Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə91/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   87   88   89   90   91   92   93   94   ...   108

Nizami Cəfərov 
 
318
dalarını neyləyib pozurlar: namaz qılmırlar, şəraba qurşanıblar? 
– Bu dəfə Xəlifə Qadirin üstünə çımxırdı. 
Qadir ibn Kərim özünü itirmədi, dərhal xəlifəyə cavab 
verdi: 
-Yox, ya əmirəlmömin! Siz sadaladığınız şeylərin hamısı-
na əməl edirlər, şərab da içmirlər, amma bu türkman məhəllə-
sinin əhalisi öz törələri, öz qayda-qanunları ilə yaşayırlar. 
-Yəni sünnəni pozurlar? – Bu dəfə vəzir ibn Xubayr sual 
verdi. 
-Hə, belə bir şeydir. Məsələ bundadır ki… -Qadir bilmirdi 
hardan başlasın, bir qədər sonra özündə cəsarət tapıb dilləndi, -
bu türkman məhəlləsinin qız-gəlini küçəyə-bacaya çıxanda 
həmişə üzləri açıq olur, çarşab geyinmirlər, pərəncə örtmürlər. 
Bu da bizim qız-gəlinlərə pis təsir edir. Hərdən evdə qızlarım 
məndən soruşurlar ki, validim, türkmanlar niyə belə geyinirlər? 
Xəlifə bu sözlərdən sonra gülməyə başladı». 
Bu cür zərif (və təsirli) eyhamlar, türklərin islama sədaqə-
tini, bununla belə heç bir əxlaq qaydalarına zidd olmayan adi 
həyat-məişət tərzlərini (milli özünəməxsusluqlarını) qoruyub 
saxlamaları barədəki təfərrüatlar, elə bilirəm ki, romanın ideya-
estetik enerjisini təbii bir şəkildə gücləndirir. Və əsas da odur ki, 
bu təbii enerji yazıçının buna qədərki yaradıcılığında – poeziya-
sında, nəsrində, dramaturgiyasında, elmində, publisistikasında 
da təzahür edən Yaradıcı Təbiətindən irəli gəlir. 
…Xalqı Atabəy hakimiyyətindən narazı salmaq üçün hər 
cür nalayiq hərəkətlər edən Gəncə hakiminin cəzalandırılması 
barədəki epizodlar, elə bilirəm ki, romanın ən maraqlı, ən təsirli 
səhifələrini təşkil edir. Və bu səhifələrdə gənc Cahan Pəhlivanın 
xarakteri də açılır… 
«Silahlıları görüb özünü itirmədi, heç cariyəni də qucağın-
dan düşürmədi. Bu insanlar onun əsgərlərinə oxşamırdı. Düşün-
dü ki, bu yüzdə yüz basqındır. Bununla belə həyasızlığından, 
təkəbbüründən qalmadı, qışqırdı: 


Ədəbiyyat söhbətləri 
 
319
-Nə cəsarətlə mənim sarayıma, müqəddəs olan yatağa 
soxulmusunuz, basqın etmisiniz. Bilmirsiniz bunun bədəli ağır 
olacaq? 
Atabəyin iyirmi yaşlı oğlu onun təhdidedici sözlərindən 
zərrə qədər də olsa səksənmədi, çaşmadı. Əlində qılınc düz gəlib 
yarıçılpaq Gəncə hakiminin və onun qucağında oturmuş cari-
yənin qarşısında dayandı, hirslə dedi: 
-Yataq otağını müqəddəs hesab edən adamın şərəfi də, 
qüruru da, ləyaqəti də müqəddəs olmalıdır. Səndə isə bunların 
heç biri yoxdur, şərəfsiz! Əgər bunlardan biri səndə olsaydı, 
qudurğanlıq edib, Gəncə camaatını bu qədər incitməz, ləkələ-
məz, alçaltmazdın. Insanlara şər atıb tutdurmazdın, əmlaklarını 
əllərindən almazdın. Az qalıb ki, sayəndə bütün Gəncə yaltağa
satqına çevrilsin. Atabəy Eldənizin təbəəsini beləmi qoruyursan? 
Onun ən önəm verdiyi Gəncəni beləmi idarə edirsən? Qorxmur-
sanmı yerin yiyəsi bir gün gəlib səndən haqq-hesab soruşacaq, 
şərəfsiz?» 
…Arslanşahın varis kimi Həmədanda sultan taxtına otur-
ması ilə Atabəyin hakimiyyət hüdudları daha da genişlənir. Və 
o, bu səlahiyyətdən istifadə edib öz dövlətçilik arzularını daha 
inamla həyata keçirməyə başlayır… Roman belə bir əbədi ideya-
nı növbəti dəfə təsdiq edir ki, əsilzadə təsadüfən köləyə çevrilsə 
də ömrü boyu belə qala bilməz. Damarlarında qaynayan ehtiraslı 
qan onu əvvəl-axır hakimiyyətə, layiq olduğu məqama gətirib 
çıxaracaqdır. Hakimiyyəti şərəfsizliklə əldə edənlər isə onu 
həmin şərəfsizliklə də itirəcəklər… 
Nə xəlifə, nə də onun təhriki ilə Atabəyə qarşı çıxanlar heç 
nəyə nail ola bilmirlər… 
«Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir 
ərazini – Qafqaz dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə 
qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı, 
Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Cibalı, Həmə-
danı, Gilanı, Mazandaranı, Isfahanı, Reyi həm idarə edir, həm də 


Nizami Cəfərov 
 
320
o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o, nəzarət 
edir, orduya çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi. 
Sultan və xəlifədən sonra sultanlıqda onun adına xütbə 
oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər-Rum, Ma-
rağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı». 
Lakin Atabəyin heç zaman sonacan qalib gələ bilməyə-
cəyi, Baş Dədə demişkən, bir düşməni qalırdı… 
«Baş imam: 
-Yəni o qədər bərbaddır? – deyə, onun sözlərinə tam 
aydınlıq gətirmək üçün soruşdu. 
Əlamut xəlifəsi cavab verdi: 
-Bəli, həzrət, bərbaddan bərbaddır. Belə ki, özünə Böyük 
Atabəy adı verdikdən sonra nəinki bütün atabəyləri ovcunun 
içinə yığa bilib, hətta Şirvanşahı da əlinin altında saxlayır. Odur 
ki, Eldəniz hökmü keçən bütün atabəylərə, hakimlərə, şirvanşah 
Axıstana da əmr verib ki, heç kim Əlamuta xərac göndərməsin. 
Indi bizə Şərqdən heç nə gəlmir, gəlməsi də gözlənilmir. 
Təmimi indi başa düşdü ki, ustadı onun və zövcəsinin qətl 
edilməsini həmişə niyə vurğulayırdı, niyə onu tələsdirirdi. Indi 
isə yüyəni əldən verib. It izi at izinə çevrilib. Gərək vaxtında 
bütün gücümüzü qoyub ya Atabəyi, ya da onun zövcəsini aradan 
götürəydik. Hələ gec deyil, tədbir görmək lazımdır. Belə getsə, 
bir azdan görəcəyik ki, Eldəniz Əlamut qalasının ətəyindədir». 
Lakin Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə 
vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün 
şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin 
gücü çatmır… Əgər çatsaydı bu dünyaya gəlməyin (və bu dün-
yada yaşamağın!) bir mənası olardımı?..  
1175-ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış 
Atabəy Şəmsəddin Eldəniz haqq dünyasına qovuşdular… 
«Cahan Pəhləvan 1187-ci ildə, Qızıl Arslan isə 1191-ci ildə 
xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226-cı 
ilə qədər Azərbaycan və Iraq Sultanlığını idarə etdi… 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə