Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə89/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   85   86   87   88   89   90   91   92   ...   108

Nizami Cəfərov 
 
312
 
Azərbaycan tarixinin  
Atabəy romanı 
 
Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud 
olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır 
ki, onlardan ikisini – akademik Ziya Bünyadovun «Azərbaycan 
Atabəylər dövləti (1136-1225)» monoqrafiyası ilə xalq şairi 
Nəriman Həsənzadənin «Atabəylər» mənzum dramını ayrıca 
qeyd etmək lazım gəlir. Və mən heç şübhə etmirəm ki, Yunus 
Oğuzun «Atabəy və xaşxaşilər» romanı da həmin mövzuda 
qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaqdır. 
Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəm-
səddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada 
aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün 
siyasi-ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən 
birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür 
yaradır… 
«O, Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan 
hər şeyə diqqətlə fikir verir, olanları və söylənənləri yaddaşına 
əxz etməklə o biri yaşıdlarından fərqlənirdi. Amma atasının 
uduzduğu döyüşlərdən birində qənimət kimi bacılarını, anasını 
və onu əsir götürdülər. Sonradan onu anasından, bacılarından 
ayırıb qul kimi Dərbəndə apardılar. Tale onun ömrünə nə yazıb 
o bunu bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı olmaya-
raq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü göstər-
məlidir». 
Romanın bir ideya-estetik məziyyəti tarixi faktlara sona 
qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin mə-
lumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təh-
rif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) müna-
qişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin 
xalqların taleyinə, eləcə də ayrı-ayrı tarixi şəxsiyyətlərin forma-
laşmasına necə təsir etdiyini göstərmək cəhdidir. 


Ədəbiyyat söhbətləri 
 
313
Bədəncə zəif, çəlimsiz, özündən asılı olmayaraq yol boyu 
yuxulayıb arabadan yıxılan, hətta oyanmayıb düşdüyü yerdə də 
yatan Şəmsəddin gendən, kökdən gələn mənəvi gücü, istedadı, 
tədbirliliyi sayəsində əvvəl sarayda böyük nüfuz qazanır, sonra 
isə qüdrətli Azərbaycan Atabəylər dövlətini yaradır. 
Doğrudur, romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir 
və onun həyatı, mübarizələri, siyasi uğurları əvvəldən axıra qə-
dər maraqlı detallarla, təfərrüatlarla izlənilir; bununla belə yazıçı 
süjetin həm məkanını, həm də zamanını tez-tez dəyişdirməklə 
ümumən dövrün möhtəşəm (və mükəmməl) obrazını da canlan-
dırmağa nail olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz formal haki-
miyyətini bərpa etmək üçün hər cür provakasiyalara getməyə 
hazır olan xəlifəlik, ikinci tərəfdə dünyanı islam qanunları ilə 
yanaşı türk törəsilə idarə imkanları nümayiş etdirən səlcuqlar, 
üçüncü tərəfdə çaşbaş qalmış, hər cür xəyanətə əl atıb çıxış yolu 
axtaran xristian dövlətləri… Digər tərəfdə isə hakimləri ölümlə, 
qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları hörümçək 
toru kimi əhatə edib nəzarətdə saxlayan xaşxaşilər… 
«Bir qədər keçdikdən sonra qapı açıldı və Nüsrət otağa 
dəvət olundu. Elə qapının önündəcə otağa fikir verdi. Iyirmi-
iyirmi beş metr uzunluğunda olan bu otağın yeddi pəncərəsi 
vardı, altı pəncərədə altı peyğəmbərin – Adəm, Nuh, Ibrahim, 
Musa, Isa, Məhəmmədin, yeddinci pəncərədə isə Ismayıl Ibn 
Cəfər Sadiqin adı yazılmışdı. Həmədan rəisinin yadına düşdü ki, 
bu yeddiləri batinlər Nutəkəyi Səba adlandırırlar və bu yed-
dilərdən başqa batinlər heç bir peyğəmbəri və imamı qəbul 
etmirlər. 
Divarlar yaşıl pərdə ilə örtülmüşdü. Şamlar və qəndillər 
zəif yandırılmış, bu səbəbdən otaq alaqaranlığa bürünmüşdü. 
Otaqdan ona tanış qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə çəkdik-
ləri xaşxaşın qoxusu idi. Otağın o biri başında taxtda Sahibiə-
zəm oturmuşdu». 
Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin taleyi 
həll olunur. Istər müsəlman olsun, istər xristian, əgər Ələmuta 


Nizami Cəfərov 
 
314
tələb edilən qədər bac-xərac vermirsə, o dövlət dağılmalı, o 
hökmdar aradan götürülməlidir. Və bu yerin ən böyük rəqibi
düşməni ağıllı, öz mənliyini qoruyan, xalqının iradəsini ifadə 
edən şəxsiyyətlərdir… 
«Sahibiəzəm onu çox intizarda qoymadı: 
-Bizim işimiz sultanın zövcəsi, xanımı Möminə xatunladır. 
Aldığım məlumata görə o, ağıllı və tədbirlidir. Yanında da yal-
nız ağıllı adamlar dolaşır. Sultan Toğrulu öz ağıllı məsləhətləri 
ilə neçə dəfə ağır vəziyyətdən çıxardıb, hakimiyyət taxtında 
oturdub. Bax, o qadını aradan götürsək, sultandan xərac ala bilə-
cəyik. 
Batinlərin Həmədan rəisi indiyə qədər nə qadın öldürmüş
nə də öldürtmüşdü. Amma Baş Imamın verdiyi əmrdən çıxa 
bilməzdi: 
-Əmr edin, ya Sahibiəzəm!» 
Mömünə xatunu ölümdən yalnız Şəmsəddin Eldənizin 
ağlı, tədbirli hərəkətləri xilas edir. Və o, bu xidmətinə görə Sul-
tan Toğrulla Möminə xatunun oğlu Arslanşahın Atabəyi təyin 
olunur. 
Görünür, ağıllı, tədbirli adamların üzünə tale də gülür. 
Sultan Toğrulun qəfil ölümü hadisələrə yeni miqyas verir: Mö-
minə xatınla evlənən Atabəyin hakimiyyət illəri başlayır. Əvvəl 
Bərdədə, sonra isə Naxçıvanda… 
Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür ki, haqq-
ədalət, əmin-amanlıq uğrunda mübarizənin hər addımında 
qarşıya min xəyanət, yüz ölüm təhlükəsi çıxır. 
Bir də ki, Ələmut qalası… 
«Dünyanın bütün güclü padşah və sultanlarını, ağıllı 
insanlarını, vəzirlərini, vəkillərini, üləmalarını qətlə yetirən, qor-
xudan «ölüm çarxı»nı yaradan xaşxaşilərin banisi Həsən Sab-
bah, deyilənlərə görə Ömər Xəyyam və Səlcuq sultanlığının 
vəziri Nizamülmülklə dost olur. Çox yaxın olduqları üçün vəzir 
onu sarayda maliyyə məsələləri üzrə məmur təyin edir, lakin o, 
sarayda rüşvət almaqla məşhurlaşır. Günlərin birində məsələ 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə