Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə82/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   78   79   80   81   82   83   84   85   ...   108

Ədəbiyyat söhbətləri 
 
281
Ürəyim özümdən qabaq sürüşüb 
Düşür dərd altına, qayğı altına… 
Ovuda bilmirəm bircə ürəyi, 
Qoruya bilmirəm yaz havasından; 
Bəhanə axtarır yana-yaxıla 
Bir qəmli baxışdan, saz havasından 
Qoruya bilmirəm bircə ürəyi… 
…Daşa-babam deyir, ağaca – obam, 
Ağacsız yaşayam, daşsız yaşayam, 
Ovuda bilmirəm bircə ürəyi…  
 
-buna şübhə eləməyə adamın ürəyi gəlmir… Ona görə yox ki, 
Avdı bütün linqvopoetik təbiəti ilə səmimidir, həm də (və daha 
çox!) ona görə ki, Avdının şair sözünün arxasında hər cür bəzək-
düzəkdən kənar canlı Həyat dayanır; o Həyat ki, həm normal, 
həm də fövqəladə ritmləri ilə bizim Ürəyimizdə döyünür… Istər 
fərdi-şəxsi, istərsə də ictimai təlatümləri, ləngəri ilə… 
Doğrudur, Avdı Qoşqarın şeirlərində «xalq», «millət» söz-
lərinə, demək olar ki, təsadüf olunmur, ancaq onun poetik dilin-
də «insan» elə «xalq», «millət» deməkdir. Və insanın dərdi tam 
miqyası ilə xalqın, millətin dərdidir: 
 
Həsrəti yüz dartaq –  
irəli, geri, 
Çəhlimlər gözümdə –  
diridən diri, 
Ağzımda dilimin titrəyən yeri –  
biri Kəlbəcərdi, biri Göyçədi. 
Zülmətə bürünüb həyatı –  
deyir, 
Yurdu soruşursan –  
bayatı deyir, 
Bir dağdan asılan qayadı deyir- 
biri Kəlbəcərdi, biri Göyçədi. 


Nizami Cəfərov 
 
282
Və bu da bir həqiqətdir ki, Avdı şeirlərində «xalq», «mil-
lət», «vətən» sözlərini bundan sonra da işlətdi-işlətmədi, fərqi 
yoxdur, onun poeziyasının bütün ruhunda, canında; poetik dili-
nin, üslubunun ədasında Vətən var, Millət var, Xalq var… 
Məsələ onda deyil ki, yeri gəldi-gəlmədi, müqəddəs sözləri çox 
işlədib zahiri effekt naminə istismar edəsən; söz adamının bir 
vəzifəsi də onun üçün «tikinti materialı» olan sözdən qənaətlə 
istifadə etmək, israfçılığa yol verməməkdir. 
Avdı çox işlənmiş, istismar olunmuş, dönə-dönə yağma-
lanmış sözdən qaçır; yeni, təzə-tər, qatı açılmamış sözlər, ifadə-
lər tapıb (və ya yaradıb!) işlətməklə sözünün qarasınca gedənləri 
beş-on addımdan sonra başına nə gələcəyini bilmədiyi çəhlim-
lərlə aparır. Və əsas da odur ki, eniş-yoxuşdan, daş-qayadan, 
kol-kosdan çəkinmədən özü öndə gedir… Sözünün, hisslərinin, 
duyğularının önündə…  
Avdı Qoşqar poeziyasının gücü onun daxili intellektual-
lığında olduğu qədər də zahiri sadəlövhlüyündədir dedik. Və 
təsadüfən demədik… 
 
Dərd bilməmək – naşılığın ən pisidir, 
Ən hündür səs – əzilənin haqq səsidir. 
Ən çətini – insanın son nəfəsidir; 
Ən asan şey nədi,  
onu biləmmədim. 
 
Və bu sadəlövhlük onun sevgi şeirlərində bütün miqyası 
ilə görünür… Yalnız görünmür, həm də Avdı Qoşqar üslubunun 
atributuna, onu şair eləyən mənəvi-əxlaqi enerjinin (istedadın) 
təzahür texnologiyasına çevrilir: 
 
Sevdim,  
bacarmadım nazını çəkəm, 
Sevdi –  
yarımadı gözü dolusu. 


Ədəbiyyat söhbətləri 
 
283
Bir dəfə «can» sözü gəlmədi dilə,  
Bir dəfə demədim –  
evim-eşiyim. 
Elə bilirdim ki,  
məhəbbət budur, 
Həsrət «açmalı»ydı  
vüsal yerinə. 
Deyirdim, bu torpaq  
göyləri udar, 
Sevənlər qovuşsa biri-birinə… 
 
Avdının sevgi şeirlərində eşqin sufi-panteist dərinliyi (və 
metafizikası!) ilə yanaşı, ailə-məişət həsbi-halı da az yer tutmur. 
Diqqəti cəlb edən isə odur ki, hətta bu cür ailə-məişət «prozaik-
liy»ində də şair kifayət qədər poetik, məna-məzmun, ideya-
obraz axtarır. Və tapır: 
 
Nə məndən yarıdın, nə də taledən, 
Nə də ki könülsüz getdiyin evdən… 
…Necə dözüb qaldın –  
bu vurhavura?! 
Necə qürurunu dözüb saxladın?! 
Şahlıq taxtı kimi üstündə durur 
Ləkə götürməyən təmiz-tər adın… 
Ən böyük istedad ad qorumaqdı, 
Istər qadın olsun, istərsə kişi… 
Dünyadan doymaqdı, ya yarımaqdı, 
Çətin məsələdi, dünyanın işi… 
 
Avdının bədii təxəyyülü bir mətləbdən başlayıb həqiqət 
axtara-axtara yüz gümana düşə bilər, Həyatın, Idrakın, Xəyalla-
rın hər künc-bucağına baş vura, hər cür şəkk-şübhələrə düşə 
bilər. Bununla belə, son sözünü yarımçıq qoymaz. Çünki Avdı o 
şairlərdəndir ki, ilhamı onları heç vaxt aldatmır, təxəyyülləri 
azmır, gümanları çaşmır. 


Nizami Cəfərov 
 
284
«Bibliya» insanın övladının doğulan andan «günahkar» 
olduğunu çox-çox qədim zamanlardan bütün dünyaya bu günə 
qədər təkzibi mümkün olmayan «faktlar»la elan etmişdir… Avdı 
da insanın günahkarlığından bəhs edir, ancaq bu, tamamilə 
başqa günahkarlıqdır: 
 
Sevgi qatiliyik – 
Günahkar əlimiz qana bulaşıb. 
Qanla oynayırıq,  
qan çanağıyıq… 
…Ömür yaşayırıq – günah içində, 
Qapımız qəzaya – qədərə açıq. 
Ölən sevgilərin kölgələriyik – 
Kölgə də, tərs kimi, adamdan qaçır… 
 
Avdının sevgi şeirlərində də çox dərin etnoqrafik məz-
munlu bir məsuliyyət var… Tanrıya müraciətən deyir: 
 
…Onu sevə-sevə  
özümü dandım, 
Sənə sevgidəndi –  
ona yanmağım. 
Ən böyük günahım –  
bəlkə də, odu, 
Bir də bu həyatı anlamamağım… 
…Tanrı,  
nə cəzam var –  
ver özüm çəkim. 
 
Insan həyatının (və idrakının) üfüqlərinin son dərəcədə 
genişləndiyi müasir dövrümüzdə də elə sevgi şeirləri yaranır ki, 
«aşiq» bütün günahları «məşuq»un boynuna yıxmağa çalışır, 
onun «vəfasızlığ»ından elə yana-yana gileylənir ki, özü də 
bilmədən mərdliyini, kişiliyini, hətta adamlığını itirir. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə