Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə92/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   88   89   90   91   92   93   94   95   ...   108

Ədəbiyyat söhbətləri 
 
321
Yalnız 1258-ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını 
ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan 
Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin 
Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da 
Bağdad xəlifəliyi ləğv olundu»… 
Yunus Oğuzun yeni romanı ilk növbədə Atabəyin roma-
nıdır… Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da… 
Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də… Keçmişimiz də 
var, gələcəyimiz də… Bu, bizim tariximizin (və taleyimizin!) 
romanıdır… Xeyiri ilə, Şəri ilə!.. 
 
 2017 
  


Nizami Cəfərov 
 
322
 
Tarix yalnız arxada qalmır,  
həm də öndən gəlir… 
 
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət 
qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zəngin-
ləşdirmiş Yunus Oğuzun 2017-ci ilin məşhur aprel hadisələrinə, 
yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarix-
dən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məz-
mun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən 
varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi 
anlamaq istəyindən irəli gəlir. 
«Ovçu» romanı (və onun müəllifi), ilk növbədə, bizim yad-
daşımızdakı belə bir məlum fəlsəfi müddəanı təzələyir (və təfər-
rüatca zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə təkrar olun-
duğuna görə, onun gərdişindən dərs almayan xalqlar çox tez-tez 
«sürprizlər»lə qarşı-qarşıya dayanmalı olurlar. Ancaq, görünür, 
müəllifin (və «Ovçu»nun) əsas ideyası, tarixdən (istər Alp Arslan, 
istərsə də Nadir şah dövrlərindən) nə qədər tutarlı «misallar» 
gətirsə də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından 
daha çox, 2017-ci ilin məşhur aprel hadisələrinin tarixi məz-
mununun bütün miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət edir. 
Azərbaycan ordusu 2017-ci ilin aprel ayının ilk günlərində 
Ali Baş Komandanın öndərliyi ilə, doğrudan da, tarixlərə sığ-
mayan bir Tarix yaratdı ki, Yunus Oğuz «Ovçu»da həmin Tarixi 
yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə bundan sonra 
hələ çox yazılacaqdır, Yunus Oğuzun əsərinin dəyəri bir də 
onunla müəyyən edilir ki, o, ilk böyük işi görmüş, ilk uğurlu 
ideya-bədii təfsir modeli təqdim etmişdir. 
Romanda üç Murad haqqında söhbət gedir: XI əsrdə Alp 
Arslanın Ani qalasını almasına öz yeni silah icadı ilə kömək 
edən dəmirçi Usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məslə-
hətçisi olmuş Murad xan və bizim günlərin qəhrəmanı – «Ovçu» 
ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev… 


Ədəbiyyat söhbətləri 
 
323
Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin bir mənzərəsi 
digərilə əvəz olunur, ancaq dəyişməyən iddialar, maraqlar, kon-
yukturlar mövcuddur ki, onlardan ən mənhusu ermənilərin haki-
miyyət hikkəsidir.Və bu hikkə bütün amansızlığı ilə Qriqoryan 
kilsəsi tərəfindən körüklənərək hər addımda çaxnaşmalar, müna-
qişələr, faciələr törədir… Insan mənəviyyatı, qadın ləyaqəti tap-
danır. Və ən dözülməzi də odur ki, bütün bunlar hansısa mücər-
rəd, qeyri-müəyyən məqsədlərə çatmaq üçün bir vərdişə, peşəyə 
çevrilir… Romanda erməni xislətinin tarixin hər mərhələsində 
üzə çıxa biləcək yaramazlıqları birbaşa tarixdən alınmış konkret 
faktlarla təqdim olunur; məsələn, yüz illər boyu himayəsində 
yaşadıqları Bizansı imkan düşən kimi Səlcuqlara satmaq istəyən 
erməni heyətini Alp Arslan qapıdan qovur: 
«Sultanın baxışlarından keşiş özünü itirdi, sanki canına 
vicvicə düşdü: 
-Sultan həzrətləri! Biz sizin qulunuzuq! Sizə, -sakit səslə 
dilləndi, -sədaqət andı içə bilərik. 
O, istehza ilə soruşdu: 
-Bizans imperatoruna içdiyiniz sədaqət andı kimi, eləmi? 
Alp Arslan qayıdıb taxtına oturaraq qərarını verdi: 
-Ani alındıqdan sonra, yalnız müsəlman olanlara əl vurul-
mayacaq. Qalanları qarət olunacaq. Qərarım belədir. – Əli ilə 
söhbətin bitdiyini bildirdi.-Gedə bilərsiniz…» 
Yaxud başqa bir misal… Erməni katalikosu Nadir şaha 
müraciət edir ki, Qafqazdakı gürcü və Alban kilsələrini erməni 
kilsəsinə tabe etməkdə onlara kömək göstərsin, ancaq tamamilə 
təbiidir ki, öz hayasız təklifi (və qeyrətsiz hərəkətləri) ilə şahın 
qəzəbinə tuş gəlir: 
«Katalikos bu sözlərdən zərrəcə tutulmadı, ya da özünü o 
yerə qoymadı. Hiyləgərcəsinə gülümsəyib cavab verdi: 
-Ey böyük şah, bu gözəl erməni qızlarını ona görə gətirmi-
şəm ki, şəxsən sizə xidmət etsinlər, cariyəniz olsunlar. 
Qaraginin yaltaq və qeyrətsiz olması şahı acıqlandırdı, 
əsəbi şəkildə dedi: 


Nizami Cəfərov 
 
324
-Mənim cariyələrə ehtiyacım yoxdur! Mənim əsgərə ehti-
yacım var. Ordumda gürcülər, kürdlər, əfqanlar, bütün qızılbaş 
tayfaları var, amma bir dənə də olsun tumluq erməni yoxdur. 
Məgər ermənilərdə kimi tapılmır? – Əmr verdi. -Çıxarın bu qəh-
bələri burdan, varınızdırsa kişi gətirin!» 
Məsələ burasındadır ki, bu düşük «mübarizə üsullar»ı yal-
nız tarixdə qalmır, bu gün də davam edir və müəyyən məqamlar-
da ermənilərin müvəqqəti «uğurlar» qazanmasına da gətirib 
çıxarmaqla bütöv bir millət miqyasında xəstə təxəyyülün kütlə-
viləşməsinə rəvac verir. 
«Ovçu» Murad ermənilərə yalnız mənsub olduğu xalqın 
deyil, həm də özünün birbaşa tərcümyei-halı  ilə «borcludur». 
Onun babası Muradı ermənilər ona görə öldürtmüşlər ki, öz doğ-
ma yurdunu tərk etmək istəməmiş, müqavimət göstərmişdi… Və 
onların Göyçədən silah gücünə qovulan ailəsi minlərlə digər 
ailələr kimi Kür-Araz ovalığında, təbiətinə, ab-havasına adət 
etmədikləri şəraitdə yaşamağa məhkum olmuşdu. 
Romanda Muradı peşəkar bir hərbçi olaraq erməni cəbhə-
sinə gətirib çıxaran hadisə-səbəbləri müəllif böyük ustalıqla təs-
vir edib əsaslandırır. Sevdiyi qızla nişanlanan Murad öz ailəsini 
də hərbi həyatın gələcək çətinliklərinə, ağrı-acılarına hazır-
layır… Çünki bu, onun taleyi idi… 
Azərbaycan hərbiçisinin həm peşəkarlıq, həm də vətənpər-
vərlik və ya mənəvi-psixoloji hazırlıq baxımından daha mükəm-
məl bir şəkildə yetişməsində milli mənbələrə, örnəklərə əsasla-
nılması ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb 
önə çəkilir… Müdafiə naziri komandası altında olan zabitdən 
tələb edir ki, Azərbaycan əsgəri Suvorovdan yox, milli hərb 
tarixindən gətirilmiş nümunələrlə formalaşsın… 
«Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq Iraqda 
Yanqaz dağını aşaraq düşmənə arxadan zərbə vurdu və bunun 
nəticəsində bütün Iraqı ələ keçirdi. Nəinki Iraqı, hətta Hindis-
tanı, Orta Asiyanı da özünə tabe etdi. Nadir şah xristian olsaydı, 
o zaman Suvorovdan deyil, ondan danışardılar, hərb tarixində 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə