Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə86/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   82   83   84   85   86   87   88   89   ...   108

Nizami Cəfərov 
 
300
 
Ağrılı günlərin  
gürcü hekayələri 
 
Nəriman Əliyev gürcü dilindən etdiyi tərcümələr toplusu-
nu – «Bir pyes, on yeddi hekayə» kitabını (Tbilisi, 2015) mənə 
bağışlayanda onu da dedi ki, bugünkü gürcü ədəbiyyatında ay-
dın seçilən bir fikir, ruh sərbəstliyi var… Əlbəttə, bu, yeni bir 
şey deyil, ümumən gürcü xarakteri, bədii özünüifadəsi üçün 
kifayət qədər səciyyəvi cəhətdir. Və özünü həmişə göstərib. 
Ancaq Nəriman Əliyevin uğurlu tərcümələri imkan verir 
ki, postsovet məkanında, xüsusilə ilk illərdə, baş vermiş mürək-
kəb ictimai-siyasi, mənəvi-ideoloji proseslər kontekstində gür-
cülərin nə düşündükləri, hansı hissləri keçirdikləri və gələcəyə 
necə baxdıqları barədə müfəssəl təsəvvür yaransın. 
Əslində, kitabdakı pyes də, hər bir hekayə də geniş təhlilə 
layiqdir, ancaq bir neçə hekayə üzərində dayanacağam. O heka-
yələr üzərində ki, ideya-məzmunca məni daha çox maraqlandır-
dı. Və Azərbaycan üçün də az səciyyəvi olmayan keçmiş gün-
lərə qaytardı… 
Böyük Nodar Dumbadzenin nəslindən olan yazıçı, dövlət 
xadimi Qela Dumbadze «O günləri yadıma salan üç əhvalat» 
hekayəsində Sovetlər Birliyi çökdükdən sonra Gürcüstanın yaşa-
dığı ağır, sıxıntılı günlərin mənzərəsini canlandırır. Çətin maddi 
şəraitdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər 
ürəkdən çalışırlar ki, Gürcüstanın gənc nəsli vətənə layiqli öv-
ladlar kimi böyüsünlər. Ona görə də hər cür məhrumiyyətlərə 
sinə gərirlər… Həmin günlərdə bir xeyriyyəçi xanım Elizabet 
Qast alman məktəblilərinin öz əllərilə hazırladıqları oyuncaqları 
gürcü məktəblilərinə hədiyyə göndərir. Uşaqlar hədsiz dərəcədə 
sevinirlər… Məktəb direktoru artıq qalmış «boz dovşan»ı da 
məktəbli oğluna verir. Bir neçə ildən sonra Tbilisiyə qonaq gə-
lən xeyriyyəçi xanım təntənə ilə qarşılanır. Və məktəb direktoru 
artıq oynadılmaqdan tükləri tökülmüş «boz dovşan»ı o günlər-


Ədəbiyyat söhbətləri 
 
301
dən xatirə olaraq Elizabet Qasta qaytarıb minnətdarlığını bildi-
rir… Sonralar isə eşidir ki, xeyriyyəçi xanım ona qaytarılmış 
«boz dovşan»ı «öz evinin qonaq otağının ən görkəmli yerində ən 
əziz ərməğan kimi saxlayır». 
Hekayə çətin günlərin dostlarına minnətdarlığının nə qədər 
ali bir hiss olduğunu göstərməklə yanaşı, gürcü qürurunun ro-
mantikası barədə də təsəvvür yaradır. 
Tbilisidən ABŞ-a köçmüş Yaşa Livşits Gürcüstanın ağır 
vəziyyətdə olduğunu bildiyinə görə buradakı məhəllə dostlarının 
hərəsinə əlli dollar göndərir. Əslində, şərait tələb edir ki, hər kəs 
öz pulunu buna çox böyük ehtiyacı olan ailəsinə xərcləsin… An-
caq şəraitlə hesablaşmalı olsaydı, gürcü də gürcü olmazdı… 
Həmin pulları bir yerə yığıb haylı-küylü, şən bir məclis keçirən 
dostlar onun vidiokassetini uzaq Amerikaya göndərirlər. 
Qela Dumbadze mənsub olduğu xalqın artıq tarixə 
çevrilmiş ağrılarını (və hər cür çətinliyə həmişə qalib gəlmiş ira-
dəsini), heç şübhəsiz, yüksək istedad (və səmimiyyətlə) qələmə 
almışdır. 
Revaz Mişveladzenin «Çətindir, çətin…» hekayəsi isə ağır 
zamanlara «nikbin» bir parodiyadır ki, burada «laxlayan kadr 
siyasətinə hücum başlanıb, demokratiya qanadlarını açanda» 
özünün gözləmədiyi halda «kollektivlə razılaşdırılıb» nazir se-
çilmiş bir insanın başına gələn qeyri-adi hadisələrdən danışılır… 
«Axşam ailəmi necə olsa da bu fikrə alışdırdım ki, nazirəm, 
ancaq sözün düzü, heç özüm belə inana bilmirdim». 
Heç bir təcrübəsi olmayan «nazir» naşılıqdan nəinki öz 
vəzifəsini yerinə yetirə bilir, işə gedib-gələcəyi üç maşının 
arasında qalır: xidməti «Volqa»nın, köhnə «Jiquli»sinin, bir də 
taksilərin… «Bax belə… O adamları ki, karyera pilləsinə yük-
səlmək gözləyir, bilin, nazir olmaq, həqiqətən, asan iş deyil». 
Bir dövrdə ki ümumən millətin başı öz əlində deyil, bir 
dövrdə ki, millətin başını qatmaq üçün «demokratiya oyunu» 
oynanılınır, o dövrün «seçilmiş» naziri də həmin oyunun zavallı 
«piyadalar»ından başqa bir şey deyil… Yazıçı naşılıqdan yara-


Nizami Cəfərov 
 
302
nan çaşqınlığı göstərir, yüksək dövlət vəzifəsində həmin çaşqın-
lıqdan nələrin törəyəcəyini təsəvvür etməyi isə oxucuların öhdə-
sinə buraxır… 
Quram Meqrelişvilinin «Yazıçı» hekayəsi qeyri-adi tesk-
toloji quruluşu, ictimai hərc-mərcliyin insan şəxsiyyətinə nə 
dərəcədə alçaldıcı ironik münasibət göstərdiyinin konkret detal 
və təfərrüatlarla əksi baxımından maraq doğurur… Iqtisadi çə-
tinlik illərində özünə iş axtaran, qəzetə bu barədə elan verən 
gənc yazıçı insan ağlına belə gəlməyən ən təhqiredici «vəzifə-
lər» yerinə yetirməli olur… Məsələ burasındadır ki, özünü qam-
çılatmaqla pul qazanan yazıçının işindən ailə üzvləri narazı olub, 
onu «işə götürən»in qarasınca danışsalar da, nəticə etibarilə, 
dolanmaq, ev almaq, istirahətə getmək xatirinə vəziyyətlə barı-
şırlar. Və hətta qonşu da yalvarır ki, onun işsiz oğluna belə bir iş 
tapsın.  
Bu hekayə hərc-mərcliyə, insan ləyaqətinin alçaldılmasına 
elə bir sarkazmdır ki, hətta qəhrəmanlardan biri illər boyu arzu-
lanmış milli müstəqilliyə qarşı çıxıb «kommunistlərin dövrü»n-
dəki «qanun-qayda»nı həsrətlə xatırlamağa məcbur olur… 
Doğrudur, müəllif öz yazıçı qəhrəmanının bivecliyini, 
əqidəsizliyini qeyd etməyi də unutmur, ancaq ona qarşı dayanan 
əxlaqi-ictimai ədalətsizlik o qədər rəzildir ki, qəhrəmanı qına-
maq da olmur… 
Murman Xuntsarianın «Doğum günü» hekayəsinin qəhrə-
manı Quca bir payız günü düşüncələr, xəyallar içərisində yaşadı-
ğı şəhəri dolaşır… «Qəflətən onun qarşısına uşaqlı qadın çıxdı. 
Quca xoşbəxt ananın baxışlarını gördü və həmin an içində sevin-
cək halda qışqırdı: Allah məhəbbət deməkdir! 
Bütün varlığı təkrar edirdi: Allah məhəbbətdir! Ancaq 
haradansa qarğa kimi uçub gələn bədbinlik onun sevincinə kölgə 
saldı: Allah məhəbbətdirsə, bəs kimə və nə üçün nifrət lazım 
olmuşdur?» 
Qucanı filosofluğa vadar edən doğma Gürcüstanın, ümu-
mən dünyanın düşdüyü çıxılmaz vəziyyətdir. «…Gözləri qaral-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə