Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə85/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   81   82   83   84   85   86   87   88   ...   108

Ədəbiyyat söhbətləri 
 
295
Çimdik yad çaylarda, yad dənizlərdə, 
Üzdük yad sularda, boyat sularda. 
Gördük dümağ qızlar… hər şey üzərdə, 
Gördük göz oxşayır həyat sularda. 
 
…Üzdük yad çayların yad sularında, 
Unutduq: bizim də öz çayımız var. 
Sahildən-sahilə üzə bilməyən, 
Bu çayda boğulan harayımız var. 
 
…Sən yaxşı çimirsən yad suda, Rafiq, 
Sən yaxşı üzürsən yad dənizlərdə. 
Arazı o taya üzə bilmirsən, 
Boğul dənizlərdə, bat dənizlərdə. 
 
Araz (ayrılıq!) mövzusunda həm bu tayda, həm də o tayda 
çox yazılıb, hamısı da ürəkdən gəlir və heç kimə sirr deyil ki, 
Azərbaycan poeziyasının damarlarında Araz axır… Ancaq Rafiq 
Hümmətin bu şeiri yüzlərlə, hətta minlərlə Araz mövzulu şeirlə-
rin heç birini həm təkrar eləmir, həm də ideya-estetik məziyyət-
lərinə görə onların ən təsirlilərindən biridir. 
Əlbəttə, dünyanın bütün dərdləri, ağrıları ilk növbədə şair 
ürəyindən keçir… 
 
Yuxumu gözümdə dəfn eyləmişəm, 
Ölüm də yatırtmaz məni bu vədə. 
Mən şeir yazmıram… 
açıb qəlbimi 
Dərdimin şəklini çəkirəm, dədə. 
 
Ancaq şair o zaman şair, şeir o zaman şeir olur ki, həmin 
dərdin, ağrının «rəsm»ini olduğu kimi çəkə, dərdin-ağrının 
«portret»ini yarada bilsin… 
 


Nizami Cəfərov 
 
296
Eşirəm bir ömrü bir fikir üçün, 
Fikrim gündən-günə dərinə çökür. 
Rəssam -baxışların, bəstəkar səsin, 
Şair – fikirlərin rəsmini çəkir. 
 
Izaha ehtiyac varmı ki, burada «fikir»də, «fikirlər»də «dü-
şüncə» yox, «dərd» mənasındadır?.. Və «fikir çəkmək» elə 
«dərd çəkmək» deməkdir… 
Ancaq yenə də əvvəlki söhbətə qayıdırıq ki, şair nəyin 
fikrini (dərdini!) çəkir?.. Əgər bu, dünyada şair kimi qalıb-
qalmamağın nigarançılığıdırsa, Rafiq Hümmətin bu barədəki 
«mükalimələr»i (həm də tez-tez həmin mövzuya qayıtması), 
görünür, artıqdır… 
 
Təzə söz deyəmmirəm, 
Köhnələr deyib gedib. 
Allahı, peyğəmbəri 
Dahilər öyüb gedib. 
 
…Dünyaya bildir gəlib 
Və ya min ildir gəlib – 
Nə qədər şair gəlib, 
Bəxtini söyüb gedib 
 
Birincisi, nə olur olsun, «şair yaranan, ömrə peşiman ola 
bilməz» (S.Vurğun), ikincisi isə, aşağıdakı misraların müəllifinə 
şair taleyinin «fəlsəfə»sini izah etməyə lüzum yoxdur – o, bunu 
nəinki təhtəlşüur olaraq hiss, eyni zamanda bir mütəfəkkir 
olaraq dərk edir: 
 
…Elə ki gördülər sözün ötəndi, 
elə ki gördülər ünün yetəndi,  
elə ki bildilər dərdin-azarın  
yaralı millətdi, bölük vətəndi… 


Ədəbiyyat söhbətləri 
 
297
Vay-vay… ulaşacaq it oğulları,  
ətbaş gədələrin ət oğulları 
öncə kəsəcəklər sözünü sənin… 
 
…Və …illər üstünə illər gələndə,  
tufanlar qopanda, sellər gələndə  
dönüb özün boyda heykəl olanda,  
ayağın altına güllər gələndə… 
Vay-vay… o biclərin bic nəvələri,  
yaltaq nəvələri, gic nəvələri,  
ya ölüm günündə, ya ad günündə 
 yüyürüb siləcək tozunu sənin. 
 
Ona görə də Rafiq Hümmətin «dərdimi mələk də qan-
maz», «ölsəm də heç kim inanmaz», «tez-tez tələyə düşürəm, 
yan-yörəm tələdi mənim» deyib şair taleyindən, yaxud taleyin 
şairliyindən gileylənməsi «təqdiri-Xuda» qarşısında günahdı…  
Ancaq yaxşıdır ki, şairin bu «hərdəmxəyallığ»ı baş qaldır-
dıqca tale missiyasının məsuliyyəti də artıb həmin «hərdəmxə-
yallığ»ın meydan sulamasına çox da imkan vermir. Və Nəsimi-
dən, Füzulidən, Vaqifdən, Sabirdən, Caviddən, Vurğundan gələn 
taleyin davamçısı, missiyanın daşıyıcısı olduğunu səmimiyyətlə 
dərk (və qəbul!) edir… 
 
Canım tayqa boranında, könlüm Sibir sürgünü, 
Öz içimin işığında qızınmaqdan doymuram. 
Mən ruhumun libasıyam, sözlərim də eşqimin, 
Eşqimi sözlərə büküb üşüməyə qoymuram. 
 
…Mən mey içdiyim piyalə nə şüşədi, nə saxsı, 
Yol gedirəm, nə olsun ki, arxa oddu, qabaq su. 
Baxışını məndən döndər, ay qaramat dabbaxçı, 
Dərisi soyulan mənəm, mən ha dəri soymuram. 
 


Nizami Cəfərov 
 
298
Rafiq Hümmət içinə qapananda nə qədər mücərrəd, nə 
qədər «darıxdırıcıdır»sa, içindən qopub özünə (və dünyaya) 
kənardan baxanda o qədər konkret, ünsiyyətcil və cəlbedicidir… 
Elə ki taleyində tərcümeyi-halını, tərcümeyi-halında taleyini 
gizlətmir, az qalır şedevrlər yaratsın… 
 
Iki vətənim var, ay sarı gözəl, 
Biri-Azərbaycan, biri-Gürcüstan. 
Birində şərab çox, birində çiçək, 
Mən nə şərabçıyam, nə də gülsatan. 
 
Mənim tək vətənli bir qiyafəm var,  
Bakıya, Tiflisə qonur yuxum da. 
Sinəmi tək güllə dəlib keçmədi, 
Nə Xanın kəndində. Nə də Suxumda. 
 
Əgər xoşbəxtəmsə – iki dəfə çox, 
Nə olsun – orda da, burda da təkəm. 
Mənə Tanrı yazıb: orda Isanın, 
Burda Məhəmmədin dərdini çəkəm… 
 
Əgər mənə desələr ki, bugünkü poeziyada yurd sevgisinə 
səciyyəvi bir misal göstər, tərəddüd etmədən Rafiq Hümmətin 
«Borçalı»sını yada salardım. O «Borçalı»nı ki, onun hər misra-
sında hər cür «diplomatiya»dan uzaq uşaq səmimiyyəti, təbii 
övlad məsuliyyəti var… 
 
Şuşaya, Sulduza qurban gedərəm
Göyçəyə, Təbrizə qurban gedərəm, 
O çölə, o düzə qurban gedərəm, 
O çöldə, o düzdə yaşaya bilməm. 
 
Sevgimi pafosla söyləyim deyə, 
Dırmaşıb çıxmaram uca kürsüyə. 


Ədəbiyyat söhbətləri 
 
299
Hər səhər burdanca baxaram göyə, 
Gur lafda, boş sözdə yaşaya bilməm. 
 
Səndə layla deyir mənə ulduzlar, 
Bir duyğu yazmağa min cür sözüm var. 
Mənim nə yüz üzüm, nə yüz gözüm var, 
Yüz üzdə, yüz gözdə yaşaya bilməm. 
 
Rafiq Hümmət kimi dərin hissiyatlı, geniş dünyagörüşlü 
bir şairin indiyə qədər ikicə şeir kitabı nəşr olunub, halbuki hər 
il bir-iki kitabı çıxmalıydı ki, həm yaradıcılığı cilalansın, həm də 
poeziyamız zənginləşsin… 
Neçə illərdir ki, Gürcüstanda gördüyü böyük işlər, Azər-
baycanla Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin möhkəm-
lənməsi sahəsində Rafiq Hümmətin xidmətləri, əlbəttə, hər cür 
təqdirə layiqdir, bununla belə bir məsələ var ki, bu işləri bu və 
ya digər səviyyədə başqaları da görə bilər, ancaq onun yaşadığı 
şair taleyini ondan başqa heç kim yaşaya bilməyəcəyi kimi, 
onun yazdığı gözəl şeirləri də ondan başqa heç kim yaza 
bilməz… 
  
 2017 
 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə