Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə83/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   79   80   81   82   83   84   85   86   ...   108

Ədəbiyyat söhbətləri 
 
285
Adam kimi, kişi kimi, mərd-mərdanə sevməkdən gözəl nə 
varmış… Xüsusilə poeziyada, ədəbiyyatda… Ağrı-acılar çəkə-
çəkə, bütün günahları özündə görə-görə…  
Əslində, bu da sevgi şeiridir… Ancaq, şairin özü demiş, 
«daş dili»ndə:  
 
Sən olan ürəyi –  
sənə vermədim,  
Sən olan ürəyi –  
döndərdim daşa… 
Daş ürək danışır 
Qobustan dili… 
Bu dili bilmirəm kim anlayacaq? 
Kim duya biləcək –  
əski sözləri?!. 
…Hansı məqamdayam bu «daş ağıl»la? 
Uzat əllərini bu daş adama,  
Uzat, axırıma çıxdı nağıllar… 
 
Avdının ana şeirləri ona görə bənzərsiz, mükəmməl və 
təsirlidir ki, burada öz-özlüyündə nə qədər böyük ədəbi-ictimai 
dəyəri olsa da, ümumiyyətlə yox, özünəməxsus bir Ana obrazı 
var. Yəni bu mənim, sənin, onun deyil; məhz Avdının Anasıdır: 
 
Nə söz söyləyərdim sözünün üstə,  
nə dərdlər döyülüb dizinin üstə, 
Ömrünün dağına, qışlaqlarına –  
baxıban fələyin işdəklərinə –  
yanırdım, nəzəri qoymurdu dinəm,  
düz sözün qabarlı əli olardım… 
…Indi daha elə bir yananım yox,  
nə də insanlara elə inamım… 
…Nə vaxtsa qorxduğum bir qarı vardı,  
torpaq əllərimdən alıb apardı…  
məni qorxudurdu onun sağlığı… 


Nizami Cəfərov 
 
286
Ata-ana ilə övlad arasında bir bu dünyaya gəlmək, bir də bu 
dünyadan getmək «körpü»sü var. Birincisi sevinc, ikincisi qəm 
«körpü»südür… Və körpü varsa, o körpüdən keçmək də var… 
 
Ev deyil qəbristan, 
 çöldü, eşikdi, 
Darıxır yanında sakitcə yatan. 
Öz kökü üstündə –  
halal kişiydi –  
sənin baş yoldaşın,  
mənimsə atam… 
…O, orda nigaran,  
sən burda tənha, 
Gedəni ləngidim, ya saxlayımmı? 
Doğmalar torpaqda qovuşdu Tanrım, - 
bilmirəm gülümmü,  
ya ağlayımmı? 
Dərdimi torpağa basdırdım, ana! 
 
Avdının yalnız poeziyasında yox, ümumən təfəkküründə, 
düşüncəsində, həyat tərzində bir ailə-əxlaq (etnoqrafiya!) filo-
sofluğu var ki, onu yaxından tanıyanların hamısı bu filosofluğun 
təfərrüatını, güman edirəm ki, yaxşı bilir. Təfərrüat deyəndə ki, 
Avdı heç vaxt onu kiməsə şərh eləməyib, ancaq elə ki, bu möv-
zuda bir söhbət düşür, o öz mövqeyini ya «ayə, həə!..», ya da 
«ayə, yox!..» deməklə bildirir. Və dərhal görürsən ki, həmin 
mövqe üzdə deyil, çox-çox dərin etnoqrafik qatlardan – dədə-
babalardan gəlir… Demək olmaz ki, Avdının bu və ya digər 
məsələyə münasibətdə dədə-babalarla ümumiyyətlə polemikası 
yoxdur… Var… Ancaq bu, çox ağır bir söhbətin mövzusudur… 
Əsas isə odur ki, Avdının poetik təfəkkürü fəlsəfi olduğu qədər 
də fəlsəfi təfəkkürü əxlaqlı, dədə-babalıdır…  
«Bu çay bu yatağa sığmaz» da «Ötən illərin duyğuları»da 
yer alır… Doğrudur, buradakı «ötən illər» anlayışı o qədər də 


Ədəbiyyat söhbətləri 
 
287
uzaq illəri əhatə eləmir, ancaq hardan biləsən ki, şair ömrü (və 
təxəyyülü) miqyasında hansı illər ötüb, hansılarsa hələ heç 
yaşanmayıb və ya qarşıdan gəlir… 
 
Çarmıxa çəkilən ruhdu –  
bilmədim, 
Tufana tuş gələn Nuhdu –  
bilmədim, 
Yayından sıyrılan oxdu –  
bilmədim, 
Baxıb görə-görə  
dözüb ölmədim- 
Bir sevda ağlayır içimdə mənim. 
 
Bir xanımın dilindən eşitdiyi «çalışdım ki ayağım büdrə-
məsin…» sözləri Avdı Qoşqara aşağıdakı misraları yazdırır: 
 
Bu sözün yolunda asılmaq olar,  
Yağlı kəndir tapıb –  
dar ağacından, 
Belə sənə sadiq bir yar tapasan, 
Sallanıb qalasan yar ağacından. 
 
Çaxa dəli şimşək,  
seli gəlməyə; 
Oynaya küləklər,  
yeli gəlməyə;  
Uzanıb qırmağa əlin gəlməyə, 
Bir cüt nar asıla nar ağacından. 
 
Avdının şair-mütəfəkkir istedadının mühüm əlamətidir ki, 
özgənin ağıllı, müdrik sözünə öz sözü qədər həssas yanaşır, də-
yər (və şərh) verir, .zgənin sözünü öz sözünə çevirir… Və bütün 
varlığı ilə dərk edir (və dərk etdirir) ki, bu dünyada «mənim-
sənin» yoxdur, dünyanın sözü dünyada qalacaq. 


Nizami Cəfərov 
 
288
«Ötən illərin duyğuları»nda ictimai motivlər həm bir 
insanın, həm də bütövlükdə cəmiyyətin taleyindən danışanda 
özünü göstərir. Ancaq publisistik çılpaqlıqla deyil, bədii-fəlsəfi 
mənalandırmalar, ümumiləşdirmələrlə: 
 
Duyan baş ayırar dolunu boşdan, 
Duyar havasını hər gələn qışın. 
Yağır daş yağışı, yağır obaşdan 
Başını altına tutub «yağışın». 
 
Sinə dərdlə dolu, gözləri yaşla, 
Başı qarışıbdı suya, çörəyə. 
Öyrənib müsəlman bu daşlı başla 
Bu daş yağışına – «oxqay»-deməyə… 
 
Və bu cür bədii-fəlsəfi virtuozluq şairin oğluna müraciətən 
dediyi şeirdə də güclüdür: 
 
Şükranlıq edirəm, oğlum, 
Başımız ki çiynimizdə, 
Ağlımız ki başımızda – 
Şükür, buna da şükür. 
 
Şükür, südümüz halaldı, 
Harama yerikləmirik, 
Bu tarixdi, bu zamandı 
arama, yerikləmirik. 
 
…Şükür, kəsəyə tutub, daşa basılmırıqsa… 
Şükür, yağlı kəndirə keçib asılmırıqsa… 
Ya şəriət hakimi, ya bığı burma hacı… 
Bizi eləməyibsə hava, su möhtacı… 
Şükür, buna da şükür… 
 


Ədəbiyyat söhbətləri 
 
289
Avdı Qoşqarın «Bu çay bu yatağa sığmaz» kitabına az 
qala şeir kimi duyğusal bir intonasiya ilə qələmə alınmış məqa-
lələri də daxil edilmişdir ki, bunlar «Mənlə Allah arasında…», 
«Ramiz Qusarçaylıya açıq məktub», «Borçalıya, Rafiq Hümmə-
tə açıq məktub» və «Mən gördüyüm Amerika (yol qeydləri)»n-
dən ibarətdir. 
«Mənlə Allah arasında…» bu yaxınlarda dünyadan köç-
müş gözəl şair Camal Yusifzadənin xatirəsinə həsr olunmuşdur. 
Və bu yazıda Avdı bənzərsiz şairin təkrarsız obrazını yarat-
mışdır: 
«Şeirləri kimi çox sakit gəlib-gedərdi işə. Elə bil ayaqları-
nı yerə bərk basmazdı ki, səsi möhkəm çıxar. Yarım saatdan, bir 
saatdan bir enərdi pilləkənin başına siqaret çəkməyə. Çox məlu-
matlı tərəfmüqabil idi. Hər şeyi özünəməxsus detallarla izah eli-
yərdi. Gördüklərimin, tanıdıqlarımın içində bəlkə də ən məlu-
matlı, müasir təfəkkürə malik bir insan idi. Hər şeyi öz doza-
sında təhlil eləyərdi. Müasir siyasətin, çağdaş ədəbi prosesin 
əlçatmaz məqamlarını elə ustalıqla kəsib doğrayardı ki…» 
«Açıq məktub»larda həm Ramizin, həm də Rafiqin poezi-
yasını Avdı özünəməxsus peşəkarlıqla (və səmimiyyətlə) təhlil 
etməklə yanaşı, ümumən ədəbiyyatın, xüsusilə poeziyanın istər 
«daxili sirləri», istərsə də ictimai missiyası barədə maraqlı fikir-
lər söyləyir. 
«Mən gördüyüm Amerika»ya gəldikdə isə bu yazını sadə-
cə «yol qeydləri» adlandırmaq, elə bilirəm ki, müəllif tərəfindən 
təvazökarlıqdırsa, bizim tərəfimizdən insafsızlıq olardı. Və cəsa-
rətlə deyə bilərik ki, «Mən gördüyüm Amerika» Azərbaycan 
bədii publisistikasında bu mövzuya həsr olunmuş ən istedadlı 
(və mükəmməl) yazılardan biri, hətta demək olar ki, birincisidir. 
Niyə?.. Hər şeydən əvvəl ona görə ki, bu müfəssəl yazıda təbiə-
tən koloritli bir qələm adamının «uzaq» (və kosmopolit!) Ameri-
kanı yenidən (və humanist texnologiyalar mövqeyindən) «kəşf 
etmək» təşəbbüsü, bir daha dərk etmək iddiaları var. Və bu 
iddialar hər cür siyasi-ideoloji konyukturlardan çox-çox uzaqdır: 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə