Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə81/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   77   78   79   80   81   82   83   84   ...   108

Nizami Cəfərov 
 
276
Sel-su tək boşalıb-dolan 
Yaş quruyub bu gözümdə, 
Bu yollara yoldaş olan 
Bir dərvişəm yer üzündə. 
 
Və dərvişliyinin təkliyi, mübhəmliyi, bulanıqlığı – 
duruluğu, yazda qışı, qışda yazı var: 
 
Mən bu yolu əldən saldım, 
Saldım yorula-yorula. 
Yetəmmədim mənzilinə, 
Qaldım qırıla-qırıla. 
 
Qəm göyərdi hər sözümnən, 
Dərd görərdi hər üzüynən. 
Yaşlar axdı üz-gözümnən, 
Axdı durula-durula. 
 
Payız qayğım köç eylədi, 
Qışda yaman gerçəklədi. 
Hər yaz duyğum çiçəklədi, 
Baxdım vurula-vurula. 
 
Vəlinin poeziya dünyası, hər şeydən əvvəl, «könül dünya-
sı»dır. Və Vəli bu dünyada nə görürsə, könlünün gözü ilə görür. 
Hətta bilavasitə könlünə müraciət edəndə də, görürsən ki, başqa 
bir kimsə ilə yox, əslində, özü-özü ilə danışır: 
 
Bulud ötməz, duman getməz, 
Bu sevdanın gülü bitməz. 
Vüsalına əlim yetməz, 
Zarıma, könlüm, zarıma. 
 
Qəlbimdə nəğməm ağrıyıb, 
Həsrət sinəmi doğrayıb. 


Ədəbiyyat söhbətləri 
 
277
Yetişmədin, kim qarğayıb, 
Yarına, könlüm, yarına. 
 
Baş açmadım bu nədəndi, 
Əl vurmayın, köksüm nəmdi. 
Sinəm altı yarı qəmdi, 
Yarı nə, könlüm, yarı nə?.. 
 
Onun şeirlərində insanın tamamilə rahat dərk edilən real 
yaşam zamanı ilə ruhun əbədi mövcudluğuna əsaslanan (və de-
mək olar ki, dərk edilməz) irreal zaman arasında qəribə (və qəri-
bə olduğu qədər də poetik-fəlsəfi) bir həsbi-hal özünü göstərir: 
 
Yaşım ötüb, duyğum itib, 
Sinəm boşalıb, boşalıb- 
Qərib-qərib durnam ötüb, 
Hara baş alıb, baş alıb?.. 
 
Sağalmaz yaram diridi, 
Nə anrıdı, nə bəridi. 
Ağlasam, vallah, yeridi, 
Gözüm yaşarıb, yaşarıb. 
 
Dərdi kimə açım, ana, 
Qanadım yox, uçum, ana. 
Bu yol məni uçrumuna 
Vaxtsız aşırıb, aşırıb. 
 
Vəli, bir qayda olaraq, təfsilatdan və ya təfərrüatdan qaçır 
– o, rəmzlərlə, sufi-dərviş sintaksisinin yığcam konstruksiyaları 
ilə danışmağa çalışır. Və doğrudur, bəzən dili dolaşır, içindən 
püskürən «həyəcan»ı lazımi stilistik effektdə ifadə edə bilmir… 
Ancaq nə dediyini anlamaq, duymaq ümumən elə də çətin deyil: 
 


Nizami Cəfərov 
 
278
Əgər varsan, Ulu Tanrım, 
Köynəyindən keçir məni… 
Vallah, doydum yer üzündən, 
Göy üzünə köçür məni. 
 
Yaxud: 
 
Belə dözüm olmaz, dözüm də belə, 
Sözümü tapmadım, sözüm də belə
Özümü tapmadım, özüm də belə… 
Ha itirdim, ha axtardım, ha gəzdim. 
 
Yaxud da: 
 
Nəğməsi, sözü tükənmiş 
Bu qəm əlində təkəmmiş. 
Özüm özümə yükəmmiş, 
Özüm qaldım öz əlimdə. 
 
Vəlinin hissləri, duyğuları, poetik mükalimələri (və müha-
kimələri) zahirən çox pərakəndə, dağınıq, «süjetsiz» (və «kom-
pozisiyasız») görünür, ancaq onun poetik aləminin daxilinə 
vardıqca əmin olursan ki, bu ideya-estetik disharmoniyanın içə-
risində səmimi, təlqinedici (və mahiyyəti etibarilə mütəvaze) bir 
harmoniya mövcuddur. Və həmin harmoniyanın maneəsiz təza-
hürü də, emosional təbəddülatları da, hərdən içində boğulması 
da təbii, kifayət qədər enerjili, məhsuldar (və özünəməxsus!) bir 
istedadın faktıdır. 
Vəlinin hər kitabında onun yaradıcılığı bütöv görünür… 
Həm dünəni, həm bu günü, hətta həm də sabahı ilə… 
 
2018  


Ədəbiyyat söhbətləri 
 
279
 
 «Yatağına sığmayan çay»ın poeziyası 
 
Avdı Qoşqar ədəbiyyata keçən əsrin 80-ci illərində ilk 
şeirlər kitabı «Dünyaya yağaram qarla, yağışla» gəldi. Və bu 
kitabda toplanan şeirlər şairin 70-ci illərinin ortalarından başla-
yan ardıcıl, enerjili yaradıcılığını kifayət qədər təfərrüatlı bir 
şəkildə əks etdirməklə yanaşı, göstərirdi ki, onun poetik təfəkkü-
ründə təbiətlə cəmiyyətin bədii-fəlsəfi vəhdətdə dərkinə maraq 
olduqca güclüdür… Şair sonralar qələmə aldığı şeirlərində də 
həmin ideya-estetik istiqaməti davam etdirib daha da dərinləş-
dirdi. Və təbiətdə cəmiyyəti, cəmiyyətdə isə təbiəti idyea-estetik 
anlamının zahirən sadəlövh, daxilən isə xeyli dərəcədə elə intel-
lektual «təcrübə»lərini təqdim etdi ki, yeni yaradıcılıq təzahürlə-
rinə qarşı bəzən inkarçı-nihilist, çox hallarda isə laqeyd münasi-
bət göstərən XX əsrin sonu, XXI əsrin əvvəlləri Azərbaycan 
ədəbi-ictimai mühiti Avdı Qoşqarın poeziyasındakı özünəməx-
susluğu etiraf eləməyə bilmədi… Yaradıcılığının (və xüsusilə 
istedadının) məhsuldarlığı müqabilində şeir kitabları az-az, beş-
altı ildən bir nəşr olunsa da, elə bilirəm ki, onun ədəbi aləmdəki 
şair nüfuzu indiyə qədər haçansa nəinki şübhə doğurub, əksinə, 
illər keçdikcə daha da artıb, yüksəlib; təbiətdə cəmiyyəti, cəmiy-
yətdə isə təbiəti daha dərinlərdə axtarmaq (və görmək) intuisiya 
– inersiyası təkmilləşib, bir az çoxmənalı, bir az dərdli, bir az da 
emosional olub: 
 
Bu çay bu yatağa sığmaz, 
sığmaz, canım gözüm, sığmaz. 
Axar sular dar məcrada  
axmaz, şirin sözüm, axmaz. 
 
Yatağı yandırar azı,  
canı «usandırar» azı,  
daşı dayandırar azı –  
axmaz, qara gözlüm, axmaz… 


Nizami Cəfərov 
 
280
Avdı Qoşqarın «Bu çay bu yatağa sığmaz» kitabı, əsasən, 
son illərdə qələmə aldığı şeirləri, bədii-publisistik məqalələri 
əhatə edir ki, həmin yazıların hər birində, köhnə təbirlə desək, 
müasirimizin nəbzi döyünür. Bəzən aramla, yavaş-yavaş, yəni 
həyatın normal tempinə uyğun olaraq; bəzən də həyəcanla, 
sürətlə, şiddətlə… Və dərhal hiss edilir ki, şair ürəyi bu narahat, 
insan taleyi üçün risklərlə dolu dünyamızın ritmini, intonasiyası-
nı öz üzərinə götürməkdən çəkinmir… Harda bir ağac kəsilirsə
harda bir yaşıl yaşamaq eşqi baltalanırsa, Avdı bunu ümumən 
insanlığa qarşı cinayət, allahsızlıq hesab edir. Yalnız təbiətin 
deyil, həm də cəmiyyətin (mənəviyyatın) ekologiyasına qəsd 
sayır: 
 
Allahsız uşağı allahsız! 
Bu ağaca necə qıyır əliniz? 
Necə kəsirsiniz şah damarını, 
Necə kəsirsiniz göy vüqarını? 
 
Necə kəsirsiniz, -güclə dayanır,  
güclə dayanmaqdı dünyadan payı. 
Yer altda kökləri, təşnədir – yanır, 
Yer üstə dəhnədən kəsilib çayı… 
Göyündə şimşəklər baş-başa gəlir, 
Tövşüyür, təntiyir yerin nəfəsi. 
Necə qıyırsınız –  
daş daşı yeyir, 
Necə qıyırsınız –  
batır su səsi… 
 
Şairin bu cür şeirləri bir daha göstərir ki, poeziya, ədəbiy-
yat həm də bizə bəxş olunmuş Həyat üçün məsuliyyətdir. Və bu 
məsuliyyətin dili çox zaman allahsızlığa qarşı üsyan, qiyam və 
hayqırtıdır. 
 
Avdı Qoşqar deyəndə ki: 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə