Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə87/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   83   84   85   86   87   88   89   90   ...   108

Ədəbiyyat söhbətləri 
 
303
dı, dünya başına fırlandı və qan rəngli dalğa göz qübbəsində 
iyrənc bir sifət təsvir etdi. 
«Iblis!» -deyə qışqırır iyirminci əsr. 
«Iblis!» -təkrar edir keçmiş zaman. 
«Iblis!» -deyə guruldayır bəşəriyyətin gələcəyi». 
Şəhərdə xoşa gələn bir şeylə qarşılaşmayan Quca axşam 
üstü özündən asılı olmayaraq anasının dəfn edildiyi qəbristan-
lığa gəlir. Və burada əvvəl körpəsini, sonra da özünü öldürmək 
istəyən bir qadınla -Abxaziya qaçqını ilə qarşılaşıb onu qərarın-
dan döndərməyə çalışır… 
« -Bilirəm, bu gün hər yanda özbaşınalıqdır, ancaq anasan, 
çağanın xətrinə bunlara dözməlisən. 
Qadının üzünə təbəssüm gəldi: 
-Çətinliyə dözərdim… 
Təəccüblə: 
-Bəs nə olub? 
-Bu gün Gürcüstanda yaşamağa xəcalət çəkirəm, -deyə 
gecənin qaranlığında ananın səsi eşidildi. 
…Bir anda qadın zorla uşağı onun qucağına basdı: «Yiyə-
lik elə, bəlkə də, həyatda özünü doğrultdu», -deyərək iti addım-
larla gecənin qaranlığında yox oldu». 
Müxtəlif ədəbi nəsillərdən olan gürcü yazıçılarının Nəri-
man Əliyevin tərcüməsində təqdim olunan əksər hekayələrində 
nə qədər dözümlə qarşılansa da sonsuz əzab, iztirab motivləri 
mövcuddur. Ən təsirli cəhət isə odur ki, bunlar xristian fəlsəfə-
sindən gələn mücərrəd əzab və iztirablar deyil, Gürcüstan insa-
nının (və tarixinin) yaxın keçmişdəki yaşantılarıdır… O yaşantı-
lar ki, gürcü ədəbiyyatı onlara laqeyd qalmayıb, əksinə, öz canı-
na-qanına hopdurub, yaddaşına həkk edib ki, gələcək nəsillər 
üçün əbədi dərs olsun. 
 
 2017 


Nizami Cəfərov 
 
304
 
«Köhnə» sözün yeni ustası 
 
Islam Sadığın – artıq adını Azərbaycan poeziyasının, filo-
logiyasının və jurnalistikasının tarixinə pozulması heç cür müm-
kün olmayan bir inamla yazmış dostumun tərcümeyi-halının ilk 
cümləsini heç vaxt təbəssümsüz oxuya bilmirəm: «16 oktyabr 
1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində ziyalı ailəsin-
də anadan olub». Islamın anadan olduğu oktyabr ayı mənim 
təsəvvürümdə hələ də «oktyabr inqilabı»nın təəssüratını yaradır. 
Bunun ardınca gələn 1953-cü il həmin inqilabın bütün imkanla-
rından istifadə edib onun «müəlliflər»inə, xüsusilə ziyalılara 
divan tutmuş Stalinin öldüyü ildir ki, Islam məhz bu ildə, yəni 
repressiya təhlükəsi aradan qalxandan sonra dünyaya gəlib… 
Bunlar bir yana… Orta əsrlərin feodal-patriarxal ovqatını verən 
«Samanlıq» hara, «ziyalı ailəsi» hara?.. 
Islamın tərcümeyi-halının özündən qətiyyən asılı olmayan 
hissəsi belə başlayır… Və fikrimcə, bu cümlədə ən ixtiyari (təsa-
düfi) anlayış «Tovuz rayonu»dur. O mənada ki, Islam tərcüme-
yi-halının bütün yerdə qalan göstəriciləri daxilində Azərbayca-
nın, ümumən Türk dünyasının Tovuz da daxil olmaqla istənilən 
rayonunda və ya regionunda dünyaya gələ bilərdi… 
Islam Sadığın poeziyası, bütövlükdə yaradıcılığı, nə qədər 
istedadlı olsa da, bir şəxsin (müəllifin) üslubu hüdudundan kəna-
ra çıxıb, əgər belə demək mümkünsə, bir etnosun üslubu miqya-
sını alır. Əvvəl «Koroğlu»nu, sonra isə Şumer-türk eposunu 
araşdırmağa elmi-kulturoloji marağı, türk dünyasına yüzillər 
boyu qənim kəsilmiş erməni «millətçilər»inə verdiyi tutarlı 
cavabları da, prinsip (ruh!) etibarilə, buradan irəli gəlir… 
Və epos intəhasızlığından zühur etmək, sakini olduğu 
müasir dünyanın mənzərəsini də həmin intəhasızlığın metafizi-
kası ilə dərk eləmək Islamın poeziyası üçün, elə bilirəm ki, əsas 
istinad nöqtəsidir. Ona görə də Islam şeirdə «köhnə» sözün yeni 
ustası kimi çıxış edir. 


Ədəbiyyat söhbətləri 
 
305
Vaqif Yusifli tamamilə doğru deyir: 
«Islam Sadıq «köhnə havalarda» təzə notlar səsləndirməyi 
bacarır»… 
Kim bilir beş nədi, üç nə, 
Kim bilir çöl nədi, iç nə? 
Gözündən üşüməz heç nə, 
Bulaq gözündən üşüyür. 
 
Tez olun ayağa durun, 
Bu oduna bir od vurun. 
Öləziyir korun-korun
Ocaq közündən üşüyür. 
 
…Islam Sadıq o dumanda, 
Getdi o çən, o duman da. 
Özgələrdən od umanda 
Adam özündən üşüyür. 
 
Bu misralardakı «təzə notlar» həyatın kritik momentləri-
nin, ağrının (üşüntünün) düyün məqamlarının həssaslıqla müəy-
yən edilməsində və həmin moment-məqamların ideya-poetik pa-
ralelizmində təzahür edir. Aşağıdakı misralarda isə şair ənənəvi 
model-texnologiyalarla əbədi həsrət-gözlənti barədə özünəməx-
sus zərif bir təəssürat yaratmaqla elə bil varlığın mübhəm bir 
sirrinin üstünü açmış olur: 
 
Ətəyini yığıb anam, 
Hər gün yola çıxıb anam, 
Göz yaşını sıxıb anam 
Saxlar gözləyə-gözləyə. 
 
Qış oldumu, qar gətirir
Bir umudu var, gətirir. 
Neçə ildi bar gətirir 
Bağlar gözləyə-gözləyə. 


Nizami Cəfərov 
 
306
Qarabulaq «görüş», -deyib, 
«Dodağımda öpüş», -deyib, 
«Harda qaldı ölmüş», -deyib 
Çağlar gözləyə-gözləyə. 
 
Islamın «Imza bizim, günah Arazıın» şeiri Araz, ümumiy-
yətlə Şimal-Cənub həsrət-ayrılığı mövzusunda qələmə alınmış 
çoxlu şeirlərdən ideya-məzmunca onunla fərqlənir ki, Arazı 
qınamır və «günah»ı özümüzdə – dünyanın ləyaqətsiz işdəkləri 
qarşısında pərişan durumumuzda,mental xüsusiyyətlərimizdə, 
«düşmən səni daş ilə, sən düşməni aş ilə» məntiqimizdə, çox 
zaman özünü doğrultmayan xeyirxahlıq fəlsəfəmizdə görür: 
 
Yağılara üz verən biz, 
Əlli desə yüz verən biz. 
Ocağına köz verən biz, 
Günahkarı Arazdımı?! 
 
…Yağı girdi bucağıma, 
Sonra cumdu qucağıma. 
Su bağladı ocağıma, 
Günahkarı Arazdımı?! 
 
Islam Sadıq, dayan, bizik, 
 Yağlı dilə uyan bizik. 
Imzaları qoyan bizik, 
Günahkarı Arazdımı?! 
 
Və cavabı özündə olan bu ritorik sual hər təkrar olunduqca 
düşünürsən ki, onu sonsuza qədər davam etdirmək olar. Geridə 
qoyub gəldiyimiz kifayət qədər zəngin tariximizdə nə qədər cid-
di səhvlərə, günahlara imza atmış, hələ bu azmış kimi, üstündən 
də «keçənə güzəşt» demişik. Məsuliyyətsiz «ürəyi genişliy»in 
nəticəsidir ki, bu gün düşmən gəlib oturub evimizin içində… 
«Kış» deməklə donuz darıdanmı çıxar?.. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə