Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə90/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   86   87   88   89   90   91   92   93   ...   108

Ədəbiyyat söhbətləri 
 
315
ortalığa çıxdıqda, Həsən Sabbah canını qurtarmaq üçün o biri 
dostunun, Ömər Xəyyamın yanına xahişə gedir. Vəzir şairin 
xahişini yerə salmır, amma deyir ki, qoy cəhənnəm olub hara 
istəyir getsin, təki gözümə görünməsin, harada gözümə görünsə, 
mütləq cəzalandıracam. 
Həsən Ömərdən bu sözləri eşitdikdə deyir: «Ömər, mən 
gedirəm. Elə bir yerə gedirəm ki, çoxları mənim əmrimlə qətlə 
yetiriləcəklər, hətta baş vəzir də, ancaq siz məni bir daha görmə-
yəcəksiniz». Aradan bir qədər keçdikdən sonra Həsən Sabbah 
hiylə ilə Əlamut qalasını ələ keçirir, Ismaililər adı altında, xaş-
xaşilər kimi məşhurlaşır «ölüm çarxı»nın əsasını qoyur. Çox 
keçmir ki, xaşxaşilər səlcuqların sultanı Alp Arslanı, onun oğlu 
Məlikşahı, hər ikisinin vaxtında vəzir işləmiş Nizamülmülkü 
qətlə yetirirlər». 
Roman müəllifi bu şeytan məsləkinin qarşısına Gəncədə 
Baş Dədənin müqəddəs missiyasını çıxarır. Hər ikisinin elmi 
«batini»dir… Lakin birincisi şərə, ikincisi isə xeyrə xidmət 
etməyilə bir-birinin ziddinədir… 
Və Atabəylə Möminə xatun Baş Dədənin görüşünə gəlir-
lər… Bu görüş nə qədər mistikdirsə, romanın ruhu baxımından o 
qədər də real; nə qədər realdırsa, o qədər də mistikdir. 
Mənə elə gəlir ki, xüsusilə həmin epizodda Yunus Oğuza 
«məhşər» müəllifinin müsbət mənada əhəmiyyətli təsirini hiss 
etməmək mümkün deyil. Ancaq o da aydın görünür ki, Isa 
Hüseynov (Muğanna) fəlsəfəyə, «Atabəy və xaşxaşilər» müəllifi 
isə siyasətə, diplomatiyaya çəkir… 
«Dədə göründü. Özü onlara yaxınlaşdı. Birinci şahzadəyə 
salam verdi: 
-Iraq sultanlığının sultanı Gəncəyə xoş gəlib. Bu sultan 
həzrətlərinin Gəncəyə birinci və axırıncı dəfə gəlişidir. 
 Eldəniz etiraz edib, düzəliş vermək istədi: 
-Baş Dədə üzr istəyirəm. Iraq sultanlığının sultanı Məsud-
dur. Bu isə şahzadə Arslanşahdır. 
Baş Dədə gülümsündü: 


Nizami Cəfərov 
 
316
-Bilirəm, ey Arranın, Azərbaycanın Atabəyi. Iyirmi beş il 
keçməyəcək ki, atabəyliyini etdiyin bu oğlan, -baş barmağı ilə 
Arslanşahı göstərdi, -Iraq sultanlığının sultanı olacaq. Siz isə, 
heç on il keçməyəcək ki, Sultan Məsud Azərbaycanı da sizin 
idarə etmənizə verəcək. – Sonra xanıma tərəf döndü. – Siz də 
xoş gəlmisiniz, ey qadınların ən ağıllısı Möminə xatun. Təəssüf 
ki, qadınsınız, yoxsa dünya ayaqlarınız altında olar, ağlınızla, qı-
lıncınızla bütün dünyanı tutardınız. Amma təəssüf etməyə dəy-
məz. Sizin üçünüz bir yerdə olanda hökmünüz Hind okeanından 
Bizans torpaqlarına qədər çatacaq. Bütün rəqibləriniz ayaqları-
nız altında olacaq, birindən savayı». 
Baş Dədə Atabəyə və onun ailəsinə ən qəddar düşmənləri-
ni də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə xəbərdarlıq 
deyil, həm də əcdad ruhunun himayəsinə təminatdır. Yəni dədə-
babaların Oğuz xandan gələn törəsinə riayət edəcəksənsə, heç 
bir maneə sənin qarşında dayana bilməz, aşıb keçəcəksən… 
«Atabəy bayaqdan beynində ilişib qalan sualı, nəhayət ki, 
verdi: 
-Dədə, bayaq, həyətdə dedin ki, bütün düşmənlərimi yenə-
cəm, təkcə birindən savayı. Bilmək istəyirəm ki, o kimdir, -açıq 
düşməndi, ya gizlin?.. 
-Düşməniniz gizlidir, onlar sizi qarabaqara izləyir, hətta 
bir dəfə sən və Möminə xatun onların qəsdinə tuş gəlmisiniz. 
Ağlınız və tədbirləriniz sayəsində bu qəsddən qurtulmusunuz. 
Onlar özlərini «batinlər» adlandırırlar. Xalq arasında isə onlara 
xaşxaşilər deyirlər. 
Eldəniz ona daha bir sual ünvanladı: 
-Dədə, səhv etmirəmsə, sizə də «batinlər» deyirlər. Ortada 
«iki batin» olur. Sizin batinlə onların «batin»i arasındakı fərq 
nədir? 
Baş Dədə onun sözlərinə düzəliş etdi: 
-Biz «batinlər» deyilik. Biz batin elmi ilə məşğul olan 
insanlarıq. Xaşxaşilər ona görə özlərini «batin» adlandırırlar ki, 


Ədəbiyyat söhbətləri 
 
317
guya xəlvəti iş görürlər, xəlvəti qərar verirlər, xəlvəti xərac 
istəyirlər, alınmayanda xəlvəti qətlə yetirirlər»… 
Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan dövrü 
başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq onların 
xəyanətlərinin üstü açılır… Naxçıvan Azərbaycan dövlətinə 
xəyanət edənlərin qarşısında alınmaz qalaya çevrilir. 
Və romanın dramatik əsasını təşkil edən Atabəy – 
xaşxaşilər qarşıdurması başlayır… 
«Sahibiəzəm əvvəl istədi desin ki, get, amma yadına verə-
cəyi o biri tapşırıqlar düşdü. «Necə olub ki, əsas tapşırığı yadım-
dan çıxarmışam». Bu sualı özü-özünə verdi: 
-Hə, əsas məsələ, Arranda, Azərbaycanda, əsas da Naxçı-
vanda şəhid olan fədailərimizin yerlərini doldurmaq lazımdır. 
Bu boşluğu uzun müddət saxlamaq olmaz. Bizim zəif olmağı-
mızı heç kim görməməli, heç kim hiss etməməlidir. Bu, bizim 
hakimiyyətimizin rəhnidir, -dedi, sonra da əlavə etdi: -O, kölə-
nin və ləçərin qətlindən hələ vaz keçməmişəm». 
Yazıçının sənətkarlığıdır ki, romanda əsas konflikti daim 
nəzərdə saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli, xüsusilə 
etnik ziddiyyətlərini də nəinki unutmur, əksinə, onlara elə bir 
miqyas verir ki, bu, əsərin əsas konfliktinin ideya-estetik interp-
retasiyası üçün strateji kontekstə, bütövlükdə isə, müəllif məra-
mını anlamaq baxımından metodoloji prinsipə çevrilir… 
«Xəlifə vəzirinə baxdı. Bu ona maraqlı gəldi. Indiyə qədər 
türkman məhəlləsindən şikayət olmamışdı. Türkmanlar həmişə 
sözünə sadiq, ədalətli idilər, heç kimi incitməzdilər. Hətta ərəb-
lər sözün bütövlüyünü onlardan öyrənirdilər. Buna görə də 
soruşdu: 
-Neyləyib sənə türkmanlar? 
-Mənə heç nə, ya əmirəlmömin, amma onlar müsəlman 
qaydalarını pozurlar, bu da islam hümmətinə pis təsir edir. 
Dinin qoruyucusuna bu sözləri deməkmi olardı? 
-Ay kişi, muss-muss deyincə, bir dəfəlik Mustafa de, ağ-
zındakı loxmanı çıxart, bir ağıllı-başlı de görək, müsəlman qay-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə