Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə93/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   89   90   91   92   93   94   95   96   ...   108

Ədəbiyyat söhbətləri 
 
325
ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin Napaleonuna 
bənzədirdilər. – Nazir fikirlərini bitirib əsas məsələyə keçdi. – 
Bütün bunları qısaca ona görə danışdım ki, biləsən. Bizim də 
şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə, zabitlərə aşılamaq 
lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda babalarına bənzə-
mək, qəhrəmanlıq etmək istəyir». 
Əlbəttə, 2017-ci ilin aprel hadisələrinin təsviri müəllifdən 
yalnız bədii istedad deyil, həm də ciddi siyasi-ideoloji hazırlıq, 
hərbi işə, onun spesifik texnologiyalarına bu və ya digər səviy-
yədə bələdlik tələb edir. Və romanda bu baxımdan maraq doğu-
ran, yazıçının istedadının çoxtərəfliliyini, eyni zamanda aprel 
hadisələrinin gedişini dərindən izləyib araşdırdığını göstərən 
məqam-detallar kifayət qədərdir… 
« -Irəli! Irəli aslan əsgərlərimiz! Indi hər şey sizdən asılı-
dır. Lələtəpə və Talış yüksəkliklərini almayana qədər dayanmaq 
yoxdur. Irəli! 
Zirehli texnikaların mühərrikləri işə düşdü. Mühərriklərin 
uğultusu hətta ermənilərin arxa cəbhəsindən eşidildi. 
Çox keçmədi ki, əsgərlərimiz hər iki yüksəkliyi ələ keçir-
dilər. Itki minimal idi. Düşmənin çoxlu silah-sursatı, yaralısı, 
ölüsü ələ keçdi. 
Hücum o qədər ildırımsürətli idi ki, erməni əsgərlərinin 
başılovlu qaçması onların əvvəlcə kəndlərdə yaşayan əhalisini, 
sonra isə Xankəndində, daha sonra da Irəvandakıları həyəcan, 
panika, təşvişə saldı. Kəndlərin əhalisi bir-birlərinə xəbər verir-
dilər ki, qaçın, türklər gəlir. Əhali olub qalanını, kimin maşını 
vardı maşınına, arabası olan arabaya, olmayanı isə kürəyinə 
yükləyib Xankəndinə istiqamət götürürdülər». 
Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın 
məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə 
gətirib çıxaracağı siyasi-publisistik baxımdan, yeri gəldikcə (və 
mətnin bədii keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir: 
«Erməni komandanlığı başa düşürdü ki, düşmən özünə 
gələn kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq. 


Nizami Cəfərov 
 
326
Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəklik-
lər geri alınmasa, birincisi Azərbaycan ordusunda ruh yüksəkliyi 
qalxacaq, digər yerləri də azad etmək həvəsində olacaq. Ikincisi, 
Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənis-
tanda hakimiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun, 
korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlana-
caq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək 
alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll etmək istəyən 
dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqları müharibə yolu 
ilə azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa, 
Azərbaycan tərəfi öz şərtlərini diqtə edəcək. 
Hər iki tərəf bunu gözəl anlayırdı. Bir tərəf bu hücumun 
qarşısını alıb, əks-hücumla itirdiyini geri almaq, vəziyyəti əvvəl-
ki halında saxlamaq, digər tərəf isə bu uğurları davam etdirmək 
fikrində idi». 
Aprel döyüşləri yalnız hərbi-siyasi xarakter daşımır, hər 
iki tərəfdən mülki əhalinin də psixologiyasına, məişətinə, həyatı-
na birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla erməni-
lərdə tamamilə fərqli reaksiyalar doğururdu… 
«Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir qışqırıq 
düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun. 
Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına normal ba-
xa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də əksəriyyəti 
Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı 
soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta 
elələri vardı ki, bu soyqırımla fəxr edirdilər. 
Indi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə 
bildilər ki, türklər Xocalı soyqırımının qisasını alacaqlar. Odur 
ki, təşviş, həyəcan, panika o həddə çatmışdı ki, ər arvadı, ana 
balanı atıb qaçırdı. 
Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl vurul-
madı, heç bir ev qarət edilmədi. Hətta bölüyün bir çox əsgərləri, 
heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq, 
sakinləri açılan dəhlizlə kənddən tez çıxmağa tələsdirmək idi». 


Ədəbiyyat söhbətləri 
 
327
Romanda öz doğma torpağını azad etməyə qalxan, ölümün 
gözünə dik baxan vətənpərvər Azərbaycan əsgərinin əhvali-ru-
hiyyəsi ilə işğalçı erməni ordusunun (və xüsusilə onun zabitləri-
nin, komandanlığının) işbazlığı, pozğun (və çürük) mənəviyyatı 
realist boyalarla qarşılaşdırılmış və tamamilə zəruri olaraq 
müəyyən təfərrüatlara varılmışdır… 
«Döyüş yerini bir neçə saat durbinlə izləmələrinə baxma-
yaraq heç bir hərəkətlilik müşahidə olunmurdu. Onlar doqquz 
nəfərin yerini tapmadıqca həyəcanları daha da çoxalırdı. Çünki 
Baş Qərargahdan da hər yarım saatdan bir zəng edib məlumat al-
maq istəyirdilər ki, kənd geri alınıb, ya yox? Alınıbsa kəndin 
içində gedən bu döyüş, atəş səsləri nədir? Yox alınmayıbsa, 
düşmən niyə məhv edilmir? Komandir deyə bilməzdi ki, atan 
yalnız bizimkilərdir. O məruzə edə bilməzdi ki, iki tankımız 
sıradan çıxarılıb. Belə olduğu şəraitdə onun Irəvanda vəzifə 
pilləsinin qarşısına böyük sual işarəsi qoyulardı. Əslində, erməni 
komandiri bu torpaqlardan çoxdan getmək istəyirdi. Bilirdi ki
onlar Azərbaycan torpaqlarını işğal ediblər. Amma hara gedə-
cəkdi? Yaxşı bilirdi ki, Qarabağdakı o biri komandirlər kimi, 
onun da ailəsi Irəvanda demək olar ki, girovluqdadır. Düz bir 
söz demədinsə, etiraz elədinsə, dərhal səni ailənin başına hansı 
oyunları gətirəcəkləri ilə hədələyirlər. Onun özü də burada bir 
növ girov kimidir». 
Azərbaycan zabiti Murad Mirzəyev isə həqiqətin (Tari-
xin!) timsalıdır, vətən uğrunda kişi kimi döyüşür, kişi kimi həlak 
olur… 
«Ayaq səsinə gözünü açdı. Erməni çalanın başında dur-
muşdu. Fikirləşmədən tapançanın ucunu qaldırıb atəş açdı. O, 
çalanın içinə, elə onun yanına yıxıldı. Kənardakılar ermənicə 
qışqırdılar: 
-Burda hələ biri ölməyib. Bəlkə də «Ovçu» deyilən budur. 
Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə huşunu itirə-
cək. O zaman ermənilər onu əsir götürəcək, dindirəcəklər. Gözü-
nün qabağına əsgərləri gəldi. Bütün şəhidlər və qazilər bir-bir 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə