əziz şey nə
varsa hamısını apar, mən başqasına evlənmək istəyirəm. Səlimət bu
münasibətlə məclis qurdurmuş, ziyafət zamanı içib keflənən ərini
arabaya qoyub atası evinə aparmışdır. Yolda sərxoşluqdan ayılan kişi
arvadından soruşduqda ki, bəs arabada məndən başqa bir şey görmü-
Dostları ilə paylaş: |